Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə66/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   191

234

Motivasiya özəyi üstünlüyünün müəyyənləşdirilməsi daima bu

qrupda sosiometrik göstəricisinin nə üçün məhz bu cür olması, 

nə üçün qrupun bu və ya digər cəhətə üstünlük verməsi, qrup

üzvlərinin bir qisminin «ulduzlar» kateqoriyasına, başqalarının

isə «səfillər»  kateqoriyasına aid edilməsi sualları meydana

çıxdıqda onlara cavab vermək,  qarşılıqlı münasibətləri

anlamağa imkan verir.

Psixoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, 

şəxsiyyətlərarası

münasibətlər

strukturunda

partnyorun

seçilməsinin motivasiya özəyinin məzmunu həmin qrupun nail

olduğu inkişaf səviyyəsinin göstəricisi rolunu oynaya bilər. 

Qrupun formalaşmasının ilk mərhələsində seçmə bilavasitə

emosional boyalıqla xarakterizə olunur,  partnyorun seçilməsi

üçün orientasiya daha çox zahiri üstünlükləri ilə bağlı olur

(ünsiyyətlilik,  zahiri cəlbedicilik,  geyim üslubu və s.).    Daha

yüksək inkişaf səviyyəsinə malik olan qrupda isə seçmə təkcə

ilk təəssüratdan doğan hisslər əsasında deyil,  birgə fəaliyyət

zamanı aşkara çıxan daha dərin şəxsi keyfiyyətlərin

qiymətləndirilməsi əsasında baş verir. 

Qrupun inkişaf səviyyəsindən asılı olaraq şəxsiyyətin

dünyagörüşünü,  əməyə

münasibətini

xarakterizə

edən


keyfiyyətlərin  «qiyməti» artır. 

Şəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə

öyrənilməsi. Məlum olduğu kimi,  qrupa sosiometrik yanaşma

zamanı şəxsiyyətlərarası münasibətlər sistemində seçmə üçün

əsas amil simpatiya və antipatiyadan ibarət olur.  Bu zaman

adamlar bir-birlərini ona görə seçirlər ki,  məhz onlarla

ünsiyyətdə olmaq,  birlikdə işləmək,  oxumaq,  istirahət etmək

istəyirlər. Lakin psixoloqlar belə bir qənaətə gəlirlər ki, yalnız

simpatiyanı seçim üçün yeganə əsas hesab etmək düzgün

olmazdı.  Burada başqa amillər də seçim üçün əsas götürülə

bilər. 

İnsanın qrupdakı ən mühüm xarakteristikası ondan



ibarətdir ki, o öz qrupuna ətraf aləmə bələdləşmə mənbəyi kimi


235

müraciət edir.  Buradan isə belə bir vacib sual ortaya çıxır: 

görəsən sosiometrik araşdırma zamanı insanların referent

qrupunu (şagirdlərlə aparılan iş zamanı onların referent

qrupunu)    müəyyənləşdirmək mümkündürmü?  Mütüxəssislər

bu suala müsbət cavab verirlər.  Şagirdlərin referent qrupunun

müəyyənləşdirilməsinin pedaqoji effektinin önəmli olması

nöqteyi nəzərdən buna xüsusi yer verir və bu həqiqəti dərk

etmək

nəticəsində



referentometriya

üsulunun


meydana

gəldiyini göstərirlər (Ə.Əlizadə).

Referentometriya tədqiqat üsulu kimi E.V.Şedrina

tərəfindən

işlənmişdir. 

Referentometriya

üsulunu

müəyyənləşdirərkən



referent

qrup


anlayışına

istinad


olunmuşdur.  Əvvəlki bölmədə qeyd etdiyimiz kimi,  referent

qrup özünün normaları,  fikirləri,  sərvətləri,  qiymətləri fərdin

davranış və motivlərinə çevrilən qrupdur.  Referentometriya

üsulu məhz qrup üzvləri üçün «əhəmiyyətli şəxsiyyətlər» 

dairəsini,  başqa sözlə onlar üçün etalon olan qrupu müəyyən-

ləşdirməyə imkan verir. 

Referentometrik üsulun köməyi ilə referentlik hadisəsinin

tədqiqi olduqca maraqlı nəticəyə gətirib çıxarmışdır.  Hər

şeydən əvvəl bu yolla aparılan tədqiqatlar hər bir qrupda

əsasını referentlik təşkil edən mühüm sistem və seçimin olması

fərziyyəsini

aşkar


etmişdir.  Bu

cür


əlaqə

sistemi


sosiometriyada olan formal xarakteristikanı özündə əks etdirir. 

Referentometrik yolla aparılan iş olduqca operativ və yığcam

xarakter daşımaqla,  qrupun status strukturu barədə təsəvvür

yarada bilir. Bununla yanaşı əldə edilmiş faktların riyazi yolla

işlənməsinə,  qrafik

ifadəsinə,  seçimlərin

xəritəsi

matrisalarını tərtib etməyə imkan verir. Lakin sosiometriyadan



fərqli olaraq seçim simpatiya və antipatiya əsasında deyil, 

qiymət amilləri əsasında    aparılır.  Sosiometrik üsuldan fərqli

olaraq referentometrik üsul qrupda emosional münasibətlərin

strukturunu

deyil, 

şagirdlərin



referent

qrupunu


müəyyənləşdirməyə imkan verir. 


236

Referentometriya üsulunun müxtəlif metodik formaları

mövcuddur.  Onlardan nisbətən geniş yayılmış bir variantı

nəzərdən keçirək:  «şagirdə belə bir təlimat verilir: tutaq ki, si-

nif yoldaşların müəyyən əlamətlərə (məsələn,  intizamlı və ya  

intizamsız və s.)  görə sənə qiymət veriblər.  Əgər sənə təklif

etsələr ki, onlardan 3 (və ya beş) nəfərinin cavabları ilə tanış ol,

onda sən kimin cavabları ilə tanış olmaq istərdin?  Onların

adının sənin üçün əhəmiyyətinə görə qeyd et.  Hansı şagirdin

cavabı ilə daha çox tanış olmaq istəyirsənsə, onun adını birinci

qeyd et».

Referentometrik seçmə yolu ilə əldə edilmiş faktlar sosi-

ometriyada olduğu kimi təhlil olunur. 

          Özünü yoxlamaq üçün sual və tapşırıqlar      

  

1. Qrup nəyə deyilir?

2. Sosial qruplar və onların adi insan birliyindən fərqini

izah edin.

3. Sosial qruplar hansı funksiyaları həyata keçirir?

4. Qrupların təsnifatını verin.

5. Kiçik qrupların növləri hansılardır?

6. Kiçik qrupların fenomenologiyasını şərh edin.

7. Kommunikasiya kanallarından asılı olaraq kiçik

qrupların hansı növləri vardır?

8. Mərkəzləşdirilmiş kommunikasiya kanalının hansı

variantları vardır?Onları səciyyələndirin.

9.Kiçik qruplarda psixoloji uyuşma nədir? Onun

istiqamətləri  hansılardır?

10. « Qrup təzyiqi» fenomeni nədir?

11.Qrup qütbləşməsi dedikdə nəyi başa düşürsünüz?

12.Qruplarda rəhbərlik və liderlik anlayışlarını

səciyyələndirin.

13.Qruplarda rəhbərlik üslubunun hansı tipləri vardır? 

Onları səciyyələndirin.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə