Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə7/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   50

nəsillər üçün kompensasiya nəzərdə tutulmalıdır. Yəni əsas kapital 
digər  formada  başqa  bir  kapitalla-istehsalat,  bəşəri  və  ya  təbii 
kapitalın hər hansı bir forması ilə əvəz ^fadə) olunmalıdır. 
 
Sxem 1, «Tarazlı inkişaf» konsepsiyasının sxematik 
təsviri 
Əsas kapitalın saxlanması qaydası kapitalların bir- birini 
əvəz etməsinə yol verir (bax: sxemi). Vəziyyət (şərait) sabit hesab 
edilir o zamankı təbii kapitalın tükənməsi renta gəlirləri formasında 
insan tərəfindən yarı azalmış kapitalın 
79 


üzərinə  kompensasiya  şəklində  artım  kimi  qoyulsun  (Xartvin 
qaydası).  Bu  məhz  zəif-ibtidai  tarazlı  variantı  səciyyələndirir. 
Güclü -yüksək tarazlıq tərəfdarları hesab edirlər ki, inkişafın bütün 
mərhələlərində  təbii  kapital  tamamilə  qorunsun  yaxud,  insanın 
inkişafı  üçün  və  bütöv  ekosistemin  mühafizəsi  üçün  təminat 
yaradılsın. 
Beləliklə,  tarazlı  inkişaf  o  vaxt  olar  ki,  təbii  kapital 
tükəndikcə bərpa olunsun və ya süni surətdə yaradılnuş kapital əvəz 
edilsin,  lakin  aşılanmasın.  Başqa  sözlə,  bəşəriyyət  təbii  kapitalın 
üzərinə  gələn  hər  hansı  bir  faizlə  yaşamalıdır  və  gələcək  nəsillər 
qarşısında borclu qalmamalıdır. Tarazlı inkişaf konsepsiyası üç əsas 
məqsədin  vahid  bir  sistemdə  birləşməsi  sayəsində  meydana 
çıxmışdır:  iqtisadi,  sosial,  ekoloji.  Bu  elementlərin  bir-biri  ilə 
qarşılıqlı əlaqəsi tarazlı inkişafın vəzifələrini müəyyənləşdirir. 
Özönüyoxlama sualları 
1 .Təbiətdən istifadəyə hansı tələbatla baxmaq olar. 
2.«Təbiətdən istifadənin» analoqları hansılardır. 
S.  Təbiətdən istifadənin dərəcəsini necə qiymətləndirmək olar. 
4.
 
Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları bir-birini necə 
tamamlayır. 
5.
 
Təbiətdən istifadənin iqtisadiyyatı özündə hansı problemləri 
birləşdirir. 
6.
 
Təbiətdən istifadə prosesi hansı əlaqələri yaradır. 
T.  Mineral xammal mənbələri hansı kateqoriyaya bölünürlər. 
S.Tarazlı inkişaf konsepsiyası özündə nələri ehtiva edir. 
9.
 
Təbiəti mühafizə xərclərinə hansı elementlər daxildir. 
10.
 
Kompensasiya xərcləri hansı göstəricilərlə müəyyən edilir. 
11.
 
Torpaqları və hava hövzəsini mühafizə xərclərinə hansı 
göstəricilər daxildir. 
23 


II
 
FƏSİL 
TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİYYATININ 
ÜMUMİ NƏZƏRİ ƏSASLARI 
2.1.
 
Ekoloji-iqtisadi tələbatlar və mənafelər 
Tələbatlar  təbiət  obyektlərinin  fəal  mənimsənilməsi 
prosesi  ilə  ödənilir.  Bəşəriyyətin  inkişafında  əsas  ziddiyyətlər 
insanların  qeyri-məhdud  tələbatları  ilə  məhdud  ehtiyatlar,  ilk 
növbədə  təbii  ehtiyatlar  arasında  ziddiyyət  kimi  özünü  göstərir. 
Odur ki, tarazlı inkişaf konsepsiyasını əsaslandırarkən əsasən məhz 
tələbatlar  və  məhdudiyyətlərə,  təbii  ehtiyatların  özünü  bərpaetmə 
qabiliyyətinə  istinad  olunur.  Beləliklə,  ətraf  təbii  mühitə  olan 
tələbatlar  və  müvafiq  mənafelər  (maraqlar)  vacib  amillərdən  biri 
kimi  meydana  çıxır.  Bu  isə  öz  növbəsində  bütün  ictimai  həyatın 
ekologiyalaşdırılmasını ön plana çəkir. 
Tələbatlann artmasında insanların ətraf mühiti mühafizə 
və  eləcə  də  təbiəti  qoruyub  saxlamaq  cəhdi  öz  əksini  tapmalıdır. 
Tələbatı  tamamilə  ödəmək  üçün  maddələrin,  enerjinin, 
informasiyanın  cəmiyyət  və  təbiət  arasında  səmərəli  mübadiləsi 
şəraitində 
mümkündür. 
Tələbatların 
artmasının 
ekolo- 
giyalaşdırılması  deformasiyaya  uğramış  dəyərlər  sistemini  aradan 
qaldırar  və  onları  təbiətin  özünü  bərpa  etmək  qabiliyyətini  nəzərə 
almağa təsir göstərmiş olar. 
Cəmiyyət  istehlak  etməyi  dayandıra  bilməz,  lakin  eyni 
zamanda  Yer  kürəsində  həyatın  davam  etdirilməsi  barədə  də 
düşünməyə bilməz, yəni gələcək nəsillərin taleyi nəzərə alınmahdır. 
Yaranrmş  vəziyyətdən  çıxış  yolu  ondadır  ki,  tələbatın  sürəti 
(intensivliyi),  strukturu  və  mədəniyyəti  ekoloji  məhdudiyyətə 
müvafiq olaraq formalaşmalıdır. Təbiətdə yükün azalmasına ən çox 
nəzərə  çarpacaq  təsiri  tələbatın  strukturu  göstərə  bilər,  çünki 
tələbatın ödənilməsinin çoxlu variantları mövcuddur. Təbiətə təsiri 
əhəmiyyətli dərəcədə azaltmaq məqsədi ilə dünya xalqlarına la 
24 


zımlı  olmayan  məhsulun  istehsalından  imtina  edilməlidir  (şan- 
şöhrət əşyaları, hərbi ləvazimatlar silah, sursat və s.). 
«Tələbat»  anlayışı  müəyyən  mənada  mücərrəddir  və 
insanın, sosial qrupun, cəmiyyətin həyat fəaliyyəti ilə əlaqədardır. 
İnsanın  həyatı  mürəkkəb  və  çoxtərəflidir,  odur  ki,  tələbat  da 
çoxtərəflidir,  strukturu  mürəkkəbdir.  Tələbatların  təsnifatına 
müxtəlif cür yanaşmalar mövcuddur. 
İnsan-bioloji  və  sosial  varlıqdır,  odur  ki,  onun  tələbatı 
bioloji  tələblə,  məhsuldar  qüvvələrin  inkişafı  və  sosial  sifarişin 
səviyyəsi  ilə  müəyyənləşir.  Lakin  fizioloji  tələbatlar  (ilkin 
tələbatlar,  yaxud  vital  tələblər)  insanın  mövcudluğu  üçün  əsasdır, 
belə ki, elementar (adi, bəsit) rifah tələbatını təmin edir, bu da həyat 
fəaliyyətinə  təkan  verir.  Özü  də  bəşəriyyətin  inkişafı  ilə  əlaqədar 
bioloji  tələbatlar  da  yüksəlir.  Məsələn,  adambaşına  düşən  enerji 
dəfələrlə  yemək  tələbatına  olan  enerjidən  çox  olmasında  özünü 
göstərir. Bioloji tələbatlara ilk növbədə bilavasitə istehlak rifahı və 
havaya, suya olan tələbat təşkil edir. Bunlar daimidir, kəmiyyət və 
keyfiyyətcə  çox  dar  çərçivədə  dəyişə  bilərlər.  Hətta  havanın  və 
suyun  çox  cüzi  keyfiyyət  və  kəmiyyət  dəyişmələrinə  insan  ani 
olaraq  alışa  bilmir,  çünki  təbii  tələbatlar,  məlum  olduğu  kimi, 
elastiki deyillər. 
Həyati  vacib  və  zəruri  tələbatlara,  bioloji  normativlərlə 
müəyyən  edilən  yemək,  paltar,  mənzil  və  s.  aiddirlər.  Sağlamlığı 
qorumaq üçün isə həmçinin ətraf mühitin təhlükəsizliyi də vacibdir. 
Başqa  sözlə  desək,  əgər  insanın  sağlam  hə-yat  şəraitinə  tələbatı 
ödənilmirsə,  digər  tələbatların  ödənilməsi  heç  bir  əhəmiyyət  kəsb 
edə bilməz. Ona görə də insan üçün qiymətli olan bütün prioritetlər 
arasında ekoloji təhlükəsizlik birinci yerə çıxır. 
Ekoloji-iqtisadi tələbatlar-həyati və mənəvi rifaha ekoloji 
və  ckolojiləşdirilmiş  tələbatların  inteqral  məcmuudur.  Özü  də 
tələbatların  ekologiyalaşdırılması  ekofob  və  ckofil  ola  bilər. 
Tələbatların artımı və ya inkişafı hər iki formanı təmin edir, amma 
artım (ucalmaq) yalnız ekofil ola bilər, yəni ya 
25 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə