Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


IV.11.4.   Təfəkkürün əsas növləri



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə88/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   191

307

IV.11.4.   Təfəkkürün əsas növləri

Təfəkkürün növləri idraki əhəmiyyətinə görə biri-

digərindən fərqlənir.  Hafizədən mahiyyətə ümumiləşdirmə

səviyyəsinə

görə

müxtəlif


səviyyəli

fikirlərin

fərqləndirilməsinə görə təfəkkür,  praktik anlayışlar təfəkkürü, 

obrazlı təfəkkür, praktik – əyani obrazlı, əyani əməli ola bilir.



Nəzəri təfəkkür, öz predmetinin  qanunauyğunluqlarını

açan yüksək təfəkkür növüdür.  İnsan məsələ həlli zamanı

anlayışlara müraciət edir,  hərəkətləri əqlində yerinə yetirir, 

birbaşa təcrübəyə müraciət etmir. O məsələnin həllini əvvəldən

axıra   hazır biliklərin hesabına fikrən yerinə yetirir.  Bu hazır

bilik formaları anlayışlar,  hökmlər,  əqli nəticələrdir.  Nəzəri

anlayışlar təfəkkürü elmi nəzəri tədqiqatlar üçün xarakterikdir. 

Əyani təfəkkür və nəzəri təfəkkür çoxobrazlı üsullarla biri

digərinə keçir. Onlar arasında fərq nisbidir.

Nəzəri obrazlı təfəkkür – anlayışlar təfəkküründən

obrazların istifadəsi ilə fərqlənir. Hər hansı təfəkkür az və çox

dərəcədə əyani – hissi obrazlarla qarışır.  Anlayışlar və obraz-

təsəvvürlər

bu

təfəkkür


növündə

ayrılmazdır.  İnsan

təsəvvürlərsiz ancaq anlayışlarla hissi əyanilikdən uzaq

fikirləşə bilməz,  o,  həmçinin təkcə hissi-əyani obrazlarla, 

anlayışlarsız fikirləşə bilməz. Ona görə də əyani və anlayışlar

təfəkkürünü xarici əksliklər kimi qəbul etmək olmaz. Lakin



Təfəkkürün növləri

Formasına görə

əyani əməli

əyani-obrazlı

mücərrəd-məntiqi

Xarakterinə görə

Nəzəri


308

Praktik

Genişlənməsinə

görə

Diskursiv

İntuitiv

Yeniliyinə görə

Reproduktiv

Produktiv

                       Şəkil

15

Təfəkkürün əsas növləri

unutmaq olmaz ki,  təsəvvür və anlayışlar nəinki bir-biri ilə

bağlıdır,  həmçinin bir-birindən fərqlidir,  vahid təfəkkür

daxilində bir tərəfdən əyani,  digər tərəfdən abstrakt – nəzəri

təfəkkürü fərqləndirirlər.

Nəzəri və obrazlı təfəkkür idrakın müxtəlif pillələri kimi

vahid prosesin müxtəlif tərəflərdir və eyni adekvat üsullarla

obyektiv reallığın dərkinə yönəlib.  Mücərrəd təfəkkürün

anlayışları ümumini inikas etdirir.  Lakin ümumi xüsusi və

təkcənin elementlərindən xali deyil. Təkcə obrazda əks olunur. 

Obraz təfəkkürün həm aşağı, həm də yuxarı pilləsində təkcənin

inikasıdır. Əyani –obrazlı təfəkkür və nəzəri-mücərrəd təfəkkür

təkcə iki səviyyə deyil, vahid təfəkkürün iki növü və ya iki as-

pektidir, təkcə anlayış deyil, həm də obraz ən yüksək təfəkkür

səviyyəsində fəaliyyət göstərir.

Obrazın fikri zənginləşdirdiyini    hər hansı metaforanın

misalında görmək olar.  Hər hansı metafora ümumi fikri ifadə

edir, metaforanın anlanılması obrazlı formada onun ümumi an-

lam məzmununun aydınlaşdırılmasını tələb edir.  Metaforik

ifadələri işlədərkən elə obrazları axtarıb tapmaq tələb olunur ki, 

bu obraz ümumi fikri adekvat ifadə edə bilsin.

Nəzəri obrazlar ya hafizədən əldə edilir,  ya da təxəy-

yüldən yaradıcılıqla yaradılır.  Ədəbiyyat,  incəsənət yaradıcı

əmək adamları belə obrazlı təfəkkürə malikdir.

Nəzəri anlayışlar və nəzəri obrazlı təfəkkür yanaşı



309

mövcuddur.  Onlar bir-digərini qarşılıqlı tamamlayır,  qarşılıqlı

əlaqədə olan varlığın müxtəlif tərəflərini aşkarlayır.  Nəzəri

anlayışlar təfəkkürü mücərrəd olsa da, gerçəkliyi ümumiləşmiş, 

həm də daha düzgün əks etdirir.

Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləşən

insanın ətraf aləmi qavraması ilə birbaşa bağlıdır və onsuz icra

olunmur.  Fikir hissi – əyani olaraq,  insanı gerçək aləmə

bağlayır. Qısamüddətli və operativ hafizədə təmsil olunan ob-

razlar təfəkkür üçün zəruridir.

Təfəkkürün bu növündən istifadə etdikdə adam qavradığı

cisim və hadisələrin,  icra etmiş olduğu praktik işin surəti

əsasında fikirləşir.  Təfəkkürün bu növü bağça yaşlı uşaqlarda

özünü qabarıq şəkildə göstərir.

Nəzəri obrazlı təfəkkür obrazları uzunmüddətli hafi-

zədən əldə edir,  sonra dəyişdirir.  Bu təfəkkür forması mək-

təbəqədər və kiçik məktəb yaşlı uşaqlara xasdır.  Praktik

fəaliyyətlə məşğul olan yaşlı insanlara da bu təfəkkür növü

xasdır.


Əyani-əməli təfəkkürün xüsusiyyəti ondan ibarətdir ki, 

təfəkkür prosesləri praktik dəyişdirmə fəaliyyəti xarakteri

daşıyır və insan onu real predmetlərlə icra edir.  Məsələ həlli

zamanı əsas şərt müvafiq predmetlərlə uyğun iş görməkdir. 

Adətən bu cür təfəkkür konkret praktik fəaliyyətdən kənara

çıxa bilmir, həmin fəaliyyətin icrası prosesində baş verir. Ona

görə də bu cür təfəkkürü eyni zamanda praktik təfəkkür də

adlandırırlar.  Bəşəriyyətin tarixi inkişafı prosesində birinci

növbədə əyani-əməli (praktik)  təfəkkür özünü göstərir.  Üç

yaşına qədərki uşaqlarda da təfəkkür əsasən əyani əməli xarak-

ter daşıyır.  Bu təfəkkür növü istehsal proseslərində çalışan

adamlara da məxsusdur və nəticəsi konkret məhsulun

hazırlanmasından ibarətdir.,

Mücərrəd (məntiqi)  təfəkkür təfəkkürün ən yüksək

inkişaf etmiş növüdür.  Adətən məktəb yaşı dövründə praktik

təcrübə əsasında,  ilk dəfə sadə şəkildə olsa da,  mücərrəd



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə