Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin aparıcı elmi işçisi, p e. d. Aynur Zülfüqarova



Yüklə 203,44 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix30.03.2018
ölçüsü203,44 Kb.
#35516
növüDərs
  1   2   3   4   5   6   7   8


2-3(50-51)2015 

 

 



70

VII SİNİFDƏ KİMYADAN LABORATORİYA İŞLƏRİNİN TƏŞKİLİ VƏ 

KEÇİRİLMƏSİNƏ AİD DİDAKTİK MATERİALLAR  

 

Akif Əliyev 



Dərslik və dərs vəsaitlərinin    metodologiyası  şöbəsinin 

aparıcı elmi işçisi, p.e.d. 

 

Aynur Zülfüqarova 

Bakı Dövlət İqtisadiyyat kolleci 

 

 

Ümumtəhsil sistemində kimyadan laboratoriya işlərinin təşkili və 

keçirilməsi mühüm təlim-tərbiyəvi əhəmiyətə malikdir. Nəzəriyyənin praktika ilə 

əlaqələndirilməsində, biliklərin qavranılması və möhkəmləndirilməsində, kimyəvi 

anlayışların  və elmi dünyagörüşün formalaşdırılmasında kimya eksperiment 

böyük rol oynayır. Unudulmamalıdır ki, heç bir audiovizual və elektron vəsait 

təbii kimyəvi eksperimentlərin yaratdığı effekti əvəz edə bilməz.  

Kimyəvi eksperiment aşağıdakı  təlim-tətbiyə  məsələlərinin həllində 

mühüm amildir: 

- kimyəvi hadisələrin dərk edilməsi;       

- mülahizələrin, fərziyələrin, nəticələrin, həmçinin müəllimin verdiyi 

məlumatların və  şagirdlərin dərslikdən öyrəndiklərinin doğru və ya səhv 

olduğunun təsdiqlənməsi; 

- maddələrlə, kimyəvi avadanlıqlarla davranma vərdişlərinin formalaşması 

və təkminləşməsində; 

- nəzəri biliklərin imkişafı, təkmilləşməsi və möhkəməndirilməsi; 

- şagirdlərin bilik və bacarıqlarının yoxlanılması; 

- şagirdlərin kimya fənnini öyrənmək marağının formalaşmasında, onların 

müşahidə qabiliyyətinin təşəbbüskarlığının inkişaf etməsi; 

- müstəqil  şəkildə araşdırma aparmaq, bilikləri təkmilləşdirməyə  və 

onların praktikada tətbiqinə cəhdlər edilməsi. 

Müasir məktəblərdə kimyəvi eksperimentin 3 növündən daha çox istifadə 

olunur: 1) nümayiş təcrübələri; 2) laboratoriya təcrübələri; 3) praktik məşğələlərdə 

aparılan təcrübələr. Dərsdənkənar məşğələlərdə aparılan kimyəvi təcrübələr 

əsasən tədqiqat xarakterli olub uzun müddətə aparılır. Bu təcrübələri  şagirdlər 

fərdi, cütlər və kiçik qruplar şəklində müəllimdən məsləhət alaraq yerinə 

yetirirlər.  

Kimyəvi təcrübələrin bütün növləri biri-birilə  əlaqəli  şəkildə müəyyən 

məqsədi  əldə etmək üçün aparılmalıdır. Dərslərdə  təcrübələrin hər hansı bir 



Kimya məktəbdə 

 

71 



 

növünün ayrıca aparılması ilə  nəzərdə tutulan təlim-tərbiyə  məqsədinə tam nail 

olmaq mümkün deyil.  

Kimyəvi eksperimentin təşkili və keçirilməsində biri-birilə əlaqəli olan iki 

cəhəti fərqləndirmək lazımdır: təcrübənin aparılmaslı texnikası (necə aparılır, 

hansı avadanlıqla, hansı ardıcıllıqla) və ondan istifadə metodikası ( nə  məqsədlə 

və hansı metodlarla aparılır) 

Kimyadan laboratoriya işlərinin, kimyəvi təcrübələrin təşkili və 

keçirilməsinin təhlükəsizlik texnikası qaydalarına ciddi surətdə  əməl olunmasını 

tələb edir. Bu qaydaların ən mühümləri ilə tanış olaq.     



I. Laborotoriya işlərinin yerinə yetirilməsi qaydaları: 

- kimyəvi təcrübənin aparılmasına aid təlimat diqqətlə öyrənilməlidir

 - 

işin aparılması üçün hər şeyin (qablar, cihazlar, reaktivlər və s.) olduğunu 



yoxlamadan təcrübəyə başlanılmamalıdır; 

 - 


iş zamanı  təlimatda göstərilən  əməliyyatların ardıcıllığına  əməl 

olunmalıdır; 

 - 

işin gedişində bütün təhlükəsizlik tədbirləri (tez alışan maddələrlə 



ehtiyatla davranılmaq, zəhərli və pis iyli maddələrlə  təcrübələri sorucu şkafda 

aparmaq və s.) gözlənilməlidir; 

- təcrübənin gedişində baş verən dəyişikliklər izlənilməli, onlara qarşı 

gərəkli tədbirlər görülməli, təcrübə qurtardıqdan sonra iş yeri səliqəyə 

salınmalıdır; 

- aparılan laboratoriya işinə, təcrübələrə aid qeydlər edilməli, hesabat 

yazılmalı, təcrübə aparılan cihazın şəkli çəkilməlidir.  

 Kimyəvi təcrübələr zamanı maddələri və ya ionları  təyin etmək üçün 

istifadə olunan birləşmələrə kimyəvi reaktiv deyilir.  Kimyəvi reaktivlərdən 

istifadə edərkən onların mühüm xassələrini (tez alışan olması, zəhərli olması, 

başqa maddələrlə qarışdıqda partlayış verməsi və s.) bilmək lazımdır.  Hər bir 

reaktivin saxlandığı qabın üstündə onun etiketi olmalı  və bu etiketdə onun 

təmizlik dərəcəsi, məhlul olduqda isə qatılığı qeyd olunmalıdır.  Əgər qabın 

üstündə  etiketi yoxdursa ondan müəllimin icazəsi olmadan  istifadə etmək olmaz.  



II. Kimyəvi reaktivlər və onlarla davranma qaydaları. 

Kimyəvi reaktivlə işləyərkən aşağıdakı qaydalar gözlənilməlidir: 

1.Təlimatda təcrübəni aparmaq üçün reaktivin miqdarı verilmirsə, ondan çox az 

miqdarda götürülməlidir ( 0,1-1qr, 2-3 ml). 

 2.Təcrübəni apardıqdan sonra reaktivin artığını  yenidən onun saxlandığı qaba 

tökmək olmaz. 

3.Saxlandığı qabdan reaktiv götürüldükdən sonra onun qapağı tez bağlanmalıdır. 



2-3(50-51)2015 

 

 



72

4.Quru reaktivdən götürmək üçün çini və ya metal qaşıqdan,  şpateldən istifadə 

etmək, sonra onu süzgəc kağızı ilə silmək lazımdır. Maye reaktiv pipetlə 

götürülməlidir. 



 III.Kimyəvi təcrübələrin aparılması zamanı ehtiyatlılıq tədbirləri: 

 - 


zəhərli və pis iyli maddələrlə təcrübələr sorucu şkafda aparılmalı, orada da 

saxlanılmalıdır; 

- maddələrin, eləcə  də  təcrübənin gedişində aparılan qazların iyini yaxından 

yoxlamaq təhlükəlidir. Mayenin və ya qazın iyi yoxlandıqda  qabdan buruna tərəf 

əl ilə yelləməli və ehtiyatla nəfəs alınmalıdır; 

- qatı turşulardan (xüsusilə, H

2

SO

4



 turşusundan) duru turşu hazırlandıqda turşunu 

ehtiyatla, az-az suya tökmək lazımdır; 

- qızdırılan və qaynayan maye üzərinə  əyilmək, baxmaq təhlükəlidir (maye 

qabdan sıçraya bilər) ; 

- bir maye reaktivi başqasının üzərinə tökəndə də qaba tərəf əyilmək olmaz; 

- sınaq şüşəsində maye qızdırıldıqda  onun ağzını nə özünə, nə də yoldaşına tərəf 

tutmamalı; 

- əgər ələ və ya sifətə maye reaktivi sıçrantısı düşərsə, oranı çoxlu su ilə yumaq 

lazımdır. Sonra turşu düşən yeri zəif çay sodası məhlulu, qələvi düşən yeri isə zəif 

sirkə məhlulu ilə isladıb yenidən su ilə yumaq lazımdır; 

- tez alışan maddələrlə təcrübələr alovdan aralı yerdə aparılmalıdır.    

Kimyəvi eksperimentin əsas növlərinin mahiyyəti, məqsədi və aparılma 

metodikası ilə yaxından tanış olaq. 

Nümayiş təcrübələ -.Kimyəvi eksperimentin əasa növlərindən biri olub aşağıdakı 

hallarda aparılır: 

- kimya təliminin ilk mərhələsində,  şagirlərin müstəqil  şəkildə kimyəvi təcrübə 

aparmaq vərdişləri olmadıqda;  

 

- təcrübənin aparılması mürəkkəb texniki təchizat təşkili və keçirilməsi dəqiqlik 



tələb etdikdə; 

- vaxta və reaktivlərə qənaət etmək tətləb olunduqda

- təhlükəsizlik texnikası baxımından təcrübədə istifadə olunacaq maddələrlə 

şagirdlərin işləməsi məsləhət görülmədikdə; 

- xarici effektliliyinə  və inandırıcılığına görə    təcrübəni nümayiş etdirməyə 

üstünlük verildikdə. 

           Nümayis təcrübələr əsasən yeni dərs materialı izah edildikdə  müəllim və 

ya laborant, yaxud müəllimin rəhbərliyi ilə  əvvəlcədən hazırlıq keçmiş  fəal 

şagirdlər tərəfindən aparılır. 

           Nümayis  təcrübələr, eləcə  də kimyəvi eksperimentin başqa növləri 

aparılmazdan  əvvəl mütləq  əvvəlcədən yoxlanmalı, sınaqdan keçirilməlidir.  Ən 

təcrübəli eksperimentator belə  təcrübəni apararkən kiçik də olsa səhv edə bilər.  




Yüklə 203,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə