Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə6/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   50

Antropogen (texnogen) vo təbii (vulkan, tayfun, qasırğa və 
s.) amillər sayəsində ətraf mühitin çirklənməsi baş verir, yəni təbii 
tarazlıq  pozulur  və  bu  ətraf  mühitin  keyfiyyətinə  mənfi  təsir 
göstərir. Daha doğrusu, ətraf mühitin bərk, maye, qaz maddələrlə, 
mikroorqanizmlərlə  və  enerji  ilə  (şüalanma,  səs-küy)  çirklənməsi 
baş  verir,  bu  isə  insanların  sağlamlığına,  floraya,  faunaya, 
ekosistemlərə və bütövlükdə biosferə mənfi təsir göstərir.Təbiətdən 
istifadə 
iqtisadiyyatının 
öyrənilmə 
prosesində 
aşağıdakı 
kateqoriyaların  (anlayışların)  mənasının  açıl-masına  ehtiyac 
yaranır: «iqtisadi ziyan», «zahiri effektlər», «ictimai rifah» və s. 
1.4.
 
«Tarazlı inkişaf» konsepsiyası 
İqtisadi  nəzəriyyə  və  praktika  ilk  növbədə  ehtiyatların 
məhdudluğu  problemləri  ilə  üzləşirlər.  Belə  ki,  bərpa  olunmayan 
təbii  ehtiyatların  sonunun  olduğu  və  təbii  mühitin  assimiliyasiya 
imkanlarmm  məhdudluğu  (tullantılarıntəkrar  istehsalı,  istehsalat 
çirkləndirmələri  və  s.)  özünü  binizə  verir.  Texnogen  istiqamətli 
iqtisadiyyatın  inkişafı  qlobal  ekoloji  prob-lemlərin  yaranmasına 
səbəb olmuşdur. Belə hallar ola bilsin ki, insanın yaşayış mühitində 
dönməz  dəyişikliklərə  gətirib  çıxara  bilsin  və  bəşəriyyətin  taleyi 
üçün  təhlükə  yaransın.  Katastrofık  (fəlakətli)  ekoloji  vəziyyətin 
olacağı  təhlükəsinin  dərk  edilməsi  təbii  ehtiyatlar  potensialının 
məhdudluğunu  nəzərə  almaqla  dünya  inkişafının  yeni  senarisini 
işləyib  hazırlamaq  üçün  əsas  təkanlardan  biri  oldu.  Cəmiyyətin 
texnogen növlü inkişafı şəraitində iqtisadiyyat bir neçə mərhələdən 
keçir:  1)  frontal  iqtisadiyyat-əsas  diqqət  əməyə  və  kapitala 
yönəldilir, təbii ehtiyatlar isə tükənməz hesab edilir, ətraf mühitin 
çirklənməsi  inkişafda  nəzərə  alınmır;  2)  ətraf  mühitin  mühafizəsi 
nəzərə alınmaqla iqtisadi inkişaf: 3) tarazlı-müvazinətli inkişaf 
Yer  planetinin  əhalisinin  şüurunun  ekolojiləşdirilməsində  ətraf 
mühitin mühafizəsi üzrə birinci Ümumdünya kon 
19 


fransının  (5  iyun  1972-ci  ildə  Stokholmda  açılmışdır)  və  Roma 
klubunun məruzələrinin böyük əhəmiyyəti olmuşdur. Həmin klubun 
bir  çox  məruzələri  dünya  inkişafının  nəzəriyyəsinə  və 
metodologiyasına  böyük  hədiyyə  olmuşdur.  Ən  məşhur  məruzə 
«İnkişafın  hüdudları  (sərhədləri)»  kimi  məlumdur.  Dünya 
dinamikası  modelinin  müxtəlif  variantları  göstərirdi  ki,  təbii 
ehtiyatların  tükənməsi  ətraf  mühitin  çirklənməsinin  artması 
nəticəsində XXI əsrin ortalarına yaxın Yer üzündə dünyəvi fəlakət 
baş verə bilər. Yeganə məqbul variant kimi «sıfır inkişaf» variantı 
qəbul edilə bilər. Bunun üçün əhalinin sayı sabitləşmək, sənayenin 
inkişafı dayandırmalıdır və s. Lakin irəli sürülən təklifləri bəşəriyyət 
qəbul  etmədi.  Bəşəriyyətin  gələcək  inkişaf  variantlarının  axtarışı 
davam  edirdi.  BMT-nın  tapşırığı  ilə  Ətraf  Mühit  və  İnkişaf  üzrə 
Beynəlxalq Komissiya (ƏMİBK) «Bizim ümumi gələcəyimiz» adlı 
məruzə  hazırladı  (1987)  və  «Sabit  inkişaf»  konsepsiyasım  təklif 
etdi.  Q.X.Brunt-  land  ətraf  mühitin  mühafizəsi  sahəsində  uzun 
müddətli  strategiya  təklif  edilirdi  ki,  bu  da  dünya  iqtisadiyyatının 
sabit inkişafım uzun dövr üçün təmin etməyə, ekoloji problemlərin 
üsul və vasitələrini nəzərdən keçirməyə imkan verirdi. 1992-ci ildə 
Rio-  de-Janeyroda  ətraf  mühit  və  inkişaf  üzrə  ikinci  Ümumdünya 
konfransı açıldı. Konfrans-da 179 dövlətin nümayəndələri bəyanət 
qəbul  etdi,  habelə  «XXI  əsrin  gündəliyi»  proqramı  təsdiqləndi. 
Həmin  sənədlərdə  «Tarazlı  inkişaf»  konsepsiyasının  mahiyyəti  və 
məqsədləri nəzərdən keçirildi. 
Alimlər  tarazlı  inkişafın  vəzifələrinin  bəşəriyyət  tərəfindən 
yaxın 40 il ərzində yerinə yetirilməsini qarşıya məqsəd qoydular. Bu 
mövzu  üzrə  çap  olunmuş  materialların  məzmunu  nəzərə  alınarsa, 
tarazlı  inkişaf  Hollandiyada  daha  uğurla  həyata  keçirilə  bilər  və 
həmin  modeli  bu  ölkənin  2010-cu  ilədək  başa  vuracağı 
planlaşdırılmışdır. Bütövlükdə dünyanın bütün inkişaf etmiş ölkələri 
«XXI  əsrin  gündəliyi»  proqramının  bütün  müddəalarını  yerinə 
yetirmək  üçün  vəd  vermişlər.  Təəssüflər  olsun  ki,  Rusiya  və 
Mərkəzi  və  Şərqi  Avropa  ölkələri  üçün  belə  bir  keçid  daha  çətin 
olacaqdır. 
20 


Əslində  Rusiya  üçün  bu  modelə  keçmək  daha  asandır, 
çünki  əhali  artımı  ilə  problemi  yoxdur,  xeyli  boş  ərazisi  vardır. 
Kifayət  qədər  təbii  ehtiyatlar  potensialına  malikdir.  Bunlara 
baxmayaraq,  Rusiyada  hazırda  sabit  inkişafa  maraq  böyükdür. 
1995-ci  ildə  «Rusiya  Federasiyasının  tarazlı  inkişafa  keçid 
konsepsiyası» qəbul edilmişdir. Digər MDB ölkələri, o cümlədən 
Azərbaycan  üçün  «tarazlı  inkişaf»  prosesinə  keçid  bazar 
iqtisadiyyatına keçid dövrünün nəticələrindən asılı olacaqdır. 
Tarazlı  inkişaf  nə  deməkdir?  Ədəbiyyatda  təriflər 
(təyinatlar)  həddən  artıq  çox  olsa  da,  birmənalı  qəbul  edilmiş 
«Tarazlı inkişaf» dedikdə elə bir inkişaf nəzərdə tutulur ki, indiki 
vaxtın tələbatları ödənilsin, lakin gələcək nəsillərin öz tələbatlarını 
ödəmək imkanı təhlükə altında qalmasın. Eyni zamanda həmin fikir 
iki anlayışı özündə ehtiva edir: tələbat və məhdudiyyət. Təxminən 
tarazlı  inkişafın  bütün  anlayışları  indiki  və  gələcək  nəsillərin 
mənafeyini (marağını) nəzərdə tutur, lakin həm də qeyd edilir ki, 
Rio-de-Janeyro  təyinatı  (tələbatı)  birmənalı,  konkret  qəbul  edilə 
bilməz.  Odur  ki,  hazırda  alimlər  tərəfindən  tarazlı  inkişaf 
anlayışının  mahiyyətini  dəqiq  müəyyən  etmək  üçün  axtarışlar 
aparılır. Məsələn, hal-hazırda əhalinin artımı, biosferin dayanıqlıq 
astanası və s. haqqında vahid nöqteyi-nəzər yoxdur. Bir sıra alimlər 
hesab  edirlər  ki,  rioosferanın  inkişafı  üçün  Yer  kürəsində  2,5-3,0 
milyard  nəfərdən  çox  adam  olmamalıdır.  Bəzi  alimlər  tərəfindən 
tarazlı  inkişaf  üçün  aşağıdakı  göstə-ricilər  təklif  olunur:  təmiz 
texnologiyaların  tətbiqedilmə  səviyyəsi,  istehlak  olunan  və  ixrac 
edilən  təmiz  məhsulun  səviyyəsi,  kapitalların  toplu  ehtiyatlarının 
keyfiyyəti, strukturu və i.a. 
Tarazlı  inkişafın  müasir  anlamı  elə  göstəricilərlə 
səciyyələnməlidir  ki,  bu  və  ya  digər  ölkədə  gələcək  nəsillərin 
mənafeyini təmin etmək ilk vəzifə kimi qarşıya qoyulsun. 
Tarazlı  inkişafı  daha  dəqiq  təhlil  etmək  üçün  «zəif»  və 
«güclü» sabitlik anlayışlarından istifadə edilir. Əgər iqtisadi inkişaf 
ehtiyatların tükənməsinə səbəb olursa, onda gələcək 
21 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə