Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə5/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   50

5.
 
Ətraf mühitdə iqtisadi-ekoloji sferaların yaratdığı 
sintetik əlaqələr
4.
 
Ekoloji-iqtisadi-təbiətdən istifadə və təsərrüfat 
fəaliyyətinin digər növlərinin ƏTM təsiri ilə yaranan əlaqələr
5.Sosial-ekoloji-ƏTM insanların sağlamlığına və həyat 
fəaliyyəti şəraitinə təsiri ilə yaranan əlaqələr; 
6,
 
Ekoloji və antropogenləşmiş şəraitin ətraf mühitə 
təsiri ilə yaranan əlaqələr. 
Ekoloji-iqtisadi  sistemdə  qarşılıqlı  əlaqələrin  dərk 
edilməsi  sayəsində  ekoloji-iqtisadi  proqnozlaşdırma  inkişaf 
etməkdədir.  V.l.Vernadski  biosferin  yeni  bir  vəziyyətə  keçməsini 
qabaqcadan  xəbər  verdi.  Həmin  yeni  vəziyyəti  V.l.Vernadski 
«Noosfera»  adlandırdı.  Onun  fikrincə  insan  ən  güclü  geoloji 
qüvvəyə  (amilə)  çevrilir.  Noosfera  (yeni  qabıq,  təbəqə)-dərrakə 
(zəka) sferası mənasım da ifadə edir. Bu sfera biosferin inkişafının 
yeni  mərhələsidir,  daha  doğrusu  cəmiyyət  və  təbiət  arasındakı 
münasibətlərə ağıllı nəzarət etmək mərhələsidir. Noosferdə insanın 
dərrakəli  fəaliyyəti,  inkişafı  və  təbiəti  istiqamətləndirən  qüvvəyə 
çevrilir.  Cəmiyyətlə  təbiətin  birgə  inkişaf  prosesinə  koevolyusiya 
(birgə təkamül) deyilir. 
Təbii elementlərin, xassələrin və hadisələrin tam (bütöv) 
cəmini  səfərbər  edərkən,  hərəkətə  gətirərkən,  iqtisadiyyatın 
fəaliyyətinin  təmini  üçün  istifadə  edərkən,  bu  özünü  təbii  bir 
potensial  kimi  biruzə  verir.  Həmin  potensial  «Ekoloji-  iqtisadi 
potensial»  adlanır  və  iqtisadiyyatın  inkişaf  imkanlarını  müəyyən 
edir. Təbiət iqtisadiyyat hüdudlanndan kənarda yerləşərək potensial 
kimi  özünü  biruzə  verir.  Təbii  potensial  bir  tərəfdən  təbii 
ehtiyatlann  potensialı  kimi,  digər  tərəfdən  iqtisadiyyatın  zahiri 
mühiti  kimi  özünü  göstərir.  Həmin  zahiri  mühit  iqtisadiyyatın 
ümumi şəraiti, yəni resursların istehsalata və istehlaka cəlb edilmə 
imkanlan, emal prosesi, tullantılann qəbul yeri kimi, daha doğrusu 
«Ekoloji potensial» kimi təzahür edir. 
Təbiətin  bir  sıra  obyektlərini  eyni  zamanda  həm 
ehtiyatların potensiah, həm də ekoloji potensial kimi qiymətlən 
16 


dirmək  olar  (meşə,  atmosfer,  hidrosfer  və  s).  Təbii  ehtiyatlar 
potensialı və ekoloji potensial ictimai təkrar istehsal zamanı onlara 
yanaşmadan (münasibət) asılı olaraq bir-birindən fərqlənirlər. Təbii 
ehtiyatlar  potensialı  adətən  ictimai  məhsulun  substansiyası  kimi 
təzahür  edir,  lakin  onun  istifadəsi  əməyin  ilkin  sərfini  tələb  edir. 
Ekoloji  potensial  təbii  ehtiyatlar  potensialının  elementlərinin 
iqtisadi  dövriyyəyə  cəlb  edilməsinin  zahiri  şəraitini  təmin  edir  və 
bununla  əlaqədar  müəyyən  şərait  yaranır.  Ekoloji  potensial  öz 
yararlığını ilkin xərc sərf etmədən müəyyən anadək göstərir. Təbii 
ehtiyatların  ayrı-ayrı  hissələri  adətən  ayrıca  istifadə  edilir  və 
mülkiyyət obyektinə çevrilir, yəni müvafiq olaraq alqı-satqı obyekti 
olurlar. 
Ekoloji-iqtisadi  potensial  təbiət  obyektlərinin  ictimai 
istehsalda yalnız iştirak etmək və insanların həyat fəaliyyətini təmin 
etmək  imkanlarını  ifa  edirlər.  Bu  prosesdə  imkan  zərurətə 
çevrilərkən, təbiət elementləri-təbii şəraitdən məhrum edilirlər. 
Təbii  ehtiyatlar  (TE)  əsasən  maddələrdən  və  təbii 
komponentlərdən,  təbiətin  qüvvələrindən  ibarətdir.  Məhsuldar 
qüvvələrin indiki mərhələsində istehlak əşyası və ya istehsal vasitəsi 
kimi istifadə edilə bilər, onlar insanların fəaliyyəti sayəsində dəyişə 
bilər.  Təbii  ehtiyatların  tükənməyən  komponentləri  (iqlim,  bitki 
örtüyü, torpaq və s.) insan əməyi və ilk növbədə xərc tələb etmir. 
Onlar  təbii  şəraiti  formalaşdırırlar  və  cəmiyyətin  həyat  mühitinin 
formalaşdırılmasında  iştirak  etdikləri  üçün  çox  qiymətlidirlər. 
Müvafiq texnologiya, əmək vasitəsilə əldə edilən təbii ehtiyatlar da 
təbii  halda  təbii  ekosistemləri  tamamlayırlar.  Təbii  ehtiyatlar 
insanların həyat fəaliyyətində həddindən artıq vacib rol oynayırlar, 
odur ki, onların vəziyyətindəki hər hansı bir dəyişmələr hazırkı və 
gələcək nəsl- lərin mənafeinin ziddinə yönəlmiş olur. 
Təbii  ehtiyatların  təsnifatı  dedikdə  təbii  mühit 
obyektlərinin və hadisələrinin funksional meyarlar əsasında bölgüsü 
nəzərdə  tutulur.  Əmələgəlmə  və  yerləşmə  xüsusiyyətlərinə, 
funksiyasına əsasən tə^ü-struk-Htflaı^-^nergetikR, at 
17 


mosfer-qaz,  su,  iqlim,  rekreasiya  və  s.  ehtiyatlara  ayrılıı 
Ümumiyyətlə,  təbii  ehtiyatlar  tükənən  (bərpa  olunan-bitkiləı  su, 
torpaq,  heyvanat  aləmi,  habelə  tükənən-bərpa  olunmayan  faydah 
qazıntılar)  və  tükənməyən  (günəş  enerjisi,  külək,  dəni;  və  okean 
enerjisi) növlərə ayrılır. Bundan başqa təbi ehtiyatları əvəzedilmə 
və mülkiyyət meyarlarına görə d; bölmək olar. 
Təbii ehtiyatlar arasında cəmiyyətin həyatında xüsus rol 
oynayan faydalı qazıntıları qeyd etmək lazımdır. Geoloj öyrənilmə 
dərəcəsinə görə mineral- xammal ehtiyatlar: aşağıdakı kateqoriyaya 
bölünür: 
A-son  dərəcədə  dəqiq  kəşfiyyat  aparılmış  və  öyrənilmiş,  dəqiq 
yayım  sərhədləri  müəyyən  edümiş  və  istismara  veriləsi  müəyyən 
edilmiş ehtiyatlar; 
B-yayım şəraitinin aşkar edilməsinə təminat verən dəqiq kəşfiyyat 
aparılmış, öyrənilmiş, sərhədləri tam dəqiqləşdirilmiş ehtiyatlar; 
Cı-yayım  şəraitinin  ümumi  əlamətlərini  təmin  edən  kəşfiyyat  və 
öyrənilmə dərəcələrinə malik ehtiyatlar
Cz-ilkin olaraq tək-tək nümunələri məlum olan və sənaye ehtiyatı 
az  olan  ehtiyatlar.Göründüyü  kimi  yuxarıda  təqdim  edilən 
ehtiyatlar  iqtisadi  maraqlara  görə  müəyyən  edilmişdir.  Müasir 
dövrdə  təbii  ehtiyatları  ekoloji  maraqlara  görə  təyin  etmək  lazım 
gəlir.  İqtisadi  əhəmiyyətinə  görə  faydalı  qazıntılar  hazırkı  anda 
istismarı məqsədə uyğun olan balans və əksinə faydalı maddələrin 
az olması, yayım şəraitinin pis (dərin) olması ilə əlaqədar istismarı 
qeyri məqsədə uyğun olan balansarxası (balansdan kənar) növlərə 
bölünür. 
Təbii  ehtiyatlar  iqtisadi  resursların  kapital  və  əməklə 
bərabər tərkib hissəsini təşkil edirlər. Çox vaxtlar təbii ehtiyatları 
təbii kapital (aktiv) adlandırırlar. Çünki o, təsərrüfat dövriyyəsinə 
cəlb olunandan sonra əsas həlledici amilə çevrilir. 
18 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə