Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə54/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   191

188

tələbələrdə isə mümkün olacaq nailiyyətə çatmaq hissi və cəhdi

olmur,  nəticədə onlar mövcud imkanlarını təzahür etdirə

bilmirlər. Ona görə də ən cüzi nailiyyətlə kifayətlənməli olur-

lar. 

Özünüqiymətləndirmədə şəxsiyyətin iddia səviyyəsi ilə



də sıx bağlıdır. İddia səviyyəsi dedikdə bu və ya digər fəaliyyət

zamanı şəxsiyyətin seçdiyi və qarşısına qoyduğu məqsəd və

vəzifələrin

çətinlik


dərəcəsi

ilə


müəyyən

olunan


xarakteristikası nəzərdə tutulur.  Başqa sözlə iddia səviyyəsi

fərdin qarşısına qoyduğu məqsədin çətinlik dərəcəsi ilə

müəyyən olunan şəxsiyyətin arzuolunan özünüqiymətləndirmə

(mən obrazı) səviyyəsindən ibarətdir. 

İnsan sonra yerinə yetirəcəyi işin çətinlik dərəcəsini

sərbəst


şəkildə

seçərkən


özünüqiymətləndirməyə

cəhd


göstərməsi iki cür konfliktin yaranmasına səbəb olur:  bir

tərəfdən maksimum müvəffəqiyyət əldə etmək üçün iddianı

artırmaq cəhdi, digər tərəfdən uğursuzluqdan   yaxa qurtarmaq

üçün iddia səviyyəsini aşağı salmaq.  Müvəffəqiyyət əldə

edildikdə adətən iddia səviyyəsi artır, insan daha çətin məsələni  

həll etməyə hazır olduğunu təzahür etdirir, uğursuzluq zamanı

isə iddia səviyyəsini  müvafiq şəkildə aşağı salır. 

Şəxsiyyətin iddia səviyyəsi konkret fəaliyyət növündə

özünü aydın göstərir. Bununla əlaqədar bir fakta nəzər salaq. 

İmtahana zəif hazırlaşmış tələbə 5  qiymət almağa cəhd

göstərir və verilmiş 10 misaldan yalnız 4-nü yerinə yetirdiyinə

görə həmin qiyməti ala bilmədikdə ruhdan düşməyəcəkdir.  O

eyni zamanda 3  qiymətə layiq görüldükdə də o qədər

sevinməyəcəkdir.  Çünki bu məqsədə nail olmaq o qədər də

çətin deyildir.  Lakin tədricən misalların sayını 4-dən yuxarı

artırmaqla yaxşı qiymət almaq üçün ona neçə misal verilməsini

istədiyini təklif etməklə onun iddia səviyyəsini müəy-

yənləşdirmək mümkündür. 

Bu sadə model göstərir ki,  şəxsiyyət öz iddialarının

səviyyəsini müəyyən edərkən özü üçün müəyyən perspekti




189

saxlamağa çalışır.  Buna görə də o,  elə tapşırıq və məqsədlər

seçir ki, onlar nə həddindən artıq çətin, nə də həddindən artıq

asan olsun. 

Aparılmış tədqiqatlar göstərmişdir ki,  iddia səviyyəsinin

formalaşması nəinki müvəffəqiyyət və uğursuzluğu qabaqca-

dan görməklə, həm də hər şeydən əvvəl, keçmiş müvəffəqiyyət

və uğursuzluqların ağıllı surətdə,  bəzən isə dumanlı dərk olu-

nan şəkildə nəzərə alınması və qiymətləndirilməsi ilə müəyyən

edilir. Məktəblinin tədris işində, dərnəkdə məruzə üçün mövzu

ictimai

tapşırıq


s.  seçərkən

iddia

səviyyəsinin



formalaşmasını izləmək olar. 

III.5.7.Hisslər, iradə, fəaliyyət

Bu bölməni təsadüfi olaraq «hisslər,  iradə,  fəaliyyət» 

adlandırmamışıq.  Burada

işlədilən

sözlərin

şəxsiyyətin

fəallığında rolu inkaredilməzdir. Belə ki, insan fəallığı müvafiq

hissləri doğuran emosional təəssüratdan başlayır.  Bu zaman

şəxsiyyət üçün əhəmiyyətli obyektə

baxdıqda (proyeksiya

olunduqda) həmin obyekt insanın sərvət meylləri ilə emosional

təəssüratları arasında əlaqənin yaranmasına səbəb olur ki, bu da

öz növbəsində konkret işin başa çatdırılmasına iradi cəhdi

aktuallaşdırır. 

Emosional təəssüratın özünün yaranması stereotiplərin, 

ustanovkanın dəyişməsi və ya pozulması,  başqa sözlə

gerçəkliyin əks olunma forması müvafiq hisslərin keçirilməsinə

gətirib çıxarır.  Məsələn,  milli futbol komandamızın oyunu

qələbə ilə nəticələndikdə yaranan emosional təəssürat bizdə if-

tixar hissi, uduzduqda isə narazılıq ilə bağlı hissi yaradır. Yax-

ud, işgüzar partnyorumuzla bağlı yeni əlaqənin yaranması ilə

bağlı emosional təəssürat razılıq hissi keçirməyimizə,  tamas

alınmadıqda isə narazılıq hissinin yaranmasına səbəb olur. 

Beləliklə,  hər cür emosional təəssürat öz modallığı və

yönəlişliyinə görə bir-birindən fərqlənən hisslər doğurur. 



190

İnsanın keçirdiyi bu cür fərqli hisslər onun iş və fəaliyyətinin

«mexanizmi» ilə bilavasitə əlaqəyə malik olur.

Adətən,  neytral hisslər olmur və ya belə demək

mümkündürsə, emosional neytrallıq uzun ömürlü olmur. İnsan

gah bir, gah da digər tərəfə meyilli olur və nəticədə ya müsbət, 

ya da mənfi hisslər keçirir.  Modallığından asılı olmayaraq

onların təzahürü həmişə müəyyən obyektə yönəlmiş olur.  Bu

zaman həmin obyektin harada olması əsas deyildir. Biz heç bir

səbəb olmadan sevinmirik. Bizim hissi aləmimizin neqativizmi

və ya pozitivizmi subyektiv və ya obyektiv səbəblərlə şərtlənir. 

Bu cür hissi yönəlişlik və yaxud hissi proyeksiya olduqca va-

cibdir.  Məhz bunun sayəsində proyeksiya olunmuş hissləri

şəxsi sərvət meyilləri ilə əlaqələndirmək olar. 

Bunu müvafiq misallar əsasında aydınlaşdıraq.  Yerinə

yetirdiyimiz işin keyfiyyəti ilə bağlı tənqidi fikirlər çox vaxt

bizdə narazılıq,  inciklik və ya pərtlik hissi yaradır.  Öz

ünvanımıza yönələn tənqidi dinləməklə biz həmin hissləri

keçirməyə başlayırıq və onlar bizdə qalmır,  şəxsi əhəmiyyət

daşıyan obyektlərin üzərinə keçir. Bu cür obyekt tənqidin irəli

sürüldüyü şərait,  ola bilsin ki,  tənqid edilən adam və yaxud

tənqid edən adam ola bilər. Bütün hallarda narazılıq və inciklik

hissi tənqidin məzmunundan deyil,  yaranma mənbəindən irəli

gələ bilər. 

Bu zaman biz ya özümüzü pis işlədiyimizə görə danlayır, 

ya rəisin günahkar olduğunu düşünür, ya yerinə yetirdiyimiz işi

pisləyirik,  lakin tənqidin məzmunu haqqında fikirləşmirik. 

İnsan hissinin bu fenomeni məişət psixologiyası səviyəsində

hamıya yaxşı məlumdur.

Təsadüfi deyildir ki, biz kimi isə tənqid etməyə başlarkən

«inciməyin,  lakin…»  ifadəsini işlədir və tənqid etdiyimiz

adamın tənqidin məzmununa diqqət verməli olduğunu və onu

şəxsi səviyyəyə keçirməməyi qeyd edirik. Lakin bu ya faydalı

arzu olaraq qalır, belə ki, simasız tənqid mümkün deyildir. Bu

cür tənqid özünü göstərirsə bu artıq tənqid deyil,  boş



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə