Dərslik Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş və Qafqaz Mühiti Mühafizə Qeyri-hökumət Təşkilatlar şəbəkəsi (CENN)
və Mersi Korps (Mercy Corps) beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilən “Gürcüstanda və Cənubi Qafqa-
zda İqlim dəyişmələrinə adaptasiya və biomüxtəlifliyin qorunması üçün Regional əməkdaşlığın gücləndirilməsi” adlı layihə
çərçivəsində hazırlanmışdır. Dərsliyin məzmununa görə tam məsuliyyət CENN və Mercy Corps-un öhdəsinə düşür. Dərslik
Avropa İttifaqının fikir və mülahizələrini ifadə etməyə bilər.
MƏLUMAT ÜÇÜN BİZƏ MÜRACİƏT EDİN:
Qafqaz Mühiti Mühafizə Qeyri-hökumət Təşkilatlar şəbəkəsi (CENN)
Tbilisi, 0105, Betlem küçəsi №27
Tel.: +995 32 275 19 03/04
Faks: +995 32 275 19 05
El-poçt: info@cenn.org
www.cenn.org
Mersi Korps (Mercy Corps)
Tbilisi, 0186, Qeqeçkori küçəsi №6
Tel.: +995 32 225 24 71
faks: +995 32 225 24 73
www. mercycorps.ge
TBİLİSİ, 2014
ÖN SÖZ
Fəlakətlər riskinin qiymətləndirilməsi və səmərəli idarə edilməsi ölkənin sabit inkişaf etməsi üçün əhəmiyyətli şərtlərdən biridir.
“Təbii fəlakətlər riskinin azaldılması” adlı köməkçi dərslik riskin azaldılması və idarə edilməsi dövrünün komponentləri (pre-
vensiya, fəlakətlərə hazırlıq, reaksiya vermə, zədələnmiş obyektlərin bərpa edilməsi – rekonstruksiya edilməsi), kommunikasiya,
prevensiyanın struktur və qeyri-struktur tədbirləri və istifadə edilmiş anlayışların müəyyən etmələri barədə ümumi məlumatı
əhatə edir.
Qeyd edilənlərlə birlikdə, dərslik cari qlobal iqlim dəyişiklikləri fonunda Cənubi Qafqazda mümkün olan təbii fəlakətlər, onlar
yaradan səbəblər, əlamətlər, yayılma arealları və zədələyici təsirləri barədə məlumatı əhatə edir.
Dərslik məktəb müəllimləri və şagirdləri üçün, eləcə də təbii fəlakətləri riskinin idarə edilməsi məsələləri ilə maraqlanan geniş
ictimaiyyət, dövlət və ya qeyri-dövlət təşkilatları, xüsusi şəxslər və başqalar üçün nəzərdə tutulub.
7
GİRİŞ
Müasir dövrdə dünyada fəallaşmış təbii fəlakət prosesləri və təbii mühitə getdikcə daha da artan antropogen
yükləmələr-nəzarətsiz texnoloji proseslər ekoloji tarazlığın pozulmasına səbəb olmuşdular. Qeyd edilənlər nəticəsində son
onilliklər ərzində təbii fəlakətlərin tezliyi və onu müşayiət edən insan və maddi itkisinin miqyasları əhəmiyyətli dərəcədə
artmışdır. Statistik məlumatlara əsasən, təbii fəlakət hadisələri səbəbindən yaranmış fəlakətlər üzündən dünyada son onilliklər
ərzində hər il ortalama 240 milyon insan ziyan çəkir, iqtisadi ziyan isə 90 milyard ABŞ dollar təşkil edir. Son 30 il ərzində təbii
fəlakətlər səbəbindən yaranmış iqtisadi ziyan üç dəfə artmışdır.
Yuxarıda qeyd edilənlərə uyğun olaraq, bütün dünya kimi, Cənubi Qafqaz regionu müxtəlif növ fövqəladə halların artmış
inkişafetmə təhlükəsi qarşısında olmuşdur. Cənubi Qafqazın hər üç ölkəsində - Azərbaycan, Gürcüstan və Ermənistanda –
zəlzələlər, sürüşmələr, sellər, daşqınlar və insan itkisi və iqtisadi ziyanın yaranmasına səbəb olan digər təbii təhlükələr tez-tez
baş verir. Müxtəlif məlumatlara əsasən, son iki onillik ərzində Cənubi Qafqaz ölkələrində təbii fəlakət prosesləri səbəbindən
yaranmış iqtisadi ziyan 16 milyard ABŞ dollarını aşmışdır.
Təbii fəlakət təhlükələrinə səmərəli reaksiya verilməsinin təmin edilməsi baxımından onların qarşısını alınması və onlar
səbəbindən yaranmış nəticələrin ləğv edilməsi üçün fəaliyyətin təşkil edilməsi böyük əhəmiyyətə malikdir. Bunlardan irə-
li gələrək, təbii fəlakətlər riskinin idarəetmə sisteminin səmərəli işləməsinin dəstəklənməsi və əhalinin təbii fəlakətlərdən
qorunması məsələləri üzrə əhalinin özünün hazırlanması və bu baxımdan onun dərketmə səviyyəsinin yüksəldilməsi xüsusilə
aktualdır.
Təbii fəlakətlər riskinin azaldılması
8
Son bir əsr ərzində insan təbii mühiti əhəmiyyətli dərəcədə
dəyişdirmişdir. Bu, ilk növbədə, dünya əhalisinin sayının
artması ilə izah olunur. Proqnoz hesablamalarına görə, 2050-
ci il üçün yer kürəsində əhalinin sayı 9,5 milyarda qədər
artacaqdır
(şəkil 1.1.-ə baxın)
. Əhalinin sayının artması təbii
resurslara (su, bitki örtüyü, torpaq örtüyü, heyvanat aləmi,
istilik resursları və sair) tələbatın artmasına səbəb olacaqdır.
Təbii mühitə intensiv (bir çox hallarda nəzarətsiz) təsir, bir
tərəfdən, iqtisadi firavanlığın artmasını həvəsləndirmişdir.
Bununla yanaşı, o, mühitdə deqradasiya (bir sıra hallarda
dönməz) proseslərin başlamasına təkan vermişdir, bu da
insanın yaşam mühiti, onun sosial-iqtisadi firavanlığı üçün
real təhlükə yaradır.
İnsanın getdikcə daha da sürətlə artan təsərrüfat fəali-
yyətinin təsiri ilə təbii fəlakət hadisələri çoxaldı, onların
səbəbindən yaranmış fəlakətlərin sayı və təsir gücü art-
mışdır, bu da əhalinin həyatı və onun yaşam mühiti üçün
təhlükə yaradır - əhalinin sosial və iqtisadi vəziyyətini kəskin
şəkildə pisləşdirir.
Təbii fəlakətlərin xüsusiyyət və miqdar baxımından art-
masını, dünya əhalisinin sayının sürətlə artması ilə birlikdə,
urbanizasiyanın artması və təhlükəli yerlərdə məskunlaşma
məntəqələrinin qurulması, eləcə də inkişafda olan ölkələrdə
müvafiq tənzimləmələrin və planlaşdırmanın rədd edilməsi,
risklər barədə dərketmənin aşağı səviyyəsi, ekstremal iqlim
hadisələri və sair dəstəkləyir.
Qeyd edilməlidir ki, yer kürəsində çoxalmış təbii fəlakətlərin
səbəblərindən biri də qlobal iqlim dəyişkənliyidir, bu da yer
kürəsinin müxtəlif regionlarında havanın meteoroloji ele-
mentlərinin - hava temperaturunun, küləyin, yağıntıların və
sair, illik orta göstəricilərinin dəyişkənliyini şərtləndirir. Bura-
daca qeyd edilməlidir ki, baxmayaraq ki, keçmişdə iqlim dəy-
işkənliyə məruz qalırdı, o, insanın təsirinin nəticəsi deyil, təbii
şəkildə şərtləndirilmiş ardıcıl və dinamik bir proses idi. Son
bir əsr ərzində insanın mühitə nəzarətsiz təsiri yer kürəsində
cari iqlim dəyişiklikləri prosesinin sürətləndirilməsinə şərait
yaratmışdır. Parallel olaraq, qeyd edilən proses, insanın get-
dikcə daha da artan təsərrüfat fəaliyyəti ilə birlikdə, qlobal
ekosistemlərin tarazlığının pozulması prosesinin inkişaf
etməsinə şərait yaratmışdır, bu da, insanların sağlamlığına
mənfi təsirlə yanaşı, təbii fəlakətləri bilavasitə olaraq yaradan
səbəbi təşkil edir.
FƏSİL 1
DÜNYADA TƏBİİ
FƏLAKƏTLƏR
RİSKİNİN İDARƏ
EDİLMƏSİ PROBLEMİ
NƏDƏN AKTUAL
OLMUŞDUR
Təbii fəlakətlər riskinin azaldılması