Dərsliklə bağlı tqdk-ya daxil olan və açıq müzakirələrdə



Yüklə 67,26 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü67,26 Kb.
#32609
növüDərs


 


 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin  

  9-cu sinifləri üçün “Yeni tarix” dərsliyi 

 

 

                           Müəlliflər:   Musa Qasımlı 

 

 Ofeliya Musayeva 

 

Hafiz Cabbarov 

 

 

 

 

Bakı: Kövsər, 2011. 

 

 

Dərsliklə bağlı TQDK-ya daxil olan

 

və açıq müzakirələrdə 

bildirilmiş  qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış 

 

YEKUN RƏY 



 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmun baxımından; 

2. Dizayn və bədii tərtibat baxımından. 

 

1. Məzmun baxımından 

 

Dərslik  120  səhifə,  3  bölmə,  26  paraqrafdan  ibarət  olmaqla,  respublikanın 



ümumtəhsil  məktəblərində  qüvvədə  olan    tədris  proqramına  uyğun  hazırlanmışdır. 

Dərslik  məzmununa,  paraqrafların  və  yarımbaşlıqların  adlarına,  mətnlərin,  tarixi 

hadisə  və  proseslərin  təqdiminə  görə,  2005-2010-cu  illərdə  orta  ümumtəhsil 

məktəblərində  istifadədə  olmuş  “Yeni  tarix”  dərsliyi  ilə,  demək  olar  ki,  üst-üstə 

düşür. Tərtibatına, dizayn işlərinə, illüstrasiyaların zənginliyinə, rəngarəngliyinə, bəzi 

materialların  müasir  tələblərə  daha  uyğun  şəkildə  verilməsinə  görə  isə  əvvəlki 

dərslikdən  xeyli  fərqlənir.  Bununla  belə,  əvvəlki  dərsliklə  müqayisədə  bu  dərslikdə 

faktlar artmış, şrift kiçilmiş, dərsliyin dili xeyli ağırlaşmışdır. 



Səhifə 3-4. Girişdə fikir aydınlığı, ardıcıllıq yoxdur. 1-ci abzas çox mürəkkəb və 

qarışıqdır.  2-ci  abzasdakı  cümlələr  də  anlaşılmazdır.  Sxem  verildiyinə  görə  bu 

cümlələrə də ehtiyac yox idi. 

2-ci  abzasın  ilk  cümləsindəki  fikir  elmi  cəhətdən  mübahisəli  olmaqla  bərabər, 

sxemdəki tarixi inkişaf mərhələləri bölgüsü ilə üst-üstə düşmür. 

Yenə  orada  XX  əsrin  əvvəllərindən  sonrakı  dövrün  nə  adı,  nə  də  xronoloji 

çərçivəsi  verilmişdir.  Bu  da  həm  şagirdlərdə,  həm  də  müəllimlərdə  əlavə  suallar 

doğurur. 

Yenə  orada,  3-cü  abzasın  2-ci  cümləsi  elmi  baxımdan  qüsurludur.  Cəmiyyətin 

inkişafından və tələbatından geri qalan məhsuldar qüvvələr deyil, köhnəlmiş istehsal 

münasibətləridir. 

Yenə  orada,  sonuncu  cümlədəki  “...  dinc  yollarla”  ifadəsi  “...  islahatlar  yolu 



ilə” şəklində yazılsa idi, daha doğru olardı. 

Səhifə 4. 1-ci abzasın 1-ci cümləsində üslub xətası var; “yarandı” sözü əvəzinə, 

baş verdi” olmalıdır. Dəyişikliklər yaranmır, baş verir. 

Yenə orada, sərbəst sütunda verilmiş kapitalizm cəmiyyətinin tərifi natamamdır. 

Qaydaya  görə  predmet  və  hadisəyə  verilən  tərifdə  onun  ən  ümumi  və  səciyyəvi 

əlamətləri  göstərilməlidir.  Başqa  sözlə,  “kapitalizm  -  azad  sahibkarlığa  əsaslanan 



 

ictimai-iqtisadi  quruluşdur”.  Yaxud  “kapitalizm  -  istehsalın  azad  bazar  və  rəqabət 



mühitində xüsusi mülkiyyətə və muzdlu əməyə əsaslanaraq həyata keçirildiyi ictimai-

iqtisadi quruluşdur”

14-cü sətirdə  “sinif” anlayışından istifadə olunur, lakin bu anlayışın elmi izahı 

verilmir.  “Azad  bazar  iqtisadiyyatı”    “sivilizasiya”  ifadələrinin  də  izahı 

verilməyib. 

Yenə  orada,  2-ci  abzasın    2-ci  cümləsində    “adlandırıldı”  əvəzinə,  adlanır 

yazılsa, məqsədəuyğun olar. 

Yenə  orada,  4-cü  abzasın  sonundan  çıxan  nəticə  doğru  deyil.  Belə  ki,  XVII 

əsrdə  dünya  ölkələrində  müxtəlif  ictimai  quruluşların  mövcud  olması,  onların  

qeyri-bərabər  inkişafının  səbəbi  deyil,  təzahürüdür.  Səbəbi  isə  həmin  ölkələrin 

təbii-coğrafi şəraitinin və keçdikləri tarixi inkişaf yolunun müxtəlifliyindədir. 

Yenə  orada,  sonuncu  abzasda,  yeni  dövrdə  beynəlxalq  münasibətləri 

tənzimləyən Vestfal və Vyana sistemlərinin adı çəkilsə də, sistemlərin əsas prinsipləri 

haqqında heç bir məlumat verilmir. 

Sual  və tapşırıqların əksəriyyəti  qapalıdır,  düşündürücü deyil,  dərsin  gedişində 

interaktivliyə zəmin yaratmır. 

Səhifə  5.  Bölmənin  adı  “Qərbi  Avropa  ölkələri,  Rusiya  və  ABŞ  XVII-XVIII 

əsrlərdə”    kimi  verilsə  idi,  daha  doğru  olardı.  Çünki  müvafiq  paraqrafların  bir 

qismində,  o  cümlədən  paraqraf  1-də  tarixi  hadisələrin  şərhinə  XVII  əsrin  birinci 

yarısından başlanır. 

Həmin  səhifədəki  1-ci  yarımbaşlıqda    “XVIII  əsrin...”  deyil,  “XVII  əsrin...” 

ifadəsi olmalıdır. 

Yenə  orada,  4-cü  abzasın  2-ci  cümləsində  yazılır:  “Lakin  köhnə  qaydalar 



ticarətin  inkişafına  əngəl  idi”.  Burada  hansı  qaydalardan  söhbət  getdiyi  və  bu 

qaydaların ticarətin inkişafına necə və nə üçün mane olduğu izah olunmur. 



Səhifə  6.  1-ci  abzasın  2-ci  cümləsində  yeni  zadəganların  və  burjuaziyanın 

parlamentdə  əhəmiyyətli  rol  oynaması  barədə  yazılan  fikir  mübahisəlidir.  Çünki 

siyasi  hakimiyyətin  yeni  zadəganların  və  burjuaziyanın  əlinə  keçməsi  XVII  əsrin 

əvvəllərində deyil, ortalarında, inqilab nəticəsində baş vermişdir. Bu səbəbdən həmin 

cümlənin  aşağıdakı  redaktədə  verilməsi  məqsədəuyğun  olardı:  “Güclənməkdə  olan 

yeni  zadəganlar  və  burjuaziya  ilə  parlamentdəki  köhnə  feodal  aristokratiyası 

arasında mübarizə getdikcə kəskinləşirdi”. 



 

Yenə  orada,  5-ci  sətirdə  “inqilabi  şərait”  anlayışından  istifadə  olunur.  Lakin 



bunun nə olduğu izah olunmur. 

Yenə  orada,  15-ci  sətirdə  istifadə  olunmuş  “səmərəlilik”  və  “rasionalizm” 

sinonim sözlər olduğundan, birinin ixtisar olunmasına ehtiyac var. 

Səhifə  8.  2-ci  abzasın  2-ci  və  3-cü  cümlələrindən  belə  məlum  olur  ki,  dəmir 

geyim və düzgün idarəetmə Kromvel ordusunun qələbəsini təmin edən əsas amillər 

olmuşdur.  Fikir  bir  qədər  bəsit  və  mübahisəlidir.  Həm  də  “düzgün  idarəetmə” 

dedikdə nəyin nəzərdə tutulduğu aydın deyil. Əslində, parlament ordusunun həlledici 

qələbələr  qazanmasının  səbəblərini  Kromvelin  məharətli  sərkərdə  olmasında,  onun 

təklifi ilə orduda yüksək vəzifələrə əsl-nəcabətə görə deyil, xidmətə görə təyin edilmə 

qaydasının  tətbiq  olunmasında,  yeni  tipli  orduda  ciddi  intizam  və  mənəvi  ruh 

yüksəkliyinin mövcudluğunda axtarmaq lazımdır. 



Səhifə  9.  3-cü  abzasda  2  və  3-cü  cümlələr  mahiyyətcə  eyni  mənanı  verir  və 

həmin abzasın 1-ci cümləsi ilə ziddiyyət təşkil edir. 



Səhifə  11.  3-cü  abzasdakı  5-cü  cümlə  aşağıdakı  kimi  sadələşdirilməlidir:  “O, 

silahlı qüvvələrə rəhbərlik edir, adamları vəzifəyə təyin edir və xarici siyasətə nəzarət 

edirdi”. 

Yenə  orada,  4-cü  abzasın  sonuncu  cümləsindəki  “genişlənməsində”  sözü 

genişlənməsinə” kimi yazılmalıdır. 

Səhifə 12. 1-ci abzasın sonuncu cümləsində “ləğv” sözündən sonra “edə” sözü 

yazılmalıdır. 

Yenə  orada,  xronologiyada  Kromvelin  ölüm  tarixi  qeyd  olunduğu  halda, 

İngiltərədə  respublika  elan  olunması,  yaxud  bu  respublikaya  son  qoyulması  kimi 

vacib tarixlər göstərilmir. 

Ümumiyyətlə,  yaxşı  olardı  ki,  İngiltərə  burjua  inqilabı  ilə  bağlı  paraqrafların 

sonundakı  ümumiləşmiş  xronologiyalarda  inqilabın  başlanma  və  bitmə  tarixləri 

konkretləşə  idi.  Digər  tərəfdən,  İngiltərə  və  Fransa  kimi  ölkələrin  tarixindən  bəhs 

edilərkən,  sovet  tarixşünaslığının  təsirindən  qurtularaq  həmin  ölkələrin  öz 

tarixçilərinin  əsərlərindən  bəhrələnmək  məqsədəuyğun  olardı.  Belə  ki,  İngiltərənin 

özündə  burjua  inqilabı  kimi  adlandırdığımız  dövrü  çox  vaxt  başqa  cür,  daha  çox 

vətəndaş savaşı kimi və s. səciyyələndirirlər. 



Səhifə 13. Mövzunun adı ilə yarımbaşlıqlar arasında uyğunsuzluq var. 


 

Səhifə  14.  4-cü  sətirdə  “İspaniya  ərazilərini”  əvəzinə,  “İspaniya 



müstəmləkələrini” ifadəsinin yazılması daha düzgün olardı. 

Həmin səhifədə, sonuncu abzasda “aqrar çevriliş” ifadəsinin izahı verilsə idi, 

yaxşı olardı. 

Səhifə  15.  2  və  4-cü  abzasların  başlanğıcında  sənaye  çevrilişinin  XVII  əsrin 

60-cı  illərində  başlandığı  göstərilir.  Sənaye  çevrilişini  XVII  əsrin  70-ci  illərinə  aid 

etmək daha məqsədəuyğundur. 

Həmin  səhifədə,  4-cü  abzasda

 

sənaye  çevrilişinin  ölkənin  yüngül  sənayesində 



başlanmasının səbəblərindən biri kimi buradakı manufakturaların Şimali Amerika və 

Hindistandan  gətirilən  pambıqla  təchiz  olunması  göstərilir.  Bunlar  arasında  hansı 

səbəb-nəticə əlaqələrinin olması aydın deyil. 

Yenə  orada,  axırıncı  abzasın  3-cü  cümləsində  “gətirildi”  əvəzinə,  “gətirdi” 

sözünün yazılması məqsədəuyğundur. 

Səhifə 17. Nəzərdən keçirilən dövrdə Fransada ali qanunverici, icra və məhkəmə 

hakimiyyəti mütləq monarxa - krala məxsus olduğundan, “Baş Ştatlar (parlament) 



qanunvericilik  deyil,  məhkəmə  və  inzibati  orqan  kimi  fəaliyyət  göstərirdi” 

cümləsinin düzəlişə ehtiyacı var. 



Səhifə  18.  2-ci  abzasda  Avropa  tarixində  əhəmiyyətli  sayılan  Yeddillik 

müharibədən bəhs olunur. Dərsliyin bir çox mövzularında bu müharibənin adı çəkilsə 

də, ondan aydın bəhs olunmur. 

Səhifə  19.  Bastiliya  qalasını  “mütləqiyyətin  əsas  dayağı”  kimi 

səciyyələndirmək  tam  doğru  olmazdı.  Qaladan  zindan  kimi  istifadə  edilsə  də, 

1789-cu il iyulun 14-də onun alınması zamanı içərisində bir neçə dustağın saxlanması 

məlum olmuşdu. 

Həmin  səhifədə  1789-cu  ildə  baş  verən  4  hadisədən  3-nün  ayların  tarixləri  ilə 

verilməsinə ehtiyac yoxdur. 



Səhifə  20.  İlk  abzasın  ikinci  cümləsində  “azadlığının”  sözü  əvəzinə, 

asılılığının” sözü yazılmalıdır. 



Səhifə 21-24. Paraqraf  xronologiya ilə çox yüklənmişdir. Mövzuda 16 xronoloji 

fakt verilmişdir ki, bunun 12-də ayın tarixi də göstərilmişdir. XVIII əsrdə  baş vermiş 

hadisələri ayın tarixinədək öyrənməyin şagirdə faydasının olma ehtimalı azdır. 

Səhifə  23.  Fransa  əleyhinə  birinci  koalisiyanın  yaranma  tarixini  1793-cü  ilə 

deyil, 1792-ci ilə aid etmək doğrudur. 




 

Həmin  səhifədə  Yakobin  hakimiyyətinin  feodal  vergi  və  mükəlləfiyyətlərinin 



tamamilə və əvəzsiz ləğv edilməsi haqqında dekret verməsi  qeyd olunmamışdır. Bu 

dekret yakobinçilərin ən böyük xidmətlərindəndir. 



Səhifə  24.  Fransa  burjua  inqilabının  1794-cü  ildə  başa  çatması  mübahisəli 

fikirdir.  İnqilabın başa  çatması  tarixi ilə  bağlı indi də tarixçilər  arasında  yekdil  fikir 

yoxdur. Müasir Avropa ölkələrində bir çox tədqiqatçılar inqilabın ən azı 1799-cu ilə 

qədər davam etdiyini göstərirlər. 



Səhifə 25. Çin imperatorlarının “boqdıxan” adlandırılması düzgün deyil. Onlar 

yalnız XVI-XVII əsrlərə aid rus qramotalarında bu cür adlandırılmışlar. 



Səhifə  27.  Xronologiyada  ikinci  antifransız  koalisiyasının  yarandığı  tarixi 

göstərmək məqsədəuyğundur. 



Səhifə 29. 3-cü abzasın ilk cümləsində “növ” sözü artıqdır. 

Səhifə  34.  6-cı  abzasın  2-ci  cümləsində  yazılır:  “1703-cü  il  mayın  16-da 

Petropavlovsk qalası tikildi”. Belə çıxır ki, qala bir günə tikilib. 

Səhifə 34-39. Paraqrafda 20-dən çox il, 33 insan və yer adının verilməsi lazım 

olduğundan çoxdur. 



Səhifə 36. “Müqaviləyə görə, Azov dənizi Osmanlı dövlətinə qaytarılır, ...” 

cümləsini  “1711-ci  il  Prut  müqaviləsinə  əsasən,  Azov  qalası  Osmanlı  dövlətinə 



qaytarılır,  ...”  kimi  yazmaq  məqsədəuyğundur.  1696-cı  ildə  I  Pyotr  Azov  dənizini 

deyil, Azov qalasını tutmuşdu. 



Səhifə 40-43. 9-cu paraqrafda 4 müharibənin gedişi, nəticələri, Reç Pospolitanın 

bölüşdürülməsi,  20-dən    çox  xronoloji  fakt,  50-dək  coğrafi  yer  və  bir  çox  dövlət 

adları  verilmişdir.  Bu  qədər  informasiyanın  bir  dərs  vahidi  ərzində  keyfiyyətli 

öyrənilməsi qeyri-mümkündür. 



Səhifə 43. Xronologiyada II Rusiya-Osmanlı müharibəsinin bitmə tarixi 1792-ci 

il kimi verilib. Mətndə isə doğru olaraq, 1791-ci il kimi göstərilmişdir. Bundan əlavə, 

1795-ci ilə aid verilmiş sonuncu faktda “Polşanın” deyil, “Reç Pospolitanın” ifadəsi 

yazılmalıdır. 



Səhifə  44-49.  Paraqrafda  33  elm  və  mədəniyyət  xadiminin  adı,  30-a  yaxın 

xronoloji fakt, 14 əsər adı verilmişdir.  Qərbi Avropa və Rusiya  mədəniyyətinə həsr 

olunmuş  paraqraf  Qərbi  Avropa  və  Rusiya  arasında  qeyri-mütənasib  bölünmüşdür. 

Dərslik Rusiya dövlətində tədris edilmək üçün yazılmadığından, Rusiya ilə bağlı olan 




 

və dünya elminə, texnikasına təsir baxımından çox da mühüm əhəmiyyət daşımayan 



məlumatlara ehtiyac yoxdur. 

Yenə orada, adları çəkilən “zadəgan klassisizmi”  “barokko” anlayışlarının 

izahı verilməmişdir. 

Yenə  orada,  paraqrafın  sonunda  ən  mühüm  hadisələrin  xronologiyası 

verilməmişdir. 

Səhifə 51. Sonuncu abzasdan aydın olmur ki, XVIII əsrdə ABŞ əhalisinin çox 

hissəsini İngiltərədən, yoxsa İrlandiya və Almaniyadan köçüb gələnlər təşkil edirdi. 



Səhifə  54.  Yeni  yaranmış  dövlət  olaraq,  ABŞ-ın  ilk  paytaxtının  Filadelfiya 

olduğu qeyd olunsa, yaxşı olardı. 



Səhifə 57. 2-ci abzasda, “... 1791-ci ildə konstitusiyaya “Hüquqlar haqqında 

bill”  adlanan  10  düzəliş  qəbul  edildi”  cümləsində  müəyyən  qarışıqlıq  yaratdığına 

görə (İngiltərə, 1689-cu il) “Hüquqlar haqqında bill” ifadəsini ixtisar etmək yerinə 

düşərdi. 

Yenə orada, xronologiyada 1777-ci il tarixli Saratoqa döyüşü ilə əsaslı dönüşün 

başlanmasını da göstərmək olar. 

Səhifə  59.  1-ci  abzas  və  “xarici  səbəblər”dən  sonra  verilmiş  abzasdakı  fikir, 

demək olar ki, eynidir. 



Səhifə  64-65.  Osmanlı-Rusiya  müharibələrinə  aid  faktların  çoxu  paraqraf  9-da 

Rusiyanın xarici siyasəti ilə bağlı söylənmiş faktlarla eynidir. 



Səhifə  84.  Çeçen  və  inquş  torpaqlarının  işğalını  1781-ci  ilə  aid  etmək 

məqsədəuyğun deyil. “Yeni tarix 10” dərsliyində yazılmışdır: “1817-ci ildə general 



Yermolovun  göstərişilə  Qroznı  qalasının  əsası  qoyulduqdan  sonra  rus  hərbi 

hissələri Çeçenistanın və Dağıstanın içərilərinə doğru irəliləməyə cəhd etdilər”

Əgər ruslar Çeçenistana doğru 1817-ci ildə irəliləməyə cəhd ediblərsə, 1781-ci ildə 

çeçen torpaqlarını işğal etmələri real görünmür. Buna görə də 3-cü abzasın sonuncu 

cümləsini  çıxararaq,  əvəzinə  “1774-cü  ildən  sonra  Rusiyanın  Şimali  Qafqaza 



təcavüzünün  güclənməsi  ilə  barışmayan  dağlı  xalqları  ona  qarşı  mübarizəyə 

başladılar  və  bu  mübarizə  fasilələrlə  bir  əsrə  yaxın  davam  etdi”  cümləsini  əlavə 

etmək məqsədəuyğun olardı. 



Səhifə  86-88.  Sultan  Əhməd  məscidinin  tikilmə  tarixi  mətndə  1609-1619, 

xronologiyada isə 1609-1616-cı illər kimi verilmişdir. “Came” sözünün “məscid”lə 




 

əvəz  edilməsi  məqsədəuyğundur.  Ən  azı  həmin  sözlərin  eyni  məna  daşıması 



göstərilməlidir. 

Yenə  orada,  8-ci  abzasın  3-cü  cümləsində  kəndxudanın  xan  tərəfindən  təyin 

olunduğu qeyd olunmalıdır. 

Səhifə 95. Nadir şahın paytaxtı Məşhədə köçürməsini göstərmək faydalı olardı. 

Səhifə 98. Qacarlar sülaləsinin şəcərəsinin 10-cu sinf dərsliyində  verilməsi daha 

məqsədəuyğun olardı. 



Səhifə  99.  2-ci  abzasın  2-ci  cümləsindəki  “vilayətlər  və  şəhərlər  arasındakı 

ictimai əmək bölgüsü” ifadəsinin mənasını dəqiqləşdirməyə ehtiyac var. 

Yenə orada,  3-cü abzasda 2-ci cümlədəki fikri sonuncu cümlə təkzib edir. Əgər 

XVII  əsrin  ikinci  yarısında  Hindistanda  sənətkarlıq  məhsulları  daha  geniş  və  ucqar 

bazarlarda satılırdısa, deməli, ümumi bazar formalaşmışdı. 



Səhifə 100. Sonuncu abzasın 2-ci cümləsini “Onlar Volqa çayı ilə Həştərxandan 

Kazana və Moskvaya ticarət etmək üçün gedirdilər” kimi yazmaq məqsədəuyğundur. 

Səhifə  103.  2-ci  abzasın  ilk  cümləsi  qüsurludur.  Əfqan  dövləti  Hindistanda 

deyil, Hindistanın şimal-qərbində, Mərkəzi Asiyada yaranmışdı. 



Səhifə 104.  2-ci abzasda verilən fikirlər izahla üst-üstə düşmür. Ümumiyyətlə, 

birdən-birə  burada  iki  müxtəlif  Ost-Hind  şirkətindən  danışılması,  hələ  8-ci  sinifdən 

bu şirkəti ingilis şirkəti kimi tanıyan şagirdləri çaşdırır. 

Səhifə 106-107. İngilis-Maysor müharibələrinin hamısının illərinin verilməsinə 

ehtiyac yoxdur. 

 

2. Dizayn və bədii tərtibat baxımından 

 

 



Bəzi  səhifələr  (13,15,  17,  26,  29,  31  və  s.)  nömrələnməmişdir.  Ümumiyyətlə, 

mətnlərin dili ağır, məlumat yükü çox, onların təqdimatı cansıxıcıdır. Tez-tez fikirlər 

arasında  rabitə  pozulur.  Şəkillər  minimum  tələblərdən  az,  onların  əksəriyyətinin 

ölçüləri kiçikdir.  



Səhifə 8. Kral və parlament ordusu əsgərlərinin verilmiş şəkli mətnlə ziddiyyət 

təşkil  edir.  Belə  ki,  mətndə  vətəndaş  müharibəsinin  ilk  mərhələsində  parlament 

ordusu  əsgərlərinin  kral  əsgərlərinə  nisbətən  daha  pis  silahlandığı  yazıldığı  halda, 

şəkildə bu fərq görünmür. 




10 

 

Yenə  orada,  mətnin  ortasında  verilmiş  şəkillərin  mətni  bölmədən  aşağıya 



keçirilməsi pedaqoji baxımdan məqsədəuyğundur. 

Səhifə  13.  Xəritənin  aid  olduğu  dövrdə  Avstriya  və  Macarıstan  ayrı-ayrı 

dövlətlər  olduğundan,  ərazilərinin  eyni  rənglə  göstərilməsi  doğru  deyil.  Osmanlı 

imperiyasının Afrika mülkləri yarımçıq verilmişdir. “Azərbaycan” əvəzinə, “Səfəvi 

dövləti”, “Polşa” əvəzinə isə “Reç Pospolita” yazılmalıdır.  

Səhifə  36.  Xəritə  daha  diqqətlə  işlənməli,  aydın  olmalıdır.  “Rus 

qoşunlarırının”  əvəzinə,  “Rus  qoşunlarının”,  “monastr”  sözünün  əvəzinə, 

monastır” yazılmalıdır. 



Səhifə 67. Xəritədə Qara dənizin və Osmanlı dövlətinin adı yazılmamışdır. 

Bütün  xəritə  və  şəkillərin  adları  yaşıl  rəngli  fonda  verildiyi  halda,  burada 

xəritənin adı adi fonda verilmişdir. Bu, 71 və 106-cı səhifələrdəki xəritələrə də aiddir. 

Səhifə  81.  Verilmiş  xəritədə  İrəvan  və  Naxçıvan  xanlıqlarının  başqa  rənglə 

verilməsi,  Azərbaycan  adının  yalnız  şimal  xanlıqlarına  aid  edilməsi  elmi  səhvdir. 

Xəritədə  İrəvan  və  Naxçıvan  xanlıqları  da  verilməlidir.  Habelə  “Azərbaycan”  elə 

yazılmalıdır ki, cənubu da əhatə etsin. 



Səhifə  93.  Ərəb  İraqının  Səfəvilərə  yox,  Osmanlı  dövlətinə  məxsus  olması 

xəritədə xüsusi şərti işarə ilə fərqləndirilsə də, rənglə fərqləndirilməmişdir. 

Dərslik ciddi redaktə olunmalı və metodik baxımdan işlənməlidir. 

Nəticə 

 

1. Dərslikdə tədris proqramındakı  mövzular tam əhatə olunmuşdur.  



2.  Dərsliyin  forzas  səhifəsində  Dövlət  Himni  “Azərbaycan  Respublikasının 

Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap 

olunmayıb.  Himnin  adı  (“Azərbaycan  marşı”)  ixtisar  olunub.  Həmçinin  forzas 

səhifəsində  Dövlət  Gerbinin  rəngli  təsviri  “Dövlət   Gerbi   haqqında   Əsasnamə”nin 

təsdiq  edilməsi  barəsində  Azərbaycan  Respublikasının    1993-cü  il  23  fevral  tarixli 

Qanununun  tələblərinə  uyğun  çap  olunmayıb.  Bundan  əlavə,  dərslikdə  Azərbaycan 

Respublikasının dövlət rəmzlərinin təsvirlərinin  Azərbaycan Respublikasının dövlət 

rəmzləri haqqında  Azərbaycan Respublikasının  Konstitusiyasının 23-cü maddəsində 

verilən  ardıcıllıqla  (Azərbaycan  Respublikasının  Dövlət  bayrağı, Azərbaycan 

Respublikasının  Dövlət  gerbi  və  Azərbaycan  Respublikasının  Dövlət  himni)  çap 



olunması daha məqsədəuyğun olardı.

 

Yüklə 67,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə