Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə17/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   191

52

Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlananların konk-

ret bilik bacarıq və vərdişlərə yiyələnmə dərəcəsi aşkara

çıxarılır.

İntellekt testləri yoxlananların əqli inkişaf səviyyəsini

aşkara çıxarmağa xidmət edir. İntellekt testləri  haqqında ilk fi-

kir F.Qalton (1822-1911) tərəfindən irəli sürülmüşdür. Sonralar

fransız


psixoloqu

A.Bine


ilk

psixoloji

testləri

yaratmışdır(1905-ci il). «Əqli yaş » anlayışından istifadə edən

alman psixoloqu V.Ştern əqli koeffisenti (İQ) aşığıdakı formul-

la ölçməyi müəyyənləşdirmişdir:

100





йаш

хроноложи

йаш

ягли

IQ

Hal – hazırda psixodiaqnostik tədqiqatlarda D.Vekslerin

şkalasından,  «proqressiv Raven matrisasından», R.Amtxauerin

əqlin (intellektin)  strukturu testindən,  Q.Y.Ayzenqin «öz

qabiliyyətlərinizi

yoxlayın», 

«özünüzün

əqli


inkişaf

koeffisentinizi yoxlayın» və s. geniş istifadə olunur.

İntellekt testlərindən fərqli olan xüsusi qabiliyyət

testlərindən də istifadə olunur.  Bu cür testlərin köməyi ilə

insanların nə kimi xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki

və s.) malik olduqları aşkara çıxarılır.



Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini

aşkara çıxarmaq üçün tətbiq olunur.  Ən çox tanınan kreativ

testlərə C.  Gilfordun və E.Torrensin testlərini aid etmək olar. 

Bu testin əsasında yeni,  qeyri-adi ideyaları irəli sürə bilmək

qabiliyyətini aşkara çıxarmaq dayanır. Bu testdə tapşırıqlar

sistemi elə qurulmuşdur ki,  yoxlanan adam şəraiti dəyişmək, 

obyektə başqa cür yanaşa bilmək imkanına malik olsun. 

Məsələn,  obyektlərin şərhi zamanı onları daha çox sahəyə

tətbiq etmək yollarını fikirləşmək və ya daha çox dairə və ya

kvadrat tipli şəkilləri daxil etməsi tələb olunur.  Bunun üçün

yoxlananlara dairələr (kvadrat)  şəkli çəkilmiş vərəqə verilir. 



53

Ondan həmin vərəqədə olan elementlərdən istifadə edərək

şəkillər seriyası çəkmək tələb olunur.  Yerinə yetirilən iş

özünün məhsuldarlığına,  sürətinə və orijinallığına görə

qiymətləndirilir.

Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini

tədqiq etmək üçün istifadə olunur.



Proyektiv testlərə gəldikdə onlar daxili proyeksiya

dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi

əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan

verən  metodikadır. Bu cür testlərə Rorşarx testini, tematik ap-

perseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TAT-ın

tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş

verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz

daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, 

onları müxtəlif şəkildə şərh etmək mümkün olsun)  

Psixodiaqnostik metod kimi sosiometriya metodundan da

istifadə olunur.  Sosiometriya (latınca – sosietas-cəmiyyət və

yunanca – metreo-ölçmək deməkdir) – qruplarda və

kollektivlərdərəğbət

nifrət



tipli

şəxsiyyətlərarası

münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri

üçün tətbiq olunan standartlamdırılmış metodik üsulların

məcmuundan ibarətdir. Sosiometriya amerikan psixoloqu

C.Moreno tərəfindən işlənilmişdir. Bu metodun köməyi ilə əldə

edilmiş məlumatlar xüsusi sosiometrik cədvəl və sosioqramda

əks etdirilməklə təhlil olunur.

Nəhayət psixologiyada riyazi – statistik metodlardan da

istifadə olunur. Bu metodların köməyi ilə tədqiqat zamanı əldə

edilmiş nəticələrin dəqiqlik və etibarlılıq dərəcəsi aşkara

çıxarılır.

Psixoloji tədqiqatlarda yardımçı metod kimi bioqrafik

metodlardan da istifadə olunur. Bunun üçün insanın həyat yo-

luna aid faktların və hadisələrin,  onun sələflərində,  nəslində

özünü


göstərən

xarakterik

halların, 

sənədlərin, 

şəhadətnamələrin və s. təhlilindən istifadə olunur.



54

           



Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Psixologiyanın bir elm kimi tərifini verin.

2. Psixi hadisələri necə təsnif edirlər? Onları xarakterizə

edin.


3. İdrak prosesləri dedikdə nələri başa düşürsünüz?

4. İdrak prosesləri hansılardır?

5. Psixi xassələr hansılardır?  Onlları fərqləndirən

cəhətləri izah edin.

6. Psixologiyanın müasir elmlər sistemində tutduğu yeri

izah edin.

7. Müasir psixoloji fənnləri təsnif    edərkən hansı

prinsiplərə əsaslanırlar?

8. Müasir psixologiyanın sahələrini şərh edin.

9. Müasir

psixologiyanın

başlıca


istiqamətləri

hansılardır?

10. Azərbaycanda

elmi


psixologiyanın

inkişaf


xüsusiyyətlərindən danışın.

11. Psixologiyanın əsas tətqiqat metodları hansılardır? 

Onları xarakterizə edin.

12. Eksperiment metodunun hansı növləri vardır?

13. Psixoloji testləri xarakterizə edin.

14.


Psixologiyada riyazi-statistik metodlardan nə üçün

istifadə edirlər.



Referat, məruzə və müstəqil tədqiqat üçünüçün

mövzular

1. Psixi hadisələr və onların xüsusiyyətləri.

2. Azərbaycanda psixoloji fikrin və elmi psixologiyanın

inkişafı.

3. Müasir psixologiya və onun elmlər sistemində yeri.

4. Müasir psixologiyanın tədqiqat metodları.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə