Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə44/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   191

137

nəzəriyyələri:  K.Xorninin    nevroz nəzəriyyəsi,  E.Frommun

konsepsiyası,  Q.S.Sallevanın

interpersonal,  E.Eriksonun

eqo-

psixologiya nəzəriyyəsi.    Şəxsiyyətin eksperimental nəzəriyyəsi: 



Q.Olportun, Q.Merreyin, R.Kattelin, A.Kellinin nəzəriyyələri. Şəxsiyyət

haqqında L.Festinqerin koqnitiv dissonans nəzəriyyəsi. Şəxsiyyət

haqqında biheviorist nəzəriyyə.  Şəxsiyyət haqqında humanistik

nəzəriyyələr: K.Rocersin, A.Maslaunun, R.Meyyin nəzəriyyələri.



Şəxsiyyətin fəallığı və istiqaməti. Şəxsiyyətin fəallığı və onu

təmin edən amillər.  Şəxsiyyətin istiqamətinin xarakteristikası. 

Tələbatlar və onların növləri. Şəxsiyyətin davranış motivləri. Maraq-

lar və onların növləri. Dünyagörüşü, əqidə və ideallar. 



Şəxsiyyətin mənlik şüuru.  Mənlik şüuru funksiyaları

haqqında anlayış.    «Mən»in kəşf olunması.  «Mən»  obrazının

formalaşması.  Özünüqiymətləndirmə və mənlik şüurunun əmələ

gəlməsində onun rolu. Şəxsiyyətin iddia səviyyələri.



Hisslər, iradə, fəaliyyət.

                                  



          

III. 5. 1. Şəxsiyyət haqqında anlayış

Müasir psixologiyada şəxsiyyət problemi.  Şəxsiyyət

problemi elmin müxtəlif sahələrində çalışan alim və

mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm

problemlərdən biri olmuş və müasir dövrdə də öz aktuallığını

saxlamaqdadır.  Müasir psixologiyada şəxsiyyət,  onun fəallığı, 

formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə şəxsiyyət

anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu

bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq

edir.

İnsanlar təkcə gözlərinin rənginə,  səslərinin tembrinə, 



barmaq izlərinə və s.  görə deyil şəxsiyyətlərinin xarakte-

ristikasına görə də bir-birlərindən fərqlənirlər.  İnsanları göz-

lərinin rənginə, səslərinin tembrinə və ya digər biofiziki

xüsusiyyətlərinə görə xarakterizə etməyə nisbətən onları bir

şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir.  Şəxsiyyət

anlayışı


mürəkkəb

anlayışdır.  Onun

adekvat

şəkildə



138

anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır.  Həmin

mühüm amillərdən bir neçəsini nəzərdən keçirək. 

1.  İnsan şəxsiyyəti maddi və toxunula bilən,  hiss edilən

deyildir.  O,  bir sıra amillərin,  şəraitin,  imkanların və

determinantların təsiri altında formalaşan psixoloji törəmədir.



2. İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa

da yalnız onlardan asılı bir törəmə kimi şərh oluna bilməz, 

çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir.

3.  İnsan davranışının determinasiyasında şəxsiyyətin

mühüm əhəmiyyət kəsb etməsi barədə çoxlu    nəzəriyyə və

konsepsiya mövcuddur ki,  bunların bir çoxunun «şəxsiyyət» 

anlayışını şərh etməsi ziddiyyətlidir.                     

4.  Nəhayət,  şəxsiyyəti anlamaq insan fenomenini anla-

maqla birbaşa əlaqədardır.  Şəxsiyyət yalnız o zaman insanın

əsası,  özəyi kimi,  onun başlıca parametri,  onun eyniləşdirmə

vasitəsi kimi şərh oluna bilər ki,  antropologiya və insan

haqqında biliklər insanın öz təbiətini anlamaq səviyyəsinə

yüksəlmiş olsun.

Lakin bütün bu qeyd olunanlar heç də şəxsiyyətin tədqiqi

imkanlarının mümkün olduğunu rədd etməyə imkan vermir. 

Əksinə, şəxsiyyət problemi barədə son nəzəri və eksperimental

tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır. 

«Şəxsiyyət»  sözü Azərbaycan,  rus və ingilis dillərində

maraqlı və faktiki olaraq eyni etimologiyaya malikdir. 

Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan

«şəxs»  sözündən götürmüş və hər hansı bir konkret şəxsi, 

simanı bildirir. Rus dilində «şəxsiyyət»  (liçnostğ)  sözü də

«liüo»,  «liçina» (üz,  sifət)  sözləri ilə bağlıdır.  İngilis dilində

«şəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz əsasını

iki latın sözündən – «per» və «sona» sözlərindən götürmüşdür

ki,  bu da bir növ «vasitəsilə danışır»  mənasını ifadə edir.  So-

nralar qədim Yunanıstanda  və Rim imperiyasında bu söz teatr

tamaşasında aktyorun «maskası»  şəklində özünü büruzə

vermişdir.  Adətən,  səhnə hərəkətindən asılı olaraq «masqa» 




139

dəyişilir,  aktyor rola daxil olur.  Lakin,  yalnız xeyli vaxt

keçdikdən sonra «persona» sözü hazırki dövrdə daşıdığı məna

yükünü daşımağa başlamış,  «personality»  – «şəxsiyyət» 

mənasında işlənməyə başlanmışdır. 

Qeyd edilənlərdən göründüyü kimi,  insanın şəxsiyyəti



birbaşa və dolayı mənada onun siması,  sifətidir.  Birbaşa

mənada insanın siması,  sifəti onun başlıca identifikatorudur. 

Məhz onun xətləri,  formaları,  çevrəsi və digər xüsusiyyətləri

əsasında bir adamı başqasından fərqləndirir,  onun hansı yaş

kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik. 

Təsadüfi deyildir ki,  şəxsiyyəti eyniləşdirməklə bağlı bütün

sənədlərdə onun sifətinin (üzünün)  şəkli olması tələb edilir. 

Bununla yanaşı olaraq bizim sifətimiz emosiyalarımızın, 

hisslərimizin,  əhvalımızın,  vəziyyətimizin,  istəklərimizin

ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri- ver-

bal yolla da,  zəngin mimiki imkanlarımızın köməyilə də

ünsiyyətə girmək imkanı verir.  Dolayı mənada,  insan

şəxsiyyəti onun «ruhunun»,  başqa sözlə,  onun bütün psixi

təzahürünün «sifətidir».  İnsana məxsus olan fərdi-psixoloji

xassələrin təzahür xüsusiyyətlərinə,  onun ünsiyyət üslubuna, 

davranışına,  fikir

ideyalarına



görə

onu


aydın

eyniləşdirməyimiz və onun gələcək davranışının    istiqamətini

proqnozlaşdırmağımız heç kimdə şübhə doğura bilməz. 

Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə

bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirməsinə

imkan verən davamlı fiziki və psixi xarakteristikasının

məcmuundan ibarətdir.

Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə

malik olan,  öz hərəkətlərinə cavabdeh,  ictimai münasibətlərin

fəal iştirakçısı olan adamdır.  Şəxsiyyət müəyyən ictimai-tarixi



dövrdə yaşayıb fəaliyyət göstərən,  gerçəkliyi dərk edib

müəyyən istiqamətdə dəyişdirən,  ünsiyyətə girməyi bacaran

konkret canlı insandır.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə