Dərslik Təbii fəlakətlər riskinin azaldılması 2



Yüklə 171,58 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix01.02.2018
ölçüsü171,58 Kb.
#23069
növüDərslik
1   2   3   4   5   6   7

16

Yaradan səbəbə və yaranma yerinə görə zəlzələ: tektonik

vulkanik, dərinfokuslu (plutonik), dağıdıcı (yıxıcı), antropo-

gen ola bilər; həmçinin dəniz dibində güclü zəlzələlər, bu da 

sunaminin yaranmasını şərtləndirir.

Zəlzələ bir çox hallarda ağır, bəzən fəlakəti, nəticələrə - 

müxtəlif binaların və mühəndis tikililərinin dağılmasına 

(şəkil 3.1.-ə baxın)

, insan itkisinə, kütləvi yanğınlara, elektrik 

və qaz şəbəkələrinin zədələnməsinə, istehsalat qəzalarına, 

bina-tikililərin dağılması və uçmasına görə yolların bağlanıl-

masına, çay axınlarının məcrasının dəyişməsinə görə yaşayış 

məntəqələrinin su basmasına, insana güclü psixoloji təsirə 

gətirib çıxarır, bu da bir çox hallarda ağır psixoloji travmalara 

və onların həlak olmasına səbəb olur.  

DAŞQIN (SUBASMA)

 - Daşqın çaylarda, göl və dənizlərdə 

su səviyyəsinin kəskin qalxması nəticəsində və ya leysan 

yağışlarla və qarın sürətlə əriməsi səbəbindən yarana bilər. 

Daşqınların gücü,bir qayda olaraq, yağıntılardan, çayları 

qidalandıran qarın və buzun sürətlə əriməsindən və çayların 

məcralarının sukeçirmə qabiliyyəti və filtrasiya şəraitinin süni 

və ya təbii şəkildə məhdudlaşdırılmasından asılıdır. Çayların 

daşması, həmçinin təbii qaya uçqunları, qar uçqunları və 

ya insan tərəfindən qeyri-düzgün şəkildə aparılan təsər-

rüfat fəaliyyəti, yamaclarda fəallaşmış sürüşmələr, çayların 

məcralarının tamamilə və ya qismən bağlanılması və onların 

qəflətən dağılması, çayların bağlanılmış hissələrinin qəflətən 

dağılması səbəbindən yarana bilər.

SEL 


- uzunmüddətli və leysan yağışlar, qarın və ya bu-

zlaqların intensiv əriməsi, su anbarlarının dağılması, 

zəlzələlər zamanı və vulkanların püskürməsi nəticəsində 

qəflətən yaranan, böyük miqdarda olan müvəqqəti su 

axınıdır. Sellər zamanı su axını böyük sürətlə hərəkət edir 

(10 m/san və daha artıq) və onu bir çox hallarda yaranmış 

güclü dalğalar müşayiət edir. Sellərin müddəti on dəqiqədən 

bir neçə saat ərzində davam edə bilər. Sellər bir çox hal-

larda kütləvi dağıntılara səbəb olur və bunun əsas səbəbi 

bina-tikililər üzərində böyük sürətlə hərəkət edən su və 

daş-palçıq kütləsinin zərbəsinin təsiridir. Xüsusi növə hidro-

texniki qurğularda və su anbarlarında baş vermiş qəzalar 

səbəbindən yaranmış sellər aiddir.

TUFAN, QASIRĞA, FIRTINA, QARA TUFAN, TAYFUN

 - Bu 

təbiət hadisələrinin eyni yaranma mənbəyi vardır. Bu külək-



dir, küləyin gücü on iki ballıq Bofort cədvəli ilə qiymətləndi-

rilir. Küləyin gücü onun sürəti (yer kürəsinin açıq düz səthinin 

10 metr hündürlüyündə) və yerüstü əşyalara təsiri ilə, açıq 

dənizlərdə isə - dalğalanmanın intensivliyi ilə müəyyən edilir. 

Məsələn, qasırğa zamanı küləyin sürəti 120 km/saat, torpaq 

səthində isə 200 km/saat-a çata bilər.

Bu təbii fəlakət prosesləri səbəbindən yaranmış mənfi hallar 

aşağıdakılardır: yaşayış məntəqələrinin və hidrotexniki 

qurğuların dağılması və ya onların sıradan çıxması, nəqli-

yyatın hərəkətinin yubadılması, gəmilərin batması, bir sıra 

ərazilərin fəlakətli su basması, insanların həlak olması.

3.2.


Təbii fəlakətlər riskinin azaldılması


17

ŞİMŞƏK


 - buludlar toplusunda müşayiət edən gözqa-

maşdırıcı şimşək çaxması ilə elektrostatik qığılcımın boşal-

masıdır, bu da gurultu ilə müşayiət edilir. Şimşəyin təhlükəli 

formalarından biri ildırımdır 

(şəkil 3.2.-ə baxın)

Şimşəyin boşalmasını elektrik cərəyanın böyük gücü xarak-



terizə edir: ildırımın ağaca düşməsi onun yarılmasına, bəzən 

də alovlanmasına səbəb olur. İldırımın insanlara birbaşa 

təsiri onların ağır zədələnməsinə və bir çox hallarda həlak 

olmasına səbəb olur.

TƏBİİ YANĞINLAR

 - Quraqlıq illərində təbii (meşə və ya çöl) 

yanğın olduqca yayılmış təbiət hadisəsidir 

(şəkil 3.3.-ə bax-

ın)

. O, təsərrüfata böyük ziyan vurur. Əgər yanğınla mübarizə 



əvvəlcədən yaxşı təşkil edilməmişdirsə, o, öz yayılma zo-

nasında yaşayan əhali üçün böyük fəlakət gətirə bilər.

Yanğının yaranmasının əsas səbəbi alovlandırıcı və part-

layıcı maddələrə qarşı məsuliyyətsiz münasibətdir. Yanğına 

həmçinin şimşək, nasaz elektrik xəttlər, otun və quru bit-

kilərin öz-özünə yanması və sair səbəb ola bilər.

Meşədən əlavə, yanğın çöllərdə, açıq yerdə, quru otun və ya 

gətirilmiş dənli bitkilərin zəmisi (yulaf, buğda və sair) olan 

yerlərdə yarana bilər. Çöl yanğını əlverişli şəraitdə kifayət 

qədər tez yayılır. Alov cəbhəsi daha sürətlə külək istiqamətilə 

hərəkət edir və olduqca zəif olaraq - əks tərəfə hərəkət edir. 

Güclü külək zamanı alov cəbhəsinin hərəkətinin sürəti 25-30 

km/saat-a çatır, dağlıq yerlərdə isə (yanğının hündürlüyə 

yayılması zamanı) 50 km/saat-dan artıqdır.

Beləliklə, yanğın olduqca təhlükəli təbiət hadisəsidir, çünki o, 

güclü zədələyici faktorları əhatə edir. Onlar arasında yüksək 

temperatur qeyd edilməlidir, bu da insan itkisinə səbəb ola 

bilər. Yanğın rayonunda hər şey yanır, böyük ərazilər tüstüyə 

bürünür, bu da insan və heyvanlara mənfi təsir göstərir (on-

ların zəhərlənməsinə, karbon dikosidlə və yanmanın digər 

məhsulları ilə intoksikasiyasına səbəb olur). Yanğın görmə 

horizontunu azaldır və insanların psixoloji vəziyyətinə mənfi 

təsir göstərir.

QAR YIĞIMI

 - Qar yığımı qarın intensiv yağması şəraitin-

də yaranır. Çovğun zamanı qarın sərbəst hərəkət etməsinə 

maneçilik törədən müxtəlif təbii və ya süni müqavimətlər 

yerində böyük miqdarda qar yığılır. Qar yığımları dəmir yol-

unun və avtonəqliyyatın hərəkətini, kənd və şəhərin normal 

həyatını ləngidir. Qar yığımı binaların birinci mərtəbəsində 

yaşayan vətəndaşlara mənzillərdən çıxmağa imkan vermir, 

buna görə də onların kənardan yardıma ehtiyacı vardır.

QURAQLIQ 

- Quraqlıq bu və ya digər ərazidə ilin isti 

mövsümündə atmosfer yağıntılarının uzun müddətə 

dayandırılması şəraitində havanın yüksək temperaturu 

(10

С

-lə və daha yuxarı qalxması) və aşağı rütubət zamanı 



müəyyən edilmiş fəlakətdir. Quraqlıq bir neçə gün və ya bir 

neçə həftə ərzində havanın orta müsbət temperaturunun 

10

С

-lə və daha yuxarı qalxması ilə xarakterizə edilir.



3.3.

Təbii fəlakətlər riskinin azaldılması


Yüklə 171,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə