Dərslik Təbii fəlakətlər riskinin azaldılması 2



Yüklə 171,58 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix01.02.2018
ölçüsü171,58 Kb.
#23069
növüDərslik
1   2   3   4   5   6   7

20

3.1.2. RİSK QARŞISINDA DURAN OBYEKTLƏR

Fəlakət təhlükələrini təhlil etdikdən sonra risk qarşısın-

da duran obyektlərin eyniləşdirilməsi həyata keçirilir. Risk 

qarşısında durmaq təhlükəli zonalarda əhalinin, onların 

əmlakının, müxtəlif təyinatlı infrastruktur obyektlərinin, 

yolların, qaz kəmərlərinin, su kəmərlərinin, elektrik ötürücü 

xəttlərin, əkin-səpin torpaqlarının, emaledici müəssisələrin, 

eləcə də mühafizə olunan ərazilərin, meşələrin və müxtəlif 

ekoloji dəyərə malik olan obyektlərin risk qarşısında olması 

deməkdir. Risk qarşısında duran elementlərin eyniləşdi-

rilməsi və hesablanmasının ən səmərəli metodlarından biri 

geoməlumat sistemlərindən (GIS) istifadə etməklə xəritələrin 

tərtib edilməsidir. GIS-də risk qarşısında duran obyektlərin 

eyniləşdirilməsi/vizuallaşdırılması (məsələn, binaların), eləcə 

də təhlükənin eyniləşdirilməsi/vizuallaşdırılması (daşqın, 

subasma əraziləri və sair) həyata keçirilir. Bu iki xəritənin 

bir-birini örtməsi nəticəsində risk qarşısında duran ele-

mentlərin ayrılması, onların vizuallaşdırılması və miqdarının 

hesablanması mümkündür 

(çertyoj 3.2.-ə baxın)

.

3.1.3. HƏSSASLIQ

Risk qarşısında duran obyektlərin həssaslığının qiymətləndi-

rilməsi və təhlil edilməsi mütləq lazımdır. Həssaslıq 

təhlükələrin ziyanverici təsirindən əhalinin müdafiəsizliyini 

şərtləndirən, əhalinin və ya onun əmlakının xarakterizə edi-

cilərdir. Həssaslığın təhlil edilməsi nəticəsində cəmiyyətin bu 

və ya digər təhlükədən nə dərəcədə müdafiə olunması və ya 

müdafiəsiz olması müəyyən edilə bilər. İcmaların, ailələrin və 

ya, ümuliyyətlə, cəmiyyətin həssaslığının təhlili sosial, fiziki, 

ekoloji və iqtisadi kriteriləri nəzərə almaqla həyata keçirilir 

(çertyoj 3.3.-ə baxın)

.

Fiziki həssaslıq risk altında olan obyektlərin xarakterizə 



edicilərindən və təhlükənin intensivliyindən asılıdır. Fiziki 

həssaslığın təhlili binalar, nəqliyyat və həyati əhəmiyyətli 

digər obyektlər (elektrik ötürücü xəttlər, su kəmərləri və sair) 

üçün həyata keçirilə bilər. Yuxarıda qeyd edilən obyektlərin 

qiymətləndirilə biləcəyi kriterilərə aşağıdakılar aiddir: onların 

strukturu - binaların mərtəbələrinin sayı, istifadə edilmiş 

materiallar və ya inşaat standartları, obyektlərin təyinatı, on-

ların yerləşməsinin sıxlığı, fəlakətlər zamanı onlardan istifadə 

edilmə zərurətinin dərəcəsi.

Sosial həssaslıq cəmiyyət daxilində mövcud olan həssas qru-

plara (yoxsul ailələr, tənha valideynlər, hamilə qadınlar, məh-

Təbii fəlakətlər riskinin azaldılması



21

dud qabiliyyətli insanlar, uşaqlar, qocalar və sair) hadisələrin 

mümkün olan təsiridir. Sosial həssaslıq gözlənilən risk 

barədə ictimai biliyi, qrupların fəlakət səbəbindən yaranmış 

problemlərin müstəqil olaraq öhdəsindən gəlmək qabili-

yyətini, eləcə də problemlərlə mübarizədə insanlara yardım 

edilməsi tapşırılan institusional strukturların vəziyyətini 

nəzərdə tutur. Məsələn, əgər cəmiyyətdə işsizlərin, uşaqların, 

qocaların və savadı olmayan şəxslərin sayı çoxdursa, o, daha 

həssasdır. Və əksinə, əgər cəmiyyətdə yuxarıda qeyd edilən 

göstəricilər aşağı səviyyədədirsə, o, daha az həssasdır.

İqtisadi həssaslıq təhlükələrin iqtisadi proseslərə mümkün 

olan təsiri kimi (məsələn, biznes fəaliyyətinin ləngidilməsi 

və ya dayandırılması, yoxsulluğun artması və iş yerlərinin 

itirilməsi) müəyyən edilir. İqtisadi həssaslığın qiymətləndi-

rilməsi zamanı gəlir mənbələri (kənd təsərrüfatı, emaledici 

və ya çıxarma sənayesi və xidmət) və ümumi daxili məhsul 

göstəricisi (ÜDM) barədə məlumat nəzərdə tutulur.

Ekoloji həssaslıq hadisələrin mühitə (floraya, faunaya, eko-

sistemlərə, biorəngarəngliyə və sair) mümkün olan təsirini 

qiymətləndirir. Ekoloji həssaslığın qiymətləndirilməsi zamanı 

mühafizə olunan ərazilər, mədəni irs, unikal landşaft və sair 

barədə məlumat nəzərə alınır.

Fiziki, iqtisadi, sosial və ekoloji həssaslıq səviyyəsini müəyyən 

edən həssaslığın indikatorları birləşdirərək ümumi həssaslıq 

şəklini yarada bilərik.

Müxtəlif hallarda əhalinin fəlakətə qarşı həssaslığı arta bilər. 

Bunun əyani misalı meşənin kütləvi kəsilməsidir. Əgər meşə 

elə bir templə kəsilir ki,onun təbii şəkildə əvəz olunması 

mümkün olmur, o zaman bol yağıntı və subasmalara qarşı 

yaşayış məntəqələrinin həssaslığı artır (torpaq örtüyü möh-

kəm deyil və asanlıqla eroziyaya uğrayır). Bu fakt sellərin, 

sürüşmələrin, daşqınlar və uçqunların yaranmasının ilk şər-

tidir. Həssaslıq həmçinin təhlükəli yerlərdə yaşayış evlərinin 

inşa edilməsi nəticəsində arta bilər; məsələn, əgər insanlar 

çayın yaxınlığında yaşayır və öz düşüncəsiz hərəkəti ilə 

çayların məcralarının bağlanılmasına şərait yaradırlarsa, bu 

cür hallarda daşqın riski əhəmiyyətli dərəcədə artır. Həssaslıq 

dərəcəsini daha çox həmçinin təhsil səviyyəsi müəyyən edir. 

Sistematik olaraq prevensiya tədbirlərini planlaşdıran və 

vaxtaşırı olaraq təbii təhlükənin yaranması təqdirində necə 

hərəkət etməli olduğu barədə məsələlərlə bağlı treyninqləri 

keçən, yaxşı məlumatlandırılmış və təşkil edilmiş əhali daha 

az məlumatlandırılmış cəmiyyətdən daha az həssasdır. Qeyd 

edilənlərdən irəli gələrək, onu unutmamağımız əhəmi-

yyətlidir ki, fəlakət səbəbindən yaranmış ziyanın azaldılması 

həssaslığın və risklərin azaldılması üçün nəyin edilməsi lazım 

olduğu barədə əhalinin yaxşı məlumatlandırılmış olduğu 

zaman mümkündür.

Təbii fəlakətlər riskinin azaldılması



Yüklə 171,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə