185
III. 5. 6. Şəxsiyyətin mənlik şüuru
İnsanın bir şəxsiyyət kimi formalaşmasında onda mənlik
şüurunun inkişafı xüsusi rol oynayır. Mənlik şüurunun
formalaşması insana özü haqqında təsəvvürlərini, özünün zahi-
ri
görkəmini,
əqli,
mənəvi,
iradi
keyfiyyətlərini
qiymətləndirmək imkanı verir. Bu baxımdan mənlik şüuru
insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi
prosesindən ibarətdir. Psixoloji ədəbiyyətda «mənlik şüuru»
dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və
hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti
nəzərdə tutulur. İnsan başqa adamlarla qarşılıqlı əlaqə və
ünsiyyət prosesində özünü ətraf mühitdən ayırır, özünü fiziki
və psixi cəhətdən dərk etməyə başlayır, bir növ öz «mənini»
başa düşür, anlayır. Öz məni haqqında subyektiv təəssürat ilk
növbədə onda ifadə olunur ki, insan özünün hazırda, keçmişdə
və gələcəkdəki eyniliyini anlayır.
İnsanın öz «mənini» kəşf etməsi şəxsiyyətin uzun-
müddətli inkişaf prosesinin nəticəsidir. Bunun əsası bir növ
hələ körpəlik dövründən qoyulur. Hələ üç yaşlı uşaqda özü
haqqında təsəvvür yaranmağa başlayır. Bu dövrdə uşaq «mən»
kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə
verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə olunur.
Uşağın öz «mən»ini kəşf etməsi sonrakı dövrdə –
yeniyetməlik və ilk gənclik yaş dövründə özünü daha aydın
göstərir. Yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin
xüsusiyyətlərinə
marağın
yaranması
onda
özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə
etmək meyli yaradır. Nəticədə yeniyetmə özü üçün öz
«mən»ini bir növ kəşf edir. İlk gənclik dövründə məktəblilərdə
böyüklük hissi yüksəlir. Onlar özlərinin artan imkanlarını dərk
etməyə başlayırlar. Bu dövrdə məktəblilərdə mənlik şüuru,
özləri haqqında təsəvvürləri dəyişir. Oğlan və qızlarda mənlik
şüurunun məzmunu dəyişir, özləri haqqında təsəvvürləri artır.
186
Onlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni
şəkildə
qavramağa
başlayırlar. Bütün
bunlar
böyük
məktəblilərdə «mən» obrazının formalaşmasına gətirib çıxarır.
«Mən» obrazının əsasını insanın özü haqqında bilikləri təşkil
edir. «Mən» obrazında insanın öz-özünə münasibəti də xüsusi
yer tutur. İnsan öz özünə başqalarına bəslədiyi kimi münasibət
göstərə bilər, hörmət və ya nifrət edər, sevər və ya zəhləsi
gedər, hətta özünü anlaya və anlamaya bilər.
Həyati faktlar göstərir ki, insanda «mən – obraz» eyni
vaxtda müxtəlif xarakterli ola bilir. Bunlara «real mən», «ideal
mən» və «sosial mən» obrazlarını aid etmək olar.
«Real mən» dedikdə insanın indiki anda özünü necə
təsəvvür etməsi, özünün bacarıq və qabiliyyətlərini, rollarını,
statusunu necə qavraması, əslində necə adam olmasını təsəvvür
etməsi nəzərdə tutulur. Bu zaman insan özünə öz gözü ilə
baxır, özünü obyektiv, necə varsa elə də qiymətləndirir.
Təcrübə göstərir ki, bəzən insan özünün bu obrazını
başqalarından gizlədə bilir.
«İdeal mən»ə gəldikdə burada insanın özündə görmək
istədiyi keyfiyyətlərə malik obrazı nəzərdə tutulur. Burada
insanın özü haqqında idealları xüsusi yer tutur. «İdeal mən»
obrazında insanın yüksək qiymətləndirdiyi keyfiyyətlər öz
əksini tapır. İnsan daima öz «ideal mən»inə nail olmağa can
atır.
«
Sosial mən» digər mən – obrazlardan fərqlənir. Burada
insan həmişə özünə başqalarının gözü ilə baxır. «Sosial mən»
obrazı aşağıdakı suallara uyğun yaradılır: başqa adamlar onu
necə görürlər? O, özünü başqalarına necə göstərmək istəyir?
Özünü necə göstərsə başqalarının rəğbətini qazana bilər? Məhz
buna görə də insan başqa adamlarla ünsiyyətə girərkən özünün
«sosial mən»indən çıxış edir.
Özünüqiymətləndirmə və şəxsiyyətin iddia səviyyəsi.
Özünüqiymətləndirmə şəxsiyyətin özünü, öz imkanlarını, key-
fiyyətlərini, qabiliyyətlərini, özünün
başqa
adamlarla
187
münasibət sistemindəki yerini qiymətləndirməsindən ibarətdir.
Özünüqiymətləndirmə insanın özünüdərketməsi ilə sıx
bağlıdır.
Bu
baxımdan
insanın
mənlik
şüurunun
formalaşmasında özünüqiymətləndirmə xüsusi yer tutur.
Özünüqiymətləndirmə zamanı adətən qiymətin əxlaqi,
estetik, intellektual, emosional və s. növlərindən istifadə olu-
nur. Lakin təcrübə göstərir ki, bütün hallarda onların içərisində
emosional
qiymətlər
əsas
yer
tutur. Bütün
hallarda
özünüqiymətləndirmədə emosional çalar üstünlük təşkil edir.
Özünüqiymətləndirmə
səviyyəsində
qiymətverən
və
qiymətləndirilən eyni adam olduğuna, mən-mənə qiymət
verdiyinə görə burada özünüsevmə, özünəhörmət, ləyaqət hissi
özünə geniş yer edir. Ona görə də burada subyektiv amillərin
təsiri qaçılmaz olur.
Psixoloji
tədqiqatlar
özünüqiymətləndirmənin
üç
səviyyəsini müəyyənləşdirməyə imkan vermişdir: 1) Adekvat
özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı
insan özünün bütün keyfiyyətlərini olduğu kimi, imkanlarına
uyğun qeyd etməklə özünü düzgün qiymətləndirir. 2) Qeyri –
real
yüksək
özünüqiymətləndirmə.
Bu
cür
özünüqiymətləndirmə zamanı insan özünü onda olan
keyfiyyətlərdən, imkanlardan yüksək qiymətləndirir. Adətən bu
cür özünüqiymətləndirmə şişirdilmiş xarakter daşıyır, insanın
özündən bədgümanlığı ilə nəticələnir. Ona görə də bu cür
adamlar başqaları tərəfindən rəğbətlə qarşılanmırlar. 3) Qeyri-
real aşağı özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə
zamanı insan özünün keyfiyyətlərini, imkanlarını layiq olduğ-
undan aşağı qiymətləndirir.
Qeyri-real
yüksək
və
qeyri
–
real
aşağı
özünüqiymətləndirmə eyni dərəcədə ziyanlıdır. Məsələn, öz
imkanlarını qeyri-real yüksək qiymətləndirən şagird və ya
tələbələrdə çox vaxt özünəarxayınçılıq hissi yaranır. Nəticədə
nəzərdə tutduqları məqsədlərinə nail ola bilmirlər. Öz
imkanlarını qeyri-real aşağı qiymətləndirən şagird və ya