Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə51/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   191

179

namik istiqamətdən izah edən istiqamətin baxışlarını həmin

formulaya tətbiq etdikdə B= F(P) alınır. Bu isə o deməkdir ki, 

psixodinamik istiqamətdə şəxsiyyətin davranışı faktiki olaraq

yalnız fərdin daxili subyektiv psixoloji xassələri ilə

əlaqələndirilir və onunla izah olunur. Burada sosial mühitin ro-

lu nəzərə alınmır. 

Şəxsiyyət haqqında sosiodinamik istiqamətə gəldikdə, 

həmin nəzəriyyə tərəfdarları şəxsiyyətin davranışını xarici

mühitin təsiri ilə bağlayır,  şəxsiyyətin daxili xassələrinə

əhəmiyyət vermirlər.  Başqa sözlə B =  F (E)  formulu əsas

götürülür. 

İnteraksionistik istiqamətin tərəfdarları isə B=F (P,E) 

formulunu əsas götürürlər.  Bununla da onlar şəxsiyyətin

davranışını, fəallığını daxili və xarici  amillərin qarşılıqlı təsiri

ilə bağlayırlar. Bu ideyadan çıxış edən psixoloqlar şəxsiyyətin

fəallığının mənbəyinin onun tələbatlarından ibarət olduğunu

irəli sürürlər. 



Şəxsiyyətin istiqamətinin xarakteristikası.  Yuxarıda

şəxsiyyətin strukturundan danışarkən onun ən mühüm

bloklarından biri kimi istiqamətini qeyd etdik və buraya onun

tələbatlarının,  davranış motivlərinin,  maraq və meyllərinin, 

dünyagörüşünün,  əqidə və ideallarının və s. daxil olduğunu

qeyd etdik. 



Tələbat orqanizmin və ya şəxsiyyətin nəyə isə obyektiv

ehtiyacını əks etdirən psixi hadisədir.  Tələbatlar həm insan, 

həm də heyvana mənsub olmaqla bioloji, yalnız insana mənsub

olmaqla sosial və ya mənəvi xarakter daşıya bilər. Bununla

belə


insanların

heyvanların



bioloji

tələbatlarını

eyniləşdirmək mümkün deyildir.  Dərk olunma və ödənmə

xüsusiyyətlərinə görə insan tələbatları bir- birlərindən əsaslı

şəkildə fərqlənir.  İnsan tələbatları onun dərk olunmuş

ehtiyacları ilə bağlı olur. Hər hansı bir  dərk olunmuş ehtiyac

adamı o ehtiyacın ödənilməsi ilə əlaqədar şəraitdən asılı edir. 

Bu asılılığın psixi təəssüratdan keçirilməsi nəticəsində adam




180

fəallaşır.

Tələbatların ödənilməsi, görülən iş, istifadə edilən alətlər

yeni tələbatlar doğurur. İnsanın tələbatları olduqca müxtəlifdir. 

Adətən mənşəyinə görə tələbatları iki yerə bölürlər:  təbii və

mədəni tələbatlar. 

Təbii tələbatlar – fərdin yaşayışını və nəslini davam

etdirmək üçün şərait və ehtiyacların inikası əsasında yaranır.

Təbii tələbatlara qida,  təmizlik,  isti və soyuqdan mühafizə, 

istirahət, nəsli davam etdirmək və s. ehtiyaclar misal ola bilər.



Mədəni tələbatlar – fərdin daxil olduğu sosial qruplarda

mövcud mədəniyyətin psixi    inikası nəticəsində yaranır.  

Mədəniyyət, sosial qrupda, tarixi inkişaf prosesində insanların

əli və dühası ilə yaradılmış cisim,  hadisə və münasibətlər

mövcuddur.  Hər konkret tarixi cəmiyyətin özünəməxsus

geyim, ünsiyyət, məişət və s. dəbləri və onların inikası əsasında

yaranan tələbatlar sistemi vardır.  Fərd cəmiyyət    daxilində ən

kiçik yaşlarından real gerçəkliyi dərk etmə prosesində adət və

ənənələrə,  yaşayış və davranış tərzinə yiyələnir,  sosiallaşma

prosesi keçirir. Sosiallaşma prosesində fərd sosial

qrupun

tələbatlar sistemini,  onların ödənilməsi yol və vasitələrini də



mənimsəyir.  Mədəni tələbatlar öz məzmunu etibarı ilə sosial

tələbatlardır.  Ona görə də şəxsiyyət ən təbii ehtiyaclarını belə

daxil olduğu sosial qrupun mədəniyyəti çərçivəsində ödəyir. 

Beləliklə,  cəmiyyətin tarixi inkişaf səviyyəsindən asılı olaraq, 

orada yaşayan adamların tələbatlar sistemi istər məzmun, 

istərsə də forma nöqteyi- nəzərindən bir-birindən fərqlənirlər. 

Tələbatları,  onların məzmunlarının səciyyəsinə görə

təsnif edərkən maddi və mənəvi tələbatları müəyyənləşdirirlər. 

Maddi

tələbatlar-maddi



ehtiyaclardan

doğur.  Mənəvi

tələbatlara insanların siyasətə,  əxlaqi davranışa,  dinə,  elmə, 

incəsənətə  və s. olan tələbatları daxildir. 

Maddi və mənəvi tələbatlar bir-birilə ayrılmaz surətdə

bağlıdır. Mənəvi tələbatların təmin olunması üçün daima maddi

şeylərin olması tələb edilir ki, bunlar da öz növbəsində maddi



181

tələbatların predmetini təşkil edir. 

Buradan isə aydın olur ki,  mənşəyinə görə təbii olan

tələbat, eyni zamanda predmetinə görə maddi tələbat ola bilər. 

Mənşəyinə görə mədəni olan tələbat predmetinə görə ya maddi, 

ya da mənəvi ola bilər. Deməli, həmin təsnifat tələbatların ol-

duqca müxtəlif növlərini əhatə edir və onların insan şüurunun

inkişaf tarixinə və yönəldikləri obyektlərə münasibətini ifadə

edir. 

Şəxsiyyətin davranış motivləri.  Qeyd etdiyimiz kimi, 

tələbatlar şəxsiyyətin davranışının, fəallığının mənbəyini təşkil

edir.  Məhz buna görə də onlar insanı fəaliyyətə təhrik edən

səbəblər, başqa sözlə motivlər rolunu oynayır.  Motiv (latınca



movero-hərəkətə gətirən) insanı hər hansı bir məqsədəyönəlmiş

işə, fəaliyyətə təhrik edən səbəbdir.

Təcrübə göstərir ki, motivlər bir-birindən onlarda təzahür

edən tələbatların növünə,  onların kəsb etdiyi formalara, 

genişliyinə və ya məhdudluğuna, onların reallaşdığı  fəaliyyətin

konkret məzmununa görə fərqlənir.  Fəaliyyətin mürəkkəb

növləri, bir qayda olaraq bir motivə deyil, eyni vaxtda bir necə

təsir göstərən və qarşılıqlı təsirdə olan motivə cavab verir ki, 

bunlar da insanın hərəkət və əməllərinin şaxələnmiş

motivləşmə sistemini təşkil edir. Motivləşmə elə motivlər bir-

liyidir ki,  şəxsiyyətin istiqamətini,  yönəlişliyini müəyyən

etməklə onun fəaliyyətinin səmərəliliyini də şərtləndirir.

Əvvəlki fəsildə qeyd etdiyimiz kimi,  motivləri dərk

edilən və dərk edilməyən olmaqla iki yerə bölürlər.  Psixoloji

ədəbiyyatda dərk edilən motivlərə tələbatlarla yanaşı

maraqları, dünyagörüşünü, əqidə və idealları; dərk edilməyən

motivlərə isə ustanovkanı, həvəsi və s. aid edirlər. 



Maraqlar. Maraqlar insanın idrak tələbatlarının emo-

sional təzahürləridir.  Başqa sözlə,  maraq şəxsiyyətin,  gerçək

həyatın müəyyən bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya

digər biliyi əldə etməyə az və ya çox yönəlməsində ifadə olu-

nan fərdi psixi xüsusiyyətdir.  Şəxsiyyətin istiqaməti onun



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə