Hor bir dövlət öz sərhədlərinin toxunulmazlığını təmin etmək üçün
müvafiq
hüquqi rejim
müəyyən edir; bu rejim beynəlxalq müqavilələrə və
daxili qanunvericiliyə əsaslanır. Məsələn, «Azər- baycan Respublikasının
dövlət sərhədi haqqmda» Qanunun II fəsli bütövlükdə bu məsələyə həsr
olunmuşdur. Sərhəd rejimi aşağıdakı məsələləri əhatə edir: 1) dövlət
sərhədinin lazımi vəziyyətdə saxlanması; 2) dövlət sərhədindən şəxslərin və
nəqliyyat vasitələrinin keçmə qaydası (o cümlədən quru sərhədində keçid
məntəqələrinin və hava sərhədində uçuş koridorlannm müəyyən olunması);
3) dövlət sərhədindən mallann və yüklərin buraxılması qaydası; 4) dövlət
sərhədində təsərrüfat və ya digər fəaliyyətin (ov, balıqçılıq, dağ- mədən
işləri və s.) həyata keçirilməsi qaydası; 5) sərhəd rejiminin pozulması ilə
bağlı insidentlərin müvafiq dövlətlərlə birgə həll olunması qaydası.
Sərhəd rejiminə riayət olunmasına nəzarət etmək və sərhəd
insidentlərini həll etmək üçün müvafiq dövlətlər, adətən,
sərhəd
komissarları (sərhəd nümayəndələri)
təyin edirlər.
((Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Qanunun
21-ci maddəsinə əsasən:
((Azərbaycan Respublikasının dövlət sərhədi rejiminin qorunması ilə
əlaqədar məsələləri həll etmək, habelə sərhəd münaqişələrini nizama
salmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti sərhəd
qoşunlarının zabitləri sırasmıian Azərbaycan Respublikası dövlət
sərhədinin müəyyən hissələri üzrə Azərbaycan Respublikasının sərhəd
nümayəndələrini təyin edir.
Azərbaycan
Respublikası
dövlət
sərhədinin
Azərbaycan
Respublikasının xüsusi təyin edilmiş sərhəd nümayəndələri olmayan
hissələrində onların funksiyalannı sərhəd qoşunlarının müvafiq hissələrinin
komandirləri yerinə yetirirlər.
Azərbaycan Respublikasının sərhəd nümayəndələri Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan Respublikasının döv- lətlərarası
müqavilələrini,
habelə
Azərbaycan
Respublikasının
səlahiyyətli
orqanlarının qəbul etdikləri aktları rəhbər tuturlar.
Sərhəd nümayəndələri tərəfindən nizama salınmayan məsələlər
diplomatik qaydada həll edilir».
74
Dövlot sorhodinin hüquqi rejimi özündo
sərhədhoyu rejimi
ehtiva
edir. Bu rejim
sərhədboyu zonada
vo
sərhədboyıı zolaqda
mü- əyyon
olunur.
Bu məsələlər «Azərbaycan Respublikasının dövlət sərhədi haqqmda»
Qanunda öz geniş həllini tapmışdır. Məsələn, Qanunun 22-ci maddəsində
deyilir:
«... Sərhədboyu zonanın hüdudlannı Azərbaycan Respublikasının
Nazirlər Kabineti sərhədyanı rayonların ərazisində, yerli şəraitdən asılı
olaraq müəyyən edir. Müəyyən edilmiş sərhədboyu zonanın tərkibinə
Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir.
... Eni 1 kilometrədək olan sərhədboyu zolaq vasitəsilə Azərbaycan
Respublikasının dövlət sərhədi xətti boyunca quru hissələrdə və ya
sərhədboyu çaylann, göllərin və başqa sututarlann Salıilləri boyunca
müəyyən edilir. Azərbaycan Respublikası dövlət sərhədinin qorunması
naminə Azərbaycan Respublikasının Nazirlər Kabineti texniki çəpərlərin
düzəldilməsi, sərhədboyu yollann, körpülərin çəkilməsi, başqa obyektlərin
tikilməsi üçün sərhəd qoşunlannm müddətsiz istifadəsinə həm sərhədboyu
zolaqda, həm də onun hüdudlarından kənarda 30-50 metr enində lazımi
torpaq zolaqlan, habelə Azərbaycan Respublikasının dövlət sərhədi
boyunca 5 metrlik zolaq vcrİD>.
Qanunun 23-cü maddəsinə müvafiq olaraq, «sərhədboyu rejim...
Azərbaycan Respublikası vətəndaşlannm və başqa şəxslərin gəlməsi,
müvəqqəti yaşaması, bir yerdən başqa yerə getməsi, işlərin görülməsi,
motorlu və motorsuz gəmilərin yanalma körpülərində uçota alınması və
saxlanması, Azərbaycan Respublikasımn ərazi və daxili sulannda onların
üzməsi və hərəkət etməsi qaydalannı tənzimləyin).
Dövlət sərhədləri haqqında müqavilələr olduqca mühüm bir
xüsusiyyətə malikdir: onlar
daimi müqavilələr
sayılır. Belə ki, bu
müqavilələr: a) müvəqqəti müddətə bağlanmır (onların məqsədi iki dövlət
arasında sərhədin tam və qəti müəyyən olunmasıdır); b) dc- nonsasiya
olunmur, çünki belə müqavilələrdə denonsasiya haqqında müddəalar
nəzərdə tutulmur; e) müharibənin başlanması ilə öz qüvvəsini dayandırmır;
ç) müqavilənin subyektinin yox olması nəticəsində xitam olunmur; d)
birtərəfli qaydada, - hətta şəraitin köklü dəyişməsi prinsipi əsasında belə, -
ləğv oluna bilməz; e) dövlətlərin varisliyi zamanı toxunulmamış qalır.
75
4.
Beynəlxalq çaylar
Beynəlxalq çaylar - iki və daha artıq dövlətin ərazisi ilə axan və
razılaşdırılmış qaydada istifadə olunan çaylara deyilir.
Hər bir dövlət beynəlxalq çayın, öz ərazisində yerləşən hissəsi
üzərində suverenliyə malikdir. Bununla belə, sahilyam dövlət çaym bu
hissəsindən elə istifadə etməlidir ki, hər hansı digər sahilyam dövlətə zərər
dəyməsin. Beynəbcalq çaylann rejimi ilə bağlı vahid beynəbcalq- hüquqi
yoxdur. Bu sahədə yalnız, tövsiyə xarakteri daşıyan, 1966-cı ildə
Beynəlxalq Hüquq Assosiasiyası (beynəbcalq qeyri-hökumət təşkilatı)
tərəfindən işlənib hazırlanmış
Helsinki qaydaları
mövcuddur. Sahilyanı
dövlətlər beynəbcalq çaylann gəmiçilik, habelə sənaye və kənd təsərrüfatı
məqsədləri üçün istifadəsi və həmin çaylann qorunub saxlanması haqqında
konkret müqavilələr bağlayır (məsələn,
Dunayda gəmiçilik rejimi
haqqında 1948-ci il Konvensiyası,
Argentina və Uruqvay arasmda
Uruqvay çayının sularına dair 1946-cı il Sazişi,
BƏR və Sudan arasında
Nil çayının sularına dair 1959-cu il Sazişi
və s.) Bu müqavilələr, bir
qayda olaraq, bütün sahilyanı dövlətlər üçün, bəzən isə bütün ölkələr üçün
gəmiçilik azadlığı nəzərdə tutur. Müqavilədə nəzərdə tutulmayıbsa, qeyri
dövlətlərin gəmilərinin müəyyən beynəlxalq çaydan üzüb keçməsi
qadağandır.
1997-ci ildə
Beynəlxalq suaxarlarının qeyri-gəmiçilik məqsədləri
üçün istifadəsi hüququ haqqında Konvensiya
qəbul olunmuşdur.
Konvensiya hələ qüvvəyə minməmişdir. Konvensiya, hissələri müxtəlif
dövlətlərin ərazisində yerləşən səth sulanmn və qrunt sularının
qeyri-gəmiçilik məqsədləri üçün istifadəsini tənzimləmək, habelə onların
mühafizəsi, qorunub saxlanması və idarə olunması ilə bağlı tədbirləri
müəyyənləşdirmək məqsədi daşıyır. Konvensiya onun iştirakçısı olan
dövlətlərin bundan əvvəl bağladıqları müvafiq sazişlərdən irəli gələn hüquq
və öhdəliklərinə xələl gətirmir. Konvensiyaya görə, iştirakçı dövlətlər
beynəlxalq suaxarlarından «ədalətlə və ağlabatan surətdə» istifadə etməli,
digər müvafiq dövlətlərə «əhəmiyyətli zərər» vurulmasının qarşısını almalı,
Konvensiyanın obyekti və məqsədləri ilə bağlı məsələlərin həllində
əməkdaşlıq etməlidirlər.
76
Dostları ilə paylaş: |