Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə48/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   191

169

qəbul olunmuş əxlaq və davranış normalarını əsas götürərək

həmin maskanı geyirik. 

K.Yunqa görə şəxsi şüursuzluq öz başlanğıcını uşağın

anadan olduğu gundən əldə edir və bütün həyatı boyu

formalaşır. Şəxsi şüursuzluq insanın artıq keçirmiş olduğu, la-

kin ya unutduğu,  ya sıxışdırılmış müxtəlif hissləri,  duyğuları, 

xatirələrini özünə daxil edir.  Bununla belə şəxsi şüursuzluq

zərurət olduqda dərk oluna bilər. Bu zaman o şüurda müəyyən

tənzim funksiyasını yerinə yetirir və insanı öz gücünə və ya

zəifliyinə inanmasına məcbur edir. 

Şüursuzluğu K.Yunq «kölgə»  adlandırır.  Onun fikrincə

«kölgə» insan şəxsiyyətinin ən primitiv və qaranlıq cəhətlərini

özünə daxil edir və öz başlanğıcını heyvan əcdadlarımızın  

amoral həzzlərindən alır ki, bu da cəmiyyətin normal həyat və

fəaliyyəti üçün tamamilə qəbuledilməzdir.  Lakin özünün  

amorallığına baxmayaraq «Kölgə»  bizim bir çox yaradıcı

ehtiraslarımızın

dərin


emosional

təəssüratlarımızın

mənbəyini təşkil edir. 

Kollektiv şüursuzluğu həqiqi mənada K.Yunqun ən

böyük kəşfi hesab etmək olar.  Bu kəşf onun adını ölməz

etmişdir.  K.Yunqun fikrincə yeni doğulmuş uşaq heç də ağ

lövhə deyildir.  Belə ki,  yeni doğulmuş uşaqda yaşlılıq döv-

ründə onun davranışını şərtləndirən anadangəlmə tendensiya öz

əksini tapır.  Bu tendensiyalar K.Yunq tərəfindən arxetiplər

adlandırılmışdır.  Arxetip    nəsildən- nəslə keçirilən,  insan

şüurunda bilavasitə öz əksini tapan surətlərin, istək və davrvnış

formalarının fövqaladə mürəkkəb əlaqəsindən ibarətdir. 

Yunq


ekstroversiya

introversiya



anlayışlarını

şəxsiyyətin tipologiyasının əsası kimi psixologiyaya daxil

etmiş,  ekstrovertiv və introvertiv tipləri xarakterizə etmişdir. 

Ekstrovertiv şəxsiyyət özünün bütün maraqlarını xarici aləmə

yönəltdiyi halda, introvertiv şəxsiyyətdə bu maraqlar,  bütün

həyat energiyası özünə,  özünün daxili aləminə yönəldilmiş

olur.



170

Nəhayət,  şəxsiyyət haqında klasik nəzəriyyələrdən biri

də, əvvəl qeyd  etdiyimiz kimi, Avstriya psixoloqu Alfred Ad-

lerin (1870- 1937)  fərdi psixologiya nəzəriyyəsidir.  Onun

fikrincə insanda ən əsas onun təbii instinktləri deyil,  «birlik

hissidir». Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf

etdirilməlidir. 

A.Adler şəxsiyyətin formalaşmasına təsir edən üç

mühüm münasibəti qeyd edir:  başqa adamlara münasibət, 

əməyə münasibət,  başqa cinsə münasibət.  Adlerə görə

şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv   və tenden-

siyalar aşağıdakılardır: 1) özünün gücsüzlüyünü hiss etmək; 2) 

təkmilləşməyə və üstünlük əldə etməyə  cəhd; 3) birlik hissi və

ya sosial hiss.  Onun fikrincə bu tendensiyalar anadangəlmə

deyildir. Daha doğrusu, uşaq doğularkən ona hazır şəkildə ve-

rilmir;  o,  dünyaya gələrkən insan nitqinə qabillik onun

anatomiyasında olduğu kimi,  bu tendensiyalar üçün də poten-

sial imkan olur. 

Şəxsiyyət haqqında klinik

nəzəriyyə.  Şəxsiyyət

haqqında psixoloji nəzəriyyələr içərisində klinik nəzəriyyə də

özünəməxsus

yer


tutur.  Bunlara

K.Xorninin

nevroz

nəzəriyyəsini,  E.Frommun konsepsiyasını,  Q.S.Sallivenın in-



terpersonal nəzəriyyəsini, E.Eriksonun eqo-psixologiyasını aid

etmək olar. 

Amerika psixoloqu Kartin Xorni (1885- 1952)  insan

şəxsiyyətinin

əsasında

anadangəlmə

narahatlaq

hissini


qoymuşdur.  Onun fikrincə uşaq həmin hisslə doğulur. 

Doğulduğu gündən uşaq üzvü səviyyədə narahatlaq hissi

keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı

həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətin daxili xassəsi

kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən

başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə

başlayır.  Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini

insanın davranışının əsas motivasiyası hesab edir və onu

«köklü həyəcan» adlandırır.  Onun fikrincə «köklü həyəcan» 



171

insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir.

Şəxsiyyətin klinik nəzəriyyəsi konsepsiyasında Erik

Frommun (1900 – 1980) da xidmətləri az olmamışdır. O, Al-

maniyada anadan olmuş, fəaliyyətə başlamış, sonra Amerikaya

oradan da Meksikaya getmişdir.  Froma görə ictimai inkişaf

şəxsiyyətin daha çox fərdiləşməsi ilə azadlığına gətirib çıxarır. 

Onun fikrincə yeni azadlıq inamsızlıq,  öz gücünü duymamaq, 

şübhə, tənhalıq və həyəcanın meydana gəlməsi ilə bağlıdır. Bu-

radan da şəxsiyyətin «azadlıqdan qaçması»  meydana gəlir.  O, 

özünün «Azadlıqdan qaçış»  kitabında Amerikanı xəstə ölkə

adlandırmışdır.  Onun fikrincə kapitalizm cəmiyyətindəki

rəqabət nevrotik şəxsiyyətlər,  funksional nevroz yaradır. 

E.Fromm adamları bir şəxsiyyət kimi dörd yerə ayırır: mazox-

ist, sadist, konformist və tənha (tərk dünya). 



Mazaxist tipə malik olan adam,  Frommun fikrincə, 

cəmiyyətdə daim uğursuzluqlarla qarşılaşan adamdır.  Bu

uğursuzluqda o yalnız özünü günahkar sayır. 

Sadist tip öz uğursuzluqlarının günahını özündə deyil, 

başqa adamlarda,  cəmiyyətdə görür.  O,  adamları və dünyanı

düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. 

Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır. 



Konformist tip ümumi kütləyə qarışır,  başqaları

necədirsə onlar kimi olmağa,  onlardan fərqlənməməyə cəhd

edir. O, həmişə mövcud şəraitə uyğunlaşır.

Tənha tip (otşelnik)  həmişə mübarizədən,  cəmiyyətdən

uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır. 

Şəxsiyyətin klinik nəzəriyyəsinin digər nümayəndəsi

Amerika psixoloqu    Q.S.Salliven (1892- 1949)  olmuşdur.  O, 

əsasən K.Xorninin istiqamətini qəbul etmişdir.  Onun fikrincə

psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, 

subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət

olmalıdır.  Salliven şəxsiyyətin inkişafının mexanizmini Aşa-

ğıdakı şəkildə nəzərdə tutur:  1)  incəliyə,  əzizlənməyə tələbat, 

2) həyəcandan qaçmaq cəhdi.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə