Dərsliklə bağlı tqdk-ya daxil olan və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış



Yüklə 103,5 Kb.

tarix31.10.2018
ölçüsü103,5 Kb.
növüDərs


 

 


 

 

 

 

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci 

sinifləri üçün “Azərbaycan dili” dərsliyi

 

 



 

 

 



 

 

Müəlliflər: Yusif Seyidov

 

 

Təhminə Əsədova



 

 

 



 

 

 



 

 

 



Bakı: Çaşıoğlu, 2012.

 

 



 

 

 



 

 

Dərsliklə bağlı TQDK-ya daxil olan və açıq müzakirələrdə 



bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış

 

 



 

 

 



 

YEKUN RƏY

 



Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

 

 



1.

 

Məzmun baxımından;  

 

2.

 

Dizayn və bədii tərtibat baxımından.  

 

 



1. Məzmun baxımından

 

 



Dərslik qüvvədə olan tədris proqramı əsasında hazırlanmışdır. 144 səhifədən ibarət 

olan  dərsliyin  tədris  materialı  əsasən,  iki  bölməyə  ayrılmışdır:  “6–7-ci  siniflərdə 

keçilmişlərin  təkrarı”  (6  saat)  və  “Sintaksis”.  “Sintaksis”  (90  saat)  özü  4  bölmədən 

ibarətdir: söz birləşmələri, cümlə, cümlə üzvləri və sadə cümlələr.

 

 

Dərslikdə Azərbaycan dili üzrə tədris proqramının tələbləri əsasən gözlənilmişdir. 



Azərbaycan dilinin qrammatikasının söz birləşmələri və sadə cümlə ilə bağlı məsələləri

 

 



şagirdlərin yaş səviyyəsinə uyğun işlənilmişdir.

 

 



Bununla  yanaşı,  elmi-metodiki  cəhətdən  mübahisəli  görünən,  şagirdlərin  yaş 

səviyyəsinə  görə  dolaşıqlıq  və  çətinlik  yaradan  aşağıda  göstərilən  müəyyən  qüsur  və 

çatışmazlıqlar da dərslikdə öz əksini tapmışdır:

 

 



Səhifə 4-də 1-ci və 5-ci abzaslarda rast gəlinən “keçibsiniz”, “öyrənibsiniz” kimi 

sözlər ədəbi dil normasına uyğun deyil.

 

 

Səhifə  8-də  çalışma  18-dəki  “xüsusi”  sözü  artıqdır.  Çalışma  19-da  Mirzə 



İbrahimovdan  verilmiş  parçanın  başqası  ilə  əvəzlənməsi,  yaxud  da  “ramka”  sözünün 

“çərçivə” ilə əvəzlənməsi məqsədəuyğun olardı.

 

 



Səhifə 13-də çalışma 47-də verilmiş kiçik mətnin adının (“Buzlaq”) dəyişdirilməsi 

məqsədəuyğundur.

 

 

Səhifə  10-da  çalışma  30-da  abzasın  sonunda  S.  Vurğundan  verilmiş  nümunədə 



“kim bilir” ifadəsinin biri artıqdır. Çalışma 32-də  33-də şərt hissəsindən sonra gələn 

oxşar sözlər kursivlə abzasdan verilməli, fərqli şriftlə yazılmalıdır.

 

 

Səhifə 14-də M. Şirəliyev haqqında mətnin sonuncu abzasında Azərbaycan Dövlət 



Universitetinin  qarşısında  mötərizədə  “indiki  Bakı  Dövlət  Universiteti”,  Dilçilik 

İnstitutunun əvvəlində isə “Elmlər Akademiyasının” sözləri yazılması daha yaxşı olar.

 

 

Səhifə 16-da 2-ci çərçivənin sonuncu abzasındakı “çünki” sözünün kursivlə deyil, 



adi şriftlə verilməsi daha məqsədəuyğun olar.

 

 



2

 



Səhifə  17-də  çalışma  60  ilə  61  arasındakı  nəzəri,  çalışmalara  birbaşa  bağlılığı 

olmayan cümlənin yerinin dəyişdirilməsi məsləhətdir.

 

 

Səhifə 21-də tələb qoyulur ki, şeiri köçürün, halbuki tapşırıqda bir şeir yox, üç şeir 



parçası, daha doğrusu, üç şeirdən parça var. Dəqiqləşdirilməsi məsləhətdir.

 

 



Səhifə  23-də  mətndə  bir  neçə  dəqiqləşmə  aparılsa,  yaxşı  olar.  Türkiyə 

Cümhuriyyəti qurucusunun adı “Mustafa Kamal Atatürk” şəklində yazılmayıb.

 

 

“Türkiyə  Cümhuriyyəti  və  Türkiyə  Respublikası”  eyni  məna  və  məzmunda 



olduğundan  bunlardan  birindən  istifadə  olunması  məsləhətdir.  “Familiya”  sözü  artıq 

dilimizdə işlənmədiyindən, “soyad” yazılsa, daha yaxşı olar. Türkiyə parlamentinin adı 



Böyük Millət Məclisi şəklində yazılır. Nəzəri hissədən sonra gələn çalışma 74-ün şərt və 

mətn  hissəsinin  mavi  fonda  verilməsinə  ehtiyac  yoxdur,  sadəcə,  şərt  hissəsini 

fərqləndirmək  daha  yaxşı  olardı.  Tac  Mahal  haqqında  olan  mətnin  də  redaktə  və 

korrektə olunmasına ehtiyac var.

 

 

Səhifə 26-da “Qara hərflərlə verilmiş birinci növ təyini söz birləşmələrindən cümlə 



təhlilində  tərəflərinə  ayrıla  bilənləri  bir  cərgədə,  ayrıla  bilməyənləri  başqa  cərgədə 

yazın”-şərtli  çalışmada  belə  bir  cümlə  var:  “Şərqin  ən  böyük  memarı  Əcəmi 



Naxçıvani olmuşdur”. “Böyük memarı Əcəmi Naxçıvani” qara hərflərlə, yəni birinci 

növ  təyini  söz  birləşməsi  kimi  verilmişdir.  Ancaq  burada  “Böyük  memarı”  söz 

birləşməsi birinci növ təyini söz birləşməsi olsa da, bu birləşmə üçüncü növ təyini söz 

birləşməsinin əsas tərəfi olduğu üçün (həmin səhifədə qeyd olunduğu kimi) bütövlükdə 

cümlənin bir üzvü-mürəkkəb mübtədası kimi çıxış edir, ayrı-ayrı cümlə üzvü ola bilmir. 

Buna görə də bu cümlə əvəzinə, müstəqil işlənən birinci növ təyini söz birləşməsinə aid 

başqa cümlə seçmək daha məqsədəuyğun olardı.

 

 



Səhifə 27-də nəzəri hissə ilə çalışmaya verilmiş fon bir-birinə qarışmışdır.

 

 



Səhifə  28-də  “Qeyri-təyini  ismi  birləşmələr”  haqqında  danışılarkən  mətnin  C 

variantında “əsgərlərdən biri” birləşməsinin qeyri-təyini söz birləşməsi kimi verilməsi 

digər  dərsliklə-Q.  Kazımov  və  b.-nın  müəllifi  olduqları  8-ci  sinif  “Azərbaycan  dili” 

dərsliyi  (2012)  ilə  ziddiyyət  yaradır.  Buna  görə  də  çaşqınlıq  yaranmaması  üçün  vahid 

fikirin  təqdimi  məqsədəuyğun  olar.  Bundan  əlavə,  qeyri-təyini  ismi  birləşmələrin 

növləri nəzəri cəhətdən izah olunmalı idi.

 

 

 



3

 



Səhifə  34-də  “Mübtəda  ilə  xəbər  arasında  şəxsə  görə  uzlaşma  heç  vaxt 

pozulmur”  cümləsində  “heç vaxt pozulmur”  əvəzinə, “bir qayda olaraq” ifadəsinin 

verilməsi  daha  dəqiq  olar.  Belə  ki,  xəbər  birinci  və  ikinci  şəxs  əvəzliyi  ilə  ifadə 

olunduqda uzlaşma pozulur.

 

 



Səhifə 37-də çalışma 106-da belə cümlə  var: “Əldən-ələ keçir vəfasız həyat...”. 

Bu  cümlədə  “əldən-ələ”  sözləri  zərf  olmadığı  üçün  mürəkkəb  söz  sayılmır  və  defislə 

yazılmır.

 

 



Səhifə 38-də feli birləşmələrdən danışılarkən isimləşən feli sifətin və məsdərin bu 

birləşmə  zamanı  hansı  rol  oynadığı bəlli olmur.  Məsələn,  “mənim  yazdığım”,  “mənim 

yazmağım”, “mənim yazacağım” kimi birləşmələrin ismi, yoxsa feli birləşmələr olması 

dəqiq göstərilsə, daha məqsədəuyğun olar.

 

 

Yenə həmin səhifədə çalışma 108-dəki “öyrənibsiniz” sözü ədəbi dilə uyğun deyil.



 

 

Səhifə  39-da  yanaşma  əlaqəsi  cərgəsində  səbəb  və  məqsəd  zərflikləri  ilə  xəbər 

arasındakı əlaqə qeyd edilmir.

 

 



Səhifə  42-54-də  sintaktik  əlaqələrdən  danışılarkən  qeyd  olunmur  ki,  qeyri-

müəyyən təsirlik halla fel arasında hansı sintaktik əlaqə var. Yaxud, nə üçün ikinci növ 

təyini söz birləşməsi arasında idarə əlaqəsi yoxdur.

 

 



İkinci  tərəfi  mənsubiyyət  şəkilçisini  itirdiyi  nümunələr  (bizim  kənd,  sizin  ev)  və 

onların  arasındakı  sintaktik  əlaqələr  verilməmişdir.  Halbuki  bu  tipli  ifadələr  dilimizdə 

olduqca  işləkdir.  Həm  də  bu  tipli  birləşmələrin  necə  sintaktik  təhlil  edildiyi  də 

göstərilməmişdir.

 

 

Səhifə 53-də qeyd edilmişdir ki, feldə idarə etmək qabiliyyəti güclüdür və o, ismin 



dörd  halını  idarə  edir  (yönlük,  təsirlik,  yerlik  və  çıxışlıq).  Lakin  (Azərin  oxuduğu) 

təsriflənməyən  fellərin  (feli  sifətin  və  məsdərin)  yiyəlik  halı  da  idarə  edə  bildiyi 

haqqında məlumat verilməmişdir.

 

 



Səhifə  54-də  mübtədanın  məna  cəhətdən  nə  bildirməsi  barədə  məlumat  artıqdır. 

Həm də bu mənaların sayı çoxdur. Cəmi 4-nü yazıb, qalanlardan bəhs etməmək düzgün 

deyil.

 

 



Səhifə  57-də  mübtəda  ilə  xəbərin  uzlaşması  bəhsində  ayrıca  nəzəri  fikir  yoxdur, 

misal verilib, təsviri izah gəlir.

 

 

 



4

 



Səhifə  59-60-da  feli  və  ismi  xəbərin  ifadə  vasitələrindən  danışarkən  söz 

birləşmələri diqqətdən yayınıb.

 

 

Mübtəda  ilə  xəbərin  uzlaşması  mövzusu  baş  üzvlərə  aid  bəhsin  sonunda  verilsə, 



yaxşıdır.

 

 



Səhifə 70-də tərzi-hərəkət zərfliyinin sifətlə ifadə olunması fikri aşağı siniflərdəki 

fikirlə  uyğun  gəlmir.  Aşağı  siniflərdə  şagirdə  öyrədilir  ki,  əlamət  bildirən  söz  felin 

qarşısında gəldikdə zərf olur.

 

 



Səhifə 72-də yer zərfliyindən danışarkən, təsirlik halı haranı? sualına cavab verən 

sözlərin də yer zərfliyi kimi işlənə bilməsindən danışılmışdır. Mövzu vahid fikir

 

 

əsasında formalaşmalıdır. Bu kimi mübahisəli fikirlər dərsliyə gətirilməməlidir.



 

 

Səhifə 73-də təsirlik hallı sözün bəzən yer zərfliyi olması fikri də aşağı sinif təlimi 

ilə uyğun gəlmir. Çünki təsirlik hal tamamlıq halı hesab olunur.

 

 



Səhifə  75-də  fikir  zaman  mənalı  isimlərə    aiddir.  Felə  aid  olub,  hərəkətin 

zamanını bildirən “səhər...” tipli sözlər isim deyil, zərfdir.

 

 

Səhifə  76-79-da  səbəb  və  məqsəd  zərfliklərinin  fərqi  tam  açılmır.  Həmçinin 



onların  ifadə  vasitələri  də  göstərilməmişdir.  Halbuki  digər  cümlə  üzvlərinin  ifadə 

vasitələri çox səliqəli şəkildə göstərilmişdir.

 

 

Səhifə  79-da  “Cümlə  üzvlərinin  quruluşca  növləri”  bəhsinin  izahı  cümlə 



üzvlərindən  qabaq  verilsə,  daha  yaxşı  olar.  Yenə  burada  qaydalarla  çalışmalar  qarışıq 

verilmişdir ki, bu da dərsliyin oxunaqlı olmasını çətinləşdirir.

 

 

Səhifə 82-də frazeoloji birləşmələrin mürəkkəb cümlə üzvü olması fikri mürəkkəb 



söz  təlimi  ilə  uzlaşmır.  Frazeoloji  birləşmə  mürəkkəb  feldirsə,  sadə  cümlə  üzvü 

olmalıdır.

 

 

Səhifə  87-də  cümlə  üzvünün  əlavəsinin  tərifi  fərqli  bir  rənglə  verilməmişdir. 



Ümumiyyətlə, dərslikdə xüsusi, daha vacib qeydlərin fərqləndirilməsi məsləhətdir. Söz 

birləşmələrinin  asılı  tərəflərinin  və  xitabların  əlavəsi  haqqında  dərslikdə  məlumat 

verilməmişdir.  Buna  baxmayaraq,  bu  mövzu  ilə  bağlı  ilk  çalışmanın  (212)  birinci 

cümləsi  feli  bağlamanın  asılı  tərəfinə  aiddir.  Digər  tərədən  əlavələrdə  durğu 

işarələrindən  danışılmamışdır.  “Cümlə  üzvlərinin  əlavəsi”  bölməsində  söz 

birləşmələrinin asılı tərəfinin də əlavəsindən bəhs edilsə idi, yaxşı olardı.

 

 

 



5

 



Səhifə  87-88-də  “Həmcins  üzvlü  cümlələr”,  “Bədii  xitablar”,  “Xitabların 

münasibət bildirməsi”, “Əlavə cümlə və əlavə söz” bəhslərinə yer ayırmaq artıqdır.

 

 

Səhifə 91-də  çalışma 215-də şərtə əlavə edilməlidir: “Cümlələrdə təyinləri seçin”.



 

 

Çünki birinci və sonuncu cümlədə təyin yoxdur.



 

 

Yenə həmin səhifədə cümlədə tamamlığın yerindən danışılarkən qeyd olunub:  “O 



həmişə aid olduğu cümlə üzvünün – xəbərin yanında olur”. Bu cümlədə “O” şəxs

 

 



əvəzliyi  mübtəda  rolunda  çıxış  etdiyi  üçün  ondan  sonra  zərf  gəldiyinə  görə  vergüldən 

istifadə olunmalıdır.

 

 

Yenə həmin səhifədə qeyri-müəyyən vasitəsiz tamamlığa aid nümunələrdən birində



 

 

– “insaf deyil ki, on illərlə elm oxuyub mühəndislik sənətini tamamlamış bir adamı 



göndərəsən  yer  qazsın  və  ya  yük  daşısın”  cümləsində  “elm”,  “yer”,  “yük”  sözləri 

qeyri-müəyyən  vasitəsiz  tamamlıq  kimi  verilmişdir.  “Yer”,  “yük”  sözləri  qeyri-

müəyyən vasitəsiz tamamlıq olsa da, “elm” sözü feli sifət tərkibinə daxil olduğu üçün 

onu ayrıca tamamlıq götürmək olmaz.

 

 

Səhifə 94-də söz sırasının pozulması daha çox şeirlərdə baş verir. Lakin buna bircə 



cümlə ilə toxunulur və nümunələr göstərilməyib.

 

 



Səhifə  98-də  Həmcins  üzvlərdə  şəkilçilərin  və  köməkçi  vasitələrin  ixtisarı 

mövzusuna  aid  çalışma  verilməməsi  dərsin  praktiki  baxımdan  öyrədilməsinə  çətinlik 

yaradır. Məlumdur ki, bu mövzu nitq mədəniyyəti ilə də sıx bağlıdır.

 

 



Səhifə  99-da  həmcins  üzvlərdə  ümumiləşdirici  sözlərdən  danışılarkən  burada 

durğu  işarələrinə  toxunulmamışdır.  “Yəni”,  “məsələn”,  “bir  sözlə”  tipli  sözlərin 

işlənmə  yeri  və  onlarda  durğu  işarələri  öyrədilməmişdir.  Bu  mövzu  və  orada  işlənən 

durğu işarələri gündəlik yazı qaydaları ilə sıx bağlı olan praktiki bir dərsdir. Lakin bu 

cür praktiki  mövzu  ilə  bağlı  cəmi  iki  çalışma  verilmişdir. Onlardan  birində  (226)  cəmi 

bir  söz  birləşməsinin  (“onların  hamısı”)  ümumiləşdirici  söz  kimi  işlədilməsi  tələb 

olunmuşdur.  İkinci  çalışmada  da  (227)  kiçik  bir  tapşırıq  verilmişdir.  Ümumiləşdirici 

sözlərə verilən tərif də tam deyil.

 

 

Səhifə  100-də  “Həmcins  üzvlü  cümlələr”  verilən  məlumatlar  “Cümlənin 



həmcins üzvləri” (səh. 96) bölməsinin sanki təkrarıdır.

 

 



Səhifə  105-də  “Xitabların  münasibət  bildirməsi”  mövzusunun  ixtisar  edilməsi 

məqsədəuyğundur.

 

 

6



 


Səhifə 106-da “Xitabın ifadə vasitələri” təkrar verilmişdir. Bunun haqqında artıq 

səh. 101-də ilkin və lazımi məlumat verilmişdir.

 

 

Səhifə  107-də  ara  sözlərin  hansı  prinsiplə  söz,  söz  birləşməsi  və  cümlə  şəklinə 



bölünməsi  izah  edilməmişdir.  Bu  barədə  nümunə  kimi  verilən  misallar  da  azlıq  təşkil 

edir (hər bölməyə cəmi bir misal). Qarşıya çıxacaq bu yöndə tapşırıqları şagirdin hansı 

prinsiplə  həll  edə  bilməsi  çətinləşir.  Əgər  cümlə  şəklində  ara  sözlər  xəbərlik  yarada 

bilməsinə  görədirsə,  onda  niyə  “görünür”  sözü  cümlə  şəklində  olan  ara  söz  sayılır, 



“deyəsən”  sözü  sayılmır.  Axı  “deyəsən”  sözü  də  xəbər  yerində  işlənə  bilir. 

Ümumiyyətlə, bu mövzu əsaslandırılmamış, elmi əsaslara söykənməyən bir mövzudur. 

Gələcək nəşrlərdən çıxarılması məsləhətdir.

 

 



Səhifə 108-də “Ara sözlərin ifadə vasitələri” mövzusu dəqiq deyil, elmi cəhətdən 

mübahisəlidir.

 

 

Səhifə  110-da  ara  sözlərlə  bağlı  verilən  qrafik  çox  çaşdırıcıdır.  Bundan  əlavə, 



istifadədə olan digər dərslikdə ara sözlərin mənaca beş növü verilsə də, burada üç növü 

verilib.


 

 

Səhifə 117-də sadə cümlənin şəxsə növləri dərsliklərdə müxtəlif cür göstərilmişdir.

 

 

Bu dərslikdə aşağıdakı kimi verilmişdir:



 

 

1.



 

Şəxsli cümlələr (onun da bir neçə növü var)  

 

2.

 



Şəxssiz cümlələr - cümlələr deyilsə də, onun yalnız bir növü var. Şəxssiz cümlə 

deyilsə, daha yaxşı olardı.  

 

Bu  bölmədə,  ümumiyyətlə,  qaydalarla  onların  izahını  verən  nümunələr 



fərqləndirilməmişdir.  

 

Burada “Əlavə cümlə və əlavə söz” bəhsi artıqdır.  



 

Həmin  səhifədə  şəxsə  görə  cümlə  növlərinin  bölgüsü  tədris  proqramına  uyğun 

deyil.  

 

Səhifə 123-də deyilir: “Mübtədası olmayan müəyyən şəxsli cümlənin də xəbəri 



üçüncü  şəxsin  cəmindəki  fellə  ifadə  olunan  tipi  var”.  Buna  örnək  kimi  iki  cümlə 

verilmişdir:  

 

1.

 



Birinci yeri tutanlara mükafat verdilər.  

 

2.



 

Heç bir şərt qoymadan səhər saat 9-da işə başladılar.  

 

 

7



 


Bu  cümlələrin  birincisi  qeyri-müəyyən  şəxsli,  ikincisi  isə  müəyyən  şəxsli  cümlə 

sayılır. Lakin bunlara verilən izahlar aydın deyil, çaşdırıcıdır. Əslində, bu cümlələrin hər 

ikisi qeyri-müəyyən  şəxsli cümlədir. Çünki hər iki halda mübtədanı bir qrup şəxs kimi 

düşünmək olar.

 

 

Səhifə 124-də ümumi şəxsli cümlələrin xəbərlərinin birinci şəxs təki və cəmində, 



ikinci şəxsin təkində, üçüncü şəxsin  təkində və cəmində olduğu göstərilmişdir. Amma 

digər  dərslikdə  bu  tip  cümlələrin  xəbərlərinin  ancaq  ikinci  şəxs  tək  və  üçüncü  şəxs 

cəmdə olduğu bildirilmişdir. Digər bir tərəfdən bu bölmədə qaydaların həcmi çalışma və

 

 



nümunələrə nisbətən xeyli çoxdur.

 

 



 

 

 



Səhifə  129-da  verilən  izahatda  adlıq

 

cümlənin    hansı



 

bölgüdə


 

yer


 

aldığı


 

göstərilməmişdir.  İzahatda  bu  cümlələrin

 

müxtəlif  qrammatik



 

mənalarda

 

olması


 

haqqındakı  məlumat  artıqdır.

 

 

 



 

 

Səhifə 131-də söz cümlələrin yalnız ədatlarla ifadə olunan forması

 

verilmişdir.



 

 

Modal  sözlər  və  nidalarla  ifadə  vasitələrinə  toxunulmamışdır.  Bunlar  gündəlik 



nitqimizdə xüsusi yer tutduğu üçün toxunulsaydı, daha yaxşı olardı.

 

 



Səhifə  131-də  adlıq  cümlələrin  qrammatik  məna  növləri  haqqında  məlumat 

artıqdır.

 

 

Səhifə  135-də  dərslik  “Müxtəsər  və  geniş  cümlələr”lə  qurtarır.  Bundan  sonra 



təkrar məqsədi ilə hər hansı ümumiləşdirici test və tapşırıqların verilməsi yaxşı olar.

 

 



 

2. Dizayn və bədii tərtibat baxımından

 

 



Səhifə 5-də tapşırıq 1-in şərt hissəsi Səməd Vurğundan verilmiş mətndən seçilmir, 

yəni tapşırığın şərti olan birinci abzas, əslində, bir az kiçik ölçülü qara şriftlə verilsə idi 

ki, daha yaxşı olardı. Eyni hal tapşırıq 2-də müşahidə olunur.

 

 



Səhifə  6-da  çalışma  3-ün  şərt  hissəsi  verilmiş  bədii  nümunələrdən  seçilmir.

 

 



Çalışma 4 və 5-də “sürü, ilxı, naxır” sözləri cümlədəki digər sözlərdən fərqləndirilsə 

idi,  yəni  bu  sözlər  ya  dırnaq  arasında,  ya  kursivlə  yazılsa,  ya  da  onların  altından  xətt 

çəkilsə idi daha məqsədəuyğun olardı. Deyilənlər çalışma 6-dakı “dəniz, göl, çay, dağ, 

dərə, bağ, yol” sözlərinə  aiddir.

 

 



 

8

 




Səhifə  7-də  çalışma  7-də  “Nizami,  Nəsimi,  Xətayi,  Füzuli,  Vaqif”  sözləri 

fərqləndirilsə idi, daha yaxşı olardı. Çalışma 8-in şərt hissəsi verilmiş mətndən seçilmir. 

Çalışma  9-da  “vətən,  xalq,  ölkə,  azadlıq”  sözlərinin  fərqləndirilməsi,  çalışma  10-da 

verilmiş dörd söz birləşməsinin cümlədə fərqləndirilməsi, onların arasındakı nöqtələrin 

götürülməsi məsləhətdir. Eyni irad çalışma 11-dəki cümlələrə də aiddir. Çalışma 12-nin 

də şərt hissəsi bədii nümunələrdən fərqlənmir.

 

 

Səhifə  8-də  çalışma  13-də  “kitab,  dəftər,  yol,  ütü”  sözləri,  çalışma  14-də  söz 



birləşmələri,  çalışma  15-də  nümunə  üçün  verilmiş  isimlər,  çalışma  16-da  sifətlər, 

çalışma 17-də fellər fərqləndirilməmişdir.

 

 

Səhifə  9-da  çalışma  20,  21,  22,  23  və  24-də  nümunə  üçün  verilmiş  bütün  sözlər 



cümlədə fərqləndirilsə, çalışma 25, 26 və 29-da şərt hissəsi nümunələrdən fərqli şriftlə 

verilsə, daha yaxşı olar.

 

 

Səhifə 11-də çalışma 34-ün şərt hissəsi fərqləndirilsə, verilən cümlələr nömrələnsə 



idi,  çalışma  bütöv  mətnə  bənzəməzdi.  Çalışma  35,  36  və  37-də  sadalanan  fellər 

fərqləndirilməmişdir. Sözlərin və cümlələrin fərqləndirilməsi ilə bağlı deyilən iradlar 38, 

39, 40, 41, 42, 43, 44, 45, 46 və 47-ci çalışmalara da aiddir.

 

 



Səhifə 15-də çalışma 50-nin şərt hissəsi mətndən seçilmir. Çalışma 51, 52, 53, 54-

də verilən sözlər, 55-də isə şərt hissəsi fərqləndirilməmişdir.

 

 

Səhifə  17-də  yuxarıdakı  göy  fonun  1-ci  və  2-ci  abzaslarında  verilən  misallar 



fərqləndirilməmişdir. Üçüncü abzasda şüşə sözü kursivlə verilsə də, sonra gələn

 

 



“pəncərə  şüşəsi”  söz  birləşməsi,  daha  sonra  isə  “ağac”  sözü  və  “alma  ağacı” 

birləşməsi  fərqləndirilməmişdir.  Çalışma  59  və  60-da  da  verilən  sözlər  və  söz 

birləşmələri də fərqləndirilməmişdir.

 

 



Səhifə 18-də yuxarıdakı mavi fonda verilmiş “Fərqli cəhətləri” bölümünün a)  

c)  bəndlərində  gətirilən  misallar  nəzəri  hissədən  seçilmir.  Çalışma  62-də  şərt  hissəsi 

fərqləndirilməmişdir.

 

 

Səhifə 19-da çalışma 64 və 65-də şərt hissəsi fərqləndirilməmişdir.



 

 

Səhifə 20-də çalışma 66-da şərt fərqləndirilməmiş, sondakı nümunə isə sanki şeirin 

ikinci bəndinə “yapışıb”.

 

 



Səhifə 21-də çalışma 69-un şərt hissəsi fərqləndirilməmişdir.

 

 



 

9

 




Səhifə 22-də yuxarıdakı abzas mavi fonda verilməli, buradakı misallar isə kursivlə 

göstərilməlidir. Çalışma 70 və 71-in şərt hissəsi fərqləndirilməmişdir.

 

 

Səhifə 23-də çalışma  73-ün şərt hissəsi fərqləndirilməmişdir.



 

 

Səhifə 24-də çalışma 75-in şərt hissəsi fərqləndirilməmişdir. Çalışma 76-nın mavi 

fonda verilməsinə ehtiyac yoxdur.

 

 



Səhifə 25-də çalışma 77, 78, 79 və 80-də sözlər və söz birləşməsi, çalışma 81-də 

isə şərt hissəsi fərqləndirilməmişdir.

 

 

Tapşırıqlarda  ayrı-ayrı  sözlərin,  birləşmələrin,  şərtlərin  fərqləndirilməsi  ilə  bağlı 



göstərilənlərə bənzər iradlar bütün dərslik boyu davam edir.

 

 



Səhifə  27-də  çalışma  82-nin  mavi  fonda  verilməsi  anlaşılmır.  Burada  Əcəmi  ilə 

bağlı cümlələr Nəbi Xəzridən gətirilmiş sitatdan ayrılmayıb.

 

 

Səhifə 28-də mavi fondakı ilk abzasın sonunda “sözü” və “təyin” sözləri kursivlə 



deyil, adi şriftlə verilməlidir.

 

 



Səhifə 33-də çalışma  96 mavi fonda verilmişdir.

 

 



Səhifə 38-də aşağıdakı mavi fonda ilk cümlədən sonra iki nöqtə (:)qoyulmalıdır. 

Səhifə 43-də yuxarıdan ilk abzas mavi fonda verilməlidir. Nümunələrin bəzisi

 

 



kursivlə,  bəzisi  adi  şriftlə  yazılmışdır.  Çalışma  123-də  mətnin  adı  yuxarıdan 

verilməlidir.

 

 

Səhifə 44-də ortadakı fonda verilmiş misalın ilk cümləsi kursivlə, qalanı adi şriftlə 



yazılmışdır.

 

 



Səhifə 45-də aşağıdakı nəzəri parçanın ilk cümləsi mavi fondan qıraqda qalıb.

 

 



Səhifə 46-da çalışma 128 və 129 səhvən mavi fonda verilmişdir.

 

 



Səhifə  58-də  mətnin  axırdan  əvvəlki  cümləsində  “uralı”  sözü  “kralı”  kimi 

yazılmalıdır.

 

 

Dərslikdə  demək  olar  ki,  illüstrasiyalar  yoxdur.  Səməd  Vurğunun,  Məmmədağa 



Şirəliyevin,  Muxtar  Hüseynzadənin,  Nəsrəddin  Tusinin,  Əcəmi  Naxçıvaninin  xırda 

ölçülü  portret  şəkilləri  verilmişdir.  Bunlar  mətnlə,  ya  da  mövzuyla  bağlı  olsa  da,  çox 

keyfiyyətli deyil.

 

 



 

 

 



 

 

10



 


Nəticə

 

 



1.

 

Dərsliyin başlıqları əsasən bir-birini tamamlayır; ardıcıl, sistemli düzülmüşdür, 



məntiqlidir. Nəzəri materiallar müəyyən qədər qənaətbəxşdir, əsasən tədris proqramına 

uyğun gəlir.  

 

2.

 



Dərslikdə  281  çalışma  verilmişdir.  Çalışmalar  ardıcıl  sıra  nömrəsi  ilə  təqdim 

olunmuşdur. Lakin çalışmalarda fənlərarası əlaqələr müşahidə edilmir, çalışmalar bəzən 

qarışıq verilir, əksəriyyəti həcmcə çox böyükdür.  

 

3.



 

Dərslikdə həddən artıq çox tapşırıq və qayda verilmişdir. Bunlar həm şagirdin, 

həm də müəllimin vaxtının çox hissəsini alır, yorucu görünür. Tapşırıqların əksəriyyəti 

çox bəsitdir.  

 

4.

 



Bölmələrin sonunda yoxlama və ya test, yaxud da ümumiləşdirici, tematik testlər 

verilməmişdir.  

 

5.

 



Dərsliyin redaktəyə ciddi ehtiyacı var.  

 

6.



 

Rənglər pərakəndə, qeyri-dəqiqdir.  

 

7.

 



Misal və nümunələrin kursivlə verilməsi məqsədəuyğundur.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



11

 

Document Outline

  • page3
  • page5
  • page7
  • page9
  • page11
  • page13
  • page15
  • page17
  • page19
  • page21



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə