Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə1/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   66


 


Elmi redaktoru: prof.Ş.Y.Göyçaylı 
Rəyçilər: c.e.d., prof.N.K.Mikayılov 
dos.A.B.Dolxanov 
T.A.Xəlilov,  «Ekologiya  və  ətraf  mühiti  mühafizənin 
əsasları», Bakı, «MBM-R», 2009, 232 səh. 
Dərslikdə  Bakı  Dövlət  Universitetinin  Coğrafiya 
fakültəsində tədris olunan «Ekologiya və ətrafmühiti mühafizənin 
əsasları»  mövzusunun  məğzi  açılır.  Dərslikdə  ətraf  mühit 
haqqında,  həmçinin  ekologiyanın  bəzi  müddəaları,  bu  elmin 
yaranma tarixindən, onun məqsəd və vəzifələri,  elmlər arasında 
tutduğu  yer,  dərsliyin  elmi  və  praktiki  əhəmiyyətindən  bəhs 
olunur. Həmçinin dərslikdə ətraf mühitə və ekologiyaya aid yeni 
materiallar:  səhralaşma,  kosmik  ekoloji  proseslərə,  okeanlarda 
baş  verən  dəhşətli  sunami  dalğaları,  bioloji  müxtəliflik,  ekoloji 
mədəniyyət haqda da ətraflı məlumat verilir. 
Dərslik  Coğrafiya  fakültəsinin  qeyri-ekoloji  təmayüllü 
tələbələri  və  magistrləri  üçün  nəzərdə  tutulur.  Kitabdan 
aspirantlar,  orta  məktəb  müəllimləri  və  geniş  oxucu  kütləsi  də 
istifadə edə bilərlər. 
IT. XƏLİLOV 
«MBM-R» 


G İ R İ Ş  
İnsan özü üçün nə varsa - hava, su, maddi nemətlər, sənaye 
üçün  xammal  və  s.-ni  təbiətdən  alır  və  istifadə  edir.  Bu 
sərvətlərdən  yüz  illərdən  bəri  kortəbii  istifadə  olunması 
nəticəsində  ətraf  mühit  dünya  miqyasında  dəyişilməyə  məruz 
qalmışdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha 
da  kəskinləşmişdir.  Belə  ki,  dünya  əhalisinin  sayının  artması, 
onun  tələbatının  genişlənməsi.  Yer  sərvətlərinin  istifadəsinin 
durmadan  çoxalması,  energetika,  sənaye,  kənd  təsərrüfatı, 
nəqliyyat sahələrində  yeni texnologiyanın tətbiqi və istehsalının 
genişlənməsi,  dünya  landşaftlarının  antropogen  dəyişməsi, 
beynəlxalq  təsərrüfat  əlaqələrinin  mürəkkəbləşməsi  və 
genişlənməsi  göz  qabağındadır.  Bu  və  ya  digər  amillər  ətraf 
mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı 
əhatə edən mühitə antropogen yükün (təzyiqin) artmasına səbəb 
olmuşdur. 
Hazırda ekoloji tarazlığı, onun mürəkkəb və bir-biri ilə sıx 
bağlı  mexanizmlərini  bilmədən,  yəni  ekoloji  biliyə  dərindən 
yiyələnmədən  təbiətdən,  onun  ehtiyatlarından  səmərəli  istifadə 
etmək,  təbii  mühiti  həyat  üçün  yararlı  halda  saxlamağı 
proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekologiya və 
ətraf mühiti mühafizə elminə tələbat və maraq günü-gündən artır. 
Müasir dövrdə ekologiya elmi bütün sənət adamlarının, alimlərin, 
mütxəssislərin,  müəssisə  və  dövlət  rəhbərlərinin  diqqət 
mərkəzindədir. 
L^kologiya  yunan  sözüdür  (oykos-ev,  yaşayış  məskəni, 
logiya-elm).  Bu  sözü  ilk  dəfə  zoologiya  elmində  (1866)  alman 
bioloqu Ernst Hekkel işlətmişdin) 
Cəmiyyətlə  təbii  mühitin  qarşılıqlı  təsiri  indiyə  kimi 
kortəbii  baş  vermişdir.  Bu  gün  məlum  olmuşdur  ki,  cəmiyyət 
təbiətin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməli, kortəbii 
qarşılıqlı  təsirdən  şüurlu  istiqamətləndirməyə  keçməlidir. 
Bəşəriyyət indi daha başa 


düşür ki, təbiətin imkanları, indiki və gələcək nəsillərin maraqları 
nəzərə  alınmadan  biosferin  ehtiyatlarını  və  yerin  başqa 
sərvətlərini intensiv və kortəbii mənimsəmək olmaz. 
Son illərdə ekologiyaya həsr olunmuş elmi ədəbiyyatda 
antropogen amillərin insan, bitki və heyvan orqanizminə təsirinin 
məhdudlaşdırılması və normativləşdiril- məsi məsələlərinə ciddi 
fikir verilir. 
Son  dövrlərdə  bütün  bəşəriyyəti  narahat  edən  ekoloji 
problemlərə Azərbaycan Respublikasında da böyük diqqət verilir 
və  onların  həlli  üçün  hərtərəfli  tədbirlər  görülür.  Bu  gün  ətraf 
mühitin  mühafizəsi  və  ekologiya  elminin  əhəmiyyəti 
konstitusiyada, prezident fərmanlarında, hökumət qərarlarında öz 
əksini  tapmışdır.  Sözsüz  ki,  Azərbaycanın  sabit  inkişafı  ekoloji 
problemlərin həllindən də çox asılıdır. 


I
 
F Ə S İ L  
PREDMETİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 
1.1.
 
Ekoloji anlayışların təhlili və coğrafi ekologiyanın 
varanma mərhələləri 
Müasir dövrdə ekologiya canlı orqanizmlərin bir- biriylə 
və  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsi  haqqında  elmdir.  Başqa  sözlə 
Ekologiya cansız təbiətlə canlı orqanizmlər arasında və canlıların 
öz aralarındakı qarşılıqlı əlaqəsini, təsirini, münasibətini öyrənən 
sintetik  elmdir.  «Ekologiya»  terminini  ilk  dəfə  elmə  gətirən 
alman  zooloqu  E.Hekkel  olmuşdur.  O,  «Orqanimlərin  ümumi 
morfologiyası» əsərində ilk dəfə yeni elmin mənasını izah etməyə 
cəhd etmişdir. Ekologiya sözü yunan sözü olan «oykos» yaşayış 
yeri, sığınacaq deməkdir. l/E.Hekkel ekologiyanı «orqanizmlərin 
ətraf  mühitlə  əlaq5§indən  bəhs  edən  ümumi  elm»  kimi  də 
qiymətləndirirdi. Alimin fikrincə ekologiya- canlı orqanizmdəri, 
mühiti, insanların «ev həyatı»nı təşkil edir. Bu elmi «Darvin şərti 
olaraq  «yaşamaq  uğrunda  mübarizə»  adlandırır.  XIX  əsrdə 
qismər, «təbiətin iqtisadiyyatı» kimi də adlandırıhrc^ Bu termin 
təbii  balansın  problemi,  «növlərin  bərabərliyi»  kimi  də  qeyd 
olunur. 
a ir çox elmlərdə olduğu kimi, ekologiya elmi də uzun bir 
tarixi  yol  keçmişdir.  Həyat  fəaliyyəti  haqqında  məlumatların 
toplanması, onun xarici şəraitdən asılılığı, canlıların və bitgilərin 
paylanması xarakteri kimi məlumatlar çox əvvəllər başlanmışdır. 
Bu məlumatların ilk yekunlarını biz antik filosoflann əsərlərində 
görürük. Aristotel (384-322 b.e.ə.) 500 növdən artıq ona məlum 
olan heyvanların təsvirlərini vermiş, onların davranışı, məsələn, 
miqrasiyası,  balıqların  qışda  yuxulanıası,  köçəri  quşların  mühit 
yaratmaq fəaliyyəıi, özlərini qorumaq bacarığı və .a. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə