Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə9/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   50

zarətin  bir  çox  çətinlikləri  yaranır.  Belə  obyektlərə  «kollektiv 
istifadə  edilən  açıq  növlü  ehtiyatlar»  deyilir.  Onlar  şəxsi 
mülkiyyətçilər  tərəfindən  mənimsəmə  ilə  və  alqı-satqı  prosesinə 
cəlb  oluna  da  bilməzlər  (hava  hövzəsi,  iri  ekoloji  sistemlər, 
landşaftlar, səs və elektromaqnit spektrləri və s.). 
Belə bir şəraitdə təbiət istifadəçiləri ehtiyatlardan istifadə 
üçün  həddindən  artıq  kapital  qoyurlar  və  bu  da  ekoloji-  iqtisadi 
rentanın  tənəzzülünə  gətirib  çıxarır,  yəni  təbii  sistemlərin 
ekoloji-iqtisadi potensialının azalmasına səbəb olur. 
Təbii  ehtiyatlar  üzərində  mülkiyyət  münasibətləri 
sahəsində  ən  əsas  məsələ  «subyekt  (subyektlər)  kim  olmalıdır» 
məsələsidir.  Azərbaycan  Respublikasının  əsas  qanununa 
əsaslanaraq  təbii  ehtiyatlarla  bağlı  sahibkarlıq  haqqında  xüsusi 
dövlət qanunlarını təkmilləşdirmək və  yeni  qanunlar qəbul  etmək 
lazım gəlir. 
Təbiət  obyektlərinin  xalqın  həyat  və  fəaliyyətinin  əsası 
elan edilməsi o deməkdir ki, hər cəmiyyət üzvü ehtiyatlara sahibdir. 
Ona görə də təbii ehtiyatlar haimlıqla qorunmalıdır. Belə halda təbii 
ehtiyatların 
istifadəsinə 
nəzarət 
fövqəladə 
vəziyyətlə 
mürəkkəbləşir.  Odur  ki,  ilkin  halda  müəyyən  etmək  lazımdır  ki, 
hansı  təbiət  obyekti,  hansı  sərhədlərdə  və  hansı  mülkiyyət 
formasında, hansı subyektlər tərəfindən istifadə ediləcəkdir. Təbiət 
ehtiyatlarına  və  ətraf  mühitin  elementlərinə  mülkiyyət  obyektinin 
sərhədlərinin  konkret  gerçəklikdə  təyin  edilməsində,  habelə  onun 
strukturunun  təyin  edilməsində  ekoloji  sistemlərin  bütövlük 
prinsipi əsas götürülməlidir. Elə bütövlük nəzərdə tutulur ki, burada 
tarazlıq və inkişaf imkanı təmin edilsin. Bir sıra təbiət obyektləri, 
xüsusən, hava mühiti tam mənada ayrı-ayn ərazilər çərçivəsində bu 
prinsipə cavab vermir (ölkələr, federasiya subyektləri və s.). Təbii 
sistem  hər  hansı  bir  mülkiyyətçinin  olmasını  tələb  edir,  belə  ki, 
onun bərpa  edilməsi və  qorunub saxlanması  birmənalı  və çəkilən 
xərclər  də  səmərəli  olmalıdır.  Son  illərdə  bütövlük  (tamlıq, 
toxunulmazlıq) prinsipi hüquqi sənədlərdə öz əksini tapmaqdadır. 
29 


Məsələn, Azərbaycan Respublikasının Su məcəlləsi su obyektlərinə 
dövlət,  bələdiyyə,  xüsusi  mülkiyyəti  nəzərdə  tutur  (maddə 
11,12,13,14). 
Mülkiyyət  obyektini  təyin  edərkən  ekosistemin 
bütövlüyündən  (tamlığından)  başqa  digər  prinsiplər  də  nəzərdən 
keçirilməlidir.  Məsələn,  məhdudluq  dərəcəsi.  Əgər  ətraf  mühitin 
ehtiyatları boldursa (limit, hədd qoyulmayıbsa), bu halda mülkiyyət 
hüququ  adətən  ortaya  çıxmır.  Lakin,  qlobal  xarakterli  təbii  mühit 
ekoloji  potensialın  nisbətən  azalması,  antropogen  təsirin  artması 
insan  fəaliyyətinin  neqativ  xüsusiyyətləri  sayəsində  tədricən 
dövlətin mülkiyyət obyektinə çevrilir. Buna vaxtilə dünya okeanımn 
200  millik  zonasım  balıqçılıq  zonasının  elan  edilməsini  misal 
göstərmək olar. 
Təbiət  obyektlərinə  mülkiyyət  münasibətlərinin  şamil 
edilməsi  həm  də  əməliyyat  (qeyri  -məhsuldar)  xərclər  ilə 
əlaqədardır. Əgər təbii obyektlər heç kimə mənsub deyildirsə, onu 
müxtəlif məqsədlər üçün istifadə etmək olar. Adətən, təbii obyektlər 
üzərində mülkiyyət hüququnun qoyulması (təyin edilməsi) istehsal 
prosesləri və istehlak əşyalarına olan mülkiyyət hüququ xərclərinə 
nisbətən çox xərc tələb edir. Lakin, təbii ehtiyatlar və ətraf mühitin 
elementləri  üzərində  mülkiyyət  hüququnun  transaksion  xərcləri 
daimi  olmur.  Belə  ki,  Amerika  prerilərində  mal-qaranın  otarılma 
hüququ  iribuynuzlu  mal-qaraya  qiymətlərin  və  otlaqların 
hasarlanmaq xərclərinin  dəyişməsi ilə təkamülləşib.  Lakin bir çox 
hallarda ətraf mühitə mülkiyyət hüququnun müəyyən edilməsi və bu 
əsasda bazar münasibətlərindən istifadə xeyli miqdarda transaksion 
xərclərlə  müşayiət  olunur.  Ədəbiyyatda  yüksək  qeyri  istehsal 
xərclərin  üç  mənbəi  göstərilir:  1)  şəraitin  elmi-texniki  cəhətdən 
qeyri-müəyyənliyi; 2) hüququ qeyri- müəyyənliklər; 3) danışıqların 
daxili çətinlikləri. 
Qeyd  etmək  lazımdır  ki,  bir  sıra  hallarda  əməliyyat 
(transaksiya) xərcləri ya olmaya bilər, ya da cüzi miqdarda ola bilər. 
Belə  hallarda  mübahisələr  Kouz  teoreminə  əsasən,  şəxsi 
razılaşmalar yolu ilə mülkiyyət hüququnun ilk dəfə kimə aid 
30 


liyindən  asılı  olmayaraq  həll  oluna  bilər.  Burada  bütün  tərəflərin 
mülkiyyət  hüququ  hərtərəfli  müəyyən  edilmiş  olur.  Lakin  belə 
vəziyyət  praktikada  (həyatda)  çox  nadir  hallarda  olur.  Təbii 
obyektlərə  mülkiyyət  subyektlərini  təyin  edərkən  ekoloji-iqtisadi 
ictimailəşməni (ümumiləşmənin) dinamikası ilə əlaqədar prosesləri 
də nəzərə almaq lazımdır. Ekoloji-iqtisadi ümumiləşdirmə özünün 
əsasında istehsalın ictimailəşməsini əks etdirdiyindən cəmiyyət və 
təbiət arasında maddi-energetik və informasiya mübadiləsi ilə təyin 
edilir.  Bu  özünü  təbii  istehsalat  kompleksləri,  sahələrarası  sənaye 
şəbəkələri  və  ərazi  istehsalat  birlikləri  formasında  aztullantılı 
istehsalat  əsasında  antropogen  yükünü  ekoloji  tutum  səviyyəsinə 
uyğun  saxlamaq  şərtilə  biruzə  verir.  Bu  halda  bütövlük  (tamlıq) 
ölçüsü özünü təzahür etdirir, lakin geniş planda yox, bununla yanaşı 
istehsalat  və  təbiət  arasında  qarşılıqlı  təsir  də  özünü  göstərir. 
Ekoloji-iqtisadi ümumiləşdirmə ekoloji-iqtisadi sistemlərin tamlığı 
(toxunulmazhğı) prinsipinə əsasən təyin edilir. 
Ekoloji-iqtisadi 
ümumiləşdirmə  təbiətdən  istifadə 
prosesinin əsasən ərazi cəhətdən təşkilini nəzərdə tutur. Bu onunla 
əlaqədardır ki, ətraf mühitin təmizliyi nisbi cəhətdən bölünməz və 
kollektiv  istehlak  edilən  rifahdır.  Burada  təbii  ümumiləşdirmə 
meydana çıxır. Lakin ekoloji-iqtisadi sistemlərin konkret formaları 
ekoloji-iqtisadi  ümumiləşdirmənin  yalmz  regional  səviyyəsi 
səciyyələnir.  Belə  ümumiləşdirmə  təsərrüfat  fəaliyyətinin  həm 
qrup,  həm  də  fərdi  səviyyələrində  həyata  keçirilə  bilər,  çünki 
istehsalatın  ümumiləşdirmə  və  ayrılma  prosesi  dialektik  olaraq 
qarşılıqlı 
əlaqəlidir. 
Ekoloji-iqtisadi 
ümumiləşdirmənin 
özünəməxsus forması bank mə- lumatlannı (havaya atılmalar, bərk 
tullantılar,  maye  tullantılar,  çirkləndirmə  hüququ  ilə  ticarət  və  s. 
haqqında) formalaşdırır. Bunlar ekoloji sferada bazar münasibətləri 
ilə əlaqədar həyata keçirilir. 
Ekoloji-iqtisadi  ümumiləşdirmənin  mahiyyəti  ondan 
ibarətdir  ki,  maddələri  qapalı  ekoloji  istehsalat  dövriyyəsində 
müxtəlif, bir-birindən ayrı düşmüş proseslərin qovuşmasını 
31 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə