Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə77/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   191

271

yönəlişliyi mühüm rol oynayır. Məsələn, qorxu ilə bağlı yara-

nan emosiya qavrayışa təsir edir, hətta onu dəyişdirir. «İlan vu-

ran ala çatıdan qorxar» xalq məsəlində bu çox aydın görünür. 

M.F.Axundovun «Hacı Qara»  komediyasında belə bir səhnə

var: Hacı Qaranın Arazın o tayından keçirilən qaçaq malını ata

yükləyir,  yükün də üstündə Kərəməlini əyləşdirir,  atın da

yüyənini verirlər Hacının əlinə.  Hacı Qara yolda əylis

ermənilərinə rast gəlir.  Hacı Qara əllərində oraq dayanan

ermənilərin quldur olduğunu söyləyir,  hətta atəş də açır. 

Biçinlərin quldur kimi qavranılmasına səbəb xəsis bir adamın

öz malını itirməsindən keçirdiyi qorxu hissi idi.

         Şəxsiyyətin yönəlişliyi də qavrayışa təsir edir.  Gecə

yatarkən ana otaqda,  küçədə olan səslərə heç bir reaksiya

vermədiyi halda, uşağın yatdığı tərəfdən gələn kiçik bir səsə

dərhal oyanır. Bu qavrayışla şəxsiyyətin yönəlişliyinin iştirakı, 

appersepsiya hadisəsi ilə bağlıdır. 

IV. 9.3. Qavrayışın təsnifi və növləri:

Qavrayış bir neçə nöqteyi-nəzərdən təsnif olunur.



1.  Qavrayış prosesində hansı analizatorun üstün rol

oynamasına görə;



2. Qavranılan obyektin, başqa sözlə materiyanın mövcud-

luq formasına görə;



3. Qarşıda məqsədin olub-olmamasına görə.

Birinci bölgü onunla əlaqədardır ki,  bəzən qavrayış

prosesində hansısa bir analizator daha üstün şəkildə iştirak edir. 

Nəticədə duyğularda olduğu kimi qavrayışın görmə,  eşitmə, 

lamisə,  kinestezik,  iybilmə və dadbilmə kimi sadə növləri

əmələ gəlir. Belə bir cəhəti qeyd etmək lazımdır ki, bu növlərə

təmiz halda çox az-az rast gəlmək olur.  Adətən qavrayış

prosesində müxtəlif duyğular birləşir,  birlikdə iştirak edir və

mürəkkəb qavrayışı yaradır.  Məsələn,  şagird mətni oxuyarkən



272

onun qavrayışında görmə, eşitmə, kinestezik duyğular birlikdə

iştirak edir. Daha doğrusu qavrayışın bu növlərində duyğudan

fərqli olaraq bir deyil, bir neçə analizator iştirak edir. 

İkinci növ təsnifat isə,  qavranılan obyektin,  materiyanın  

mövcudluq formasına görə aparılır.  Bu baxımdan qavrayışın



məkan, zaman və hərəkət kimi mürəkkəb növləri mövcuddur.

Məkan qavrayışı. Məkan materiyanın mövcudluq

formasıdır. Məkanın qavranılması dedikdə cisimlərin obyektiv

məkan xüsusiyyətlərinin və münasibətlərinin formasının, 

həcminin,  relyefinin,  fəzada tutduğu yerin,  uzaqlığının

qavranılması başa düşülür.

        Məkanın qavranılmasında bələdləşmə hərəkət analizatoru

əsas rol oynayır.  Onun köməyi ilə müxtəlif analizatorlar

arasında əlaqə yaranır.  Məkan bələdləşməsinin xüsusi

mexanizmlərinə analizator fəaliyyətinin hər iki yarımkürə

arasındakı sinir əlaqələrini:  binokulyar görməni,  binaural

eşitməni,  bimanual lamisəni,  dirinik iybilməni və s.aid etmək

lazımdır.  Əşyaların məkan xassələrinin inikasında bütün qoşa

analizatorlar üçün xarakterik olan asimmetriya mühüm rol

oynayır.


       Cisimlərin məkan xüsusiyyətlərinin beynimizdə inikası

mürəkkəb prosesdir. Məkan qavrayışında başlıca olaraq görmə

analizatoru iştirak edir.  Lakin tədqiqat göstərmişdir ki,  bu

mürəkkəb prosesdə təkcə görmə deyil, bununla birlikdə lamisə, 

əzələ-hərəkət duyğuları,  bəzi hallarda eşitmə duyğuları da

iştirak edir.  Bu duyğuların birgə və qarşılıqlı fəaliyyəti, 

cisimlərin məkan xüsusiyyətlərini və münasibətlərinin tam və

dəqiq qavranılmasını təmin edir.  Məkanın qavranılmasında

həyat təcrübəsi də böyük əhəmiyyətə malikdir.

Cisimlərin həcminin qavranılması onların gözün torlu

qişasında alınan əksinin böyüklüyündən və həmin cisimlərin

müşahidəçinin gözündən nə dərəcədə uzaqda olmasından

asılıdır. Bununla bağlı olaraq uzaqda olan cisimlərin həcminin

düzgün qavranılması iki cür mexanizmin:  akkomodasiya və




273

konvergensiya vasitəsilə həyata keçirilir.  Akkomodasiya göz

büllurunun əyriliyinin dəyişməsindən asılı olaraq onun işığı

sındırma qabiliyyətinin dəyişməsindən ibarətdir.  Göz bülluru

qavranılan cismin yaxın və ya uzaqda olmasından asılı olaraq

öz əyriliyini dəyişir. Məsələn, yaxında olan cisimlərə baxdıqda

əzələ yığılması baş verir və nəticədə göz büllurunun gərilmə

dərəcəsi azaldığına görə onun forması daha qabarıq olur. 

Qavradığımız cisim uzaqda olduqda isə əksinə hal baş verir. Bu

hal yaxında və uzaqda olan cisimlərin həcmini düzgün

qavramağa imkan yaradır.  Adətən,  yaş artdıqca büllur cismin

elastikliyi tədricən azalır və göz özünün akkomodasiya

qabiliyətini itirir. Nəticədə uzaqgörmə inkişaf edir. Ona görə də

göz büllurunun həmin funksiyasını (gərilmə və açılma

funksiyasını)  eynəkdə qoyulan linzalarla əvəz etmək lazim

gəlir.


Akkomodasiya hadisəsi konvergensiya ilə əlaqədardır. 

Konvergensiya görmə oxlarının qavranılan cismin üzərinə

düşməsindən ibarətdir.  Adətən müəyyən akkomodasiya

vəziyyəti görmə oxlarının müvafiq qovuşma dərəcəsini tələb

edir və əksinə, müəyyən akkomodasiya dərəcəsi görmə oxunun

bu və ya digər kəsişməsinə uyğun gəlir.  Bunlar olmadan

cisimlərin həcmini düzgün qavraya bilməzdik. 

Zaman qavrayışı. Zaman da məkan kimi materiyanın

mövcudluq formalarından biridir. Zaman qavrayışı gerçəkliyin

hadisələrinin obyektiv müddətinin,  sürətinin və ardıcıllığının

inikasından ibarətdir. Zaman qavrayışı obyektiv gerçəkliyi əks

etdirməklə insana, ətraf mühitə bələdiləşmək imkanı verir.

Zaman qavrayışında müxtəlif analizatorlar iştirak edir, 

bununla belə kineztesik (hərəki)  və eşitmə duyğuları əsas rol

oynayır.  Hərəkət duyğuları hadisələrin müddətini,  surətini, 

ardıcıllığını daha dəqiq əks etdirməyi təmin edir.  Bu duyğu

ritmin qavranılmasında da mühüm rol oynayır.

Ritmin qavranılması,  adətən hərəkətlə müşayət olunur. 

Psixoloqlardan B.M.Teplovun yazdığına görə «ritm hissi öz




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə