Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
tarix07.08.2018
ölçüsü0,86 Mb.
#61004
növüDərs


 


 



 



 

Respublikanın ümumtəhsil məktəblərinin  

  11-ci sinifləri üçün “Azərbaycan tarixi”  dərsliyi 

 

 

Müəllif:

 

 

 

 

Xaqani Məmmədov 

Şövkət Tağıyeva 

Murad Vəliyev  

Şərqiyyə Məmmədova 

Ağası Hüseynov 

 

 

 

Bakı: Çaşıoğlu, 2009. 

 

Dərsliklə bağlı TQDK-ya daxil olmuş

 

və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər  

əsasında hazırlanmış 

 

YEKUN RƏY 

 

Tahir Qaffarov 

Əkbər Qocayev 

İsaqMəmmədov 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:



 

1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından. 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik  hazırda  respublikanın  ümumtəhsil  məktəblərində  qüvvədə  olan  tədris 

proqramı  əsasında  hazırlanaraq,  6  bölmədən  (“Azərbaycan  Xalq  Cümhuriyyəti”, 

“Cənubi  Azərbaycanda  milli-azadlıq hərəkatı”,  “Azərbaycan  20-30-cu  illərdə”, 

“Azərbaycan  İkinci  Dünya  müharibəsi  dövründə”,  “Azərbaycan  İkinci  Dünya 

müharibəsindən sonrakı dövrdə”, “Azərbaycan Respublikası”)15 fəsildən və 240 

səhifədən ibarət olmaqla, 55 paraqrafı əhatə edir. Tədris proqramında nəzərdə tutulan 

mövzular  dərslikdə  tam  əhatə  olunmuş,  proqramdan  kənar  heç  bir  mövzu  dərsliyə 

daxil  edilməmişdir.  Dərslik  “Ön  söz”lə  başlayır.  Dərslikdə  materiallar  xronoloji 

ardıcıllıqla verilmiş, müvafiq dövrün əhəmiyyətli hadisələri əhatə edilmişdir. Burada 

“Sənəd və materiallar” rubrikasının verilməsi təqdirəlayiqdir.  

Bununla yanaşı, dərslikdə müəyyən qüsurlar  var. Bunlar aşağıdakılardır: 



Səhifə 8. Zaqafqaziya Komissarlığının qanunverici, yoxsa icraedici hakimiyyət 

olduğu vurğulanmır. Ən başlıcası isə süqutun səbəbləri bir-iki cümlə ilə açılmalı idi. 

Mətnlərdə  rus  dilindəki  “Zaqafqaziya”  sözünün  “Cənubi  Qafqaz”  kimi  işlənməsi 

yaxşı olar. 

Axırıncı abzasda yazılıb: “Seymdə üç əsas fraksiya – menşevik,  müsavat və 

daşnak  fraksiyaları  var  idi”.  Menşevik  partiyası  Rusiyada  da  olduğuna  görə 

Seymdəki menşeviklərin gürcülərə məxsus olduğunu vurğulamaq məqsədəuyğundur. 



Səhifə 9.  Ümumrusiya  Müəssislər  Məclisinə seçkilərin  nəticələri  əks olunarsa, 

Seymin hansı prinsiplə formalaşdığı aydın olar. Zaqafqaziya Seymində lap əvvəldən 

Azərbaycan  fraksiyası  44  nəfərdən  ibarət  olmamışdır.  Onların  birləşməsi  mart 

soyqırımından sonra baş verib. 

3-cü  abzasda

1

  işlənmiş  “Türkiyə  Ermənistanı”  planının  mahiyyətinin  qısaca 



izah edilməsi məqsədəuyğundur. 

                                                 

1

Başlanğıcı əvvəlki səhifədə olan abzasın davamı yeni səhifənin əvvəlində 1-ci abzas kimi 



götürülür. İstinad:“Abzas - Mətnin bir sətirbaşından o biri sətirbaşına qədər olan hissəsi”. 

Azərbaycan Dilinin İzahlı Lüğəti, I cild; Bakı: Şərq-Qərb, 2006.

 



 



Səhifə 10. Mart hadisələrinin kökündə nəyin durması daha aydın şəkildə verilsə, 

daha  yaxşı  olar.  Bakı  Sovetinin  rəhbərliyinin  Azərbaycan  dövlətçiliyinə  qarşı  nə 

dərəcədə düşmən münasibətdə olması açıqlanmalıdır. 



Səhifə 13. Qəzaların adları dəqiq yazılmalıdır. “Kürdəmir” əvəzinə “Göyçay”, 

“Salyan” əvəzinə “Cavad” yazılarsa, daha doğru olar. 

“Yerli  erməni  və  rus-molokan  kəndliləri”  ifadəsinin  ixtisar  edilməsi 

məqsədəuyğundur.  Çünki  onlar  Azərbaycana  XIX  əsrin  1-ci  yarısında 

köçürülmüşdülər. 

Səhifə  14.  AXC-nin  soyqırımla  bağlı  1919-cu  ildə  yaratdığı  komissiyanın 

qərarını sənəd kimi mətnə əlavə etmək təklif edilir. 

2-ci paraqrafdan belə nəticə çıxır ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi 

cinayətlərdə  heç  bir  müqavimət  olmamışdır.  Ümumiyyətlə,  həmin  hadisələrin 

gedişində azərbaycanlıların şücaəti, inadlı müqavimət göstərmələri dərslikdə kölgədə 

qalır.  Halbuki  istər  Bakıda,  istərsə  də  soyqırım  törədilən  qəzalarda  erməniləri 

cavabsız  qoymayan  mərd  insanlar  çox  olub.  Lakin  onlar  pərakəndə  müqavimət 

göstərdiyindən ciddi nəticələrə nail olmamışlar. Bir-iki cümlə ilə azərbaycanlıların ən 

dəhşətli hallarda düşmənə cavab vermək bacarığına malik olduğunu vurğulamaq olar.  

Mart  soyqırımından  sonra  İmam  Qotsinskinin  və  Dərbənd  azərbaycanlılarının 

Bakıya yardıma gəlmələri haqqında məlumat verilsə, yaxşı olar. 

Səhifə 16. 1-ci abzasda göstərilir ki, Bakı XKS-nin hərbi qüvvələrinin sayı 18 

min nəfərə çatdırıldı. Ancaq səhifə 10-da isə göstərilir ki, soyqırım ərəfəsində Bakı 

Sovetinin 20 min silahlı qüvvəsi var idi.  

Səhifə  17.  Şaumyanın  Andronikə  məktubunun  səhifə  33-dəki  hadisələrlə 

əlaqələndirilməsi yaxşı olar. Belə ki, Andronik Naxçıvanda Sovet hakimiyyətini elan 

etdikdən  sonra  bu  iki  şəxs  AXC-yə  qarşı  hücumlarını  koordinasiya  etməyə 

başlamışdılar.  Bu zaman şagirdlərdə danışılan dövr barədə daha məntiqli və əlaqəli 

məlumat formalaşar. 

“May  ayının  26-da  Xəlil  bəy  Xasməmmədovun  Zaqafqaziya  hökumətinə 

ultimatumunda  göstərilirdi  ki  ...”  cümləsini  ya  çıxarmaq,  ya  da  mahiyyətini  tam 

açmaq lazımdır. 



Səhifə  18. 

Mətnin  informasiya  həcmi  böyük  olduğu  üçün  İstiqlal 

Bəyannaməsinin şərtlərini sənəddə vermək daha yaxşı olar. “İstiqlal bəyannaməsi”nin 

1-ci  maddəsində  Azərbaycanın  ərazisi  düzgün  göstərilməmişdir.  Əgər  Cənubi 

Qafqazda  3  müstəqil  respublika  yaranıbsa,  Azərbaycanın  ərazisi  Cənubi  Qafqazın 

cənub və qərbi deyil, cənub-şərqi olmalıdır. Bunu təsdiqləyən bir neçə mənbə də var. 




 

Azərbaycanın  bütün Şərq aləmində deyil, müsəlman Şərqində ilk dəfə olaraq 



demokratik respublika yaratması qeyd olunmalıdır.

 

Səhifə 19. Gəncədəki iyun böhranının mahiyyəti tam açılmayıb. 

M.  Ə.  Rəsulzadənin  Azərbaycan  hökumətinə  məktub  ünvanlayarkən  harada 

olduğu  məlum  olmur.  Həmçinin,  onun  Batum  müqaviləsinin  imzalanmasındakı 

iştirakına, Osmanlı 

sarayına 

göndərilmiş nümayəndə heyətinin tərkibindəki səmərəli 

fəaliyyətinə  yer  verilməsi  məqsədəuyğundur.  Paraqrafın  sonunda  “Sənəd  və 



materiallar”a  “Məhəmməd  Əmin  Rəsulzadənin  130  illik  yubileyinin  keçirilməsi 

haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı”nın  mətninin  əlavə 

edilməsi təklif edilir. 

Səhifə 20. 1-ci abzasda  9-cu sətirdə “iyunun 6-da Sovet Rusiyası Gürcüstana 

muxtariyyət verəcəyini vəd edirdi” yazılmalıdır. 

Səhifə  21.  3-cü  abzas  5-ci  sətirdə  “Bakı  XKS-nin”  ifadəsinin  əvəzinə  “Bakı 

Sovetinin”  ifadəsi  yazılmalıdır.  Həmçinin  Bakı  Sovetinin  25  iyul  iclasında  ingilis 

qoşunlarının çağırılmasına bolşeviklərin nəyə görə kəskin etiraz etmələrinin səbəbləri 

göstərilə bilər. 

Səhifə  22. 

2-ci  abzasın  sonunda  ermənilərin  inadlı  müqavimətinin  Türk-islam 

ordusunun  hücumunun  uğursuzluq  səbəbi  kimi  verilməsinin  özü  uğursuz  olmaqla 

yanaşı,  həm  də  inandırıcı  deyil.  Çünki  general  Denstervil  yazırdı  ki,  “Bakının 

müdafiə xəttinə türk ordularının çatmasına hələ xeyli qalmış ermənilər səngərləri tərk 

edib qaçırdılar. Bəzilərinin isə hətta qorxudan ürəyi partlayıb ölmüşdü”.

 

Səhifə 24. “Muğan Sovet Respublikası”nın bolşeviklərin təsiri ilə bölgənin rus 

kəndliləri  və  oraya  sığınmış  rus  hərbi  birlikləri  tərəfindən  yaradıldığının  qeyd 

edilməsi məqsədəuyğundur. 

Səhifə 25, 30. Müvafiq olaraq, 3-cü və 4-5-ci abzaslarda işlənmiş “Azərbaycan 

(türk) dili” ifadələrinin AXC dövründə dilimizin rəsmi adının “Türk dili” olduğunu 

nəzərə alaraq,  “Türk (Azərbaycan) dili” kimi verilməsi daha doğru olar.  



Səhifə  26.  III  hökumət  1918-ci  il  26  dekabrda  yaradıldığı  halda,  3-cü  abzasın 

1-ci cümləsində həmin hökumətin yeni təyinatları 25 dekabra aid edilmişdir. 



Səhifə 27. AXC-nin qadınlara seçki hüququ verən ilk müsəlman “ölkəsi” deyil, 

“dövləti” kimi qeyd etmək daha düzgün olar. 

Səhifə 29. IV hökumət martda deyil, apreldə yaranmışdı. 

Yenə həmin səhifədə  axırıncı abzasın sonuna “Aqrar məsələ həll edilmədi və 

bu  da  kəndlilərin  AXC  hökumətinə  etimadını  zəiflətdi”  fikrini  əlavə  etmək  təklif 

edilir. 



 



Səhifə  31.  Tarixi  faktları  azaltmaq  üçün  5-ci  abzasda  “Müsəlman  şərqini  



öyrənən cəmiyyət”in hansı hökumətin dövründə yaradıldığını göstərmək kifayətdir . 

Səhifə 33. 

1-ci abzasın sonunda verilmiş fikirləri təsdiq edən sənədin dərslikdə 

verilməsi son dərəcə vacibdir.

 

Səhifə  36-37.  AXC-nin  1918-ci  il  noyabrın  30-da  Dağlı  Respublikası  ilə 

müqavilə  bağlaması,  maliyyə  və  iqtisadi  yardım  göstərməsinin  verilməsi 

məqsədəuyğundur. 



Səhifə  38-39.  Paraqrafın  axırlarında  Britaniyanın  Cənubi  Qafqazla  bağlı 

siyasətində 1920-ci ilin yanvarında baş vermiş dəyişikliyə aydınlıq gətirilməsi həm o 

dövrdə,  həm  də  indi  Azərbaycanla  bağlı  geosiyasi  prosesləri  müəyyən  qədər 

anlamağa imkan verərdi. 



Səhifə 40. 

2-ci  sətirdə  Antanta  dövlətlərinin  Azərbaycana  yalnız  silah  və  hərbi 

sursatla yardım etmək qərarına gəldiyi vurğulanmalıdır. 

Türkiyə 


ilə 

Sovet 


Rusiyasının 

yaxınlaşması 

izah 

olunmalıdır. 



Həmçinin Denikinin kimliyinin açıqlanmasına ehtiyac var. 

Səhifə  41.  Beşinci  hökumət  kabinetinin  istefası  göstərilmiş,  amma  onun 

dördüncü kabineti nə zaman əvəz etməsi qeyd edilməmişdir. 



Səhifə 44. Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətləri faktı çox artırmamaq 

şərti ilə daha geniş, ətraflı şəkildə işıqlandırılmalıdır. 



Səhifə  52-53.  3-cü  abzas  3-cü  cümlədə  yazılır:  “Üsyançılar  iki  gün 

müddətində,  demək  olar  ki,  bütün  dövlət  idarələrini  ələ  keçirdilər”.  Sonrakı 

cümlədə  Xiyabaninin  aprelin  7-də  olan  nitqi  verilir.  Paraqrafın  1-ci  cümləsində  də 

üsyanın başlanması 7 aprel kimi göstərilir. Onda yuxarıda qeyd olunan faktın hansı 2 

gün ərzində görüldüyü sual doğurur. 

Sonuncu  cümlələr    arasında  əlaqə  yoxdur.  Burada  “Azərbaycan”  adının  nəyə 

görə dəyişdirilməsi barədə izah vermək məqsədəuyğundur. 



Səhifə  57.  Paraqrafın  sonuna  “Bu  üsyanın  təsiri  ilə  1921-ci  ildə  şah  hökuməti 

1919-cu ildə İngiltərə ilə bağlanmış qeyri-bərabər müqaviləni ləğv etdi” cümləsinin 

əlavə edilməsi məqsədəuyğundur. 



Səhifə  60. 

Bolşevik  hökumətinin  tədbirləri  xronoloji  ardıcıllıqla  verilsə,  daha 

yadda qalan olar. 

Səhifə  62.  Xoyskinin  sovet  hökuməti  tərəfindən  deyil,  birbaşa  ermənilər 

tərəfindən öldürüldüyü yazılmalıdır. 



Səhifə  64.  Qarabağ  üsyanının  sonluğu  olmadığından,  3-cü  abzasın  sonuna 

aşağıdakı cümlələrin əlavə edilməsi məqsədəuyğundur: “Üsyan iyunun 15-də Qırmızı 




 



Ordu  hissələrinin  Şuşanı  tutması  ilə 



yatırıldı.

  Sağ  qalan  üsyançılar 

Arazı  keçib 

Cənubi Azərbaycana getdilər



Səhifə  67.  4-cü    abzasda  Qarsda  imzalanmış  müqavilənin  hansı  dövlətlər 

arasında imzalanması  göstərilməyib.  Müqavilənin imzalanma  tarixi oktyabrın 13-də 

göstərilir. Səhifə 88-də isə xronologiyada Qars müqaviləsinin imzalanması oktyabrın 

23-də göstərilir.  

Səhifə  69.  ZSFSR-in  yaranması  mətndə  1922-ci  ilin  martında,  xronologiyada 

(səh. 88) isə 1922-ci ilin dekabrında yazılmışdır. Xronologiyadakı tarix düzgündür. 



Səhifə  69-70.  Azərbaycana  və  iki  qonşu  ölkəyə  SSRİ-nin  tərkibində  RSFSR, 

Ukrayna  və  Belarusa  verildiyi  kimi  hüquqlar  verilməməsinin  mərkəzin  müxtəlif 

respublikalara ikili münasibətinin nümunəsi olaraq göstərilməsi məqsədəuyğundur. 

Səhifə 70.  5-ci  abzasın  axırında  “1933-cü  ilədək”  ifadəsinin  əvəzinə  “1934-cü 

ilədək ifadəsinin yazılması məqsədəuyğundur. 

Səhifə 72. Əlavə oxu materialında Şuşa qəzası haqqındakı məlumatın verilməsi 

bir qədər dərsliyə uyğun gəlmir. 



Səhifə 78. 

Bakı-Batum neft kəməri əslində XX yüzilliyin əvvəllərində çəkilmiş, 

sənayeləşdirmə illərində (1920-ci illərin ikinci yarısı) isə sadəcə  bərpa edilmişdir.

 

89-cu  səhifədəki  xronologiyada  verildiyi  halda,  elektrik  dəmiryol  xəttinin 

istifadəyə verilmə ili (1926) mətndə göstərilməmişdir.

 

Səhifə 80. 1930-cu il üsyanları içərisində Şəmkirin Bitdili kəndi çıxarılmalıdır, 

digər  üsyanlara  münasibət  isə  birtərəfli  olmamalıdır.  Şəmkirin  Bitdili  kəndindəki 

üsyan  yalançı  imamın  zühuru  ilə  bağlı  idi.  İnsanların  dini 

hislərinə

  təsir  edib,  öz 

istəklərinə nail olmaq istəyən bir qrup fırıldaqçını sovet rejiminə qarşı xalq hərəkatı 

kimi  qələmə  vermək  düzgün  olmaz.  Digər  üsyanlarda,  məsələn,  Şəki  üsyanında 

əhalinin  əsasən  imtiyazlı  təbəqəsi  iştirak  etmiş  və  üsyanın  gedişində  hətta  7  nəfər 

müəllim  də  öldürülmüşdü.  Üs

yanların  səbəblərinin 

Sovet  rejiminin 

bölgələrdə 

yeritdiyi 

siyasətlə  yanaşı,

  cəmiyyətdə  öz  imtiyazlı  vəziyyətlərini  bərpa  etməyə  və 

qoruyub  saxlamağa  çalışan  qolçomaqların,  xurafatı  yayan  din  xadimlərinin  də 

rolunun  olduğu  təkzibolunmaz  faktlardır.  Sovetlərin  insanlar  arasında  kifayət  qədər 

maarifləndirmə  aparmadan,  yerli  şəraiti  nəzərə  almadan  islahatlara  getməsini 

vurğulamaq lazımdır. 



Səhifə 82. Bakıda ilk radio qurğusu 1919-cu ildə quraşdırılsa da, 1-ci abzasda bu 

tarix  1924-cü  ilə  aid  edilmişdir.  Sadəcə  Azərbaycan  radiosunun  1926-cı  ildə 

fəaliyyətə başlamasını göstərmək kifayətdir. 



 



Səhifə 84. 1937-ci il Konstitusiyasında xalqın “türk” adının “Azərbaycan xalqı” 

adı ilə dəyişdirildiyi vurğulanmalıdır. 

Səhifə 91. 3-cü abzasın 3-cü cümləsində  Rozenberqin kim olduğu məlum deyil. 

Səhifə 92. Edelveys planına görə, Bakı 1941-ci ildə deyil, 1942-ci ildə tutulmalı 

idi. 


Səhifə  93.  Həzi  Aslanovun  təltif  edildiyi  “Qırmızı  ulduz”  medal  deyil, 

ordendir.

 

Hüseynbala  Əliyevin  misilsiz  qəhrəmanlığı  qarşılığında  onun  “Sovet  İttifaqı 



Qəhrəmanı”  fəxri  adına  deyil,  yalnız  ordenə  layiq  görüldüyü  göstərilərsə,  Sovet 

rəhbərliyinin müxtəlif millətlərin nümayəndələrinə olan qərəzli münasibəti, həmçinin, 

Azərbaycandan 

cəbhəyə 


yollananlar  arasında  47  azərbaycanlı  və  74 

qeyri-azərbaycanlının  “Sovet İttifaqı  Qəhrəmanı”  fəxri  adına layiq görülməsi kimi 

təəccüb doğuran uyğunsuzluq qismən aydınlaşar. 

Səhifə  93.  Adil  Quliyevin  “Sovet  İttifaqı  Qəhrəmanı”  adını  almış  yeganə 

təyyarəçi olması göstərilə bilər. 



Səhifə  98-99.  Paraqraf  26  bir  yarımbaşlıq  altında  verilib.  1-ci  yarımbaşlığı 

olduğu  kimi  saxlayaraq,  2-ci  yarımbaşlığı    “Azərbaycan  SSR-in  kənd  təsərrüfatı 



müharibənin xidmətində” adı altında vermək olar. 

Səhifə  110.  SSR  Elmlər  Akademiyasının    yaradılma  tarixi  1945-ci  ilin  yanvar 

ayına aid edilmişsəhifə 114-də xronologiyada isə mart ayı göstərilmişdir. 



Səhifə  114.  Xronoloji  ardıcıllıqda    Milli  hökumətin  süqutu  ilə  Təbriz 

Universitetinin açılmasında ardıcıllıq düzgün verilməmişdir. 



Səhifə 116. Paraqrafın mətni 1 yarımbaşlıq altında verilmişdir. Mətnin müvafiq 

hissələrinin “Sovet totalitar rejiminin güclənməsi şəraitində milli hərəkat” (və yaxud 

buna bənzər) yarımbaşlığı adı altında verilməsi daha məqsədəuyğundur. Bu halda bir 

sıra  faktlara  müraciət  etməklə  Azərbaycanda  azadlıq  mübarizəsinin  davamlı  olması 

baxımından I və III respublika arasında bir növ körpü yaradılmış olar. 

Səhifə 120. SSRİ  Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarı 1936-cı 

il konstitusiyasına uyğun deyildisə, bunu  bir cümlə ilə  mətnə əlavə etmək lazımdır. 



Səhifə  121.  3-cü  abzasda  verilmiş  “40  ildən  sonra  80-ci  illərin    sonunda  isə 

soydaşlarımız Ermənistandan sonuncu nəfərinədək zorla çıxarıldılar” cümləsi ilə 

səhifə  145-də  3-cü  abzasda  verilmiş  “Sonuncu  Azərbaycanlı  kəndi  Nüvədi 

kəndinin 1991-ci il avqustun 8-də boşaldıldı” cümləsi  ziddiyyət yaradır. “40 ildən 

sonra 90-cı illərin əvvəlində soydaşlarımız Ermənistandan sonuncu nəfərinədək zorla 

çıxarıldılar” cümləsini işlətməklə ziddiyyəti aradan qaldırmaq olar. 


 



Səhifə  133-134.  Heydər  Əliyevin  xidmətləri  siyahısında  Bakının  müharibə 

dövründə xidmətinə görə Lenin ordeninin alması faktı da verilməlidir. 

Səhifə 135. Sov.İKP MK Siyasi Bürosunun nə demək olduğu, oraya üzv olmağa 

nə  qədər  yüksək  vəzifəli  şəxsin  iddialı  olduğu  qısa  şəkildə  izah  edilərsə,  Heydər 

Əliyevin oraya üzv seçilməklə, SSRİ rəhbərliyində nə dərəcədə yüksəlməsi şagirdlərə 

daha aydın olar. Ümumiyyətlə, dünyanın o dövrdəki iki ən güclü dövlətindən birinin 

bilavasitə  rəhbərliyində  təmsil  olunmaqla  həmyerlimizin  dünya  siyasətinin 

müəyyənləşdirilməsində  iştirakının  vurğulanması  şagirdlərdə  layiqli  iftixar  hissi 

oyadar. 

Səhifə  138.  3-cü  abzasda  70-ci  illərdə  Bakıda  “Moskva”  mehmanxanasının 

tikildiyi  qeyd  olunur.  “Moskva”  mehmanxanası  söküldüyündən,  bu  faktın 

çıxarılması məsləhətdir. Müasir dövrdə həmin mehmanxananın yerində tikilmiş “Üç 

Alov” binalarını göstərmək olar. 



Səhifə  141.  Kosmik  Elmi  Tədqiqatlar  Mərkəzi  Elmi  Birliyinin  1987-ci  ildə 

yaradıldığı göstərilir. Bu tarix 7 cildlik Azərbaycan tarixində 1978-ci il göstərilib.  



Səhifə 144. 4-cü abzasda  qeyd edildiyi kimi, ermənilər Azərbaycan torpaqları 

hesabına  Ermənistan    dövləti  deyil,  Böyük  Ermənistan  yaratmaq  istəyirdilər.  Çünki 

ermənilər Ermənistan dövlətini artıq 1918-ci ildə yaratmışdılar. 

Səhifə 145. 3-4-cü  abzaslarda  yazılıb:  “1991-ci il avqustun  8-də  Ermənistan 

SSR-də  sonuncu  azərbaycanlı  kəndi  olan  Nüvədi  (Mehri  rayonu)  boşaldıldı. 

Bununla  da  Azərbaycanlıların  dədə-baba  torpaqlarından  kütləvi  şəkildə 

qovulmasının sonuncu mərhələsi başa çatdı”. Lakin  səhifə 159-da xronologiyada  

azərbaycanlıların  kütləvi  deportasiyasının    başa  çatdırılması  tarixi  1988-ci  ilin 

dekabrına aid edilmişdir. Dəqiqləşdirilməsi məsləhətdir. 

Səhifə  147.  “Azərbaycan  SSR-in  suverenliyi  haqqında”  Konstitusiya 

Qanununun mahiyyəti izah edilsə, onun nəyə görə milli-demokratik hərəkatın mühüm 

qələbəsi kimi təqdim edilməsi anlaşılar. 

Səhifə 151. 1-ci cümlədə Cənubi Azərbaycanda Milli hökumətin yaranmasının 

ildönümü    günündən  danışılır.  “Milli  hökumət”  sözündən  sonra  mötərizədə  onun 

ilini göstərmək yaxşı olar. 

Səhifə 152. Təbriz üsyanının Pəhləvi monarxiyasına zərbə vuran ilk xalq çıxışı 

olması elmi nöqteyi-nəzərdən kifayət qədər mübahisəlidir. Dərsliyin rus dilində olan 

variantında olduğu kimi, cümlədən “ilk” sözünün çıxarılması məqsədəuyğundur.  

Səhifə 153. §41-də İran inqilabının fevralın 16-da başa çatdığı bildirilir. Lakin 

§42-də 1-ci cümlədə inqilabın 1979-cu il fevralın 11-də  başa çatdığı bildirilir.  




 

10 


Səhifə 154. 3-cü abzas 1-ci cümlədə İran-İraq müharibəsinin Azərbaycan üçün 

nəticəsini vermək  yaxşı  olar. 



Səhifə  155.  Konstitusiyanın  15-ci  maddəsinin  nə  üçün  Azərbaycana  aid 

edilmədiyini açmaq lazımdır. 



Səhifə 159. Xronologiyada Heydər Əliyevin 1987-ci ildə istefa verdiyi deyilsə 

də, mətndə bu haqda heç bir məlumat verilməmişdir. 

Xronologiyanın  sonunda  Heydər  Əliyevin  Naxçıvan  MR  Ali  Məclisinə  sədr 

seçilmə tarixi 1991-ci il 4 sentyabr, lakin səhifə 162- 3 sentyabr göstərilmişdir. 



Səhifə  163.  Bəzi  2-ci  dərəcəli  faktları  ixtisar  edərək,  əvəzinə  İslam  Konfransı 

Təşkilatı,  İqtisadi  Əməkdaşlıq  Təşkilatı  haqqında  qısa  məlumat  verilməsi 

məqsədəuyğundur. 

Səhifə  165.  2-ci  abzas  2-ci  sətirdə  “Dağlıq  Qarabağ  Respublikası”nın  elan 

edilməsi” ifadəsi işlənib. Bu cümlənin ardınca yazılmalıdır: “Erməni separatçılarına 

cavab  olaraq  Azərbaycan  Respublikası  tərəfindən  DQMV  1991-ci  il  26  noyabrda 

ləğv edildi”. Dərslikdə DQMV-nin ləğvi barədə heç bir məlumat verilməmişdir. 

Yenə həmin səhifədəki 4-cü abzas 1 cümlədən ibarətdir. Bu mövzunun birinci 

yarımbaşlığında  təkcə  məğlubiyyətlərlə  bağlı  deyil,  düşmənlə  üz-üzə  durub  ona 

müqavimət göstərən igidlər haqqında heç olmazsa bir-iki cümlə ilə məlumat vermək 

ədalətli olar. Bundan əlavə, döyüşçülərin döyüş qabiliyyətini yüksəltmək və döyüşdə 

fərqlənənləri  qiymətləndirməkdən  ötrü  “Milli  Qəhrəman”  adının,  “Şah  İsmayıl” 

ordeninin  təsis  edilməsi  haqqında  sənədlərin  tarixi,  bu  adın  ilk  daşıyıcısı  və  bu 

ordenlə təltif olunanlar haqqında məlumat verilməsi təklif edilir. 

Səhifə  167.  Şuşanın  süqutu  mayın  9-u  göstərildiyi  halda,  dərsliyin  sonundakı 

xronologiyada (səh.217) 8 may kimi verilmişdir. 



Səhifə 168. Laçının işğalı mayın 18-i göstərildiyi halda, səhifə 217-də bu tarix 

17 may kimi verilmişdir. 



Səhifə 168-170. 45-ci paraqrafın mətni bir neçə yarımbaşlıq altında verilə bilər. 

Məsələn, səhifə 170-dəki məlumatların “Cəbhədə vəziyyət” adı altında birləşdirilməsi 

təklif edilir. Belə olan halda, söhbətin  nədən getdiyi aydın olar. 

Səhifə  170.  Kəlbəcərin  işğal  tarixi  mətndə  aprelin  3-ü  göstərildiyi  halda, 

xronologiyada (səh.217) 3-4 aprel kimi göstərilmişdir. 

Kəlbəcərin  işğalı  zamanı  müəssisə,  ev,  heyvan,  quş  və  xalçaların  sayı  şagird 

üçün  lüzumsuz  rəqəmlərdir.  Əvəzində  BMT  TŞ-nin  müvafiq  qətnamələrinin 

verilməsi məqsədəuyğundur. 



 

11 


Səhifə  171.  Naxçıvan  MR-ə  enerji  verilməməsinin,  Bakı-Naxçıvan  qatarının 

hərəkətinin  dayandırılmasının,  Naxçıvan  MR-in  blokadaya  alınmasının  sanki  o 

zamankı  Azərbaycan  rəhbərliyi  tərəfindən  həyata  keçirilmişdir  Ermənistanın 

təcavüzkar  siyasəti  ilə  bağlı  olduğu  vurğulanmalı,  bu  blokadanın  təsirini  mümkün 

qədər  azaltmaq  məqsədilə  atılan  addımlar  haqqında  daha  ətraflı  məlumat  verilməsi 

məqsədəuyğundur.  



Səhifə  172.  1992-ci  il  may  ayında  Dövlət  himninin  qəbulu  Milli  Məclislə 

bağlıdırsa, onda sonrakı illərdə Ali Sovet adının işlədilməsi düzgün deyil. Məsələn, 

5-ci abzasda “Ali Sovet” ifadəsi işlənmişdir. 

Səhifə  173.  4-cü  abzasda  1993-cü  il  15  iyun  tarixdə  Heydər  Əliyevin  Ali 

Sovetin  sədri  seçildiyi  yazılmışdır.  Bir  respublikada  digər  qanunverici  orqanın  ola 

bilməsi  sual  doğurur.  Milli  Məclisin  yaranma  prosesinin  izahının  verilməsi  təklif 

edilir. 


Yenə həmin səhifədə 5-ci abzas 1-ci cümlədə Elçibəyin 1993-cü il iyulun 18-də 

paytaxtı  tərk  etdiyi  göstərildiyi  halda,  sonrakı  cümlədə  iyunun  24-də  prezident 

səlahiyyətlərinin  Heydər  Əliyevə  verildiyi  yazılmışdır.  Elçibəyin  paytaxtı  iyunun 

18-də tərk etdiyi göstərilsə, daha doğru olar. 

Səhifə  173.  S.Hüseynovun  və  səhifə  174-də  verilmiş  “sadvalçılar”ın  kim 

olduqları məlum deyil. 



Səhifə 174. 2-ci abzasda Ağdam, Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğal 

tarixlərinin də göstərilməsi təklif edilir. 



Səhifə  175.  Dövlət  Müdafiə  Şurasının  yaranma  tarixi  səhifə  170-dəki  ilk 

abzasdakı məlumatla ziddiyyət təşkil edir. 



Səhifə 210. Mətnin sonunda verilən sənədin mövzu ilə bağlılığı yoxdur. 

Səhifə 212. Ki-Uest danışıqlarının tarixinin yazılması məqsədəuyğundur. 

Dərslikdə  Azərbaycanın  Milli  Qəhrəmanlarına  daha  geniş  yer  ayrılmasına, 

TQDK-nın yaradılmasına (əvvəlki dərslikdə həmin məlumat var idi) və fəaliyyətinin 

təhsil  sisteminə  təsiri  barədə  qısa  məlumata  ehtiyac  var.  Habelə  son  illərdə 

Azərbaycanın əldə etdiyi uğurların əlavə edilməsi vacibdir. 

 

2. Dil və yazı üslubu baxımından 

 

Dərsliyin dili sadə və anlaşıqlı olsa da, bəzi paraqraflarda həddindən artıq uzun, 



faktla yüklənmiş cümlələrə rast gəlinir.  


 

12 


Dərslikdə  ən  çox  nəzərə  çarpan  məqamlardan  biri  də  bəzi  tarixi  şəxsiyyətlərin 

yalnız  soyadının  göstərilməsidir.  Bu  da  ümumi  qaydaya  uyğun  gəlmir.  Çünki 

mətnlərdə  soyad  ilə  yanaşı  adın  baş  hərfi  də  verilir.  Məsələn,  səhifə  11-də  general 

Talışinskinin, səhifə 21-də ingilis generalı Denstervilin, səhifə 37-də ingilis generalı 

Tomsonun, səhifə 42-də Tuxaçevskinin, səhifə 64-də peşəkar hərbçi Əhmədiyevin və 

başqalarının  adları,  yaxud  adlarının  baş  hərfləri  göstərilməmişdir.  Səhifə  26-da 

S.Mehmandarovun,  səhifə  27-də  Ə.Topçubaşovun,  səhifə  29-da  N.Yusifbəylinin, 

səhifə    41-də  2-ci  abzasda  M.H.Hacınskinin  adları  açıq  yazılsa,  daha  yaxşı  başa 

düşülər.  Maq-Donel,  Delli,  Haksli,  Vüsuqüddövlə,  “Maiten”  qəzeti  kimi  xüsusi 

isimlər dərsliyi lüzumsuz yerə yükləyir. 

Bəzi  ifadə,  anlayış  və  terminlərin  mənasının    açıqlanmaması  şagirdlərin 

materialları  mənimsəməsində  çətinlik  yaradır.  Məsələn,  səhifə  68-də  “bolşevik 

emissarları”,  səhifə  75-də  “Muxtar  Vilayəti”,  səhifə76-da  “muxtar  ölkə”,  səhifə 



79-da “kulak”, səhifə 83-də “proletariat  diktaturası”, səhifə  84-də “Stalin modeli”, 

səhifə 98-də “kartoçka sistemi” anlayışlarının  mənasının açıqlanmasına ehtiyac var. 

Şəxsiyyətlərin  adının  və  soyadının  verilməsində,  istilah  və  anlayışların 

mənasının  açıqlanmasında,  cümlələrin  həcmində  vahid  qayda  yoxdur.  Mətnlərdə 

xeyli sayda cümlələrin tərkibində çoxlu sözlərdən istifadə olunub. Səhifə 100-də 2-ci 

abzasın 3-cü cümləsi 35, səhifə 103-də 4-cü abzasın 2-ci cümləsi 37, səhifə 104-də 

axırıncı abzasın 1-ci cümləsi 37, 2-ci cümləsi 28, səhifə 105-də 3-cü abzas 34 , səhifə 



109-da    axırıncı  cümlə  30,  səhifə  112-də  2-ci  abzasda    iki  cümlənin  hər  biri  28, 

səhifə  161-də  1-ci  abzasın  axırıncı  cümləsi  32,  səhifə  169-da  6-cı  abzas  39,  səhifə 

193-də  3-cü  abzasın  2-ci  cümləsi  81  sözdən  ibarətdir.  Cümlələr  arasında  əlaqələr 

yoxdur.  Bəzi  paraqrafların  adı  çox  böyükdür.  Onların  daha  yığcam  ifadə  olunması 

təklif edilir.  

Dərsliyin  dil  və  yazı  üslubu  baxımından  başqa  qüsurları  da  var.  Bunlar 

aşağıdakılardır: 

Səhifə  13.  T.Əmirovun  adı  (Tatevos)  göstərilmədiyindən  və  abzasın  əvvəlində 

söhbət  bolşevik-daşnak  birləşmələrindən  getdiyindən, 

onun  erməni  olması  bilinmir. 

Çaşqınlıq yaratmaması üçün soyadın “Amiryan” kimi verilməsi yaxşı olar. 



Səhifə  16.  “Milliləşdirmə”  sözü  ilk  dəfə  burada  işləndiyi  halda,  onun  izahı  

səhifə 61-də verilmişdir.

 

Səhifə  19.  1-ci  abzasın    axırıncı  cümləsində  “hərarətlə”  ifadəsinin  əvəzinə 

sevinclə, ruh yüksəkliyi” ilə yazmaq məqsədəuyğundur. 



 

13 


Səhifə  20.  1-ci  abzasda  “Sovet  Rusiyasının  Gürcüstanın  muxtariyyətini 

tanıyacağını  vəd  edirdi”  deyil,  “XKS-in  Cənubi  Qafqazda  hakimiyyəti  bərpa 

olunarsa,  Gürcüstana  Sovet  Rusiyası  tərəfindən  muxtariyyət  verilə  bilər”  yazılması 

məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  “Hacıqabul-Kürdəmir-Müsüslü”  ifadəsini  çıxarmaq 

daha  yaxşı  olar.  Çünki  əvvəlki  cümlədə  dəmiryol  xətti  boyunca  hücum  qeyd 

edilmişdir. 

Səhifə 21. 3-4-cü abzaslarda “sağ eser” ifadəsinin əvəzinə “eser” yazıla bilər. 

Yenə  həmin  səhifədə  4-cü  abzasda  “Sentrokaspi  və  Sovetin  Müvəqqəti 

İcraiyyə    Komitəsi  Rəyasət  Heyəti  Diktaturası”  ifadəsinin  əvəzinə  “Sentrokaspi 

diktaturası” ifadəsini işlətmək  kifayətdir. 

Səhifə 22. 2-ci abzasdakı “quduzcasına” sözünün dəyişdirilməsi təklif edilir. 

Yenə həmin səhifədə 3-cü abzasın 4-cü cümləsində “Nəticə” deyil, “Nəticədə” 

yazılmalıdır. 



Səhifə 24. 3-4-cü abzasların səhifə 33-34- verilməsi məqsədəuyğundur. 

Səhifə 27. Seçkilərin keçirilməsi mümkün olmadığından, parlamentdəki yerlərin 

hansı prinsiplə bölüşdürülməsinin (kooptasiya) göstərilməsi təklif edilir. 



Səhifə 30. 2-ci abzasda “arbitraj” sözünün açıqlanmasına ehtiyac var.

 

Səhifə 33. Qarabağ general-qubernatorunun adının “Xosrov bəy Sultanov” kimi 

yazılması daha doğrudur. 

Səhifə 37. Sərbəst sütunun sonunda verilmiş izahda “tanınma” sözü artıqdır. 

Səhifə  38.  2-ci  abzas  1-ci  cümlə  belə  yazılsa  daha  aydın  olar:  “Nümayəndə 

heyəti Parisə getmək üçün 1919-cu il  yanvar  ayının 8-də İstanbula yola düşdü”. 

Yenə  həmin  səhifədə  sərbəst  sütunda  “memorandum”  anlayışının  izahı 

natamamdır. Onun izahının “Memorandum – lat. “yadda qalmalı olan”, hər hansı bir 



məsələ ilə əlaqədar hökumətin mövqeyini izah edən diplomatik sənəd” kimi verilməsi 

məsləhətdir. 



Səhifə  44.  Süqut  səbəbləri  arasında  “siyasi-iqtisadi  islahatların  aparılması” 

ifadəsində “siyasi” sözünün əvəzinə “sosial” sözünün yazılması daha doğru olar. 



“Ən  yeni  tarix”  kursundan  İspaniyadakı  vətəndaş  savaşı  hələ  tədris 

olunmadığından, 1-ci abzasın axırında işlənmiş “beşinci kolon” ifadəsinin mahiyyəti 

şagird üçün anlaşılmaz qalır. 

Səhifə  52.  1-ci  cümlə    “ermənilərin    azərbaycanlılara  qarşı  təşkil  etdiyi 

soyqırım şəraitində  ADF  öz fəaliyyətini   daha da genişləndirirdi” şəklində yazılsa 

daha yaxşı olar. 




 

14 


Yenə həmin səhifədə 3-cü abzasın axırıncı cümləsində  “Təbrizdən”  ifadəsini  

şəhərdən” ifadəsi ilə əvəz etmək məqsədəuyğundur. 



Səhifə  61.  Son  abzasda  “qurultaylararası”  sözünün  əvvəlinə  “sovetlər” 

sözünün əlavə edilməsi məqsədəuyğundur. 



Səhifə 62. Sonuncu  abzasda “XTŞ” abreviaturasının açılışı təklif edilir. 

Səhifə  63.  “Ərzaq  sapalağı”  sözü  ilk  dəfə  bu  səhifədə  qeyd  edilsə  də,  izahı 

verilməmişdir. Səhifə 72- bu bir qədər ətraflı yazılsa da, mahiyyət qeyri-müəyyən 

olaraq qalır. 

Səhifə  72.  “Bütün  artıq  taxıl,  yağ,  yem,  mal-qara  kəndlilərdən  möhkəm 

qiymətə  alınmağa  başladı”  cümləsində  “möhkəm  qiymət”  ifadəsi  aydın  deyil. 

Cümlənin “Bütün ərzaq məhsullarının ailələrin tələbatından artığı dövlətə verilməli 



idi” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  73.  3-cü  abzasda  “İlk  vaxtlar  burada  şəraitlə  əlaqədar”  ifadəsində 

“şərait”  sözünü  “yerli  şərait”  ifadəsi  ilə  əvəz  etmək  məqsədəuyğundur.  Həmçinin 

çanaq  vergisinin  izahı  aydın  yazılmalı,  “girvənkə”  sözünün  “kq”  ilə  ekvivalenti 

verilməlidir. Çanaq vergisinin ərzaq vergisi ilə əvəzlənməsinin səbəbləri də yazılsa, 

daha yaxşı olar. 



Yenə həmin səhifədə “YİS”-in izahı zamanı “dövlət kapitalizmi” anlayışından 

istifadə etmək bu sistemi anlamağı asanlaşdırardı. 



Səhifə  74.  Turbobur  vasitəsilə  quyu  qazılmasının  dünyada  ilk  dəfə 

Azərbaycanda həyata keçirildiyini qeyd etmək məqsədəuyğundur. 

Lüğətdə “krekinq” və “turbobur” sözlərinin izahınının verilməsi təklif edilir. 

Səhifə 77. “SSRİ-nin yeganə duru yanacaq-neft bazası olan Bakı” ifadəsində 

“yeganə” sözü “başlıca” sözü ilə əvəz edilməlidir. 

Səhifə 79. Yuxarıda verilmiş “kolxoz”, “kommuna” , “artel” sözlərinin izahını 

mövzudan kənarda vermək olar. 



Səhifə  80-83.  “Mədəni  quruculuq”  paraqrafında  40-dək  tarix,  31  şəxs  adı 

verilmişdir. 



Səhifə 85. 5-ci abzasda işlədilən “deportasiya” sözünün  mənası  səhifə 119-da 

verilmişdir. 



Səhifə  116-119.  Mövzu  1  yarımbaşlıq  altında  işlənmişdir.  Halbuki  mövzu  3 

yarımbaşlıqda  (1-ci    olduğu  kimi,  2-ci    “Yeni  repressiyalar”,  3-cü  “Quruluşa  qarşı 



mübarizə” adı altında) verilə bilər. 


 

15 


Səhifə  117.  2-ci  abzasda  1-ci  cümlənin  “Sovet  hökuməti  azərbaycanlılara 

etibar  etmir”  hissəsinin  “Sovet  hökuməti  azərbaycanlılara  qarşı  ayrı-seçkilik 

siyasəti yürüdür” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  120.  3-cü  abzasda  işlənmiş  “toponim”  sözünün  izah  edilməsi 

məqsədəuyğundur. 



Səhifə  122.  İslah  Əmək  Düşərgələri  Baş  İdarəsi”  (QULAQ)  ifadəsinin  rus 

dilindən tərcüməsi tam verilməmişdir. 



Səhifə  123.  1-ci  abzasda  Mixail  Suslovun  kim  olduğu  izah  edilmədiyindən, 

ixtisar edilməsi məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  4-cü  abzasda  ilk  iki  cümlənin  birləşdirilərək  belə 

yazılması  məqsədəuyğundur:  “1959-cu  ildə  İ.  Mustafayev  millətçilikdə 



təqsirləndirilərək Azərbaycan rəhbərliyindən uzaqlaşdırıldı”. 

Səhifə 124. 4-cü abzasın 3-cü cümləsi növbəti səhifədə təkrar verilmişdir. 

Axırıncı cümlə qrammatik cəhətdən yaxşı alınmayıb. Onun  “Dənizdə qazılmış 



ilk neft quyusu  fontan vurdu” kimi yazılması təklif edilir. 

Səhifə  126.  3-cü  abzas  bütünlüklə  bir  cümlədir  və  34  sözdən  ibarətdir. 

Ümumiyyətlə,  bu  paraqraf,  faktoloji  məlumatlarla  həddindən  artıq  yüklənmişdir. 

Məlumatları ixtisar edərək, əvəzinə Azərbaycan SSR-in iqtisadi və inzibati xəritəsini 

vermək olar. 



Yenə  həmin  səhifədə  4-cü  abzasın  3-cü  sətrində  “yeirilmirdi”  əvəzinə 

yetirilmirdi” yazılmalıdır. 



Səhifə  127.  3-cü  abzasda  verilmiş  “Şəhər  əhalisi  sürətlə  artırdı.  Onun  da 

yarısı şəhərlərdə yaşayırdı” cümlələrinə düzəliş etmək lazımdır. 

Səhifə 129-132. Mədəniyyət  mövzusu faktoloji məlumatlarla yüklənmişdir. Ev 

muzeylərinin açılma tarixlərini, əsər adlarını ixtisar etmək məqsədəuyğundur. 



Səhifə 129. 2-ci abzasın 7-ci cümləsində “məcburi” sözünün “icbari”  sözü ilə 

əvəzlənməsi məqsədəuyğundur. 



Səhifə 135-139. Paraqrafda verilmiş statistik məlumatları mətnə yazmaq əvəzinə 

iqtisadi və sosial inkişafa dair qrafik və diaqramlar vermək mövzunun tədrisini daha 

maraqlı  edər,  şagirdin  mənimsəməsinə  müsbət  təsir  göstərər.  Həmçinin  şəkillərin 

artırılması hesabına mətndəki informasiya yükü azalar. 



Səhifə  144-146.  “Stepanakert”  adının  əvəzinə  “Xankəndi”  adının  işlədilməsi 

məqsədəuyğundur. 



Səhifə  145.  4-cü  abzas  1-ci  sətirdə  “Azərbaycanlıların”  sözü  cümlənin 

ortasında böyük hərflə verilib. 




 

16 


Səhifə  148.  4-cü  abzasda  1-ci  cümlədə  “dəstəsiylə”  sözünün  əvəzinə  “dəstəyi 

ilə” yazılması məqsədəuyğundur. 

Səhifə  150-156.  Mətnlərdə  ixtisar  etməklə  informasiya  yükünü  azaltmaq, 

əvəzində şəkil və illüstrasiya vermək olar. 



Səhifə  153.  3-cü  abzasda  “İrandan  qaçdı”  əvəzinə  “İranı  tərk  etdi”  yazılsa, 

yaxşı olar. 



Yenə  həmin  səhifədə  6-cı  abzasın  sonuncu  cümləsində  “şahpərəstlərin  son 

tör-töküntüləri” ifadəsinin “şah tərəfdarları” ifadəsi ilə əvəz olunması məsləhətdir.  

Səhifə  163.  1-ci  sətirdə  “Müstəqil  Dövlətlər  Birliyi”  ifadəsindən  sonra  baş 

hərflərin (MDB) yazılması məqsədəuyğundur. 



Səhifə  164.  44-cü  paraqrafın  ilk  abzasında  “tersor”  sözü  “terror”  kimi 

yazılmalıdır. 



“Qarakənd faciəsi” ifadəsinin əvəzinə “Qarakənd terroru” yazılsa, daha yaxşı 

olar.  


Səhifə  165.  2-ci  azbas  1-ci  cümlədəki  “loyal”  sözünün  mənası  verilsə,  yaxşı 

olar. 


Səhifə  166.  Axırıncı  sətirdə  “Qarabağ  kartından”  ifadəsinin  əvəzinə 

Qarabağda baş vermiş hadisələrdən” ifadəsinin yazılması məqsədəuyğundur. 



Səhifə  167.  2-ci  abzas  sonuncu  sətirdə  “vəzifəsini  ələ  keçirdi”  ifadəsini  

vəzifəsinə təyin edildi” ifadəsi ilə əvəzləmək məqsədəuyğundur. 



Yenə həmin səhifədə 3-cü abzasda (Şuşaya) Hücum ərəfəsində döyüşçülərin 

məzuniyyətə  buraxılması  R.Qazıyevin  niyyətlərindən  xəbər  verirdi”  cümləsinin 

gənc nəslin tərbiyəsinə zidd olmayacaq şəkildə düzəliş edilməsi məqsədəuyğundur. 



Səhifə  170.  MDB-nin  öz  ordusu  olmadığı  halda,  3-cü  abzasda  “MDB  7-ci 

ordusunun” ifadəsi işlənib. İfadənin əvəzinə “Rusiya ordusunun” yazılmalıdır. 

Səhifə 172. Aşağıdan 2-ci abzasda “Talış Muğan Respublikası” ifadələrindən 

sonra “TMR” yazılması məqsədəuyğundur. 



Səhifə  176.  3-cü  abzasda  “Minsk  qrupunun”  ifadəsinin  əvvəlinə  “ATƏM-in” 

sözünün əlavə edilməsi məqsədəuyğundur. 



Səhifə 179. Aşağıdan 2-ci abzas sonrakı mövzulara keçirilsə, yaxşı olar. Çünki 

ondan əvvəlki və sonrakı abzaslarda Konstitusiyamızın izahı, 2-ci abzasda isə nəticəsi 

verilir. 

Səhifə  180.  3-cü  abzasda  1-ci  cümlədə  “azadlıqlarının,  hüquqlarının” 

ifadələrinin  yerini  dəyişmək  daha  yaxşı  olar  (“İnsan  və  vətəndaş  hüquqlarının, 



azadlıqlarının”). 


 

17 


Səhifə  181.  Axırıncı  2  abzas  yarımbaşlığın  əvvəlinə  keçirilsə,  ardıcıllıq 

pozulmaz. Çünki əvvəlki və sonrakı abzaslarda 1998-ci il hadisələrindən danışıldığı 

halda, bu abzaslar o dövrə aid deyil. 

Səhifə 182. Axırıncı sətirdə “4000 mindən çox” ifadəsində anlaşılmazlıq var. 

Səhifə 184. 4-cü abzas 3-cü cümlədə dövlət və bələdiyyə torpaqları faizlə (%) 

göstərildiyi  halda,  xüsusi  torpaqlar  həm  də  hektarla  göstərilir.  Yalnız  faiz  verilsə,  

daha asan yadda qalar. 

Səhifə 191. “TASİS”  “TRASEKA” abreviaturalarının açılışına ehtiyac var. 

Yenə  həmin  səhifədə  4-cü  abzasda  3-4-cü  cümlələr  abzasın  sonuna  gətirilsə, 

ardıcıllıq düzələr. 



Səhifə  192.  2-ci  abzasın  son  sözü  “hazırlanmışdır”,  yaxud  “yazılmışdır”  kimi 

verilsə, daha doğru olar. 



Səhifə  193.  3-cü  abzasın  2-ci  cümləsi  81  sözdən  ibarətdir.  Ümumiyyətlə,  bu 

səhifədə 26 ad çəkilir. Sadələşdirilməsi təklif edilir. 



Səhifə 205-210. Paraqrafın dərsliyin sonuna salınması məqsədəuyğundur. 

Səhifə  205.  4-cü  abzasın  axırıncı  cümləsində  ölkəmizin  valyuta  ehtiyaclarının 

miqdarı  20  milyard  dollara  çatdığı  yazılmışdır.  Dövlət  tərəfindən  rəsmi  açıqlanmış 

son məbləğin göstərilməsi məqsədəuyğundur. 

Səhifə  207.  1-ci  abzas  4-cü  sətirdə  yazılmış  “səviyyəli”  sözündən  elə  başa 

düşülür ki, o biri məktəblər səviyyəsizdir. Bu söz əksər şagirdlərin haqlı narazılığına 

səbəb olur. 

Səhifə 213. 2-ci abzasda “Cenişləndirilmiş Avropa” əvəzinə “Genişləndirilmiş 

Avropa” yazılmalıdır. 

Dərsliyin  rus  dilində  olan  variantında,  səhifə  8-də  ilk  cümlədə  kobud  tərcümə 

səhvinə yol verilmişdir. Burada “Октябрского переворота” ifadəsi “Февральской 

революции” ifadəsi ilə əvəz edilməlidir. Cümlənin sonuna isə  “после октябрского 

переворота” sözləri əlavə edilməlidir. 

26-cı səhifənin son abzası dərsliyin rus dilində olan variantında verilməmişdir. 



 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dərsliyin  üz  qabığında  Dağlıq  Qarabağı  qabarıq  göstərmək  şərti  ilə  müasir 



Azərbaycanın  xəritəsinin    də  verilməsi  təklif  edilir.  Bədii  tərtibat  qənaətbəxş 

səviyyədə  deyil.  İllüstrativ  material  qıtlığı  müşahidə  olunur.  Azərbaycan  SSR-nin 




 

18 


xəritəsinin də verilməsi və xəritədə rayonların geniş formatda göstərilməsi yaxşı olar. 

Dərslikdəki xəritələrdə Borçalı yazılmamışdır. 



Səhifə  11.  Verilən  xəritənin    mövzu  ilə  uyğunluğu  yoxdur.  Soyqırımın  baş 

verdiyi yerlər xüsusi işarələrlə göstərilməli idi. Bundan əlavə, xəritədə Azərbaycana 

həmsərhəd  ölkələr  kimi  Qacarlar  dövləti  və  Türkiyə  göstərilib.  Həmin  dövrdə 

Türkiyə    adında    dövlət  hələ  mövcud  deyildi.  Bu,  mətnlərdə  də  aydın  şəkildə  öz  

əksini  tapıb.  Belə  ki,  mətnlərdə  “Türkiyə”  deyil,  “Osmanlı”  ifadəsi  işlənmişdir. 

Yaxud  xəritədə  “Qacarlar  dövləti”  göstərildiyi  halda,  mətnlərdə  “İran”  ifadəsi 

işlənmişdir. 

Ermənilərin  törətdikləri  soyqırım  əks  olunduğu  zaman  Gürcüstan    və  

Ermənistan  Respublikaları göstərilmişdir. Respublikalar may ayında yaranıbsa, mart 

ayı  üçün  olan  xəritədə  yer  almamalıdır.  İrəvan  erməni  torpağı  kimi  göstərilmişdir. 

Xəritədə şərti işarələr çox kiçik şriftlərlə  verilmişdir. 

Səhifə  18.  Sərbəst  sütunda  “İstiqlal  Bəyannaməsi”nin  təsviri  çox  kiçik 

verilmişdir. Bir qədər böyüdülməsi yaxşı olar. 



Səhifə 20-25. Tarixi dövrü (1918-1919) özündə əks etdirən daha uyğun tematik 

xəritə  vermək  lazımdır.  Məsələn,  general  qubernatorluqları,  Araz-Türk 

Respublikasını özündə əks etdirən xəritə vermək olar. 

Səhifə  35.  Buradakı  xəritə  səhifə  11-dəki  xəritənin  eynisidir.  Xəritədə 

“Ermənistan  Respublikası”  əvəzinə  “Ararat  Respublikası”  yazılmalıdır.  Xəritəni 

mövzuya  uyğunlaşdırmaq,  erməni  hücumlarını  qara  oxlarla  Naxçıvana,  Qarabağa, 

Zəngəzura istiqamətlənmiş göstərmək lazımdır. 

Səhifə 93. 2-ci  şəklin altında yazılıb: “77-ci Azərbaycan diviziyasına Sapun-

Qorada  qoyulmuş  abidə”.  Sapun-Qoranın  harada  yerləşdiyini  bilməyən  şagirdin 

anlaması  üçün  Krımda  yerləşdiyi  göstərilməlidir.  Belə  də  yazmaq  olar:  “77-ci 



Azərbaycan diviziyasına Krımda qoyulmuş abidə”. 

Səhifə  120.  Deportasiya  ilə  bağlı  şəkil,  xəritə  və  s.  verilməsi  hadisənin 

mahiyyətinin şagird tərəfindən daha aydın dərk olunmasına şərait yaradar. 



Səhifə  122-123.  İmam  Mustafayev  və  Vəli  Axundovun  şəkillərinin  verilməsi 

məsləhətdir. 



Səhifə 131. Əliağa Vahid haqqında heç bir informasiya verilmədiyi halda şəkli 

verilib. 



Səhifə 169. Ağdərə əməliyyatı ilə bağlı ordumuzun azad etdiyi yerləri xəritədə 

göstərmək lazımdır. 




 

19 


 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslikdə  “Hazırlıq  tapşırıqları”  və  “Bölməyə  dair  yekunlaşdırıcı  sual  və 



tapşırıqlar”ın  verilməsi təqdirəlayiqdir. 

Bununla yanaşı, müəyyən qüsurlar da  var. Bunlar aşağıdakılardır: 



Səhifə  25.  Sərbəst  sütunda  verilmiş  sual  mahiyyətcə  səhifə  31-dəki  sualla 

eynidir. 



Səhifə  73.  Ərzaq  vergisinin  mahiyyəti  açıqlanmadan  ərzaq  sapalağından  fərqi 

soruşulur. 

Dərslikdə  müvafiq  sual  və  tapşırıqlar  vasitəsilə  Azərbaycanda  qədimdən  bu 

dövrə  qədər  hansı  vergi  növlərinin  olmasını  xatırlatmaqla  şagirdlərin  biliyini 

möhkəmləndirmək olar. 

Səhifə  78.  Sərbəst  sütunda  verilmiş  sualın  cavabı  mövzuda    öz  əksini 

tapmamışdır. 



Səhifə  152.  “İnqilabın  II  mərhələsinin  əsas  səciyyəvi  cəhəti  nə  idi?”  sualı 

verilsə də, mətndə bu haqda məlumat verilməmişdir. 



Səhifə  154.  1-ci  tapşırıqda  verilən  sualın  izahı  mətndə  konkret  olaraq 

göstərilməmişdir. 



Yenə həmin səhifədə 2-ci tapşırıqda şagirdə digər mənbələrdən istifadə etmək 

tövsiyə edilir. Belə mənbələr hazırda mövcud olmadığı üçün sual ya ixtisar edilməli, 

ya da yenisi ilə əvəzlənməlidir. 

Səhifə  162.  Tapşırıq  “İqtidarla  AXC  rəhbərliyini  qarşılıqlı  maraq  əsasında 

yaxınlaşdıran  səbəblər    üzərində    düşünün”  şəklində  qoyulur,  ancaq  abzasda 

AXC-nin adı çəkilmir, demokratik düşərgə göstərilir. 

Burada  qoyulan  sual  haqqında  mətndə  heç  bir  məlumat  verilməmişdir.  Sualın 

cavabı növbəti paraqrafda əksini tapmışdır. 



Səhifə 166. Sərbəst sütundakı sualın cavabı barədə dərslikdə məlumat yoxdur. 

Nəticə 

1. Dərslikdə müvafiq dövrə aid mühüm materiallar  yer almış, bu materialların 

mənimsənməsini  gücləndirmək  üçün  şəkil  və  xəritələrdən  istifadə  edilmiş,  sual  və 

tapşırıqlar verilmişdir.  

2.  Paraqraflardan  bəzilərinin  yenidən  işlənməsi,  bəzi  ikinci  dərəcəli  faktların 

ixtisar edilməsi, illüstrasiya və xəritə azlığının aradan qaldırılması təklif edilir. 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə