görünən bu layihə qəbul olunmadı və beləliklə ölkənin geniş bir
regionunda
təbiəti mühafizəni aradan qaldırdı. Təbiəti
mühafizənin bir çox məsələlərini hələ layihə mərhələsində həll
etmək üçün hazırda respublikamızda belə layihələrin həyata
keçirilməsi nəticəsində yarana biləcək bütün coğrafi və ekoloji
vəziyyətin aradan qaldırılması üçün müəyyən işlər görülür.
Bunun nəticəsində su ambarının, kanalların və suvarılan
ərazilərin tikilməsi üçün nəinki mühəndisi, həm də
landşaft-ckoloji nöqteyi-nəzərdən optimal yeri və parametrlərini
təyin etmək mümkün ola bilər.
Azərbaycan Respublikasının hidro resurslarından
səmərəli istifadə etmək məqsədilə aparılan nəzəri və clmi -
tətbiqi məsələləri bir çox elmi təşkilatlarda - Coğroafıya
İnstitutu, Su Problemləri İnstitutu, Hidrotexnika və Melorasiya
İnstitutu, Sulayihə İnstitutu və bir çox təşkilatlarda həyata
keçirilir. Su tutarların təmiz saxlanılması ilə hövzə polisi, sanitar
idarələri məşğul olurlar. Hazırda həmin təşkilatlarda
respublikanın su ehtiyatlarından səmərəli istifadə etməklə
qorunması üçün Baş planın hazırlanması işləri aparılır .
Nizamlayıcı sutarlar, kanal və suvarma sistemləri daxil
olan suvarma şəbəkələri elə qurğulardır ki, onlar uzun illər
istismar nəticəsində hidrogeoloji şəraitə, suvarılan ərazilərə və
onun ətrafındakı ərazilərdə torpaqların xassələrinə, su
hövzələrinin hidrogeoloji rejimlərində müəyyən dəyişikliklərin
baş verməsi nəzərə alınmış olsun. Ekoloji cəhətdən əsaslı
pozuntuları (tarzhğm pozulması) aradan qaldırmaq üçün bu
məsələlər kompleks şəraitdə həll olunmalıdır və bunlar texnoloji
və təbiəti mühafizə xarakterli vahid tikinti kompleksində
əlaqələndirilmiş olunmalıdır.
Meliorativ tədbirlər.
Meliorativ tədbirlər sistemləş-
dirilərkən və həyata keçirilərkən, onların ətraf mühitə ola biləcək
təsiri nəzərə alınmalı və elmi tədqiqatlara əsaslanan tədbirlər
hazırlanmalıdır.
Meliorativ sistemlərin layihəsi bir-biri ilə qarşılıqlı
203
əlaqəli üç hissədən ibarətlir:
-
konstruktiv məsələləri həll edən meliorativ- təsərrüfat
hissəsi-tikinti, idarə və istismardır;
-
ətraf mühitin mühafizəsi üçün əsaslandırılmış tədbirlər
hazniayan-ekoloji hissə;
-
torpaqlardan səmərəli istifadəni və kənd təsərrüfatı
istehsalını təmin edən, işıqlandıran-iqtisadi hissəsidir.
Kənd təsərrüfatının meliorasiyası insanın təsərrüfat
fəaliyyətinin formalarından biridir. Bu yerüstü və yeraltı
a.xımlann depresiya zonasında düz-rütubət aparılmasına, bitki
köklərinin
inkişaf
etdiyi
zonada,
su-hava
rejiminin
tənzimlənməsinə aktiv təsir göstərir.
Meliorasiya işlərinin elmi əsaslandırılmış proqnoz
olmadan kifayət qədər kompleksdə aparılmaması bütünlükdə təbii
əlaqələrin olmaması, suvarma texnologiyasının kifayət dərəcədə
olmaması su basmasına və bataqlaşmaya, təkrar şorlaşmaya,
torpağın su eroziyasına, su mənbələrinin və drenaj -tullantı suları
ilə çirklənməsinə səbəb olur. Bunun nəticəsində əkin
dövriyyəsindən xeyli şumlanmış sahələr çıxarıla bilər, müəyyən
miqdar kənd təsərrüfatı məhsulu alınmayacaq, qiymətli təbii
sərvətinə-suya olan tələbat ola bilər və bütün bunların nəticəsində
ətraf mühitin tarazlığı pozula bilər və böhran vəziyyəti yarana
bilər. İntensiv suvarma aparılan ərazilərdə bu pozuntular lokal
vəziyyətdən rejional (məhəlli) həddə qədər çatır. Bütün bu hallar
meliorasiya və su (əsərrüfat təşkilatlarının məsuliyyətini daha da
artırır və bu işlərdə suvarma sistemlərinin ekoloji etibarlılığına
xüsusi fikir verilməsini tələb edir.
Ətraf mühitə təsir edən amillərdən biri də baş və
bölüşdürücü kanallardan filtrasiya vasitəsilə olan su itgisidir.
Müasir dövrdə kollektor-drenay və suvarma şəbəkələrinin örtülü
şəklə keçirilməsi və bu üsullarla tikilməsi, beton kanallardan
istifadə olunması, iri yağış yağdıran maşınlardan, damcı ilə,
aerozol, yeraltı və s. üsullardan istifadə
204
olunması, çoxlu torpaq və su itkisnin qarşısını almaqla həm də
böyük təbiəti mühafizə əhəmiyyəti daşıyan tədbirlərdir.
Təbiəti mühafizə tədbiri kimi qabaqcıl ölkələrdə və az da
olsa bizdə drenaj sularından təkrar suvarmada istifadə olunur. Bu
tədbirlərlə arid zonalarda suya qənaət etmək olur.
Ekoloji
mühitin
qorunmasında
qoruyucu
meşə
zolaqlarının salınması eroziyaya qarşı və s. məsələlərə kömək
edər.
Azərbaycan Respublikası ərazisinin suvarılmasında
50‘V()-dən çoxu Kür çayı üzərindəki su anbarının payına düşür.
Bu su anbarları yaradılarkən ətraf ərazilərdə hiss olunacaq
dəyişikliklər olmuşdur. Bu ərazilərdə fiorada da müəyyən
dəyişiklik baş verib. Həm də su heyvanlarının yaşayışında da
dəyişiklik olub. Xüsusilə yüksək bənddən xəstə və zəif balıqlar
yuxarı keçə bilmir və onların kürü- tökmə yerlərinii təmiz
saxlaya bilmirlər. Balıqların növləri də dəyişərək yeni növlər
yaranır.
Suvarma meliorasiyasının mənfi təzahürü ərazilərin su
basması, torpaqların şorlaşması, şorakətləşməsi, bataq laşması
və s. hadisələr suvarma sistemlərinin konstruksiyalarının və
proqnozlaşdırmanın yaxşı aparılmamasından irəli gəlir. Kənd
təsərrüfatının intensiv inkişafı nəinki drenaj fonunda suvarılma
aparılmasını yox, həmdə gübrələrin, herbisidlərin, pestisidlərin
və başqa kimyəvi maddələrin lazımi qaydada istifadəsini tələb
edir. Xeyli miqdar qida elementləri, pestisidlər, mikroelementlər
və bərk cisimlər, suqəbuledicisi, drenaj-tullantı suları onların
ekoloji şəraitinə mənfi təsir göstərir.
Meliorasiya
kompleks
tədbirlər
tətbiq
etməklə
torpaqların məhsuldarlığının artırılması və bərpasını təmin edən
prosesdir.
Torpaqların meliorasiyasına geniş mənada coğrafi
mühitin xüsusiyyətlərinin kompleks yaxşılaşdırılması kimi
yanaşmaq lazımdır. Meliorasiya tədbirləri coğrafi mühitin
205
Dostları ilə paylaş: |