Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.

səhifə86/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   191

301

inkişaf edir.

Dilə yiyələnmə anadangəlmə və yaratma olmaqla

aşağıdakı

mərhələlərdən

ibarətdir,  irsi

amil,  nitqin

anlanılmasına cavab verən mexanizmlərin quruluşuna,  dil

mühiti inkişafına davranış isə ana dilini mənimsəməyə kömək

edir.


Təfəkkür və nitq.  Nitq fikrin mövcudluq formasıdır. 

Nitq və təfəkkür arasında vahidlik var.  Lakin bu vahidlikdir, 

eyniyyət deyil, çünki fikrin ilkin formaları qrammatik xarakterə

malik olduğundan nitq müvafiq sayda sözlərin köməyi ilə onu

dəqiq, düzgün, tam bütöv şəkildə ifadə edə bilmir. Ona görə də

nitqlə təfəkkür arasında bərabərlik qoymaq mümkün deyil.

Nitq o zaman nitq forması alır ki,  onun dərk edilmiş

mənası olsun. Söz, əyani obrazlar kimi səslə və ya görmə, öz-

özlüyündə nitqi təşkil etmir.  Nitqi yaradan hərəkətlər sistemi, 

bütöv nitq prosesi söz və məna arsındakı anlam münasibətləri

ilə tənzim olunur.  Nitq intellektual əməliyyatdır.  Təfəkkürü

nitqlə eyniləşdirmək və onlar arasında bərabərlik işarəsi qoy-

maq olmaz, ona görə ki, nitqin nitq kimi mövcud olması onun

təfəkkürə münasibəti ilə bağlıdır.

Lakin təfəkkürü və nitqi bir-birindən ayırmaq olmaz. 

Nitq – fikrin xarici görkəmi deyil,  onu dəyişməklə fikri

dəyişmək olmaz.  Nitqlə fikir

formalaşır,  lakin

fikri

formalaşdıraraq,  onun özü də formalaşır.  Bu ideya    Moskva



psixoloqları tərəfindən və müasir rus psixolinqvistləri

tərəfindən geniş işıqlandırılmışdır. Nitq fikrin xarici vasitəsidir

söz təfəkkür proseslərinə forma kimi, onun məzmunu ilə bağlı

olan bir hadisə kimi daxil olur.  Nitq formasını yaradaraq

təfəkkür özü formalaşır.  Təfəkkür və nitq eyniləşdirilməyərək

eyni prosesin vahidliyinin təminatçısıdırlar.  Təfəkkür nitqdə

nəinki ifadə olunur, həm də onda təkmilləşir, tamamlanır, icra

olunur.


Təfəkkürdə icra olunan obrazlar,  nitq funksiyası daşıyır

və bu obrazlar təfəkkürdə anlamın məzmununun hissi əsasını




302

təşkil edir. Nitq formasını yaradan təfəkkürün özü formalaşır.

Təfəkkürdə obrazlar nitqin funksiyasını yerinə yetirirlər. 

Obrazların hissi məzmunu təfəkkürdə anlamın məzmununun

daşıyıcıları kimi çıxış edir. 

Nitqin strukturu təfəkkürün strukturuna uyğun gəlmir, 

qrammatika nitqin strukturunu ifadə edir, məntiq isə təfəkkürün

strukturunu ifadə edir.  Nitq fikirdən arxaikdir və arxaik

formaları təbiətinə uyğun olaraq saxlayır.

IV.11.3. Təfəkkür prosesləri və ya fikri əməliyyatlar

Təfəkkür proseslərinin psixoloji təbiəti. Hər hansı fikri

proses özünün hərəkət və ya fəaliyyət aktının daxili quruluşuna

görə müəyyən məsələnin həllinə yönəlib. Məsələ özündə fərdin

fəaliyyəti üçün şəraitə uyğun məqsədi ehtiva edir.  Bu və ya

digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən

fikri akt subyektin hər hansı motivlərindən çıxış edir.  Fikri

proseslərin başlanğıc məqamı adətən problem situasiya ilə

bağlıdır.  İnsan nəyi isə anlayanda fikirləşməyə başlayır. 

Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən başlanır. 

Bu problem situasiya şəxsiyyətin fikri proseslərə cəlb edilməsi

ilə müəyyənləşir,  O həmişə nəyinsə həllinə istiqamətlənib. 

Bütün təfəkkür prosesləri şüurlu tənzim edilən əməliyyatlar xa-

rakteri daşıyır.

Şüurlu məqsədyönlü istiqamətlənmə fikri prosesləri

xarakterizə edir.  Təfəkkür qarşısında dayanan məsələ həllinin

dərki fikri proseslərin axarını müəyyən edir.  Təfəkkür şüurlu

tənzim olunan intellektual əməliyyatlar kimi icra olunur.  Dü-

şünmə


prosesində

yaranan


hər

hansı


fikri

təfəkkür


uyğunlaşdırır, 

müqayisə


edir

fikri



prosesləri

istiqamətləndirir. Beləliklə, yoxlama, tənqid, nəzarət təfəkkürü

şüurlu proses kimi xarakterizə edir. Fikrin bu şüurluluğu onun

xüsusi üstünlüyündə müəyyən olunur. Ancaq fikri proseslərdə




303

səhv mümkündür, ancaq fikirləşən insan səhv edə bilər.

Hər hansı təfəkkür hadisəsi bu və ya digər formada

anlayışlarda tamamlanır.  Real fikri proseslərdə anlayışlar pro-

sesi ayrıca ifadə olunmur,  anlayışlar əyani təsəvvürlər və

sözlərlə qarışaraq vahid,  anlayışın forması olmaqla eşitmə və

görmə obrazları ilə birlikdə fəaliyyətdə olur (icra olunur).

Əyani elementlər fikri proseslərə daxildir:

a)  şeylər və əlamətlər haqqında təsəvvür obrazları

şəklində,

b) sxemlər şəklində,

c) anlayışlar təfəkkürünü idarə edən sözlər şəklində.

İnsan təkcə mücərrəd anlayışlarla deyil, həmçinin obraz-

larla fikirləşir.  Real fikri proseslər adətən söz,  obraz

formalarında hansısa şəkildə mücərrəd anlayışlara qarışır.

Obraz predmetin obrazı kimi semantik məzmuna malik-

dir.  İnsanın qavradığı və ya təsəvvür edilən obrazlar adətən

sözlərlə ifadə olunmuş şəkildə məna ilə əlaqəli olur. Söz pred-

meti mənalandırır.  Obrazlı,  əyani nə isə qavranılırsa,  predmet

dərk edilir və onun vasitəsi ilə qavranılır. Bu semantik məzmun

söz-anlayışın və obrazın ümumi əvəzedicisi rolu oynayır.  Se-

mantik ümumilik real fikri proseslərin zəruri həlqəsidir, çünki

sonrakı səviyyədə bu məqam sözə və ya işarəyə çevrilir.

Təfəkkürə «fikirləş»  və ya «fikirləşmə»  əmrini vermək

absurddur.

Obraz fikri proseslərə qoşularaq,  onda semantik

funksiyanı yerinə yetirərək intellektuallaşır.  Obrazın fikri

proseslərdə yerinə yetirdiyi funksiya, ümumiləşmiş məna hissi

daşıyıcısı rolu oynamaqla fikri proseslərin hissi məzmunu

dəyişidirir,  ön planda şeyin,  hadisənin mənası ilə əlaqəli olan

əlamətlər aktivləşir,  köməkçi,  ikinci dərəcəli,  təsadüfi

sıxışdırılaraq arxa plana keçirilir.  Obraz təfəkkürdən kənarda

qalmır, o semantik intellektual məzmunla zənginləşir.

Konkret əyani obraz,  sxem,  söz təfəkkürdə əhəmiyyətli

rol oynayır. İnsan heç də həmişə genişləndirilmiş sözlü forma-





Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   191


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə