164
Şəkli nəzərdən keçirdikdə ilk növbədə diqqəti şüur və
şüursuzluğun qarşılıqlı təsir yolu, üsulu ilə bağlı sual cəlb edir.
Şəxsiyyətin vəhdətini anlamaq üçün «şüurun istiqaməti» və
«şüursuzluğun
istiqaməti»
anlayışlarını
aydınlaşdırmaq
olduqca vacibdir. Bu məsələ bir çox psixoloji məktəb və
istiqamətlər
tərəfindən
qaldırılmış, görkəmli
alim
və
tədqiqatçıların diqqətini cəlb etmişdir. Lakin bu vaxta qədər
həmin məsələ açıq qalmış, yönəlişlik onun istiqamətləndiyi
obyekti axtarmağa «səbəb olmuşdur». Daxili və xarici aləmdə
mövcud olan nəhayətsiz müxtəliflik sayəsində isə buna nail
olmaq praktik olaraq mümkün deyildir. Məhz buna görə də biz
insanın şüur və şüursuzluğunu obyektə deyil, zamana
«yönəltməyə» cəhd göstərməyi vacib bildik. Nəticədə şüurun
gələcəyə,
şüursuzluğun
isə
keçmişə
yönəlişliyinin
mümkünlüyünü zənn etmək imkanı yaranmışdır. Bununla da
şüurun gələcəyə yönəlişliyi insanda hadisənin baş verməsindən
qabaq onun inkişafını görmə qabiliyyəti kimi antisipasiya
fenomeninin olması ilə də təsdiq olunur. Bununla yanaşı
şüursuzluğun keçmişə yönəlişliyi tamamilə təbii haldır. Çünki,
sıxışdırılmış, unudulmuş və arxetipik elementlər yalnız
keçmişə aid ola bilər.
Beləliklə insanda keçmiş və gələcəyin qarşılıqlı təsiri
onun şüursuzluğu və şüurunun qarşılıqlı təsirindən başqa bir
şey deyildir. Bunun nəticəsi isə hal hazırda yaşayan konkret
şəxsiyyətdir.
Şəkildəki ikinci komponent şüursuzluq və şüurun
strukturundan ibarətdir. İlk baxışda belə görünə bilər ki, bu
fenomenlərin strukturu üçlaylıdır. Şüursuzluq üçün bu laylar
ümumi nəsl arxetipi, etnos arxetipi, şəxsi şüursuzluq, şüur üçün
isə ümumbəşəri qiymətlər, konkret mühitin qiymətləri və şəxsi
şüur laylarıdır. Lakin bu belə deyildir. Şüursuzluq və şüurun
strukturu identik xarakter daşımaqla, müvafiq olaraq kollektiv
üstəgəl şəxsi şüursuzluğu və kollektiv və şəxsi şüurluluğu
özündə əks etdirir. Bu başqa məsələdir ki, kollektiv
165
şüursuzluğun, eləcə də kollektiv şüursuzluğun daxilində həm
mütləq olanı («kölgə» - bizim şəxsiyyətimizin heyvani
əcdadlarımızdan gələn ən tutqun, arzuolunmaz cəhdlər və ən
arzuolunan davranış forması kimi ümumbəşəri qiymətlərin
neotipləri), həm də nisbi olanı (konkret növ, sotsium
arxetipləri və konkret millətə, xalqa, sinfə, mədəniyyətə
mənsub olan qiymətlər) mövcuddur. Kontinuumda mövcud
olan, özünə yer edən şüursuzluqdan irəli gələn ən arzuolunmaz
və şüurluluqdan irəli gələn ən arzu olunan elementlərə xüsusi
ad vermək mümkündür. Bunlara əsaslanmaqla şəxsiyyətin
müxtəlif tiplərini xarakterizə etmək mümkündür. Onları
nəzərdən keçirək.
1. Şüursuzluqda mövcud olan heyvani instinktlər, eyibli,
bizi insani sifətdən məhrum edən ənənələr – İblis.
2. Bizdə nəsldən, etnosdan gələn, dərk etmədiyimiz,
lakin bizi özünə cəlb edən ənənələr - Yoldan çıxaran.
3. Şəxsi
şüursuzluğun
məzmununu
təşkil
edən
unudulmuş, aktual olmayan, bizim tərəfimizdən rədd edilən
hadisələr, arzular, motivlər, biliklər – Qeyri mən.
4. Özümüz, bizi əhatə edənlər, yaşadığımız aləm
haqqında şüurun koqnitiv elementləri - Mən.
5. Mövcud sosial mühitdə, xalqda, cəmiyyətdə qəbul
olunmuş qiymətlərin, əxlaq normaları, mənəvi əsasların insan
tərəfindən dərk edilməsi – Peyğəmbər.
6. Bütün insanlar üçün eyni olan və real şəkildə onların
şüurunda bəşəriyyətin mədəni irsi kimi möhkəmlənən
ümumbəşəri keyfiyyətlər – Allah.
İnsan şəxsiyyətində yuxarıda qeyd olunan struktur
yaradıcı elementlərindən birinin olması onun tamlığının şərti
hesab olunur. Lakin bunlardan birinin və ya bir hissəsinin
üstünlüyü xüsusi şəkildə müəyyənləşdirilir.
III. 5. 4. Şəxsiyyət haqqında əsas nəzəriyyələr
166
Məlum olduğu kimi, şəxsiyyət və onun psixologiyası
dərin köklərə malikdir. Şəxsiyyət psixologiyası sahəsində
nəzəri
tədqiqatlar
öz
əsaslarını
qədim
dünyanın
mütəfəkkirlərinin
işlərindən
almışdır. Lakin
şəxsiyyət
psixologiyası bir eksperimental elm kimi XX əsrin birinci
onilliyindən meydana gəlmiş və bu sahədə geniş əhatəli
tədqiqatlar aparılmışdır. Şəxsiyyətin eksperimental tədqiqinin
əsası A.F.Lazurski, Q.Olport, R.Kettel tərəfindən qoyulmuşdur.
Şəxsiyyət haqqında aparılmış çoxsaylı tədqiqatlar bu
sahədə müxtəlif baxış və nəzəriyyələrin meydana gəlməsinə
səbəb olmuşdur. Həmin nəzəriyyələri qruplaşdırmış olsaq
təxminən aşağıdakı əsas nəzəriyyələri qeyd edə bilərik: klassik
nəzəriyyə, klinik nəzəriyyə, eksperimental nəzəriyyə, koqnitiv
nəzəriyyə, bihevioristik nəzəriyyə, humanistik nəzəriyyə. Həmin
nəzəriyyələr və onların qısa xarakteristikası ilə tanış olaq (şəkil
7).
Klassik nəzəriyyə. Şəxsiyyət haqqında klassik nəzəriyyə
qrupuna Z.Freydin psixoanalitik nəzəriyyəsini, K.Yunqun
analitik
nəzəriyyəsini,
A.Adlerin
fərdi
psixologiya
nəzəriyyəsini aid etmək olar.