Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə97/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   191

337

münasibətlərin təzahür formalarını ifadə edir.  Ona görə də

emosiyaları,  hisslərin təzahür formaları kimi başa düşmək

lazımdır.  Emosiyaların inkişafının ali səviyyəsi davamlı

hissləridir.  İnsanlar öz hisslərini emosiyalar formasında

yaşayırlar.

Emosiyalar – insan təcrübəsinin hissi fundamenti hesab

olunur.  Onlar ətraf aləmlə,  cəmiyyətlə qarşılıqlı münasibətləri

zənginləşdirir və xatirələrə dinamiklik verir.  İnsan hiss və

emosiyaların köməyilə gündəlik həyatında rastlaşdığı bioloji, 

psixoloji,  sosial gərginliklərdən azad olur.  Bu psixoterapevtik

funksiya kimi orqanizmin relaksasiyasına kömək edir.

Təsəvvür edin ki, siz yalnız düşünən, hərəkət edən, lakin

hiss etməyən varlıq olsaydınız nə baş verərdi?

Hiss və emosiya əslində bədənlə şüurun birgə

fəaliyyətinin son məhsulu və ya təzahür formasıdır.  Hiss və

emosiya diqqət, hafizə, duyğu, qavrayış, təfəkkür, təxəyyül və

orqanizmin mürəkkəb kombinasiyasıdır. 



İnsanın idrak fəaliyyətində hisslərin rolu. İnsanın psixi

həyatı çoxcəhətli,  rəngarəng olsa da o vəhdətdədir.  İdrak

prosesləri (duyğu,  qavrayış,  diqqət,  hafizə,  təfəkkür,  təxəyyül, 

nitq) emosiya və hisslərlə dialektik vəhdət təşkil edir. Bu köklü

qanunauyğunluq müasir təlim nəzəriyyəsi üçün fundamental

əhəmiyyətə malikdir. Belə ki, hissələrin qeyri adi qüvvəsindən

istifadə etməklə şagirdin və ya tələbənin idrak fəaliyyətini

fəallaşdırmaq yolu ilə,  təlim prosesinin məhsuldarlığını

yüksəltmək olar.

Təlim prosesində öyrəncilərin emosional cəhətdən

fəallaşdırılması nəinki elmi, həm də köklü praktik məsələ kimi

meydana çıxır.

İnsan hafizəsi adətən seçici xarakter daşıyır. Hafizənin bu

önəmli xüsusiyyəti onun hər bir növündə öz təsdiqini tapır. 

Belə bir önəmli qanunauyğunluq ilk növbədə insanın cisim və

hadisələrə münasibəti ilə müəyyən olunur.  Başqa sözlə desək

insanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı



338

(söz,  hərəkət,  hadisə,  cism,  və s.)  yaddaşda daha yaxşı

saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovşağında önəmli

bir fenomen – emosional hafizə fenomeni əmələ gəlmişdir.



«Kinli adamın yaddaşı uzun olar»,  «İlan vuran ala

çatıdan qorxar» tipli atalar sözləri    empirik surətdə hisslərin

hafizə və qavrayışa göstərdiyi təsiri təsdiq edir.

Qavrayış sahəsində tədqiqat aparan klinist-psixoloqlar

psixologiyada təsbit olunan faktı təsdiq edirlər.  Sübut

olunmuşdur ki,  insan onun üçün təhlükə törədən,  həyatı üçün

qorxulu olan cisim və hadisələri bir qayda olaraq düzgün

qavramır.  Yaxud da əksinə insan sevinc hissini yaşayanda, 

sevəndə kiməsə vurulanda ətrafda baş verən hadisələrin, 

insanların yalnız yaxşı cəhətini görür,  onları dəyişdirmək

istəmir,  olduğu kimi qavrayır,  tənqidi münasibət bəsləyə bil-

mir.  «Sevən adamın gözü kor olar» dedikdə məhz sevgi hissi-

nin qavrayışa göstərdiyi təsir ön plana çəkilir.

Hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayış və hafizə

prosesləri ilə məhdudlaşmır.  Təfəkkür,  təxəyyül və nitq kimi

idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir. 

Təfəkkür və hiss,  ət və dırnaq kimi bir-birindən

ayrılmazdır (Ə.Ə.Əlizadə). Onların vəhdətdə inkişaf etdirilməsi

müasir Azərbaycan məktəbi üçün prioritet olmalıdır.  Təhsil

müəssisələrində

təlim-tərbiyə

işlərinin

bu

istiqamətdə



qurulması daha da ahəngdar,  kamil şagird şəxsiyyətinin

formalaşdırılması deməkdir. Ali psixi funksiya kimi təfəkkürlə

hiss arasında funksional – genetik əlaqə mövcuddur.  Yeni

təhsil konsepsiyası şagirdin,  tələbənin təfəkkürünü inkişaf

etdirməyi əsas məqsəd kimi qarşıya qoyur.  Bu yolda hafizə

artıq köməkçi vasitəyə çevrilir.  Mütəxəssislərin fikrincə son

dövrdə bir çox yerlərdə,  təhsil son dərəcədə rasionallaşdırılıb

və verballaşdırılıb. Belə olan şəraitdə uşaqların affektiv – emo-

sional duyumu öləziyir.  Nəticədə insanlar arasında laqeidlik, 

etinatsızlıq,  biganəlik,  soyuqluq əmələ gəlir.  Odur ki,  şagird

təfəkkürünün fəallaşdırılması,  onun inkişafı hiss və emosiya-



339

lardan təcrid olunmuş halda yox,  onunla vəhdətdə,  onun

köməyi ilə həyata keçirilməlidir.  Eksperimental şəkildə sübut

olunmuşdur ki, emosional fəallıq olmadan hər hansı mürəkkəb

fikri    və praktik məsələnin həlli subyektiv surətdə mümkün

deyildir.  Odur ki,  hər hansı mürəkkəb məsələ iki planda həll

edilir: 1) emosional,    2) intellektual.

Emosional həll dedikdə, şəxsdə məsələnin həlli prinsipi-

nin tapılmasına olan inam hissinin əmələ gəlməsidir.  Bundan

sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq da artır. 

Məsələnin emosional planda həlli,  onun intellektual planda

həllini surətləndirir.  Belə ki,  emosiyalar idrak proseslərini

nəinki fəallaşdırır,  həm də problemlə bağlı qavrayışın, 

hafizənin, təfəkkürün məzmununa seçici təsir göstərir.

Müasir təlim nəzəriyyəsinin mühüm tələbi - şagirdlərin

təfəkkürünün inkişaf    etdirilməsi problemini yalnız hiss və

emosiyaların fəallaşdırılması zəminində,  təfəkkürlə hissin

vəhdətinin təmin edilməsi əsasında uğurla həll etmək olar.

Təxəyyül ali psixi funksiya kimi idrak fəaliyyətində

mühüm rol oynayır.  O,  ilk növbədə hissləri fəallaşdırmağın

başlıca vasitəsidir. Təxəyyül gücündən itsifadə etməklə gələcək

peşəsi qanadında səyahət edən gənc tələbə öz hisslərini daha da

rövqləndirir. Bununla da özünün təlim fəaliyyətinə  münasibəti

dəyişir və tələbə daha səylə oxumağa başlayır.  Təxəyyülün

aktivləşdirilməsi

tələbənin

emosional

cəhətdən

fəallaşdırılmasının önəmli şərtlərindən biridir.

Beləliklə,  idrak poseslərinin motivasiya əsası bilavasitə

hisslərlə bağlıdır.  Hiss və emosiyaların köməyi ilə şagirdlərin

idrak fəallığının artırılması müasir dərsə verilən psixoloji

tələblərdəndir.



IV 13.2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri

Hisslərin xarici ifadəsi.  Biz ünsiyyətdə olduğumuz


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə