340
adamları hansı hisslər keçirdiklərini onların sifət cizgilərindən,
bədən hərəkətlərindən, səsindən aydın duya bilərik. Adətən,
insanın razı və narazı olmasını, sevinc və kədərini,
narahatlığını, pərt olmasını, utanması və qorxmasını və s. onun
sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, eləcə də
səsində əks olunur.
Hər şeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun
tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici ifadəsini
tapır. Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir, lazımi
sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi keçirdikdə isə
tamamilə başqa cür nəfəs alır.
İnsanın hansı hissləri keçirməsi qan dövranında daha
aydın təzahür edir. Beləki adam utandıqda, pərt olduqda
üzünün rəngi qızarır, qorxduqda isə ağarır.
İnsanın nə kimi hisslər keçirməsi əsasən onun
mimikasında və intonasiyasında daha aydın əks olunur.
Bunlarla yanaşı, insanın keçirdiyi hissləri, onun
bədəninin ifadəli hərəkətlərindən – pantomimikasından da başa
düşmək mümkündür. Adətən, balet tamaşaları zamanı artist bir
kəlmə söz işlətmədən bədəninin ifadəli hərəkətləri ilə keçirdiyi
müvafiq hissləri təzahür etdirir.
Nəhayət, insanın keçirdiyi hisslər onun nitqində də öz
ifadəsini tapa bilir. İnsan müəyyən hadisəyə münasibətini nit-
qinin intonasiya tərzi ilə ifadə edə bilir. (Məsələn, necə?
sözünü müxtəlif intonasiya ilə ifadə etməklə). Beləliklə mimi-
ka, pantomimika, jestlər, intonasiya, kinesika və proksimika
qeyri-verbal ünsiyyət vasitəsi kimi emosiyaları təzahür etdirir.
Hisslərin
əsas
keyfiyyətləri. Psixoloji
tədqiqatlar
göstərmişdir ki, insanın öz hisslərinin obyektinə necə
yanaşması, indiki anda ona necə münasibət bəsləməsi bu hissin
keyfiyyət məzmununu müəyyən edir. Bu baxımdan hisslərin
özünəməxsus əsas keyfiyyətləri diqqəti cəlb edir. Bu
keyfiyyətlər olmadan heç bir psixi hadisəni emosional sahəyə
aid etmək mümkün deyildir. Ona görə ki, hissin əsas
341
keyfiyyətləri şəxsiyyətin obyektə emosional münasibətinin
zəruri və özünəməxsus əlamətidir.
Hər şeydən əvvəl, insanın gerçək aləmdəki cisim və
hadisələrə emosional münasibətində müsbət və mənfi olmaqla
iki əsas keyfiyyəti qeyd olunur. Əgər cisim və hadisələr insanın
tələbatlarını ödəyirsə, bu zaman müsbət, başqa sözlə stenik
hisslər özünü göstərir. Əksinə, cisim və hadisələr insanın
tələbatlarını ödəmirsə mənfi – astenik hisslər baş verir. Psixolo-
ji tədqiqatlar hisslərin bu iki keyfiyyəti ilə yanaşı olaraq daha
iki keyfiyyətini aşkara çıxarmışdır. Beləki hissi törədən
obyektə şəxsiyyətin müsbət və mənfi münasibətindən başqa
ikili münasibət və qeyri-müəyyən bələdləşmə münasibətinin də
olduğu müəyyən edilmişdir. İkili və yaxud ambivalent hissdə
razılıq və narazılıq təkcə birləşmir, onların biri o birinə keçir,
hər iki hiss yanaşı yaşanılır. Bu cür ambivalent hissə qısqanclıq
hissini misal göstərmək olar. Beləki qısqanclıq zamanı adamda
məhəbbət və nifrət hissi özünəməxsus şəkildə birləşə bilir.
Ambivalent hissə başqa bir misalı da göstərmək olar.
Məsələn, isti günəş altında səhra yolunu keçən bir insan susuz-
luqdan əziyyət çəkir. Keçdiyi yolun bir hissəsində su
gölməçəsinə rast gəlir. O, gölməçədən ovuclarını dolduraraq
içir. Susuzluqdan əziyyət çəkdiyinə görə bundan razılıq hissi
keçirir. Bununla yanaşı gölməçədə olan sudan bataqlıq tamı
gəlir. Ona görə də həmin su onda həm razılıq, həm də narazılıq
hissi yarada bilir.
İnsanın
öz
hisslərinin
obyektlərinə
emosional
münasibətinin digər keyfiyyəti hisslərin qeyri-müəyyənliyidir.
Bu keyfiyyəti qısamüddətli emosional reaksiyalarda, eyni za-
manda bəzi obyektlərə qarşı yaranmış davamlı hisslərdə
müşahidə etmək olar. Adətən, insanın ilk dəfə rast gəldiyi
hadisələrə təəccüb etməsi, onunla maraqlanması bu cür baş ve-
rir.
IV.13.3. Hisslərin fizioloji əsasları və funksiyaları
342
Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti
təşkil edir. Başqa psixi proseslər kimi, emosional halların və
hisslərin fizioloji əsası da beyində gedən sinir prosesləri ilə
bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə olunması
vegetativ sinir sisteminin funksiyasına daxildir. Xüsusilə,
hisslərin əmələ gəlməsində beynin qabıqaltı sahələrdə baş
verən sinir prosesləri çox mühüm rol oynayır. Həmin sahə
tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz vurmanı, orqaniz-
min ayrı-ayrı hissələrinin qan ilə təchizini, hərarəti, bəzi
orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir. Ona
görə də hər hansı hissin baş verməsi müvafiq üzvlərdə
müəyyən dəyişikliyin əmələ gəlməsi ilə nəticələnir. Məsələn:
tənəffüs ahəngi dəyişir, ürək döyüntüsü ya artır, ya da azalır,
nəbz vurma dəyişir, göz bəbəyi genişlənir, tüklər biz-biz olur,
tərləmə artır, ağızda dil quruyur və s. Təsadüfi deyildir ki,
qədim yunan həkimi Hippokrat 60-a qədər nəbz vurma kəşf
etmişdir. Odur ki, ürəyin döyüntüsü emosiyanın ən həssas indi-
katorudur. Ona görə də çox vaxt insanlar öz emosiyalarını
ürəyin fəaliyyəti ilə əlaqələndirirlər.
Hisslərin
əmələ
gəlməsində
dinamik
stereotipin
yaranması və ya pozulması mühüm rol oynayır. Yəni həyat
tərzindən, münasibətindən asılı olaraq beyində müəyyən
rabitələr əmələ gəlir və get-gedə möhkəmlənir. Odur ki, həmin
rabitələrdə hər hansı dəyişikliyin baş verməsi mövcud
rabitələrin pozulması ilə nəticələnir. Bu da insanda razılıq,
narazılıq, sevinc, heyrət, şübhə, maraq, qəzəb və s. kimi
hisslərin əmələ gəlməsi ilə nəticələnir.
Deməli, müəyyən dinamik stereotipin əmələ gəliməsi və
ya pozulması ilə əlaqədar olan sinir prosesləri, hisslərin fiziolo-
ji əsasını təşkil edir. Hiss və emosiyaların əmələ gəlməsində və
cərəyan etməsində ikinci siqnal sistemi xüsusi rol oynayır.
Çünki hər hansı emosional halı elə sözün köməyi ilə də yarat-
maq olar.
Beləliklə beyin qabığında və qabıqaltı sahədə baş verən
Dostları ilə paylaş: |