Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə95/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   191

329

Bəzən yanlış olaraq uşağın oyun prosesində özünü

göstərən fantaziyanın, necə deyərlər, «çox yüksəkdən uçuşunu» 

uşaqlarda təxəyyülün böyüklərə nisbətən daha çox inkişaf

etməsi kimi qiymətləndirirlər. Əslində isə uşaqlarda təxəyyülün  

inkişafı böyüklərə nisbətdə aşağı səviyyədə olur.

Uşağın həyat təcrübəsi çox az, bilikləri məhdud olduğun-

dan o,  bu və ya digər təxəyyül obrazını yaradarkən obyektiv

varlığa xas olan qanunauyğunluqları nəzərə almır,  həyatı

reallığı pozur.

Oyun prosesində uşağın duyğuları, qavrayışı, hafizəsi və

təfəkkürü inkişaf edir və bütün bunlar onun təxəyyül

fəaliyyətinin də inkişafına səbəb olur. Getdikcə uşağın təxəyyül

fəaliyyəti keyfiyyət dəyişmələrinə uğrayır.  Məsələn,  3-4  yaşlı

uşağın oyununda müəyyən bir predmet başqa bir predmetin

əvəzləyicisi kimi istifadə edilir. Uşaq kibrit qutusunu beşik, ki-

britin dənələrini isə uşaq, çağa kimi hesab edir  və öz oyununu

qurur.  Göründüyü kimi    burada əvəz edənin əvəz edilənə

oxşaması o qədər də vacib deyil. Lakin 5-6 yaşlı uşaq heç za-

man oxşarlıq baxımından bu qədər bir-birindən uzaq olan  

/kibrit qutusu-beşik/  predmetləri öz oyununda biri digərinin

əvəzləyicisi /bədəli/  kimi götürməz.  Bu yaşda təxəyyüldə

yaradılan obrazların əvəzləyiciləri, real olanın özünə müəyyən

dərəcədə oxşaması uşaq tərəfindən zəruri sayılır.  O,  oyuncaq

gəlinciklərdən,  maşınlardan,  kürək

dırmıxdan,  su



qablarından və s. istifadə edərək oynunu qurur.

Beləliklə də təxəyyül xüsusi bir psixi proses olmaq

etibarilə uşağın oyun prosesində inkişaf edən qavrayış,  hafizə

və təfəkkür kimi psixi proseslərin arasında aralıq bir mövqe tu-

tur.  Bu psixi proseslərin inkişafı ilə təxəyyülün inkişafı

arasında qarşılıqlı təsir mövcud olur.



         

IV. 12. 5.   Təxəyyül və yaradıcılıq


330

Yaradıcılıq insanın elə bir mürəkkəb fəaliyyətinə deyilir

ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində

yeni əsərlər meydana gəlir. Yaradıcılıq sözün hərfi mənasında

nə isə yeninin yaradılmasıdır.

Adətən yaradıcılıq dedikdə insan fəaliyyətinin o sahəsi

nəzərdə tutulur ki, bu fəaliyyətin sahəsində nə isə yeni bir

ideya,  nəzəriyyə,  qanun (elmi yaradıcılıq),  yeni maşın,  mex-

anizm (texniki yaradıcılıq), yeni bir bədii əsər (bədii

yaradıcılıq) yaranır. Rus psixoloqu S.L.Rubinşteyn yaradıcılığa

belə bir tərif vermişdir:  «Yaradıcılıq insanın xüsusi növ

fəaliyyəti olub ictimai əhəmiyyəti olan maddi və mənəvi

dəyərlərin yaradılması prosesidir. Yaradıcılıq da mahiyyət eti-

bari ilə idrakdır. Yaradıcılığa sadəcə olaraq idrakdır demək də

azdır.  Ona görə ki,  hər cür idrak fəaliyyəti elə insanın

fəallığıdır. Yaradıcılıq insanın fəallığının xüsusi formasıdır».

Yaradıcılıq prosesində insanın bütün psixi prosesləri, 

onun duyğu,  qavrayış,  hafizə,  təfəkkür və təxəyyülü iştirak

edir. Bu da bir həqiqətdir ki, yaradıcılıq prosesində təxəyyülün

rolu daha qabarıq şəkildə özünü göstərir.  Xüsusilə bədii

yaradıcılıqda təxəyyül müstəsna dərəcədə əhəmiyyətə malikdir. 

Hər bir ədəbi–bədii əsər ideya məzmuna malik olur.  Sənətkar  

yazıçı bu ideyanı elmi əsərlərdəkindən fərqli olaraq konkret

obrazların vasitəsilə əks etdirir.      

Obrazları yaradan isə yazıçının bədii təxəyyülüdür. Bədii

təxəyyülün mahiyyəti yeni obrazlar yaratmaqdan ibarətdir. 

Məhz

bu

obrazlar



yazıçının

ideyalarının,  fikirlərinin, 

düşüncələrinin daşıyıcısı funksiyasını yerinə yetirir.

Ədəbi-bədii

yaradıcılıqda

mühüm


rol

oynayan


təxəyyülün gücü onda ifadə edilmir ki,  sənətkar həyati

reallıqdan daha çox uzaq olan obrazlar yarada bilsin,  əksinə

yazıçının, rəssamın təxəyyülünün gücü onda ifadə edilir ki, on-

lar özlərinin həyati qavrayışlarını həyatın tələblərinə,  özünün

ideyasına uyğun bir şəkildə elə dəyişdirir,  birləşdirir,  yenidən



331

işləyir ki,  tamamilə yeni,  əyani obrazlar yarada bilirlər. 

S.Rəhimov  «Saçlı»   romanındakı Kosa surətinin yaradılması

haqqında yazır ki,  «bir kosa kənddə uşaqlıq yaşlarından ona

tanış idi, sonra bu kosanın birini də mən Laçında gördüm, daha

sonra bir kosaya da Noraşen rayonun Qıvraq kəndində rast

gəldim. Lakin bu üç kosanın heç biri hələ də «Saçlı»dakı Kosa

deyildir, üç kosa mənə ancaq zahirən material vermişdir.

Bəs,  «Saçlı»dakı kosanın daxili aləmi?  Qulluq mərəzi, 

dolaşıq imza yaratmaq həvəsi haradan gəlmişdir?  Deməliyəm

ki,  bu bir lopabuğ kişidən,  bizim raykomda xidmət edən,  bir

çox adamın başına ağıl qoymaq istəyən bir adamdan

gəlmişdir».

Yəni,  üç kosadan,  bir lopabuğdan «Saçlı»dakı Kosa

düzəlmişdir. Bütün bu dediklərimiz belə düşünməyə əsas ver-

mir ki,  bədii yaradıcılıqda yaradıcının təxəyyül fəaliyyəti heç

zaman obyektiv reallıqdan uzaqlaşa bilməz. Əgər belə olsaydı, 

onda bizim nağıllarımız, əfsanələrimiz yarana bilməzdi. Lakin

insanın təxəyyülü nə qədər əcayib,  qərayib,  fantastik obraz

yaradırsa yaratsın,  onun ayrı-ayrı bütün elementləri real

həyatdan götürülür. Bu cür təxəyyül obrazları həyatın müəyyən

tərəfini vasitəli şəkildə əks etdirir. Yazıçının təxəyyül fəaliyyəti

yazıçıya gələcəyə baxmaq, gələcəyi qabaqcadan xəbər vermək

imkanı verir.  Böyük S.Vurğun «Bakının dastanı»  poemasında

təxəyyülünün yaratdığı obrazlarla gələcəyə belə baxır:

Bakı! Gecə! Yadımdadır üç il qabaq

Sahil boyu şölə saçan çırağbanlar!

Yanacaqdır! Yanacaqdır yenə onlar.

Ulduz kimi qatar-qatar alışaraq,

Yenə hilal şəklindəki qızıl kəmər

Dolanacaq kərdəninə bu dənizin.

O vaxt bu sahilin ağ şamları

Min toy qurub neçə gəlin köçürəcək.

Ah, o zaman bizim Bakı axşamları     

Bir ilahi əfsanə tək görünəcək!



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə