Dərsliklə bağlı tqdk-ya daxil olan və açıq müzakirələrdə



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü0,82 Mb.
#77307
növüDərs


 


 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin 

9-cu sinifləri üçün “İngilis dili” dərsliyi 

 

 

 

Müəlliflər: Zeydulla Ağayev 

                Arifə Rəsulova  

                Laləzar Muradlı 

 

 

 

Bakı: Aspoliqraf, 2009. 

 

 

Dərsliklə bağlı TQDK-ya daxil olan

 

və açıq müzakirələrdə 

bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış 

 

 

 

YEKUN RƏY 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmun baxımından; 

2. Dizayn və bədii tərtibat baxımından. 

 

1. Məzmun baxımından 

 

Dərslik    4  bölmə,  112  səhifədən  ibarət  olmaqla,  hazırda  respublikanın 



ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramına uyğun tərtib olunmuşdur. 

Dərsliyin sonunda VocabularyProgramme verilmişdir. 1-ci bölmə 6, 2-ci bölmə 4, 

3-cü  bölmə  5,  4-cü  bölmə  isə  3  dərsdən  ibarətdir.  Hər  bölmənin  sonunda 

Consolidation başlığı ilə tapşırıqlar verilmişdir. 

Dərslik tədris proqramında nəzərdə tutulmuş  mövzuları əhatə etmişdir. Dərslik 

boyu müasir tədris metodlarından olan Pre-readingPair Work, Group Work kimi 

tapşırıqlardan istifadə olunsa da, “think  and  discuss”“think  and  compare” kimi 

analitik  tapşırıqlara  gələcək  nəşrlərdə  daha  çox  yer  ayrılması  tövsiyə  olunur. 

Sadədən-mürəkkəbə  doğru  ardıcıllıq  və  varislik  prinsipi  gözlənilməmişdir.  Şagirdin 

dərslikdən sərbəst istifadə imkanı nisbətən məhduddur. 

Təqdim olunan mətnlərin əksəriyyəti mövzu etibarilə şagirdlərə tanış olsa da, bir 

sıra  hallarda  onlar  yeni  məzmunla  zənginləşdirilməyə  cəhd  edilmişdir.  Lakin  buna 

heç də bütün hallarda nail olunmamışdır. Bölmələr üzrə mətnlərin strukturu məntiqi 

və xronoloji cəhətdən qarışıq, sistemsiz və nizamsızdır. Fəsillərdəki mövzular orada 

qaldırılan  problemin  həllinə  yönəldilmiş  situasiyanı  təsvir  etmir.  Tədris  vahidləri, 

dərslərin  adı  və  mövzusu  arasında  uyğunsuzluq  müşahidə  olunur.  Bir  sıra  hallarda 

mətnlərdə yeni informasiya təklif olunsa da,  həmin informasiya  heç də şagird üçün 

həmişə  faydalı  deyildir.  Bəzən  lazımi  bilik  əvəzinə,  şagird  üçün  yorucu,  vacib 

olmayan  material təqdim olunmuşdur. Məsələn, səhifə 37-də “England  as  seen  by 



Americans”,  səhifə 58-də “The story of Hare and Mosquito” mətnləri daha aşağı 

siniflərdə təqdim oluna bilərdi. Bəzi mətnlərin isə asanlaşdırılması və sadə dildə izah 

edilməsinə  ehtiyac  vardır.  Məsələn,  səhifə  11-də  mətndə  işlənmiş  “Apart  from 

English  dictionaries  of  the  familiar  kind,  there  are  also  dictionaries  of  many 

other kinds, which give useful and interesting information about other aspects of 

the English language” cümləsi çox çətin struktura malikdir, 9-cu sinif şagirdinin yaş 

səviyyəsinə uyğun deyil. Dərslikdə təqdim olunan bütün mətnlər maraqlı, şagirdlərin 

yaş  xüsusiyyətlərinə  uyğun,  düşündürücü  olmalıdır.  Təqdim  olunan  material  bəzi 



 

hallarda fənlərarası inteqrasiya üçün müəyyən yol açsa da, fəndaxili inteqrasiya üçün 



yararlı deyil. 

Dərslikdə oxu və dil üzrə materialların seçilməsi, paylanması və təqdimatında da 

müəyyən disproporsiya müşayiət olunur. 

Onu da qeyd  etmək  lazımdır  ki,  qrammatik qaydalar  yeri  gəldikcə  verilmiş  və 

nümunələrlə  müşayiət  olunmuşdur.  Lakin  qrammatik  materiala  aid  cümlələrin 

tərcümələri də verilsə və qrammatik material həmin dərsə dair verilən mətndə də öz 

əksini  tapsa,  daha  yaxşı  olar.  Qrammatik  qaydaların  mətnlərlə  əlaqəsi  yoxdur. 

Qrammatik  qaydalar  mətnlərdə  işlədilməli  və  şagirdlərin  praktik  vərdişlərində  əks 

olunmalıdır.  Qayda  və  tapşırıqlar  qrammatikanın  öyrədilməsində  çox  ənənəvidir. 

Yəni  qrammatik  qayda  nümunə  və  situasiya  daxilində  öyrədilməlidir.    Bununla 

yanaşı, dərsliyin sonunda qrammatik materialın digər dərsliklərdə olduğu kimi sxem, 

diaqram və cədvəllərin köməyi ilə təqdim olunması şagirdlər üçün daha yaxşı olardı. 

Dərslikdə  qrammatik  materialın  çox  olmasına  baxmayaraq,  praktik  tapşırıqlar, 

açıq və yarımaçıq tipli tapşırıqlar azdır. Tapşırıqların mövzularla əlaqəsi çox zəifdir 

və  yaradıcı,  tənqidi  təfəkkürün  inkişaf  etdirilməsinə  yönəlməmişdir.  Fonetik 

tapşırıqlar,  şagirdin  özünü  qiymətləndirmək  üçün  material  isə  ümumiyyətlə 

verilməmişdir.  Hər  bölmədən  sonra  verilən  Consolidation  hissəsinə  Azərbaycan 

dilindən ingilis dilinə tərcümə bacarığını formalaşdırmaq üçün tapşırıqların salınması 

məqsədəuyğun olardı. 

Mətnlər  öyrənildikdə  yeni  sözlərdən  ibarət  lüğət  verilir  ki,  bu  da  dilin 

öyrənilməsi baxımından çox vacibdir. Lakin bəzi hallarda mətnlərdə istifadə olunmuş 

naməlum sözlərin izahına nə mətnaltı, nə də dərsliyin sonundakı lüğətdə rast gəlmək 

olur. Lüğətdə sözlər (digər dərsliklərdə olduğu kimi) ifadə, sinonim və antonimlərlə 

təqdim  olunmur.  Yeni  söz  və  terminlərin  izahı  isə  bəzi  hallarda  başqa  bir  lüğətə 

ehtiyac  doğurur.  Burada  işlək olmayan  söz  və  ifadələrdən  çox  istifadə olunmuşdur. 

Xüsusi isimlərin və çətin sözlərin tələffüz forması verilməmişdir.  

Yuxarıda göstərilənlərlə yanaşı, ev oxusuna daha çox üstünlük verilməli, eləcə 

də, dialoqların sayı artırılmalıdır.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  dərslikdə  xeyli  sayda  səhvlərə  də  rast  gəlinir. 

Bunlar aşağıdakılardır: 



Səhifə 3-də (Syllabus) Unit 2-də “Composite sentences olmalıdır. 

Səhifə  6-da  “The  Changing  English  Language”  mətni  verilmişdir.  Mətn 

əsasən  ingilis  dilindəki  alınma  sözlərin  mənşəyindən  bəhs  edir.  Mövzu  tədqiqat 




 

xarakterli  bir  mövzudur,  yəni  9-cu  sinif  şagirdlərinə  alınma  sözlərin  mənşəyini 



öyrənməkdən  daha  çox,  onların  gündəlik  həyatımızda  necə  işlənməsi  önəmlidir. 

İngilis  dilinin  lüğətinə  daxil  olan  və  gündəlik  həyatda  işlənən  bir  neçə  sözün 

verilməsi, şagirdlərin onların hansı dillərdən götürüldüyünü bilməsi ilə kifayətlənmək 

olardı.  Orta  məktəbdə  alınma  sözlərin  tarixinin  öyrənilməsi  dilin  öyrənilməsində  o 

qədər  də  əhəmiyyət  kəsb  etmir.  Yəni  şagird  üçün    işlətdiyi  sözün  hansı  mənşəli 

olduğundan çox onu necə işlətməsi vacibdir. Özü də bunu möhkəmləndirmək üçün nə 

bir tapşırıq, nə də ki test tapşırığı verilmişdir.  

Səhifə  7-də  Passive  Voice-a  dair  məlumatda  bütün  zaman  formaları  təqdim 

olunmamışdır  (proqramda  nəzərdə  tutulmasına  baxmayaraq).  Modal  fellərin, 

sözönülü  tamamlığın  məchul  növdə  işlədilməsi  haqqında  da  heç  bir  məlumat  və 

nümunə  verilməmişdir.  Verilən  tapşırıqlar  isə  mövzunun  mənimsənilməsi  üçün 

yetərli deyil. Qrammatik qaydanın və ondan sonra verilmiş tapşırığın mətnlə heç bir 

əlaqəsi yoxdur. Mətndə də məchul növdə işlənmiş cümlələrin verilməsi yaxşı olardı. 



Səhifə  8-də  3-cü  tapşırıqda  yaxşı  olardı  ki,  zamanlar  verilməsin  və  şagirdlər 

özləri cümlənin zamanını, məlum və məchul növdə işlədilməsini  müəyyən etsinlər. 



Səhifə  9-da  “Favourite  Books”    başlığı  altında  verilmiş  tapşırıqlar  tədqiqat 

xarakterli,  yəni  sinifdaxili  fəaliyyətdə  tətbiq  olunmayan  mövzulardır.  Yəni  bu 

mövzular hər hansı bir tədqiqatçının və alimin axtarışlarını əks etdirir. Tapşırıqların 

şərti  də  həddən  artıq  yüklü  və  ağırdır.  Kitabların  müxtəlif  növləri:  xəritə,  atlas, 

ensiklopediya,  lüğət,  kulinariya,  yol  qaydaları,  tibbi  məlumat  kitabları  və  s. 

göstərilmişdir. Bu növ kitabların adlarını sadalamaqdansa, onlar haqqında  müxtəlif 

fikir və cümlələrdən ibarət məntiqi tapşırıqlar verilə bilərdi ki, şagirdlər bu fikirlərin 

hansı kitab növünə aid olduğunu özləri seçsinlər.  



Questions  for  discussion-da  verilmiş  1-ci  sualda  “homes”  əvəzinə,  “houses, 

libraries, book-cases”  olması, daha aydın olardı.  

Səhifə  9-10-da  verilmiş  6-cı  tapşırıqda  Böyük  Britaniyada  və  Azərbaycanda 

qadın  və  kişilərin  hansı  kitabları  aldıqları  haqqında  məlumat  verilmişdir.  Bu  fikir 

tamamilə yanlışdır. Müasir dövrdə kitabların oxunması ilə gender məsələsi arasında 

heç bir əlaqə yoxdur, yəni hər iki cinsdən olan şəxslər bu kitabları oxuyurlar. Yaxşı 

olardı ki, burada da kitabların növlərinə aid müxtəlif situasiyaları əks etdirən şəkillər 

verilsin  və  şagird  onunla  bağlı  problemin  hansı  kitabın  köməkliyi  ilə  həll  etməyin 

mümkünlüyünü özü müəyyən  etsin. 



 

Səhifə 11-də “Dictionaries and how to use them” başlığı altında verilmiş mətn 

məzmun baxımından maraqlı və reallıqla bağlı deyil. Cümlələrin strukturu və yazılışı 

orta  məktəb  şagirdi  üçün  çox  ağırdır.  Mətnin  sonuncu  abzasında  işlənmiş  “apart 



from” ifadəsinin izahı lüğətdə verilməmişdir. 

Səhifə 12-də lüğətlərin işlənməsi haqqında verilən mətn 9-cu sinif şagirdinin yaş 

xüsusiyyətlərinə uyğun deyildir. Yəni lüğətdən düzgün istifadə praktik bir işdir, bunu 

müəllim dərs prosesində əyani şəkildə də öyrədə bilər. Dərslikdə belə mətnlərin tam 

izahı ilə verilməsi şagirdin təfəkkürünün inkişafına təsir etmir. Bu üsul yalnız lüğət 

yazanlar üçün bir istiqamətdir.  

Səhifə 13-də verilmiş tapşırıqlar da şərtin tələbinə görə şagird üçün çox ağırdır 

demək olar ki, bunu 9-cu sinif şagirdi yerinə yetirə bilməz. 



Səhifə  14-də  -able  şəkilçisinin  izahındakı  nümunələr  (skateboardable

affordable)  çox  az  işlənən  sözlərdir.  Yaxşı  olardı  ki,  qaydanın  izahında  işlək 

sözlərdən  istifadə  edilsin.  6-cı  tapşırığın  yerinə  yetirilməsi  üçün  nümunə  verilməsi 

daha məqsədəuyğun olardı.  

Səhifə 15-də “The Knowledge Challenge” mətnində çoxlu sayda xüsusi adlar 

işlənmişdir (Samuel  JohnsonLichfield  Grammar  SchoolPembroke  College və 

s.).  Bu  isimlərin  tələffüz  forması  da  verilsə  idi,  daha  yaxşı  olardı.  Eyni  zamanda, 

mətndə  çoxlu  sayda  tarixi  rəqəmlər  işlənmişdir.  Həmin  mətnin  axırdan  əvvəlki 

cümləsində “began A Dictionary” deyil, “began compiling A Dictionary” olmalı idi. 

9-cu  tapşırığın şərti çox uzundur. Şərtdə verilmiş  2-ci  cümlə  (Make  a  note  against 



each one of where you would seek information about it) qısaca olaraq, “Match the 

two sides” kimi verilə bilərdi. 

Səhifə  16-da  “A.S. Hornby”  mətnində  fənnin  adı  kiçik  hərflə  verilmişdir. 

English  literature”  olmalıdır.  Mətnin  2-ci  sətrində  isə  “the  English  language” 

olmalıdır. 4-cü sətirdə “later” sözündən sonra vergül qoyulmamalıdır. 

Səhifə  17-də 10-cu tapşırığın 1-ci və 2-ci cümlələrində  “literature” sözündən 

əvvəl “the” artikli olmalıdır. 6-cı cümlədə “began compiling A Dictionary” olmalıdır. 

Həmin səhifədə “319 Golden Pages” mətnində “Kashgharli” adında ikinci “h” 

hərfinə ehtiyac yoxdur. 



Səhifə  18-də  11-ci  tapşırıqda  “contents  page  and  index”  sözləri  arasında 

fərqlərin izahı tələb olunur. Lakin həmin sözlərin mənası səhifə 22-də verilir. 



Səhifə  19-da  “You,  the  reader”  başlığı  o  qədər  də  anlaşıqlı  deyildir.  Mövzu 

oxu  bacarıqlarının  formalaşmasına  aiddir.  Mövzuya  dair  yaradıcı  tapşırıqlar 




 

verilməmişdir. 1-2-ci tapşırıqlar yalnız oxu qaydaları və kitab növləri haqqındadır. 3-



cü  tapşırıq  ümumi  suallardan  ibarətdir,  yəni  suallar  “bəli”  və  ya  “xeyr”lə 

cavablandırılacaq.  



Səhifə  20-də  Substantivized  Adjectives  haqqında  qrammatik  material  çox 

dolaşıqdır. 6-cı tapşırıqda verilən şərt çox uzundur. 7-ci tapşırığın 3-cü bəndində “it” 

əvəzinə, “him” əvəzliyi olsa idi, daha düzgün olardı. 

Səhifə  21-də  qrammatik  qaydanın  izahında  “...either  a  language  or  a  people” 

olmalıdır. 



Səhifə 22-də “In the Book” başlığı altında kitabların tərtibatı və daxili strukturu 

haqqında  sxem  verilmişdir.  Yəni  kitabın  mündəricatı,  indeksi  və  əlifba  sırası  ilə 

yazılışı  uşaqları  kitab  oxumağa  həvəsləndirmir,  əksinə  həvəsi  azaldır.  Bu  məlumat 

şagirdlərə yox, nəşrlə məşğul olanlara izah edilməlidir. 11-ci tapşırığın şərti “Match 



these  extracts  from  the  books  with  above  given  A,  B,  C”  kimi  verilsə  idi,  düzgün 

olardı. 


Səhifə  23-də  13-cü  tapşırıqda  verilmiş  sitatların  mövzu  ilə  birbaşa  əlaqəsi 

yoxdur.  Sitatların  yadda  qalması  üçün  isə  yaradıcı  tapşırıqlar  verilməli  idi.  4-cü 

sitatda “gave” əvəzinə, “give” olmalıdır. 

Səhifə  24-də  mətndə  “Why  do  you  do  that?”  sualı  davamedici  zamanda 

verilməli idi. Çünki hərəkət baş verərkən sual və onun cavabı da davamedici zamanda 

verilir.  Kursivlə  verilmiş  2-ci  abzasda “it  means  someone  got  into  trouble”  deyil, 

it  means  someone  gets  into  trouble”  olmalıdır.  Çünki  cümlənin  ardı  da  indiki 

zamandadır. Orada işlənmiş “a pig in a pokea wet blanketIt’s raining cats and 

dogs”  idiomlarının  izahı  verilsə  idi,  daha  yaxşı  olardı.  Vocabulary  hissəsində 

“violence”  sözünün  izahında  verilmiş  “Scenes  of  violence  are  in  the  films  for 

children must be prohibited” cümləsində “are” artıqdır. 

Səhifə 25-də kursivlə verilmiş 2-ci cümlədə “the” artikli artıqdır. Çünki burada 

söhbət ingilis dilindən gedir. Həmin səhifədə verilmiş idiomların yadda qalması üçün 

tapşırığın verilməsi məqsədəuyğundur. 

Səhifə  26-da  4-cü  tapşırığı  yerinə  yetirmək  üçün  nümunə  verilsə  idi,  yaxşı 

olardı. 


Səhifə  27-də  “Varieties  of  English”  mətninin  məzmunu  ilə  başlığı  uyğun 

gəlmir.  Bu  mövzu  ingilis  dilində  danışıq  və  yazının  vacibliyindən,  fərqindən  və 

işlənməsindən  bəhs  edir.  İngilis  dilində  həm  yazılı,  həm  də  şifahi  nitqi  inkişaf 

etdirmək  üçün  dörd  məzmun  xətti  əsasdır.  Dinləyib-anlama,  danışma,  oxu  və  yazı 




 

bacarıqlarının  birgə  tətbiqi  xarici  dilin  mənimsənilməsində  daha  önəmlidir.  Mətndə 



isə  danışıq  və  yazı  bacarıqları  haqqında  danışılır.  Vocabulary  hissəsində  “wreck” 

sözünün izahında artikl buraxılmışdır (“a vechile”, “a building” olmalıdır). 



Səhifə  28-də  verilmiş  qrammatik  material  (Even  if)  mətndə  heç  bir  cümlədə 

istifadə  olunmamışdır.  Həmin  qrammatik  materialın  mətndə  də  istifadə  olunması 

məqsədəuyğundur.  

Səhifə 29-da 1-ci mətnin adında (The importance and significance of names

sinonim sözlər işlədilmişdir. Mətnin 1-ci cümləsi “Names play a big role in our lives” 

kimi olmalıdır. Həmin mətndə 2-ci abzasın son cümləsi “...if you try to find it out” 

kimi olmalı idi. “Azerbaijani names” mətninin 2-ci abzasında “...some names were 



dealt with the history of Islam...” cüməsində “were” artıqdır. 

Səhifə  30-da  dialoqda  mənasız  bir  söhbət  gedir.  Bu  söhbətdə  “Albert”  adını 

bəyənməyən  qadın  digər  bir  adı  təqdim  edir.  Adların  pis  və  yaxud  yaxşı 

səslənməsinin  şagirdi    nə  haqqında  düşünməyə  vadar  edəcəyi  məlum  deyil. 

Dialoqdakı xüsusi isimlərin (WarefiledRupertCrispian Dominic  Buggins və s.) 

tələffüz forması verilsə idi, yaxşı olardı. 

Səhifə  31-də  Britaniya  adlarının  mənaları  verilmişdir.  Bu  adların  əzbər 

öyrənilməsi  tamamilə  lüzumsuzdur.  Sağda  verilmiş  çərçivədə  “In  Scotland  these 



names...” deyil, “In Scotland the names...” olmalı idi. 

Səhifə  32-də  6-cı  tapşırığın  şərtində  “...try  prove  their  origin”  deyil,  “try  to 

prove their origin” olmalıdır. 

Səhifə 33-də verilmiş Consolidation-da 1-ci tapşırığın ilk cümləsində “Chine” 

deyil, “China” olmalıdır. 2-ci tapşırığın 6-cı cümləsinin məchulda verilməsi düzgün 

deyil.  8-ci  cümlədə  nöqtələrin  yerinə  “compliation”  sözü  yazılmalıdır,  tapşırığın 

şərtində  isə  “compile”  feli  verilmişdir.  3-cü  tapşırığın  f  bəndində  fel  “could  be 



written”  kimi  işlənməlidir,  lakin  modal  fellərin  məchulda  işlənməsi  barədə 

qrammatik qayda verilməmişdir.  



Səhifə  36-da  Pre-reading-də  sonuncu  sualda  “came”  əvəzinə,  “come” 

olmalıdır. “The  British  and  the  Americans  as  seen  by  others”  başlığı ilə verilən 

mətndə  Amerika  ingilislərin  gözü  ilə  verilmişdir.  Bob  ilə  Şeylanın  söhbətində 

Nyu-Yorkda  insanların  kobud,  bir-birini  küçəni  keçərkən  itələmələri  haqqında 

danışılır.  Bu  fikir  isə  tamamilə  səhvdir.  Mətnin  məzmununda  fikir  anlaşılmazlığı 

vardır. Britaniyalıların bir şeyi düşünüb, başqa cür danışmaları təqdim olunub. Digər 

ölkələrin  milli  dəyərlərinə  toxunmaq  etik  cəhətdən  düzgün  sayıla  bilməz.  Eləcə  də, 



 

“England as seen by Americans” mətnində ingilislərə Amerikada hörmət olunduğu

amerikanlara  isə  əksinə,  İngiltərədə  az  hörmət  olunduğu  göstərilir.  Amerikanların 

ictimai davranışı yaxşı təbliğ olunmayıb.  



Səhifə 38-də 3-cü tapşırığın 7-ci cümləsinə “...in the street” əlavə olunmalıdır. 

Səhifə  40-48-də bir dərs ərzində 6 qrammatik material verilmişdir. Qrammatik 

materialın sayını azaltmaq məqsədəuyğundur. 



Səhifə  40-da  tapşırıq  1-də  verilən  şərt  çox  genişdir.  Dərs  başlayan  kimi 

şagirdlərə ingilislərin yeməyi haqqında geniş məlumat verilməli idi. Dərsin əvvəlində 

bu barədə heç bir məlumat olmadan şagird bu cür sualları cavablandırmaqda çətinlik 

çəkəcək.  



Səhifə  44-də Adverbial  Clause  of  Time haqqında qrammatik material qarışıq 

şəkildə  verilmişdir.  Qrammatik  qaydanın  izahında  1-ci  cümlədə  xəbər  “shows” 

olmalıdır. 

Səhifə  47-də “Azerbaijan  Food” mətni əvvəlki mətnlə (“Food  in  America”

əlaqəli şəkildə verilsə, daha məhsuldar olardı. Həmin  mətndə 1-ci sütunun sonuncu 

abzasında  “made  rice”  deyil,  “made  of  rice”  olmalıdır.  2-ci  sütunun  axırında 

“...when  guests  come...”-dan  sonra  vergül  qoyulmalıdır.  Növbəti  sətirdə 

accompanied”  sözünün  yazılışı  səhv  verilmişdir.  Yenə  orada  “various  of  jams” 

deyil, “various kinds of jams” olmalıdır. 

Səhifə  48-də  12-ci  tapşırığın  şərti  “Write  questions  to  given  answers  and  ask 

your partner to answer them” kimi olsa idi, daha düzgün olardı. “Too, also, either” 

haqqında  qrammatik  məlumat  tam  ətraflı  deyildir.  Qrammatik  qaydada  “too=very” 

verilməsi düzgün deyil. 

Səhifə 51-də 3-cü tapşırığın 2-ci cümləsində “...go to the restaurant” əvəzinə, 

...going  to  the  restaurant”  olmalıdır.  “Pubs  in  Britain”  mətni  şagirdlərin  yaş 

xüsusiyyətlərinə  o qədər də uyğun deyil. 

Səhifə  52-də  4-cü  tapşırığın  7-ci  cümləsində  “but”-dan  sonra  “you”  əvəzliyi 

işlənməli idi. 



Səhifə 54-də Did you know...? başlığı ilə verilmiş mətnin sonuncu cümləsində 

“which are rich in vitamin C” deyil, “which is rich in vitamin C” olmalıdır. 

Səhifə 56-da Describing Symptoms hissəsində “Here are some other common 

descriptions  of  things  that  are  wrong”  cümləsi  ilə  yanaşı,  düzgün  forma  da 

verilməlidir. 




10 

 

Səhifə  57-də  4-cü  tapşırığın  4-cü  cümləsində  “arrive”  felindən  sonra  məsdər 

məqsəd  zərfi  kimi  işlənə  bilmədiyi  üçün  onun  əvəzinə,  “come”  felinin  verilməsi 

məqsədəuyğun olardı. 



Səhifə 59-da mətndən sonra verilmiş 3-cü sual keçmiş zamanda olmalıdır. 

Səhifə 60-da 1-ci tapşırıqda 9-cu cümləni (Although it is still against the law 

to serve alcohol to anyone under 18, pubs are now trying to encourage families) 

başqası  ilə  əvəz  etmək  məqsədəuyğundur.  3-cü  tapşırıqda  “too,  also,  either,  too 



many,  too  much”  sözlərinin  düzgün  yerinə  qoyulması  tələbi  qoyulmuşdur.  Səhifə 

48-də  bu  barədə  qrammatik  material  olsa  da,  yalnız  nümunə  cümlələr  verilmiş,  heç 

bir izahat verilməmişdir. Burada keçilmiş qrammatik materialın möhkəmləndirilməsi 

üçün heç bir tapşırıq verilməmişdir. 



Səhifə 61-88-də verilmiş 3-cü bölmədə bəzi mövzular Headway Intermediate-

dən köçürülmüşdür. 



Səhifə  63-də  verilmiş  “Medical  Science”  mətninin  3-cü  sətrində  “benefited 

by” deyil, “benefited from” olmalıdır. 

Səhifə 64-də Vocabulary-də “abuse” sözünün transkripsiyası səhv verilmişdir. 

Grammar  Focus-da  verilmiş  3-cü  cümlədə  “but”  bağlayıcısından  sonrakı  hissə 

artıqdır.  



Səhifə 65-də 6-cı tapşırığın şərti “Write 5 facts you used to do in the past but...” 

şəklində olsa idi, daha dəqiq olardı. 



Səhifə 68-də “Why do they drive on the left in Britain and on the right in 

other  countries?”  sualının  cavabında  7-ci  sətirdə  “match”  əvəzinə,  “march” 

olmalıdır.  Vocabulary  hissəsində  “impose”  sözünün  izahında,  mötərizədə  verilmiş 



“one is”  “one’s” şəklində olmalıdır. 

Səhifə 74-də 2-ci tapşırığın şərti aydın deyil. 

Səhifə  79-da  “ditch”  sözünün  izahında  “between  fields”  olmalıdır.  3-cü 

tapşırığın yerinə yetirilməsi üçün nümunə verilməsi məsləhətdir. 



Səhifə  80-də  qrammatik qaydanın izahında 1-ci cümlədə “different  members 

of  a  sentence”  əvəzinə,  “homogenious  members  of  a  sentence”  olmalıdır.  Nümunə 

kimi verilmiş 1-ci cümlədə “talanted” deyil, “talented” olmalıdır. 6-cı tapşırığın şərti 

çox genişdir. Tapşırığın yerinə yetirilməsinə dair nümunənin verilməsi yaxşı olardı. 

Səhifə  81-də  7-ci  tapşırıqda  verilmiş  7-ci  idiomun  izahında  “this”  əvəzinə, 

his”  əvəzliyi  işlənməli  idi.  Bu  idiomlara  aid  yaradıcı  tapşırığın  verilməsi 

məsləhətdir. 



11 

 

Səhifə  84-də  mətndən  sonra  verilmiş  1-ci  cümlədə  xəbər  “was  survived” 

əvəzinə, “has survived” kimi olmalıdır. 

Səhifə 86-da qrammatik qaydada “a  number  ofthe  number  of” ifadələrinin 

Azərbaycan  dilinə  nə  cür  tərcümə  olunmasının  verilməsi  məqsədəuyğundur. 

Qaydanın  altında  verilmiş  tapşırığın  2-ci  cümləsində  “the  number  of  applicants” 

əvəzinə, “a number of applicants” olmalı idi. 



Səhifə  87-də  8-ci  tapşırığın  4-cü  cümləsi  şərtə  uyğun  gəlmədiyi  üçün 

çıxarılması məsləhətdir. Şərtdə budaq cümlənin növünün təyin edilməsi tələb olunsa 

da, 4-cü cümlədə budaq cümlə yoxdur. 

Səhifə  88-də  3-cü  tapşırığın  2-ci  cümləsində  “once  a  year”  olmalıdır.  4-cü 

tapşırığın  5-ci  cümləsində  “...he  is  tired  a  lot”  əvəzinə,  “...he  is  very  tired”  olsa, 

yaxşı olar. 7-ci cümlədə “on its place” əvəzinə, “in its place” olmalıdır. 

Səhifə  89–104-də  “Discoveries  and  Inventions”  başlığı altında verilən bütün 

mətn və tapşırıqlar şagird maraqlarından uzaqdır. Bir çox mövzular kimi bu mövzular  

da tədqiqat xarakterlidir. Müsəlman  alimlərin ixtiraları, çap işinin tarixi, kalliqrafiya, 

İslam mədəniyyəti və s. haqqında material şagirdlərin yaş xüsusiyyətlərinə o qədər də 

uyğun material deyil.  Bu mövzuların əvvəlki mövzularla məntiqi ardıcıllığı yoxdur. 

Səhifə 92-də 4-cü “Can you name of ancient and modern mathematicians of 

Azerbaijan?” sual cümləsində 1-ci “of” sözönüsü artıqdır. 

Səhifə 93-də  6-cı tapşırığın 1-ci cümləsinə “was” əlavə olunmalıdır. 

Səhifə  94-də  7-ci  tapşırığın  5-ci  cümləsində  “latter”  deyil,  “letter”  olmalıdır. 

6-cı cümlədə “this country” deyil, “his country” olmalıdır. 



Səhifə  95-də  “Printing  by  hand”  mətninin  3-cü  abzasının  sonunda  “leafs” 

deyil, “leaves” olmalıdır. 



Səhifə  97-də  “Islamic  art”  mətnindən  sonra  verilmiş  suallar  daha  zəngin  və 

mətnlə əlaqəli olsa idi, məqsədəuyğun olardı. 



Səhifə  98-də  qrammatik  qaydada  “so+adjective/  adverb/  adverb  phrase+ 

so...that+clause”  strukturu  2  dəfə  təkrarlanıb.  3-cü  struktur  “such+(a/an)+(adj.)+ 

noun+that+clausekimi olsa, daha dəqiq olar. 

Səhifə  104-də  “Şərt  budaq  cümləsi”  ilə  bağlı  materialın  dərsliyin  sonunda 

verilməsi metodik cəhətdən düzgün deyil, bir az əvvələ salınması daha yaxşı olardı. 



Səhifə  106-da  “brides”  sözü  lüğətdə  təkdə  verilməli  idi.  “Collapse”  sözü  2 

dəfə  verilmişdir,  “blood”  sözünün  tərcüməsində  isə  “qan”  sözündən  sonra  vergül 

qoyulmamalıdır. 



12 

 

Səhifə  107-də  “extend”  felinin  rus  dilinə  tərcüməsi  “расширяться”  kimi  də 

verilsə idi, daha düzgün olardı. “Framework” isminin rus dilinə tərcüməsi “рама” 

deyil, “рамка” olmalıdır. 



Səhifə 108-də “lighthouses” sözü təkdə verilməlidir. 

Səhifə  109-da  “quiz”  sözünün  Azərbaycan  və  rus  dillərinə  tərcüməsi  üst-üstə 

düşmür. 


 

2. Dizayn və bədii tərtibat baxımından 

 

 



Dərsliyin dizaynı ümumilikdə qənaətbəxşdir və 9-cu sinif şagirdlərinin qavrama 

səviyyəsindədir,  materialların  təqdimatında  kifayət  qədər  illüstrasiyalardan  istifadə 

olunmuşdur. Lakin dərsliyin ölçüsü bir qədər böyükdür.  

Səhifə 16-17-də “319 Golden pages” mətnində “Divani-lüğət-it-türk”“Sihah 

ül-əcəm”,  “Lüğəti-rusi  və  türki”  və  “Rusi-türki  və  türki-rusi”  adlarının  mətnin 

şriftinə uyğun verilməsi yaxşı olardı. 

 

Nəticə 

 

1. Dərslikdə tədris proqramındakı  mövzular əsasən əhatə olunub. 

2. Dərslikdə şagirdlərin yaş xüsusiyyətləri əsasən  nəzərə alınıb. 

 

3.  Dərslikdəki  material  şagirdlərin  müvafiq  fənn  üzrə  bilik  və  bacarıqlarının 

əsasən formalaşdırılmasına imkan verib.  

4.  Dərsliyin  forzas  səhifəsində  Dövlət  Himni  “Azərbaycan  Respublikasının 

Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap 

olunmayıb.  Himnin  adı  (“Azərbaycan  marşı”)  ixtisar  olunub.  Həmçinin  forzas 

səhifəsində  Dövlət  Gerbinin  rəngli  təsviri  “Dövlət  Gerbi  haqqında  Əsasnamə”nin 

təsdiq  edilməsi  barəsində  Azərbaycan  Respublikasının  1993-cü  il  23  fevral  tarixli 

Qanununun  tələblərinə  uyğun  çap  olunmayıb.

 

Bundan  əlavə,  dərslikdə  Azərbaycan 



Respublikasının  dövlət  rəmzlərinin  təsvirlərinin  Azərbaycan  Respublikasının  dövlət 

rəmzləri haqqında Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində 

verilən  ardıcıllıqla  (Azərbaycan  Respublikasının  Dövlət  bayrağı,  Azərbaycan 

Respublikasının  Dövlət  gerbi  və  Azərbaycan  Respublikasının  Dövlət  himni)  çap 



olunması daha məqsədəuyğun olardı.  

 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə