Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.

səhifə52/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   191

182

maraqlarında ifadə olunur. 

Maraqların insanın həyat və fəaliyyətində rolu olduqca

böyükdür. Şagird nə iləsə dərindən maraqlandıqda,  yerinə ye-

tirdiyi iş,  dinlədiyi dərs onun üçün maraqlı olduqda həmin

sahələrdə yüksək müvəffəqiyyət qazanır.  Əksinə onlara qarşı

maraq olmadıqda həmin işlər cansıxıcı olur, şagirdi cəlb etmir.

Maraq bizdə müəyyən hisslər doğuran cisim və hadisəyə

daha artıq və gərgin diqqət yetirilməsini təmin edir. Maraq hər

hansı bir obyekti daha dərindən və dəqiq dərketmə meylindən

doğur.  Maraqların fizioloji əsasını bələdləşmə- tədqiqat

refleksləri təşkil edir.  Gerçək aləmdə baş verən hər bir yeni,

gözlənilməz dəyişiklik zamanı bələdləşmə refleksi baş verir və

qıcıqlandırıcının daha tam və aydın inikasını təmin edir. Ətraf

mühitdə ən kiçik bir dəyişiklik,  yenilik baş verdiyi zaman in-

sanda müvafiq reseptor aparatı bu dəyişikliyi törədən qıcığa

doğru yönəlir. 

Bələdləşmə refleksini bəzən «tədqiqat refleksi», bəzən də

«bu nədir?» refleksi adlandırırlar. 

Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi mey-

dana çıxır. 

Maraqları məzmununa,  məqsədinə,  genişliyinə və



davamlılığına görə təsnif etmək olar. 

Məzmununa görə maraqları təsnif edərkən insanın idrak

tələbatlarının obyektləri əsas götürülür.  İdrak tələbatları

obyektlərindən hansının insanı cəlb etməsi bu sahədə onun

marağının

məzmununu

müəyyənləşdirir.  Bu

baxımdan


maraqların əhəmiyyətlilik dərəcəsi onun məzmununun nə

dərəcədə düzgün seçilməsindən asılı olur. 

Məqsədinə görə maraqlar vasitəsiz və vasitəli ola bilir. 

İnsan üçün əhəmiyyətli olan obyektin emosional cazibədarlığı

vasitəsiz marağın meydana gəlməsinə səbəb olur.  Bu zaman

həmin obyektin özü bilavasitə bizi özünə cəlb edir.  Onunla

maraqlanmağa başlayırıq.  Vasitəli maraqlara gəldikdə bunlar

qarşıya qoyulmuş məqsədə çatmaq üçün zəruri olan vasitələrlə




183

əlaqədar meydana gəlir.  Vasitəli maraqların insanın əmək və

tədris fəaliyyətinin təşkilində əhəmiyyəti olduqca böyükdür. 

Maraqları özlərinin genişliyinə görə də təsnif edirlər. 

Həyat təcrübələri göstərir ki,  bəzi adamlarda maraqlar yalnız

bir sahə üzrə mərkəzləşdiyi halda, bəziləri isə bir çox ob-

yektlərlə maraqlanırlar,  başqa sözlə onlarda maraqların əhatə

dairəsi geniş olur.  Əgər bu maraqların genişliyi onların

dərinliyi ilə uzlaşarsa daha səmərəli xarakter daşımış olar. 

Maraqların dərinlik səviyyəsi şəxsiyyətin mühüm keyfiyyəti

kimi qiymətləndirilir. Bu cür maraqlara malik olan insanlar bu

ya



digər

fəaliyyət

sahəsində

həmişə


yüksək

müvəffəqiyyətləri ilə fərqlənirlər. 

Özlərinin davamlılığına görə maraqlar davamlı və

davamsız ola bilir.  Bəzi adamlarda maraqlar davamlı olduğu

halda, başqalarında davamsız, keçici xarakter daşıyır. Davamlı

maraqları insanın formalaşmağa başlayan qabiliyyətlərinin

göstəricilərindən biri kimi qeyd edirlər.

Maraqları passiv və fəal olmaqla da təsnif edirlər.  Heç

bir iş görmədən,  nəiləsə sadəcə olaraq maraqlanmaq insanın

həmin obyektə passiv maraq bəslədiyini göstərir. Passiv maraq-

lar mənfi hal olmaqla şəxsiyyətin ümumi inkişafına heç bir

dəyərli təsir göstərmir. Fəal maraqlara gəldikdə, əksinə, bu cür

maraqlar bizi fəaliyyətə təhrik edir, bu zaman bizə qüvvə verir, 

işi ruh yüksəkliyilə, axıra qədər davam etdirməyimizə, əldə et-

diyimiz nəticələrin yüksək keyfiyyətdə olmasına müsbət təsir

göstərir. 

Dünyagörüşü,  əqidə və ideallar.  Şəxsiyyətin dərk olu-

nan davranış motivləri içərisində dünyagörüşü,  əqidə və

idealların da özünəməxsus yeri və rolları vardır.

Dünya və onun qanunauyğunluqları,  təbiət və cəmiyyət

hadisələri haqqında müəyyən baxışlar sistemi insanın

dünyagörüşünü təşkil edir.  Dünyagörüşünün formalaşması

insanın ona müvafiq davranış tərzini həyata keçirməsinə təkan

verir. Dünyagörüşü tarixi xarakter daşıyır. Cəmiyyətin inkişafı




184

ilə əlaqədar olaraq insanların dünyagörüşü də dəyişilir. İnsanlar

elmi, dini,  mütərəqqi,  mürtəce,  materialist,  idealist və s. 

dünyagörüşünə malik ola bilirlər. 

İnsanın dünyagörüşü onun əqidəsinə çevrilə bilir və bu

zaman şəxsiyyətin tamlığını təmin edir. Əqidə – şəxsiyyətin

onu öz baxışlarına, prinsiplərinə, dünyagörüşünə müvafiq ola-

raq hərəkət etməyə yönəldən dərk olunmuş tələbatlar sistemi-

dir. Əqidə insana öz həyat yolunu tam aydınlığı ilə müəyyən və

təsəvvür etmək imkanı verir, onu şərtləndirir. 



İdeallar da şəxsiyyətin dərk olunan davranış motivləri

hesab olunur.  İdeal insanın nail olmağa can atdığı ən yaxın

məqsəddir. Başqa sözlə, ideallar insanın həyat və fəaliyyətində

nail olmağa can atdığı ən yüksək məqsəd hesab olunur. İdeallar

müsbət hissi boyalarla zəngin olur və şəxsiyyətin istiqamət və

fəaliyyətinə aydınlıq, müəyyənlik verir. İdeallar fəal və passiv

ola bilir.  Əgər ideallar fəal və həyatidirsə,  insanı mübarizədə

qorxmaz edir,  onun iradəsinə möhkəmlik,  xarakterinə qüvvət

bəxş edir.

Sadəcə olaraq bu və ya digər ideala malik olmaq, bu və

ya digər bir şəxsiyyəti özünə ideal qəbul etmək və bununla

kifayətlənmək çox azdır. Bu, adamın ümumi inkişafına heç bir

müsbət təsir göstərə bilməz.  Əsl və həlledici cəhət seçilən

idealın fəal olması,  mütərəqqi və müsbət ideal uğrunda,  ona

çatmaq uğrunda yorulmadan mübarizə etmək əzminə malik

olmaqdır. 






Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   191


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə