Dərslik təLİmati msk-nin 2016-ci IL 27 iyul tarixli №52/2016 qərarı ilə təsdiq olunmuşdur



Yüklə 7,43 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix01.09.2018
ölçüsü7,43 Mb.
#66639
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI

19

Dairə Seçki Komissiyası seçki bülletenlərini və xüsusi zərfləri səsverməyə başlamazdan ən geci 



12 saat əvvəl Məntəqə seçki komissiyalarına təqdim edir (Seçki məcəlləsi ‒ maddə 63.9).

DİQQƏT

SEÇKİ SƏNƏDLƏRİ VƏ İNVENTARININ QƏBUL-TƏHVİL PROTOKOLU

Komissiyanın  sədri  və  yaxud  sədrin  sərəncamı  əsasında  sədrin  müavini  Dairə  seçki

komissiyasından  seçki  sənədlərinin  qəbulunda  məsuliyyət  daşıyan  şəxsdir.  Seçki

sənədlərinin  saxlanılmasına  və  təyinatına  görə  paylanmasına  görə  məsuliyyəti  isə

Məntəqə seçki komissiyasının sədri və komissiyanın katibi məsuliyyət daşıyırlar (Seçki 

məcəlləsi ‒ 27.1.d; maddə 63.6). 

Qəbul-təhvil  protokolunu  seçki  sənədlərini  verən  və  qəbul  edən  şəxslər  imzalayırlar



(Seçki məcəlləsi ‒ maddə 63.10). Qəbul-təhvil aktını Məntəqə seçki komissiyasının katibi

Qeydiyyat jurnalının “daxil olan sənədlər” hissəsində qeydə alır.

 Seçki bülletenlərinin doldurulması üzrə təlimatı;



 Bülletenin hansı halda batil hesab edilməsi barədə qanundan çıxarışı;

 Seçki sənədlərinin qablaşdırıldığı zərfləri.




20

SƏSVERMƏ BİNASININ TƏŞKİLİ

Səsvermə prosedurlarını keçirmək üçün Məntəqə seçki komissiyasının üzvləri qanunla

müəyyən olunmuş qaydalara əməl etməklə, seçkilərə ən azl bir gün qalmış səsvermə

binasını təşkil edirlər. Məntəqə seçki komissiyası təşkil etməlidir (Seçki məcəlləsi 



‒ maddə 58.4.a­q):

 Seçicilərin qeydiyyat masalarını;



 Gizli  səsvermə  kabinələrini:  hər  500  nəfər  seçiciyə  bir  kabinə,  orada  bir  qələm

olmalıdır.

 Xüsusi zərflər masası (seçki qutusuna yaxın yerləşdirilməlidir);



 Quraşdırılmış və möhürlənməmiş seçki qutuları.

Səsvermə binasında şəffaf seçki qutusu nəzərəçarpan yerdə elə qoyulmalıdır ki, seçici

heç bir maneə olmadan ona yaxınlaşsın və zərfi qutuya atdıqdan sonra seçki məntəqəsini

dərhal tərk etsin.

Seçki məntəqəsində nəzərəçarpan yerdən asılmalıdır (Seçki məcəlləsi ‒ maddə 

58.4.d; 58.5):

 Seçicilərin vahid siyahısının ictimai informasiyası üçün təyin olunan versiya (divar



siyahısı);

 Seçicilərin xüsusi siyahısının ictimai informasiyası üçün təyin olunan versiya (divar



siyahısı);

 Aparılası  seçki  qutusunun  ictimai  informasiyası  üçün  təyin  olunan  versiya  (divar



siyahısı);

 Partiyaların siyahıları;



 Namizədlərin siyahıları;

 MSK tərəfindən müəyyən olunmuş seçki bülletenlərinin doldurulması qaydası;



 Bülletenin hansı halda batil hesab olunması barədə qanundan çıxarış;

 Səsvermə nəticələrinin nümayiş protokolları.



Əgər seçki bülletenində daxil olan seçki subyektiç hansı kiç seçkilərdə iştirak etmir, bu haqqda 

səsvermə binasında nə gizli səsvermə kabinəsində əreizə nəzərə çarpan yerdə dərc edilməlidir.



DİQQƏT


 SƏSVERMƏ GÜNÜ MƏNTƏQƏ 

SEÇKİ KOMİSSİYASININ FƏALİYYƏTİ

III HİSSƏ



22

I FƏSİL.

  SEŞKİ MƏNTƏQƏSİNİN AÇILMASI 

 

VƏ SƏSVERMƏYƏ QƏDƏR 

  

KEÇİRİLMƏLİ OLAN PROSEDURLAR

SEÇKİ MƏNTƏQƏSİNİN AÇILMASI

Seçki məntəqəsi səsvermə günü saat 7-də açılır.

Əgər  həmin  vaxtadək  komissiya  üzvlərinin  sayı  yeddidən  az  olarsa,  bu  haqda  informasiya 

dərhal  Dairə Seçki Komissiyasına  ötürülməli, bu  komissiya  isə dərhal   müvafiq  qərar qəbul 

etməlidir.

DİQQƏT

Məntəqə seçki komissiyasının üzvləri səsvermə günü ərzində onlar üçün ayrılmış xüsusi

formalar  gəzdirməyə  borcludurlar.  Qeyd  edilən  tələbin  yerinə  yetirilməməsi  yuxarı

seçki  komissiyası  tərəfindən  intizamı  pozmaq  kimi  qiymətləndirilməli  və  bu  inzibati

məsuliyyətin həvalə olunmasının əsası kimi müzakirə olunmalıdır.

SƏSVERMƏ BİNASINDA OLMAQ HÜQUQUNA MALİK ŞƏXSLƏR

Səsvermə binasında olmaq hüququna malikdirlər (Seçki məcəlləsi ‒ maddə 8.16; 

maddə 39.3,6; maddə 42.5; maddə 44.5);

 Məntəqə seçki komissiyasının üzvləri;



 Yuxarı seçki komissiya üzvləri və nümayəndələri;

 Seçki subyektlərinin nümayəndələri (eyni seçki subyektinin yalnız 1 nümayəndəsi);



 Qeydiyyatdan keçmiş yerli müşahidəçi orqanını müşahidəçiləri (eyni yerli müşahidə

təçkilatının yalnız 1 müşahidəçisi);

 Qeydiyyatdan keçmiş beynəlxalq təşkilatın müşahidəçiləri (eyni beynəlxalq təşkilatın



ən çox 2 nümayəndəsi (əlavə olaraq bir tərcüməçi iştirak edə bilər));

 Medianın akreditə olunmuş nümayəndələri (Mətbuatın və Kütləvi informasiya eyni



vasitəsinin ən çoxu 3 nümayəndəsi).

Səsvermə binasında olmaq hüququna malik hər bir şəxs mütləq özünün kimliyi və statusunu 

təsdiq edən nişanı taxmalıdır (Seçki məcəlləsi ‒ maddə 8.17).

DİQQƏT



MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI

23

MÜŞAHİDƏÇİNİN, SEÇKİ SUBYEKTİNİN VƏ KÜTLƏVİ İNFORMASİYA 



VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİNİN HÜQUQİ VƏZİYYƏTİ 

(Seçki əcəlləsi ‒ maddə 41)

Müşahidəçilərin və seçki subyekti nümayəndələrinin hüquqları vardır:

 Səsvermə  günü  istənilən  vaxt  səsvermə  binasında  olmaq,  məhdudiyyət  olmadan



seçki  məntəqəsinin  ərazisində  hərəkət  etmək  və  sərbəst  şəkildə,  heç  bir  maneə

olmadan səsvermə prosesinin bütün mərhələlərini istənilən yerdən müşahidə etmək;

 Səsvermə  günü  istənilən  vaxt  təmsil  etdiyi  təşkilatın  qeydiyyatdan  keçmiş  başqa



nümayəndəsini əvəz etmək.

Müşahidəçilərin,  seçki  subyekti  və  Kütləvi  İnformasiya  Vasitələri  nümayən­

dələrinin hüququ yoxdur:

 Seçki komissiyasının funksiyalarına və fəaliyyətinə müdaxilə etmək;



 Seçicinin öz iradəsini sərbəst ifadə etməsinə təsir göstərmək;

 Seçicidə hər hansı bir seçki subyektinin xeyrinə və yaxud əksinə təbliğat aparmaq;



 Hər hansı bir seçki subyektinin rəmz və nişanını gəzdirmək.



SEÇKİ MƏNTƏQƏSİNİN AÇILIŞINDAN SƏSVERMƏNİN BAŞLANMASINADƏK 

HƏYATA KEÇİRİLMƏLİ OLAN PROSEDURLAR

Seçki məntəqəsinin açılmasından səsvermənin başlanmasınadək prosedurlar 

aşağıdakı ardıcıllıqla həyata keçirilir (Seçki məcəlləsi ‒ maddə 61­62):

Seçki  məntəqəsi  açılan  kimi  səsvermə  gününün  Qeydlər  kitabı  da  açılır  (Seçki 



məcəlləsi maddə 61.2.a).

Komissiyanın  sədri,  seçki  məntəqəsi  açılan  kimi,  səsvermə  gününün  Qeydlər  kitabını

Məntəqə  seçki  komissiyasının  katibinə  verir.  Komissiyanın  katibi,  komissiyanın  sədri

ilə birlikdə, səsvermə gününün bütün seçki prosedurunu və onların həyata keçirilməsi

vaxtını göstərməyə borcludur (Seçki məcəlləsi ‒ maddə 62.3).

Komissiya  katibi  Qeydlər  kitabının  birinci  və  ikinci  səhifələrinə,  ancaq  lazım  olduqda

10-cu və sıradakı səhifələrə də səsvermə binasında olan komissiyanın bütün üzvlərinin

ad və soyadlarını əlavə edir (onları təmsil etdikləri subyekti göstərməklə) və səsvermə

binasında  olmaq  hüququna  malik  bütün  şəxslərin  göstəricilərini  (adı,  soyadı,  təmsil

etdikləri təşkilat və ya seçki subyekti) və onları imzalamaqla yoxlatdırır.

I



Yüklə 7,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə