Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə10/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   191

31

vaxt lazımdır.  Keçid dövrü öz insanlarını,  düşüncə və həyat

tərzini yaradır. Yəqin ki, vaxtilə Amerika Prezidentlərindən bi-

rinin – A.Linkolnun dediyi sözlər bizə də aiddir.  O demişdir: 

«Soruşma ki, Amerika sənin üçün nə edib, soruş ki, sən Ame-

rika üçün nə etmisən?».

Bir də yeni dövrdə hər birimizin iş və əməlində, sözündə

türk şairi Tofiq Fikrətin dediyi bu sözlər olmalıdır:



Millət yoludur, haqq yoludur tutduğumuz yol,

Ey haqq! Yaşa ey sevgili millət, yaşa, var ol!

Azərbaycanda elmi psixologiyanın yaranması və inkişafı

1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil

oldu.  Azərbaycan Demokratik Respublikasının hakimiyyətinə

son qoyuldu, hakimiyyət bolşeviklərin əlinə keçdi.

«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb

tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökümət

dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet

Sosialist

Respublikası

vahid


əmək

məktəblilərinin

Əsasnaməsi»  qəbul olundu.  Bu əsasnamə və dekretdə

məktəblərdə təlimin ana dilində və pulsuz aparılması, 

zəhmətkeş balalarının üzünə açıq olması elan edildi» 

(F.A.Rüstəmov,  Ən yeni dövrün pedaqogika tarixi,  B.,  «Nur-

lan», 2005, s.62).

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra

təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi.  Ali məktəblər

açıldı.  Kadr hazırlığı vacib tələb kimi qarşıya qoyuldu.  Lakin

ali məktəblərdə çalışan yüksək ixtisaslı kadrlar çatışmırdı. 

1921-ci ildə orta məktəblərdə müxtəlif fənlər üzrə dərs

deyəcək müəllim kadrları hazırlamaq üçün yeni bir ali təhsil

müəssisəsi – APİ yaradıldı.  1931-ci ildə Azərbaycan Dövlət

Elmi Tədqiqat Pedaqogika İnstitutu,  1936-cı ildə Kirovabad

(Gəncə) Dövlət Pedaqoji İnstitutu təsis edildi.




32

Azərbaycan Dövlət Universiteti isə hələ Azərbaycan

Demokratik Respublikasının vaxtında – 1919-cu ildə yaradıl-

mışdı.  Universitetdə yaradılan kafedralardan biri də psixolo-

giya kafedrası idi.  Kafedraya görkəmli alim A.O.Makovelski

rəhbərlik edirdi.  Ali məktəblərdə ən böyük çətinliklərdən biri

də ana dilində dərs aparan ixtisaslı kadrların çatışmaması ilə

bağlı idi.  Vəziyyətdən çıxış üçün dilləri Azərbaycan dilinə

yaxın olan Krımdan,  Kazandan,  Türkiyədən yüksək ixtisaslı

müəllimlər dəvət olunur.  Onların sırasında A.O.Makovelski, 

X.Fikrət, M.Tofiq və başqaları var idi. Onlar həm psixologiya-

dan dərs deyir,  həm də milli kadrların hazırlanmasına kömək

edirdilər.  A.O.Makovelskinin bu sahədə xidmətləri isə

əvəzsizdir.



A.O.Makovelski 1920-ci ildə Azərbaycan Dövlət

Universitetində işə dəvət olunur. O,  1920-ci ildən 1930-cu ilə

qədər Psixologiya kafedrasına rəhbərlik etmişdir.  1921-ci ildə

ADU-da «Sokrata qədərki fəlsəfə»  mövzusunda doktorluq

dissertasiyası müdafiə etmişdir. O, 1931-ci ildən 1940-cı ilədək

AETPİ-də işləmiş, elmi tədqiqatlar aparmışdır.  1948-ci ildə

Makovelski yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır

və 1960-cı ilə qədər məntiq-psixologiya kafedrasına rəhbərlik

edir.  Makovelskinin yüksək ixtisaslı psixoloq kadrlarının

hazırlanmasında

əvəzsiz

xidmətləri



olmuşdur. 

O, 


Ə.K.Zəkuyevin doktorluq dissertasiyasının rəsmi opponenti, 

M.Məhərrəmov,  M.Abbasov,  M.Hacıyev,  İ.Seyidov

başqalarının elmi rəhbəri olmuşdur.



Makovelski eyni zamanda geniş tədqiqat işləri aparmış, 

Azərbaycan şair və filosoflarının yaradıcılığının psixoloji təh-

lilini vermişdir.

Azərbaycanda psixologiya elminin inkişafında,  psixoloq

kadrlarının hazırlanmasında B.B.Komarovskinin də (1899-

1965)  böyük xidmətləri olmuşdur.  1921-ci ildə Bakıya gələn

Komarovski 1921-1924-cü illərdə Azərbaycan Dövlət Univer-

sitetinin aspiranturasında oxuyur.  1927-ci ildə pedaqogika




33

ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il

o,  professor elmi adı alır.  Komarovski ilk elmi məqaləsini

1914-cü ildə, 15 yaşında yazmışdır. Çoxşaxəli yaradıcılığa ma-

lik olan Komarovski «Psixologiya cədvəlləri»  (1923), 

«Uşaqlığın sosiologiyası» (1921), «Təkrarlama metoduna dair» 

(1940) və s. onlarla fundamental əsərlərin müəllifidir.

Azərbaycanda psixologiya elminin digər tanınmış bir

nümayəndəsi F.Ə.İbrahimbəyovdur (1901-1988).  O,  respub-

likamızda ilk psixologiya laboratoriyasının yaradıcısıdır. Onun

Azərbaycan Dövlət Universitetində 1926-1927-ci illərdə təşkil

etdiyi psixologiya laboratoriyasında çoxsaylı,  müxtəlif istiqa-

mətli tədqiqatlar aparılmışdır.

F.İbrahimbəyov 1927-1949-cu illərdə V.İ.Lenin adına

APİ-də,  sonrakı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər

İnstitutunda psixologiya kafedrasının müdiri olmuşdur.

F.İbrahimbəyov təlim və psixi inkişaf, şəxsiyyət, xüsusilə

bilinqvizm sahəsində uğurlu tədqiqatlar aparmışdır.  Onun

tədqiqatları nəinki ittifaq miqyasında,  eləcə də dünyanın bir

sıra ölkələrində rəğbətlə qarşılanmışdır.  O,  ana dili və rus

dillərinin mənimsənilməsinin psixoloji əsaslarını tədqiq

etmişdir. Onun bu sahədə apardığı təqdiqatlarla bağlı Ümumit-

tifaq və Beynəlxalq Konqreslərdə etdiyi çıxışlar bir qayda ola-

raq yüksək dəyərləndirilmişdir. Onun «İkidillilik, onun forması

və fərdi fərqlərə görə təsnifatı»,  «Milli məktəblərdə rus dili

təliminin psixoloji əsasları haqqında», «Nitqin qavranılmasının

seçiciliyi və dilin tədrisi» və s. əsərləri təlim psixologiyası, nitq

inkişafı sahəsində SSRİ-də aparılan ən uğurlu tədqiqatlardan

hesab olunur.

Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında, 

psixoloji fikrin inkişafı və təşəkkülündə Əhməd Kərədi

Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuşdur. O, 1921-ci

ildə Türkiyədə təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 

1922-1960-cı illərdə V.İ.Lenin adına APİ-də dərs demiş, 

müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmişdir.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə