Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə58/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   191

201

qruplar ünsiyyət prosesində təbii yolla yaranır.  Burada qrup

üzvlərinin bir-birinə qarşı emosional-psixoloji münasibətləri

qrupun yaranması üçün əsas rol oynayır. Qeyri – rəsmi qrup da

özünün müvafiq strukturu və qarşılıqlı münasibət normalarına

malik olur.  Lakin bu münasibətlər ilk növbədə yazılmamış

qaydalar

insanların



şəxsi

keyfiyyətlərindən

doğan

münasibətlərdən ibarət olur.  Bu cür qruplara öz maraqlarına



görə birləşən həyət kompaniyalarını,  yaxın iş və təhsil

dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların daxilində də

bu cür qeyri-rəsmi qruplar yarana bilir.  Belə ki,  rəsmi qrupun

üzvləri bir-birinə yaxınlıq,  dostluq münasibətlərinə görə

qruplaşa bilirlər. Həmin qrupların mövqeyi, norma və məqsədi

bütövlükdə rəsmi qrupun mövqe,  norma və məqsədinə uygun

gəldikdə

qrupun


fəaliyyətinin

müvəffəqiyyətlə

həyata

keçməsinə imkan yaradır. Bu baxımdan psixoloqlar rəsmi kiçik



qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsinin, onun rəsmi və

qeyri-rəsmi strukturlarının bir-birinə uyğun gəlməsindən asılı

olduğunu qeyd edirlər.  

Referent

qruplar.  Psixoloji

ədəbiyyatda

kiçik

qrupların bir növü kimi referent qrupları da qeyd edirlər



(latınca referens sözündən götürülmüşdür). Özünün normaları, 

fikirləri,  qiymətləri fərdin davranış motivlərinə çevrilən sosial

birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942- ci

ildə Q.Xaymen tərəfindən irəli sürülmüş və sonralar R. Merton, 

Q. Nunkom, M.Şerif və b. tərəfindən istifadə olunmuşdur. 

Məlum olduğu kimi hər bir adam müxtəlif qrupların

üzvü olur.  Ayrı- ayrı adamlar üçün daxil olduğu həmin

qrupların sırası özünəməxsus şəkildə,  müxtəlif olur.  Lakin

bütün hallarda həmin sıranın müəyyənləşdirilməsi eyni prinsipə

əsaslanır:  birinci yerdə mütləq o qruplar dayanacaqdır ki, 

həmin qrupun normaları fərdin cəhd etdiyi normalara uyğun ol-

sun. Sonrakı yerlərdə qruplar fərd üçün əhəmiyyətlilik dərəcəsi

olan yerləri tutacaqdır. Yüksək ranqa malik olan qrup fərd üçün

bir növ daxili forum təşkil edir (Q.Midin obrazlı ifadəsinə




202

görə), fərd öz davranışını həmin normalarla tutuşdurur, tənzim

edir. 

Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına



çevrilən,  fərdin statusunun artması üçün daimi imkanları olan

bu cür referent qrupları çox vaxt etalon qrup adlandırırlar. 

V.B.Olşanskinin verdiyi tərifə görə etalon qrup real və

ya təsəvvür olunan elə qrupdur ki, şəxsiyyət həmin qrupa cəhd

göstərir və onun standartlarını öz davrvnışı üçün etalon qəbul

edir.  Bu baxımdan etalon qruplar real və təsəvvür olunan xa-

rakter daşıya bilər. 

                            



III.6.3.  Kiçik qrupların fenomenologiyası və struktu-

ru

Kiçik qrupların fenomenologiyası haqqında anlayış.

Psixologiyada fenomenologiya anlayışı altında hər hansı bir

konkret obyekt üçün xarakterik olan əsas hadisələr barədə

təsəvvür və izahatlar nəzərdə tutulur.  Bu baxımdan kiçik

qrupların da özünəməxsus fenomenologiyası vardır. İndi kiçik

qruplar üçün xarakterik olan fenomenləri və əsas elmi

anlayışları qısaca olaraq nəzərdən keçirək. 

Sosial-psixoloji tədqiqatlardan məlum olduğu kimi,  eyni

bir qrup üzvü onlar üçün xarakterik olan münasibətlər

sistemində eyni vəziyyətdə olmurlar. R.S.Nemovun qeyd etdiyi

kimi,  kiçik qrupların üzvləri qrupdaxili münasibətlər struktu-

runda özlərinin mövqeləri,  statusları,  daxili yönəlişlikləri, 

rollarına malik olurlar. Ona görə də R.S.Nemov hər bir adamın

qrupdaxili

münasibətlər

strukturundakı

yerini

müəyyənləşdirmək üçün həmin anlayışlardan istifadə edildiyini



qeyd edir. 

Bütün


bunlarla

yanaşı


olaraq

kiçik


qrupların

fenomenologiyasında aşağıdakı anlayışlar da özünəməxsus yer

tutur: kiçik qrupların həcmi, strukturu, psixoloji uyuşma, qrup



203

təzyiqi, norma və funksiyalar, qrupun qütbləşməsi, rəhbərlik və

liderlik və s. 

Qrup üzvlərinin mövqeləri anlayışı altında insanın hər

hansı bir münasibətlər sistemində tutduğu yer başa düşülür. 

Həmin mövqe insanın qrupun digər üzvləri ilə əlaqəsi ilə

müəyyənləşdirilir.  İnsanın qrupun digər üzvlərinin hərəkət və

davranışına

potensial

təsiri


həmin

adamın


qrupdakı

mövqeyindən asılıdır.  Mövqeyin hansı səviyyədə olması bu

təsirin səviyyəsini müəyyənləşdirmək imkanı verir. 

Qrup üzvlərinin statusuna gəldikdə o,  qrup üzvlərinin

mövqelərindən fərqli anlayışdır.  Qrup üzvünün statusundan

danışarkən onun qrupdaxili münasibətlər sistemində qrupun

digər üzvlərinə nisbətən əldə etdiyi həqiqi nüfuz dairəsi

nəzərdə tutulur.  Məsələn,  hər hansı qrupun üzvlərindən biri

qrupda yüksək rəsmi bir vəzifəni tuta bilər. Bu onun qrupdakı

mövqeyini nəzərə çarpdırır. Qrup üzvünün yüksək statusundan

danışarkən isə onun qrup üzvləri tərəfindən qəbul olunması və

yüksək nüfuza, ona qayğı, inamın yaranması və qrup üzvlərinə

əsaslı psixoloji təsir göstərmək bacarığına malik olması

nəzərdə tutulur.  Şübhəsiz qrupda yüksək statusa malik olan

şəxsiyyətlərin olması qrup fəaliyyətinin səmərəliliyi üçün ən

vacib şərtlərdən biridir. 

Fərdin kiçik qrupdakı vəziyyətini səciyyələndirən

anlayışlardan biri də daxili yönəlişlik (ustanovka)  anlayışıdır. 

Bu

fərdin


öz

statusunu

şəxsən,  subyektiv

şəkildə


qavramasından ibarətdir.  Burada fərdin öz real vəziyyətini, 

nüfuzunu və qrupun digər üzvlərinə təsir dərəcəsini necə

qiymətləndirməsi nəzərdə tutulur. 

Fərdin qrupdakı vəziyyətini səciyyələndirməkdə rol

anlayışı da xüsusi yer tutur.  Sosial psixologiyada rol qrupda

müvafiq mövqe tutan insanın müəyyən normalarla bağlı,  kol-

lektiv şəkildə bəyənilmiş, icrası gözlənilən davranış tərzi kimi

nəzərdə tutulur. Rol rəsmi vəzifə kimi müəyyənləşdirilə, yaxud

qrup üzvləri tərəfindən seçilə bilər.  Müəyyən qrupda müvafiq



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə