Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə55/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   191

191

danışıqdır.  Belliklə,  aydın şəkildə təsəvvür etmək lazımdır ki, 

«proyeksiya olmamış» hisslər olmur, əgər təzahür edərsə onlar

artıq hisslər deyil,  sadəcə olaraq emosional təəssürat –

emosiyadır. Bu cür nəticəyə gəlmək olduqca vacibdir.  Beləki, 

Bu bizim sonrakı addımı atmağımıza, proyeksə olunmuş

hisslərin daima bizim sərvət meyllərimizlə əlaqələnməsinə

kömək edir.  Başqa sözlə,  bizdən kimsə mütəəssir olur,  öz

hisslərini duyur və şəxsi əhəmiyyətli obyektə proyeksə edirsə, 

mütləq onları öz şəxsi sərvətləri ilə əlaqələndirir.  Burada

«əlaqələndirmək»  anlayışını dəqiqləşdirmək zəruridir.  Beləki, 

bu iki aspektdə təzahür edə bilər.  Birinci tip xarici (zahiri) 

əlaqələndirmə olub,  burada əlaqələndirmə hisslərin zahiri

proyeksləşməsində

təzahür

edir, 


insan

tərəfindən

qiymətləndirilir,  lakin həqiqi şəxsi sərvət səviyyəsinə qalxa

bilmir.  Bu cür hadisə çox vaxt sözdə fəallıq şəklində təzahür

edir və «Belə də iş olar»,  «Bu heç bir çərçivəyə sığmır» və s. 

ifadələrində özünü göstərir,  faktiki olaraq yalançı informasiya

xarakteri daşıyır. Xarici təzahür edən hisslər və onları müşayət

edən replika insanın həqiqi niyyəti,  məqsəd və dəyərlərinə

uyğun gəlmir. Buna görə də proyeksləşdirilmiş hisslərin xarici

və ya yalançı qarşılaşdırılması şəxsiyyətin sərvət özəyinin

həqiqi qarşılaşdırılmasında aydın şəkildə fərqləndirilməlidir.

Belə olduqda iş və hərəkətlərin həyata keçirilməsi ilə bağlı olan

iradi cəhd aktuallaşır.  Bu da qarşılıqlı əlaqələndirilmiş

elementlər silsiləsində insan davranışının istiqamətini izah

etməyə imkan verən son mərhələni təşkil edir.  

  

Özünü yoxlamaq üçün sual  və tapşırıqlar

1. Şəxsiyyət nəyə deyilir?

2. Şəxsiyyət, fərd və fərdiyyət anlayışlarını səciyyə-

                 ləndirin.

3. Şəxsiyyətin psixoloji strukturuna nələr daxildir?

4. Şəxsiyyət haqqında əsas nəzəriyyələr hansılardır? 



192

                 Onları səciyyələndirin.

5. Şəxsiyyətin fəallığını təmin edən amillər hansılar-

                 dır?    

6. Tələbat və onun növlərini səciyyələndirin.

7. Şəxsiyyətin davranış motivləri hansılardır?

8. Maraq nəyə deyilir? Onun növlərini səciyyələn-

                 dirin.

9. Dünyagörüşü, əqidə və idealları səciyyələndirin.

10. Mənlik şüuru nədir?

11. İnsanda «mən-obraz»ının hansı tipləri var?

12. Özünüqiymətləndirmə nədir və onun hansı tipləri

                  vardır?

13. «İddia səviyyəsi» nədir? Onu səciyyələndirin. 

   

Referat, məruzə, və müstəqil tədqiqat üçün mövzular

1. Şəxsiyytin formalaşmasının şəraiti və amilləri.

2. Müxtəlif elm sahələrində şəxsiyətin tərifi və onların

təhlili.


3. Şəxsiyyətin sabitliyi problemi.

4. Qloballaşma və şəxsiyyətin qarşılıqlı əlaqəsi.



Ə d ə b i y y a t

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri –

Bakı, 2002, s. 128-138; 209-235.



Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Ba-

kı, 2003, s. 51-70.



Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual

psixoloji problemləri. – Bakı, 1989.



Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.

Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının

etnopsixoloji əsasları. – Bakı, 2000.




193

Seidov S.İ. Psixoloqiə menedjmenta. - Baku, 2000, s.

102-126; 168-200.



Kovalev A.Q. Psixoloqiə liçnosti. -  M., 1970, s.5-22

Nemov R.S.  Psixoloqiə. V 3-x kn., kn.1 – M., 1998.

Mayers D. Psixoloqiə. – Minsk, 2001, s. 564-611.

Psixoloqiə liçnosti. Tekstı. – M., 1982, s. 11-41.

Zayqarnik B.V. Teoriə liçnosti v zarubejnoy psi- xolo-

qii. – M., 1982.



Medjidova S.M. Psixoloqiçeskie tipı. Tipoloqiə «69». 

Baku, 2001.



Mamedova Q.K. Problemı tipoloqii liçnosti v psixoloqii

i xudojestvennoy literature.- Baku, 

2003.

Bodalev A.A. Psixoloqiə o liçnosti. – M., 1988, s. 31-59

Psixoloqiə formirovaniə i razvitiə liçnosti. – M., 1981.



194

6-cı  F Ə S İ L

QRUPLARIN  PSİXOLOGİYASI

Q ı s a   x ü l a s ə

Qruplar haqqında anlayış. Qrupları səciyyələndirən əsas  

amillər.  Qrup sosial mənsubiyyətə,  birgə fəaliyyətin və ünsiyyətin

xarakterinə görə birləşən insan birliyi kimi. Sosial qruplar və onların

adi insan birldiyindən fərqi. Sosial qrupların funksiyaları. 



Qrupların təsnifatı. Böyük və kiçik qruplar. İlkin qruplar və

onları    səciyyələndirən xüsusiyyətlər.  Kiçik qrupların növləri:  şərti

və real qruplar; rəsmi  (formal) və qeyri rəsmi (qeyri-formal)  qrup-

lar; referent (etalon) qruplar. 



Kiçik qrupların fenomenologiyası və strukturu.  Kiçik

qrupların fenomenologiyası haqqında anlayış.  Qrup üzvlərinin

mövqeləri və statusu,  fərdin kiçik qrupdakı daxili yönəlişliyi

(ustanovkası).  Kiçik qrupların həcmi və strukturu.  Qrupdaxili

kommunikasiyanın struktur tipləri və variantları.  Mərkəzləşdirilmiş

kommunikasiya strukturu,  tipi və onun variantları:  frontal,  radial, 

ierarxık; mərkəzləşdirilməmiş kommunikasiya strukturu tipi və onun

variantları: zəncirvari, dairəvi və tam; onların xarakteristikası. Kiçik

qruplarda psixoloji uyuşma və onun istiqamətləri: struktur, funksion-

al və adaptiv;  onların pstxoloji xarakteristikası.  Qrup təzyiqi feno-

meni və onun xüsusiyyətləri:  konformizm (konformluq),  qrupdaxili

təlqin və nonkonformizm qrup təzyiqi hadisələri kimi.  «Qrup

qütbləşməsi»  fenomeni.  Qruplarda rəhbərlik və liderlik problemi. 

Rəhbərlik və liderlik anlayışlarının müqayisəli təhlili.  Qruplarda

rəhbərlik üslubu və onun tipləri:  avtokratik,  avtoritar,  demokratik, 

laqeyd və qeyri sabit. 



Qruplarda

şəxsiyyətlərarası

münasibətlər.  Qruplarda

şəxsiyyətlərarası münasibətlər haqqında. Qruplarda şəxsiyyətlərarası

münasibətlərin səviyyələri: vasitəsiz asılılıq, vasitəli asılılıq. ictimai

vəzifələr. Psixoloji iqlim  qruplarda şəxsiyyətlərarası münasibətlərin

mühüm göstəricisi kimi.  Şəxsiyyətlərarası münasibətlərin növləri: 

rəsmi,  qeyri-rəsmi,  şəxsi,  işgüzar.  Qrupların inkişaf səviyyəsindən




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə