25
yayılması idi. Yalnız XV-XVI əsrlərdən başlayaraq yenidən
türk dili ədəbiyyata, mədəniyyətə qayıtmağa başladı. Xətai,
Füzuli kimi böyük şairlər yetişdi. Aşıq şeri inkişaf etdi. Bu,
xalqın təfəkkürünün, oyanışının, şüurunun yeni dövrü idi. Xalq
fars, ərəb təsirindən qurtulub, kökünə qayıtmaq istəyirdi. Bu,
yeni qayıdış idi. Artıq bu dövrdə qədim türklərdəki adət-
ənənələr, qadın sərbəstliyi, inamlar dəyişmişdi. Əgər islam dini
ərəblərə inkişaf, qadın hüququ, cəhalətdən qurtarmaq imkanı
vermişdisə, qədim türklərin bir çox sərbəstliyi, azadlığı
buxovlanmışdı.
İslam dininin Azərbaycana gəlişi ilə burada ərəb, fars,
türk və digər etnos və xalqların dünyagörüşü, mədəniyyəti,
adət-ənənələrinin sintezindən yeni mədəniyyət, yeni təfəkkür
yaranmağa başladı. Farsların ədəbiyyatı, ərəblərin fəlsəfəsi,
türklərin ictimai-siyasi, sosial-iqtisadi təfəkküründən, adət-
ənənələrindən yeni dünyagörüşü yarandı.
Şəxsiyyətin formalaşmasında orta əsrlərdən başlayaraq
tərbiyə ön plana keçdi. Şair, filosof, mütəfəkkirlərin əsərlərində
nəsihətçilik əsas yer tutdu. Mənəviyyat məsələləri önə keçdi.
Yalnız mənəviyyat, maddidən imtina çağırışları öz təsirini
göstərdi. Maddiliyin ikinci olması maddiyə maraq və tələbatı
artırdı. Lakin bu, aşkar deyil, gizli mahiyyət daşıdı. Ona görə
də deyilirdi: «Vaiz özü lüm-lüm udur batində, ancaq zahirdə
dediyi mənaya bir bax».
Bu mənada məşhur hind filosofu Vivekananda gözəl de-
yib: «Şərqin heyrətamiz ruhi nailiyyətlərini Qərbin eyni dərə-
cədə heyrətamiz maddi nailiyyətləri ilə bölüşdürmək lazımdır».
Müxtəlif dövrləri, ictimai tarixi şəraiti öyrənən əksər təd-
qiqatçılar konkret tarixi şəraitdə yaşayan insanların dünyagörü-
şü, şəxsiyyəti və mənəviyyatını tədqiq edərkən həmin dövrün
insanlarının psixologiyasının öyrənilməsini vacib şərt kimi irəli
sürmüşlər. Belə yanaşmanın səmərəliliyi bir də ondadır ki, hər
bir konkret dövr həyat tərzi, mənəvi dəyərləri baxımından bən-
zərsiz, təkrarolunmazdır. Bütün bunlar isə insana özünün
26
təsirini göstərir, ictimai-tarixi şəraitə uyğun şəxsiyyətlər
formalaşdırır.
Məlumdur ki, qədim dövrün insanlarının daxili dünyası,
xarakteri, maraqları, tələbatı orta əsrlərin və müasir dövrün
adamlarından fərqli olmuşdur.
Əlbəttə, biz bu fərqləri heç də bütləşdirmək istəmirik. Bu
fikri qəbul edirik ki, adət-ənənə, tarixi və mədəni nailiyyətlər
nəsildən-nəslə keçərək eyni millətə, xalqa, coğrafi məkana
məxsus insanlarda əsrlər boyu davam edən oxşar xarakterli,
dünyagörüşlü, uyğun psixoloji tipli şəxsiyyətlər də formalaş-
dırır.
Nizami, Xəqani, Nəsimi, Füzuli və digər mütəfəkkirlərin
yaradıcılığında həm qədim türk, həm də islam dəyərləri bir
tərəfdən qovuşmuş, vəhdətdə götürülmüş, digər tərəfdən zid-
diyət təşkil etmişdir.
Nizami şeyxdir, islamın tədqiqatçısıdır. Əsərlərini fars
dilində yazıb. Amma mənşəcə, xaraktercə türkdür. O, əsərlə-
rində 350-dən artıq türk adı işlədib. Türkə xas olan
keyfiyyətləri onun kimi dəqiq heç kim göstərə bilməyib. O,
türkçülüyün əsl təbliğatçısı olub, bütün yaxşı keyfiyətləri onun
adı ilə bağlayıb. Lakin onun özü də etiraf edir ki, bir çox hal-
larda nə qədər axtarsa da, müəyyən qənaətə gəlməkdə çətinlik
çəkib:
Nə qədər oraya at çapsam da mən,
Bir xəbər gətirmək gəlmir əlimdən.
deyir.
Professor Ə.S.Bayramov yazır: «Nəsiminin təbliğ etdiyi
fikir və mülahizələr, görüşlər isə o dövrün hakim islam dini
ideyalarının tamamilə əksinə olmuşdur. Buna görə də onun
şerlərini oxuyanlar belə ölüm təhlükəsinə məruz qalmışlar».
Orta əsrlərdə, o cümlədən 1613-cü ildə Şah Abbasın
(1587-1629) Osmanlılara qalib gəlməsindən sonra Qafqazdan
İrana xeyli əhali köçürüldü. Təbrizdən xeyli əhali İsfahana
gətirildi. Belə yerdəyişmələr, təbii ki, o dövrün adamlarının
27
dünyagörüşünə təsir edir, adət-ənənələri dəyişdirirdi.
Orta əsrləri Şərqin intibah dövrü də adlandırırlar. Bu
dövrdə Bağdadda, Dəməşqdə, Qahirədə və digər şəhərlərdə ye-
ni-yeni elm ocaqları yaradıldı. Elmin müxtəlif sahələrində
nailiyyətlər qazanıldı, görkəmli şəxsiyyətlər yetişdi.
Bu dövrdə ərəb və fars dili, adət-ənənəsi yuxarı dairələr-
də, ədəbiyyatda geniş yayılsa da, sadə xalq arasında türk dili,
türk ənənəsi qorunub saxlanılırdı. Azərbaycan xalqının psixo-
logiyası da məhz bu zəmində formalaşırdı.
XVIII əsrin sonları – XIX əsrin əvvəllərində belə mürək-
kəblik, ziddiyyət, dolaşıqlıq azmış kimi, dini, düşüncəsi, həyat
tərzi tamamilə fərqli olan ruslar Azərbaycana daxil olur. Psixo-
loji fikrin ikinci mərhələsi başa çatır, üçüncü mərhələ başlayır.
Formalaşmış bir çox keyfiyyətlər, xüsusiyyətlər dəyişir. Yeni
tip məktəblər açılır. Bir çox mütəfəkkirlər yeni mühitin
yaratdığı adamlar oldu. Formalaşmış xüsusiyyətlərlə yeni
arasındakı ziddiyyət tədricən yeninin yayılması, güclənməsi ilə
nəticələndi.
XIX əsrin sonlarına doğru Azərbaycanda maarif, mədə-
niyyət inkişaf edir, ziyalılar nəsli yetişirdi. Çar Rusiyasından
Azərbaycana sürgünlər edilir, vəzifə borcu ilə bağlı çinovniklər
gəlir, digər tərəfdən Rusiyada təhsil alanlar, qulluq edənlərin sayı
artırdı. A.Bakıxanov, M.F.Axundov, N.Vəzirov, H.Zərdabi və
başqaları elmə, mədəniyyətə, dövrə, zamana uyğun, əvvəl-
kilərdən fərqli, həm də köhnəliyi, fanatizmi tənqid edən əsərlər
yaratmaqla bərabər milli, bəşəri hisslərin formalaşması üçün
əllərindən gələni edirdilər.
M.F.Axundovun 1850-1855-ci illər arasında yazdığı
pyeslər nəinki Azərbaycanda, bütövlükdə Şərqdə yeni bir
hadisə idi. Orta əsrlərdə qəzəl janrı necə məşhur idisə, geniş
yayılmışdısa, Axundovdan sonra dram janrları da XIX əsrin
ikinci
yarısında
eləcə
geniş
yayılmışdı,
xalqın
maariflənməsində əvəzsiz rol oynamışdı.
XIX əsrin ikinci yarısında - 1875-ci ildə «Əkinçi» qəze-
Dostları ilə paylaş: |