Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə49/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   191

172

Sallivenin

fikrincə

təhlükəsizliyə

olan

tələbat, 



həyəcandan qaçmaq cəhdi sosial xarakter daşıyır,  lakin bu

sosiallıq uşaq doğularkən onun üzvü tələbatına daxil olur. 

Salliven belə hesab edir ki, uşaq doğularkən hər iki mex-

anizm mövcud olur və onlar şəxsiyyətin inkişaf mexanizmini

təşkil edirlər.  Lakin insan yaşadığı xarici aləmdə daima onu

təmin etməyən və həyəcan doğuran hallarla rastlaşır. Məhz xa-

rici aləmlə həmin mübarizədə,  başqa sözlə,  narahatlıqla

mübarizədə insan şəxsiyyəti formalaşır.  Salliven bunu «mən-

sistem» adlandırır. O göstərir ki, «mən-sistem», daha doğrusu, 

şəxsiyyət,  birincisi,  şüursuzluq səviyyəsində narahatlıqla

mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq üçün

müxtəlif vasitələri tapma prosesində inkişaf edir.  «Mən-

sistem»  uşağı,  yeniyetməni,  sonradan isə yaşlı adamları

əvvəlcə ananın,  sonra isə başqa adamların,  məsələn,  iş

yerindəki həmkarlarının köməyinə qaçmağa məcbur edir. 

Beləliklə də Sallivenə görə şəxsiyyətlərarası münasibətlər

formalaşan şəxsiyyətin mexanizmi kimi özünü göstərməyə

başlayır. 

Nəhayət, şəxsiyyətin klinik nəzəriyyəsində özünəməxsus

yer tutan psixoloqlardan biri də Erik Erikson (1902- 1994) 

olmuşdur.  E.Erikson Almaniyada doğulmuş,  1927- 33- cü

illərdə Venada Freydlə  birlikdə işləmiş, 1933- cü ildən ABŞ-a

köçmüşdür.  O,  eqo-psixologiya konsepsiyası yaradıcılarından

biri olmuşdur.  Onun nəzəriyyəsi epigenetik nəzəriyyə adı ilə  

məşhurdur.  Onun fikrincə şəxsiyyətin inkişafı sosial aləmlə

müəyyən edilir.  O,  «şəxsiyyətin identikliyi»  anlayışını irəli

sürmüş və həmin anlayış altında insanın əhatə olunduğu sosial

aləmlə qırılmaz əlaqəsi barədə ona məlumat verən mərkəzi

keyfiyyəti nəzərdə tutmuşdur.  Həmin keyfiyyətlər aşağıdakı

parametrlərdə

ifadə

olunur: 


insanın

özünə


doğru

mərkəzləşməsində,  sosial

qrupla,  onu

əhatə edənlərlə

eyniləşdirmədə,  insanın öz qiymətini,  sosial rolunu müəyyən-

ləşdirməsində.




173

Şəxsiyyətin eksperimental nəzəriyyəsi də psixologiya

tarixində özünəməxsus yer tutmuşdur. Burada birinci növbədə

diqqəti cəlb edən Q.Olport və Q.Merreyin persionoloji



nəzəriyyəsidir.  Amerika psixoloqu Qordon Olport (1897-

1967)  şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk

təşəbbüskarlarından biri olmuşdur.  Onun fikrincə insan «açıq

sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima

başqa adamlarla qarşılıqlı əlaqədə,  qarşılıqlı münasibətdə baş

verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də

onlardan nə isə alır.  Olport şəxsiyyətə    insanlar arasındakı

geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta

görə şəxsiyyət münasibətlərin qəti modelidir.  Olporta görə

şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən

azadlığı,  onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən

edilir. 


Şəxsiyyətin eksperimental nəzəriyyələri içərisində Ame-

rika psixoloqu A.Kellinin (1905- 1966) «Şəxsiyyətin konstruk-



torlar» konsepsiyası da xüsusi yer tutur.  Onun fikrincə

şəxsiyyətin psixi proseslərinin təşkili  onun gələcək hadisələri

qabaqcadan necə sezməsindən,  düşünməsindən asılıdır.  Bu

fərziyyələrin təsdiq olunmaması sisteminin çox və ya az

dərəcədə yenidən təşkil edilməsinə gətirib çıxarır ki,  bu da

gələcək


haqqında

sonrakı


xəbərvermənin

adekvatlığını

yüksəltməyə səbəb olur.  Kelli bir sıra konkret psixoloji meto-

dikalara tətbiq oluna bilən «repertuar şəbəkə» metodiki prinsi-

pini işləyib hazırlamışdır.  Hal-hazırda bundan klinik və təlim

psixologiyasında müvəffəqiyyətlə istifadə olunur. 

Şəxsiyyətin əsas nəzəriyyələri içərisində koqnitiv

nəzəriyyə də mühüm yerlərdən birini tutur.  Bunlardan ən çox

diqqəti cəlb edəni Amerika psixoloqu    L.Festinqerin koqnitiv

dissonans nəzəriyyəsidir.  Bu nəzəriyyəyə görə əgər fərdin

şüurunda eyni bir obyektə və hadisəyə dair məntiqi cəhətdən

bir-birinə zidd olan bilik qarşılaşırsa, onda fərd bir növ diskom-

fortluq hissi keçirir və o həmin hissdən yaxa qurtarmağa çalışır. 




174

Bəzən obyektiv şəraitdən asılı olaraq bu və ya digər şəkildə

hərəkət etməli olur.  Bu zaman insanın bilikləri ilə real

davranışı arasında ziddiyyət meydana gəlir. Yerinə yetirilən iş

cansıxıcı olur.  Ona görə də fərd bu vəzifəni yerinə yetirmək, 

həmin vəziyyətdən çıxmaq üçün müvafiq obyektlər və ya

hadisələr haqqında öz biliyini və ya sosial ustanovkasını

yenidən qurmağa,  təşkil etməyə çalışır ki,  onların arasındakı

həmin ziddiyyəti aradan götürmüş olsun. L.Festinqerə  görə öz

hərəkətinə,  davranışına bəraət qazandırmağı gücləndirməyə

çalışan insan ya öz davrvnışını dəyişir,  ya özünün hərəkətinin

bağlı olduğu obyektə münasibətini dəyişir,  ya da həmin

davranışın özünə və başqalarına əhəmiyyətini qiymətdən salır. 

Şəxsiyyətin biheviorist nəzəriyyəsi də psixologiya

tarixində özünə müvafiq yer tutmuşdur.  Bu sahədə B.F.Skin-



nerin (1904-1990)  nəzəriyyəsi xüsusilə diqqəti cəlb edir. 

B.Skinner müasir Amerika biheviorist psixologiya məktəbinin

nümayəndəsi olmuşdur.  O,  neobiheviorizmin əleyhinə çıxmış,  

psixologiya yalnız stimul,  reaksiya və həmin reaksiyanın

möhkəmləndirilməsinin

zahiri


müşahidə

olunan


qanunauyğunluqlarını qeyd etməklə kifayətlənmişdir. B.Skiner

«Operant»

(operasiya,  əməliyyat

sözündən)  öyrənmə

konsepsiyasını irəli sürmüşdür.  Bu konsepsiyaya görə orqa-

nizm məhz ona görə yeni reaksiya verir ki,  özü onu

möükəmləndirir və yalnız bundan sonra xarici  stimul reaksiya

yaradır. İlk növbədə Skinner operant davranışı bir sıra orijinal

metodika və cihazları    tətbiq etməklə öyrənmişdir.  O, 

proqramlaşdırılmış təlimin əsasını qoymuşdur.     



A.Bandur və D.Dollardın sosial təlim nəzəriyyələri də

şəxsiyyətin biheviorist nəzəriyyələri içərisində özünəməxsus

yer tutmuşdur. 

Nəhayət,  humanist nəzəriyyə də şəxsiyyət haqqında

psixoloji nəzəriyyələr içərisində özünə sanballı yer tutmuşdur. 

Bunlardan K.Rocersin və A.Maslounun özünüaktuallaşdırma

nəzəriyyəsi və R.Meyyin ekzistensional psixologiyası xüsusi



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə