Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə84/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   191

293

8.Hafizənin növləri hansılardır? Onları şərh edin.

9.Hafizənin tipləri barədə danışın.

10.Hafizədə nə kimi pozuntular özünü göstərir?



Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Hafizə hissi idrak prosesi kimi.

2. Hafizənin prosesləri.

3. Hafizənin əsas nəzəriyyələri.

4. Hafizənin tipologiyası.

Ədəbiyyat

Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji

problemləri. – Bakı, 2004



Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər. Psixoloji

məsələlər. – Bakı, 2006,səh. 33-81



Məmmədov A.U. Məktəblilərdə hafizənin

xüsusiyyətləri. – Bakı, 1974.



Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.

Zinçenko P.İ. Neproizvolğnoe zapominanie. – M., 

1961


Luriə A.R. Vnimanie i pamətğ. – M., 1975, s. 42-103.

Rubinşteyn S.L. Osnovı obhey psixoloqii. V 2 t. – t.1. 

– M., 1989, s.300-344



Smirnov A.A. Problema psixoloqii paməti. – M., 1966.

Xrestomatiə po obhey psixoloqii. Psixoloqiə paməti. –

M., 1979. 




294

1 1 - c i     F Ə S İ L

T Ə F Ə K K Ü R

Qısa xülasə

Təfəkkür haqqında anlayış.  Təfəkkürün təbiəti. Təfəkkür və

hissi idrak.  Təfəkkürün ümumi xarakteristikası:  təfəkkürün ümu-

miləşmiş və vasitəli idrak prosesi olması,  geniş əhatəyə malik

olması, nitqlə əlaqədar olması. 



Dilin və nitqin təfəkkürlə əlaqədar olması.

Fikri proseslər.  Fikri proseslərin psixoloji təbiəti.  Fikri

proseslərin əsas əməliyyatları.  Təhlil,  tərkib,  müqayisə,  ümu-

miləşdirmə, mücərrədləşdirmə fikri əməliyyat kimi.

Təfəkkürün formaları.  Məfhumlar cisim və hadisələri mü-

hüm əlamətlərinə görə əks etdirməkdən ibarət təfəkkür forması kimi. 

Hökmlər fikri proseslərin baş verdiyi əsas forma kimi. Əqli nəticə və

onun növləri: induktiv, deduktiv əqli nəticə, analogiya.



Təfəkkürün növləri.  Formasına,  xarakterinə,  genişliyinə və

yeniliyinə görə təfəkkürün növləri.



Təfəkkürün fərdi xüsusiyyətləri.  Təfəkkürün müstəqilliyi, 

tənqidiliyi, çevikliyi, dərinliyi.



IV. 11.1.  Təfəkkür haqqında anlayış

Təfəkkürün təbiəti. Real aləmin dərk edilməsi duyğu və

qavrayışla başlasa da,  onlarla bitmir və idrak prosesləri

təfəkkür prosesi ilə davam edir.  Duyğu və qavrayışdan alınan

məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə

sərhədlərinin genişləndirilməsində həm prosessual, həm də in-

formasiya dayaqları rolunu oynayır.  Təfəkkür proseslərinin

gücündə idrak prosesi həm dərinləşir,  həm də genişlənir. 



295

Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş

biliklərin ayrı-ayrı hissələrini müqayisə edir,  qarşılaşdırır, 

fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəşf edir və

hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir, 

qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə va-

raraq onu dərk edir.  Təfəkkür reallığı onun münasibət və

əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks

etdirir.

Təfəkkürün əsas məqsədi cisim və hadisələr arasından

münasibət və əlaqələrin açılmasına yönəlib.  Varlığın dərin-

liklərinin kəşfi, onun dərki təfəkkürün xüsusi yolunu müəyyən

edir.  Təfəkkür təkcə münasibət və əlaqələri deyil,  həmçinin

əlamət və mahiyyəti də əks etdirir.  Qavrayışda verilən

gerçəkliyin cisim və əlamətlərinin qarşılıqlı münasibətləri, 

birləşmələri,  əlaqələrindən çıxış edərək təfəkkür reallığı dərk

etdirir.  Qavrayış vasitəsi ilə təfəkkür proseslərinə ötürülən ci-

sim və hadisələrin,  onların əlamətlərinin bəzilərinin təkcə, 

digərlərinin mühüm olmayan əlamətləri,  onların xarici

əlamətləri birləşsələr də əlaqəli deyillər.  Təfəkkür prosesləri

zamanı hadisələrin mahiyyəti,  xarakteri, əlamətləri arasında

əlaqələrin yaranması nəzərdə tutulur.

Mühüm və ikinci dərəcəli əlamətlər,  təsadüfi və zəruri

əlaqələr,  sadə təsadüfi və real oxşarlıqlar qavrayışda

üzvlənməmiş,  ayrılmamış şəkildə olur.  Təfəkkürün məqsədi

ondan ibarətdir ki,  mühüm,  əsas,  zəruri əlaqələri,  ikinci

dərəcəli, formal əlaqələrdən, təsadüfi uyğunluqlarını situasiya-

lara görə ayırsın.

Zəruri olanı,  mahiyyət əlaqələrini,  təsadüfdən zərurətə

keçidi ayıran təfəkkür prosesləri təkcədən ümumiyə keçir. 

Təsadüfi,  xüsusi hallara əsaslanan,  zaman və məkanla hüdud-

lanan hadisələr təkcə xarakter daşıyır. Lakin mahiyyətcə əlaqəli




296

olan çoxlu dəyişmələrdə zəruri olan elementlərin köməyi ilə

təfəkkür əlaqələri açır və ona görə də ümumiləşdirir.  Hissi

idrak səviyyəsində şeylərin mahiyyətini müəyyən etmək, onun

daxili quruluşunu dərk etmək mümkün deyil.  Elementar

hissəcikləri görmə qavrayışı ilə müəyyən etmək çətindir. İnsan

beynində,  təbii və sosial dünyanın hadisələri bilvasitə inikas

üçün əlçatmazdır.

Hissi

idrakın


sərhədlərini

keçmək


üçün

insan


təfəkkürünə müraciət olunur. Təfəkkür dərk etmə səviyyəsinin

keyfiyyətcə yeni və daha yüksək    mərhələsidir.  Təfəkkürdə

belə hadisələr üçün işarələrdən,  nitqdən istifadə edirlər.  Söz

mücərrədləşdirmə alətidir və şeylərin mahiyyətini müəyyən

etməyə imkan verir. Söz şeylərin əsas əlamətlərinin

ümumiləşmiş inikası üçün vasitədir.

Hər hansı təfəkkür ümumiləşdirmədə icra olunur. 

Təfəkkür – fikrin hərəkətidir ki,  əlaqələrin açılmasına xidmət

edir,  təkcədən ümumiyə,  ümumidən təkcəyə və oradan da

xüsusiyə doğru gedir.  Təfəkkür əlaqə,  münasibətlərin vasitəli

kəşfinə əsaslanır və real aləmin ümumiləşmiş dərkidir. 

Təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yüksək

pilləsi olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini

keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə əks etdirir. 

Ona görə də təfəkkürü cisim və hadisələr arasındakı



qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli

inikasından ibarət olan idrak prosesi adlandırırlar.

İnsanın biliyi və keçmiş təcrübəsi hissi idrakla və hafizə

ilə qarşılıqlı əlaqəyə girərək onları dəyişdirir.  L.S.Vıqotski bu

prosesi hafizə və qavrayışın intellektuallaşması prosesi

adlandırırdı.  Qavrayış idraki nöqteyi-nəzərdən kateqoriya və

düşünmə xüsusiyyəti,  hafizə isə sözlü – məntiqi xarakteri

daşıyır.



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə