Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə56/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   191

195

asılı olaraq qarşılıqlı münasibətlərin xarakteri. 



Qruplarda şəxsyyətlərarası seçmə.  Şəxsiyyətlərarası seçmə

və onun sosiometrik baxımdan təhlili. Sosiometrik matrisa və sosio-

qram.  Qruplarda

şəxsiyyətlərarası

münasibətlərdə

seçmənin


motivləşməsi. Şəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə

öyrənilməsi.    



                             

III. 6. 1.  Qruplar haqqında anlayış

İnsan cəmiyyət daxilində doğulub yaşayır.  Hər bir fərd

nəinki bioloji,  eyni zamanda sosial irsə sahib olub,  konkret

mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət

və ənənələri təkrar edir.  Bu baxımdan hər bir şəxs konkret

cəmiyyətin məhsulu, öz dövrünün övladıdır. Burada insan bir-

liyi xüsusi rol oynayır. Əgər insan tək, tənha yaşasaydı nə onun

bir şəxsiyyət kimi formalahması, nə də öz tələbatlarını ödəməsi

işi istənilən səviyyədə gedə bilməzdi. Məhz buna görə də bəşər

tarixində insanlar daima müəyyən qruplarda birləşir və

fəaliyyət göstərirlər.

Bəs hər cür insan birliyini qrup adlandırmaq olarmı? 

Qrupları səciyyələndirən əsas amillər nədən ibarətdir? Bu kimi

suallara cavab vermədən qruplar, onların rolu və funksiyalarını

da düzgün dərk etmək mümkün deyildir.

Hər şeydən əvvəl hər cür insan birliyini,  məsələn, 

təsadüfən avtobusda,  metroda,  küçədə birgə gedən adamları

qrup adlandırmaq düzgün deyildir. Bu adamlar fiziki cəhətdən

birləşmiş

fərdlər


olmaqla,  bir-birlərinə

qarşılıqlı

təsir

göstərmirlər.  Hər hansı bir insan birliyini qrup adlandırmaq



üçün həmin adamların vahid məqsəd uğrunda birgə fəaliyyətə

girişməsi tələb olunur. Bu cür ümumi mənafe və birgə fəaliyyət

olmadıqda insanların birliyinin son məqsədi də məlum olmur. 

Bu cür təsadüfi birləşmədə insanların bir-birinə qarşılıqlı təsiri, 

onların bir-birini qavraması halları da aradan çıxır.  Bu



196

baxımdan görkəmli amerika psixoloqu D.Mayersin qrupa ver-

diyi tərif diqqəti cəlb edir.  «Qrup bir-birinə qarşılıqlı təsir

göstərən,  bir-birinə uzun müddət təsir göstərməklə özlərini

«biz» kimi qavrayan iki və daha artıq insan birliyidir»

1

. Məhz



buna görə də qrupları sosial mənsubiyyətə, birgə fəaliyyətin və

ünsiyyətin xarakterinə görə birləşən insan birliyi kimi

səciyyələndirmək lazım gəlir.

Tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış, 

ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan

adamların nisbətən sabit birliyi qrup adlanır.

Adamların

qeyri-mütəşəkkil

yığımından,  təsadüfü

birliyindən fərqli olaraq qrup üzvləri qrup üçün tipik olan

fəaliyyət növlərinə daxil olurlar.  Məsələn,  ali məktəbin tələbə

qruplarında gələcəyin mütəxəssisi kimi formalaşmalı olan in-

sanlar birləşirlər. Onlar üçün tipik fəaliyyət növü təlim fəaliy-

yəti olub,  bu prosesdə müvafiq peşə bilik,  bacarıq və

vərdişlərinin formalaşması baş verir.

Adətən hər bir adam müxtəlif qrupların üzvü ola bilir. 

Lakin hər hansı adam bütün qruplarda eyni statusa malik ol-

mur, müxtəlif qruplarda müxtəlif rolları yerinə yetirir. Məsələn, 

uşaq ailədə övlad (oğul və ya qız), məktəbdə şagird, voleybol

komandasında idmançı rolunu; yaşlı adam ailədə valideyn, işdə

müdir və ya adi işçi və s. rolunu yerinə yetirə bilər.



Sosial qruplar.  Qeyd olunduğu kimi,  adi insan

biriliklərində    adamlar ümumi mənafe,  sərvət və davranış

normalarına malik olmurlar. Yalnız sosial qruplarda hər cür so-

sial münasibətlər mövcud olur. Sosial qruplar cəmiyyətin qəbul

etdiyi,  özünün məqsəd və vəzifələri onun xeyrinə olan

qruplardır. Bu cür qruplara ailəni, orta və ali məktəb qruplarını, 

təşkilat və idarələrdə toplanmış insan qruplarını,  hərbi və id-

man qruplarını və s. aid etmək olar. Həmin qrupların strukturu, 

normaları cəmiyyətin mövcud tələblərinə uyğun olmaqla,  bir

                                                

1

Майерс Д. Соüиальная психология. – Питер, 1997, с.356



197

növ cəmiyyət tərəfindən idarə olunur.  Təsadüfü insan

biliklərində isə çox vaxt bu cür idarə olunma mövcud olmur. 

Bu cür insan birlikləri bir növ kütlə xarakteri daşıyır.  Kütlə



aydın dərk olunmuş ümumi məqsəddən məhrum olan, lakin bir-

biri ilə öz emosional vəziyyətinin oxşarlığı və ümumi diqqət

obyektinə görə bağlı olan, xüsusi strukturu olmayan insan top-

lusudur.  Sosial qruplarda isə aydın dərk olunmuş ümumi

məqsədlər mövcud olur.  Qrup üzvlərinin hamısı həmin

məqsədin həyata keçirilməsinə çalışırlar.  Burada qarşılıqlı an-

lama,  əvvəlcədən düşünülmüş struktura uyğunluq,  müvafiq

funksiyalar həyata keçirilir.  Bu cəhəti nəzərə alaraq

Ə.Bayramov və Ə.Əlizadə yazır:  «Sosial qrup mədəniyyət

meyarları,  sərvət meylləri,  həyat fəaliyyəti vasitələri və ya

şəraiti ilə bir-biri ilə bağlı olan insanların nisbətən sabit birliyi-

dir»

1

.



Psixoloji ədəbiyyatda (Ə.Bayramov,  Ə.Əlizadə)  sosial

qrupların aşağıdakı funksiyaları qeyd olunur:

 sosializasiya funksiyası;

 instrumental funksiya; 

 ekspressiv funksiya;

 müdafiəedici funksiya;

Qrupun sosializasiya funksiyası-burada qrup üzvlərinin

sosiallaşması, sosial təcrübəni mənimsəməsi, bir şəxsiyyət kimi

formalaşmasını nəzərdə tutur.  İnsanın sosiallaşması onun

düşdüyü ilkin sosial qrupdan başlayır. Ailənin ilkin sosial qrup

kimi uşağın sosiallaşmasında oynadığı rol hamıya məlumdur. 

İnsanın daxil olduğu sonrakı sosial qruplar da onun sosial

təcrübəni mənimsəmək məktəbi rolunu oynayır. 

Sosial qrupların instrumental funksiyasına gəldikdə bu, 

qrupda insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə

həyata keçirilməsini nəzərdə tutur.  Bu,  xüsusilə kollektiv

                                                

1

Байрамов Я.С., Ялизадя Я.Я. Сосиал психолоэийа. – Бакы, 2003, 

с.115



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə