Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə23/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   191

72

vərdişlərinə yiyələnmiş adamlarda da görmə nəzarətinin hərəki

nəzarətlə əvəz olunması özünü aydın şəkildə göstərir.

4.  Vərdiş yarandıqda işin mərkəzi tənzimetmə üsulları

dəyişilir. Nəticədə insanın diqqəti iş üsullarını qavramaqdan

azad olur və ən çox şəraitin və işin nəticəsinin üzərinə keçirilir. 

Məsələn, enməyə başlayan təyyarəçi təyyarəni mövcud şəraitdə

yerə oturtmaq tipindən irəli gələn bütün standart priyomlar

seriyasına daxilən hazır olur. Ona görə də mövcud priyomdan

sonrakına keçmək üçün təyyarəçi xüsusi planlaşdırma aparmır. 

Bu zaman o,  yalnız təyyarəni hansı üsulla yerə endirməyi

planlaşdırır.  İstifadə edilməli olan



bütöv

priyomlar

silsiləsinin və ya seriyasının şüur tərəfindən qabaqcadan bu

cür xəbər verilməsi psixologiyada antisipasisiya adlanır.

Vərdişlər və mümarisələr.  Yuxarıda qeyd edilənlərdən

göründüyü kimi,  fəaliyyətin mənimsənilməsi bacarıq və

vərdişlərlə nəticələnir.  Bunun üçün biz fəaliyyət zamanı icra

etdiyimiz iş və hərəkətləri (o cümlədən təlim materiallarını) 

təkrar etməli oluruq.  Lakin hər cür təkrar fəaliyyətin

mənimsənilməsinin səmərəliliyini təmin edə bilməz.  Bunun

üçün həmin təkrarlar mümarisə səviyyəsinə yüksəlməlidir. 

Mümarisə şüurlu,  məqsədəyönəlmiş təkrar olub yerinə

yetiriləcək işin,  fəaliyyətin təkmilləşdirilməsinə,  müvafiq

bacarıq və vərdişlərin yaranmasına,  başqa sözlə iş və

fəaliyyətin mənimsənilməsinə gətirib çıxarır.

Fəaliyyətin mənimsənilməsi,  vərdişlərin yaranmasının

səmərəliliyi üçün mümarisələrə bir sıra tələblər verilir.  Onlar-

dan bəzilərini nəzərdən keçirək.  Bunun üçün    təlim

fəaliyyətinin mənimsənilməsi ilə bağlı mümarisələrə diqqət

yetirək.


Məktəb təcrübəsi və aparılmış tədqiqatlar göstərir ki, 

təlim mümarisələri düzgün təşkil edildikdə şagirdlərin yol

verdikləri və yol verə biləcəkləri səhvlərin qarşısını almağa və

düzgün bacarıq və vərdişlərə yiyələnmələrinə səbəb olur.




73

Təlim mümarisələrinin məhsuldarlığı, səmərəliliyi birinci

növbədə həmin mümarisələrin icrası zamanı    şagirdlərin

qarşısında duran fikri məqsəddən asılıdır. Şagirdlərin şüurluluq

və fəallığını təmin etmək üçün yerinə yetirilən mümarisələrin

məqsədi onlara aydın olmalıdır.  Mümarisənin məqsədi aydın

olduqda və şagirdlər həmin mümarisələri nə üçün və necə icra

edəcəklərini anladıqda,  daha dogrusu,  icra ediləcək işlə

əlaqədar onların qarşısında konkret fikri məqsəd qoyulduqda

daha çox fəal olur,  icra edəcəkləri işin mahiyyətini anlayır, 

müvafiq bacarıq və vərdişlərə yiyələnmək işi asanlaşır.

Mümarisənin nəticəsi onun müxtəlifliyindən də asılıdır.

Məktəb təcrübəsi göstərir ki,  ayrı-ayrı dərslərdə (istər dil, 

istərsə də riyaziyyat dərslərində)  çox vaxt müəllimlər

şagirdlərə həmişə eyni tipli çalışma və mümarisələri    icra

etməyi tapşırırlar.  Bu cür çalışma və mümarisələr onların

tezliklə yorulmalarına, diqqətlərinin kütləşməsinə səbəb olur.

Tətbiq olunan mümarisələrin miqdarı da bacarıq və

vərdişlərin formalaşmasında mühüm rol oynayır. Adətən, tətbiq

olunan


mümarisələrin

miqdarı


öyrənilən

materialın

xarakterindən və şagirdlərin idrak imkanlarından asılı olur. Ona

görə də lazımi bacarıq və vərdişlərin yaranması üçün bir halda

az, başqa halda isə çox mümarisədən istifadə etmək lazım gəlir.

Aparılmış psixoloji tədqiqatlardan aydın olmuşdur ki, 

vərdişin yaranmasının mühüm şərtlərindən biri yerinə yetirilən

işin nəticəsini bilmək və öz səhvini anlamaqdan ibarətdir. Bu

tələbi birbaşa tətbiq olunan mümarisələrə də aid etmək olar.

Təcrübə göstərir ki, şagird icra etdiyi mümarisənin nəticəsi ilə

tanış olmadıqda,  bu zaman nə kimi səhvə yol verdiyini

anlamadıqda mümarisə də öz əhəmiyyətini itirir,  düzgün

bacarıq və vərdişlərin yaranmasını təmin etmir. Öz işinin

nəticəsi ilə tanış olmayan,  səhv edib-etmədiyini,  əgər səhv

etmişsə, bunun nədən ibarət olduğunu anlamayan şagird (eləcə

də digər fəaliyyət sahəsinə yiyələnən adam)  bəzən dəfələrlə

eyni səhvi təkrar edir,  nəticədə səhv vərdişlərə yiyələnir. 




74

Əksinə, şagird icra etdiyi mümarisələrin nəticəsi ilə tanış old-

duqda, səhvinin nədən ibarət olduğunu anladıqda  sonradan bu

cür səhvlərə yol verməməyə çalışır,  deməli,  öz fiziki işinin

gedişini dərk etmək və izləmək imkanı əldə edir.

Faktlara müraciət edək.  Psixoloqların apardıqları təc-

rübələrdən birində

1

yoxlananlara gözüyumulu müəyyən uzun-



luqda (75 mm) xətt çəkmək tapşırığı verilmişdir. Bu zaman üç

qrupun hər birində o birilərindən fərqli şəraitdə iş aparılmışdır. 

Birinci qrupda olan yoxlananlara yerinə yetirdikləri işin

düzgün və ya səhv olması barədə məlumat verilməmişdir. 

İkinci qrupda yoxlananlara hər xətti çəkdikcə ümumi şəkildə

«düzdür»  və ya «səhvdir»  xəbərdarlığı edilmişdir.  Üçüncü

qrupda yoxlananlara çəkdiyi xəttin verilmiş tapşırıqdan nə

qədər fərqləndiyi bildirilmişdir.  Hər üç qrupda yoxlanandar

100  cəhd etmişlər. Nəticədə qruplarda düzgün uzunluqdan

fərqlənmə aşagıdakı şəkildə olmuşdur (millimetrlə).

Variantlar

İlk 30 


xəttdə

Sonrakı 40 

xəttdə

Axırıncı 30 



xəttdə

Məlumat


verilmədikdə

19

22



20

«Düzdür»  və

ya

«səhvdir» xəbərdar-



lığı zamanı

23

16



12

Yayınma


halının

böyüklüyü

bildi-

rildikdə


6

4

3



Cədvəldəki rəqəmlərdən göründüyu kimi,  yoxlananları

xəttin tapşırıqdan nə qədər fərqləndiyi bildirilmiş üçüncü

qrupda çəkilmiş xəttlər tapşırıga daha yaxın olmuşdur.

                                                

1

Психология. / под ред. А.А. Смирнова и др. – М. 1962.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə