Dərslik təLİmati msk-nin 2016-ci IL 27 iyul tarixli №52/2016 qərarı ilə təsdiq olunmuşdur



Yüklə 7,43 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix01.09.2018
ölçüsü7,43 Mb.
#66639
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

38

  Silahlı şəxslərin səsvermə binasına daxil olması qadağandır.



  Əgər səsvermə binasında və ya onun ətrafındakı ərazidə səsvermənin keçirilməsinə və 

yaxud seçki sənədlərinin təhlükəsiz yerdəyişməsinə təhlükə yaranarsa, bu zaman Məntəqə 

seçki komissiyasının sədrinin tələbi ilə polis işçiləri çağırılır və pozuntuaradan qaldırılana 

qədər onlar səsvermə binasında/ətraf ərazidə qala bilərlər.

DİQQƏT

SƏSVERMƏ PROSESİNİN MÜVƏQQƏTİ DAYANDIRILMASI

Seçki zamanı seçki binasının bağlanması, seçkinin dayandırılması qadağan edilib.

Əgər hər hansı bir vəziyyət səsvermə prosesinin gedişinə maneçilik törədirsə, Məntəqə

seçki komissiyasının sədri dərhal bu barədə Dairə seçki komissiyasına məlumat verməli

və müvafiq göstərişlər gözləməlidir

SƏSVERMƏDƏ İŞTİRAK EDƏN SEÇİCİLƏRİN QEYDƏ ALINMASI 

(Seçki məcəlləsi ‒ maddə 65.6)

Tövsiyə  olunur  ki,  qeydiyyatçılar  saat  10:00,  12:00,  15:00  və17:00-da  səsvermə

prosesinə mane olmadan, siyahılarda seçicilərin imzalarını və onlar tərəfindən verilmiş

bülletenlərin  miqdarını  (sədrə  təhvil  verilmiş  korlanmış  bülletenlər  nəzərə  alınmaqla)

saysınlar.



MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI

39

Əgər  göstəricilər  arasında  fərq  aşkar  edilərsə,  qeydiyyatçı  dərhal  izahat  yazmalıdır,  bu  isə 



səsvermənin yekun protokollarına əlavə olunmalıdır.

DİQQƏT

Komissiyanın  katibi  seçicilər  siyahısına  seçkilərdə  iştirak  edən  seçicilərin  imzalarının

sayını saat 12:00-da və saat 17:00-dakı vəziyyətinə əsasən Məntəqə seçki komissiyasının

nümayiş protokollarına və səsvermə gününün Qeydlər kitabına daxil edir və bu barədə

Dairə Seçki Komissiyasına məlumat verir.

APARILASI SEÇKİ QUTUSU VASİTƏSİLƏ SƏSVERMƏ

Aparılası  seçki  qutusunun  vasitəsilə  səsvermə  seçkilər  günü  saat  09:00-dan  saat

19:00-dək  keçirilir.  Səsvermə  başa  çatıdqdan  sonra  seçki  qutusunun  xüsusi  kəsiyi

dərhal  möhürlənir.  Aparılası  seçki  qutusu  ən  geci  saat  20:00-dək  seçki  məntəqəsinə

qaytarılmalıdır. (Seçki məcəlləsi ‒ maddə 66.1).

Səsvermə  binasında  olmaq  hüququna  malik  şəxslərin  öz  arzularına  müvafiq  olaraq,

aparılası seçki qutularının vasitəsilə səsvermə prosedurunu müşahidə etmək hüququ

vardır. Aparılası seçki qutusu vasitəsilə səsvermə zamanı avtomobildən istifadə edildiyi

təqdirdə,  Məntəqə  seçki  komissiyası  avtomobildə  səsvermə  binasında  iştirak  etmək

hüququna malik şəxslərdən səs vermə yolu ilə müəyyənləşdirilmiş 2 müşahidəçi üçün

yer ayırmağa borcludu. (Seçki məcəlləsi ‒ maddə 66.5):



40

Məntəqə  seçki  komissiyasının  sədri  aparılası  seçki  qutusunu  daşıyıcı  olan 

komi ssiya üzvlərinə verir (Seçki məcəlləsi ‒ maddə 66.3):

 Yoxlama vərəqəsinin yerləşdirildiyi möhürlənmiş aparılası seçki qutusunu;



 Aparılası seçki qutusunun siyahısını;

 Xüsusi zərfləri;



 Seçicilərin  qeydiyyatçısı  tərəfindən  imzalanmış  və  xüsusi  möhürlə  təsdiq  edilmiş

lazımi sayda seçki bülletenləri.

Komissiya katibi səsvermə günü Qeydlər kitabının 4-cü səhifəsinə aparılası seçki qutusu-

nu aparan komissiya üzvlərininə verilən və səsvermə günün bitidiyindən sonar işlən-

məyən seçki bülletenlərinin sayını daxil edir.

Aparılası seçki qutusu vasitəsi ilə səsvermədə iştirak edən seçiciyə markirovka tətbiq olunmur 

(Seçki məcəlləsi ‒ maddə 64.5).

DİQQƏT

“Fiziki vəziyyətinə” görə seçici tərəfindən aparılası seçki qutusu vasitəsilə səs verildiyi

təqdirdə, aparılası seçki qutusu siyahısının “Seçicinin imzası” qrafasında –aparılası seçki

qutusunu daşıyan komissiya üzvü “Fiziki vəziyyət” adlı qeyd yazır və bunu şəxsi imzası

ilə təsdiq edir.

Həmin  seçicinin  əvəzinə  bülleteni  (bülletenləri)  onun  tərəfindən  seçilmiş  şəxs

(seçki  komissiyası  üzvündən,  namizəddən,  seçki  subyekti  nümayəndələrindən  və

müşahidəçilərdən  başqa)  doldurur,  xüsusi  zərfə  yerləşdirir  və  zərfi  aparılası  seçki

qutusuna atır (Gürcüstan Mərkəzi Seçki Komissiyasının 2012­ci il 21 iyun tarixli №20/2012 

qərarı).

Aparılası  seçki  qutusunu  daşıyan  komissiya  üzvləri  səsvermə  binasına  qayıtdıqdan

sonra, Məntəqə seçki komissiyasının katibinə istifadə olunmamış bülletenləri və xüsusi

zərfləri verməlidirlər. Komissiyanın katibi bu cür bülletenlərin və xüsusi zərflərin küncünü

kəsməli,  “Xarab  olmuşdur”  sözlərini  yazmalı  və  komissiya  sədrinin  imzasından  sonra

ayrıca saxlamalıdır.




MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI

41

III FƏSİL.



  SEÇKİ MƏNTƏQƏSİNİN BAĞLANMASI,  

SƏSVERMƏNİN NƏTİCƏLƏRİNİN 

 

YEKUNLAŞDIRILMASI

SEÇKİ MƏNTƏQƏSİNİN BAĞLANMASI

Saat 20:00-da seçki başa çatır və seçki binası bağlanır.

Bu vaxta qədər növbədə durmuş seçicilər səs verə bilərlər. Məntəqə seçki komissiyası

sədrinin tapşırığı ilə, komissiya üzvlərindən biri növbədə durmuş seçicilərin soyadları və

adlarını qeydə alır və onların sayını Məntəqə seçki komissiyasının sədrinə bildirir, o isə

məlumat verir ki, səsvermədə yalnız növbədə duran seçicilər iştirak edə bilərlər; katib

isə onların sayını Qeydlər kitabına daxil edir. Bundan sonra məntəqə seçki komissiyası

seçki qutusunun kəsiyini möhürləyir (Seçki məcəlləsi ‒ maddə 65.8).

Məntəqə  seçki  komissiyasının  sədri  səslər  hesablanarkən  səsvermə  binasında  olmaq

hüququna malik şəxslərdən başqa, bütün şəxslərin seçki məntəqəsini tərk etməsini təmin

etməlidir.  Məntəqə  seçki  komissiyasının  katibi  səsvermə  gününün  Qeydlər  kitabında

səslər hesablanan zaman səsvermə binasında olan şəxslərin kimliyini göstərməlidir.

Səsvermə binası bağlandıqdan sonar, səsvermə binasına daxil olmaq və səsvermə binasını 

tərk etmə hüququ səsvermə binasında olma hüququ olan şəxslərin var. 



DİQQƏT

SEÇKİ MƏNTƏQƏSİNİN SƏSLƏRİN HESABLANMASI PROSEDURU 

ÜÇÜN TƏŞKİLİ 

Səsvermə başa çatdıqdan sonra komissiyanın sədri hər bir qeydiyyatçının yanına gedir,

onlar isə komissiya sədrinin göstərişi ilə (səsvermə başa çatdırılanadək) qeydiyyatçılar

tərəfindən yazılmış izahatlarda (mövcud olduğu təqdirdə) həmin göstəricilərin nəzərə

alınması ilə) hesablayırlar:

Verilmiş

bülletenlərin

miqdarı

Korlanmış

bülletenlərin

miqdarı

Seçicilərin

imzalarının

miqdarı



Yüklə 7,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə