Dərslik Təbii fəlakətlər riskinin azaldılması 2



Yüklə 171,58 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix01.02.2018
ölçüsü171,58 Kb.
#23069
növüDərslik
1   2   3   4   5   6   7

18

Bu cür şəraitdə insanın həddindən artıq istilənməsi təhlükəsi 

yaranır, insan bədəninin termotənzimlənməsi kəskin şəkildə 

pozulur və onun temperaturu 39 dərəcəyə, bəzi hallarda isə 

daha yuxarı qalxır. Bədənin uzunmüddətli və güclü, həd-

dindən artıq istilənməsi günəş vurmasına və ya ürək funksi-

yasının pozulmasına səbəb ola bilər.

SEL (SEL AXINI)

 - dağ çaylarının məcralarında qəflətən 

yaranan su və böyük miqdarda dağ qayalarının parçalanmış 

materiallarının (müxtəlif ölçüdə daşların, çaylaq daşları və 

palçığın qarışığı) müvəqqəti axınıdır.

Sel axınları uzunmüddətli və leysan yağışlar, qarın və ya 

buzlaqların intensiv əriməsi, su anbarlarının dağılması, 

zəlzələlərin təsiri və vulkanların püskürməsi nəticəsində 

yaranır. Sellərin yaranmasına həmçinin dağ qayalarının fiziki 

tükənməsi nəticəsində yığılmış böyük miqdarda kövrək 

materiallar şərait yaradır, hansıları leysan yağışlar və ya 

dağlarda qarın sürətlə əriməsi nəticəsində yaranmış axınlar 

asanlıqla yuya bilər.

Sel yüksək sürətlə (10 m/san və daha artıq), daha çox hal-

larda - yaranmış daş-palçıq dalğaları şəklində hərəkət edir. 

Selin müddəti on dəqiqədən bir neçə saat ərzində davam 

edə bilər. Sel dalğasının hündürlüyü 15 metrdən artıq ola 

bilər. Yaranmış selin səsi böyük məsafədə eşidilir. Sel böyük 

fəlakət gətirir: o, insan itkisinə, yaşayış evlərinin və müxtəlif 

mühəndis tikililərinin dağılmasına səbəb olur.

QAR UÇQUNU

 - 

(şəkil 3.4.-a baxın)



. 2 növ qar uçqunu ay-

rılır: quru və islaq.

İslaq qar uçqunu uyuşqan qarın və suyun müəyyən miqd-

arda tərkibi ilə xarakterizə edilir. Quru qar uçqunu kövrək 

qardan ibarətdir, onun hərəkət etməsini böyük dağıdıcı gücə 

malik olan hava dalğası müşayiət edir.

Qar uçqununun gücü, əhəmiyyətli dərəcədə, dağ yamacının 

maillik və qar örtüyünün qalınlığından asılıdır. Qar uçqun-

larının əksəriyyəti mailliyi  30

С

 və daha çox olan yamaclarda 



yaranır. Ayrı-ayrı hallarda qar uçqunları mailliyi 15

С

-20



С

 olan 


yamaclarda da yarana bilər. Bir qayda olaraq, qar uçqununun 

aşağı düşməsi qar örtüyünün hündürlüyü 1 m-dən artıq 

olduğu zaman başlayır.                     

 

SÜRÜŞMƏ



 - dağ yamaclarında, çay, dəniz və göl sahilləri 

boyu yüksələn dağ yamaclarında ağırlıq gücünün təsiri ilə 

dağ qayalarının və torpaq kütlələrinin sürüşmə ilə hərəkət 

etməsi prosesidir. Sürüşmənin yaranmasının əsas səbəbi 

dağ qayalarında mövcud olan qravitasiya və sıxlıq gücləri 

arasında tarazlığın pozulmasıdır. Sürüşmənin yaranması-

na yamacların dibinin yuyulması, dağ qayalarının intensiv 

tükənməsi, bol yağıntıların yağması nəticəsində tükənmiş 

materialların su ilə doldurulması və, müvafiq olaraq, bu 

materialların möhkəmliyinin zəifləməsi, seysmik təkanlar 

və bu və ya digər yerin geoloji şəraitini nəzərə almayaraq 

insan tərəfindən qeyri-düzgün şəkildə aparılmış təsərrüfat 

fəaliyyəti (partlayış işləri, yamaclarda yolların çəkilməsi və 

sair) səbəb ola bilər.

3.4.

Təbii fəlakətlər riskinin azaldılması



3.5.

19

Sürüşmə zamanı yerini dəyişmiş qruntun həcmi yüzlərlə 



minlərlə m

3

-dən artıq ola bilər. Sürüşmənin sürəti ildə 



bir neçə metr təşkil edə bilər, və ya eyni sürətə bir neçə 

saniyədə çata bilər. Sürüşmə yaşayış evlərinin və mühəndis 

obyektlərinin (yollar, körpülər, magistral boru kəmərləri, 

elektrik ötürücü xəttlər və sair) dağılmasına-zədələnməsinə, 

insanların xəsarət alması və ya həlak olmasına

 (şəkil 3.5.-ə 

baxın)

.  səbəb ola bilər. Sürüşmələr təbii relyefin görünüşünü 



dəyişdirir və bir çox hallarda relyefin xüsusi formalarını 

(sürüşmə sirkləri, sürüşmə blokları, sürüşmə pillələri və sair) 

yaradırlar.

EROZİYA -

 Eroziya səthi suların, külək və ya digər 

fiziki-kimyəvi proseslərin təsiri ilə torpaq örtüyünün, qrun-

tların və ya dağ qayalarının yuyulmasıdır. Eroziya prosesləri 

müxtəlif növdür. Onlar arasında ilk növbədə xətti eroziya, 

ərazinin ayrı-ayrı xəttvari formalara, müxtəlif dərinlik və 

uzunluqda olan dərələrə, yarğanlar və vadilərə yarılması 

qeyd edilməlidir. Torpaq eroziyası onun məhsuldar hissəsi 

və torpaq yaradıcı qayaların səthi sularla və küləyin təsiri ilə 

yuyulması və dağılmasını nəzərdə tutur 

(şəkil 3.6.-ə baxın)

.

Torpaq eroziyası ən çox ana qayaların xarakterindən asılıdır, 



buna əsasən asanlıqla dağılan və çətinliklə dağılan qayaları 

fərqləndirirlər. Eroziya proseslərinin intensivliyinə həmçinin 

yamacların mailliyi böyük təsir göstərir (yamacın mailliyi nə 

qədər çox olsa, eroziya prosesləri bir o qədər güclü olur).

DAŞ UÇQUNU 

- Daş uçqunu prosesinə fiziki, kimyəvi və 

bioloji tükənmə, zəlzələlər və ya səthi suların inkişaf etməsi 

nəticəsində qaya massivlərində yaranan daşların, çaylaq 

daşlar və qaya parçalarının yamacların dibində ağırlıq 

gücünün təsiri ilə düşməsi baş verir.

Daş uçqunu əksər hallarda mailliyi 35

С

-dən artıq olan yama-



clarda baş verir 

(şəkil 3.7.-ə baxın)

.  Daş uçqunu avtomobil 

yolları və dəmir yolunun ayrı-ayrı hissələri üçün böyük 

təhlükə yaradır. Bir çox hallarda daş uçqununun fəlakətli 

təsiri altına bilavasitə olaraq yaşayış evləri də düşür. Daş 

uçqunu baxımından təhlükəli yerlər aşağıdakılardır: dərələr, 

məcralar və istiqamət verməklə daş uçqununun hərəkət 

etməsinə şəait yaradan bütün növ dərinliklər.

          

3.7.

3.6.


Təbii fəlakətlər riskinin azaldılması


Yüklə 171,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə