Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 38,72 Kb.
Pdf görüntüsü
tarix30.04.2018
ölçüsü38,72 Kb.
#40761
növüDərs


 


 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin 

10-cu sinifləri üçün “Ümumi biologiya” dərsliyi 

 

 

Müəlliflər: Məcnun Babayev 

Əli Hüseynov 

 Nüşabə Məmmədova 

 

 

Bakı: Çaşıoğlu, 2014. 

 

 



Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər 

əsasında hazırlanmış 

 

 

YEKUN RƏY 

 

 

 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

5. Variativ dərsliklə olan fərqlər baxımından 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik  respublikanın  ümumtəhsil  məktəblərində  qüvvədə  olan  tədris  proqramı 

əsasında  hazırlanaraq  “Giriş”  hissəsindən,  “Sitologiyanın  əsasları”,  “Hüceyrədə 

maddələr  və  enerji  mübadiləsi”,  “Orqanizmlərin  çoxalması  və  fərdi  inkişafı”, 

“Yer  üzərində  həyatın  əmələ  gəlməsi  və  inkişafı  tarixi”,  “Təkamül  təlimi” 

fəsilləri  üzrə  41  mövzudan  ibarət  olub,  128  səhifəni  əhatə  edir.  Dərsliyin  sonunda 

fənnin  tədrisi  üzrə  hazırlanmış  “Proqram”,  “İstifadə  olunmuş  ədəbiyyat”  və 

“Mündəricat”  verilmişdir.  Tədris  proqramında  nəzərdə  tutulan  mövzular  dərslikdə 

tam  əhatə  olunub,  proqramdankənar  heç  bir  mövzu  dərsliyə  daxil  edilməmişdir. 

Mövzular  elmi-metodiki  baxımdan  şagirdlərin  yaş  səviyyəsinə  uyğun  tərtib 

olunmuşdur. 

Dərslikdəki 

materiallar 

fənn 

üzrə 


bilik 

və 


bacarıqların 

formalaşdırılmasına imkan verir. 

Dərslikdə  müxtəlif  şəkil  və  cədvəllərdən  istifadə  olunması,  hər  mövzunun 

sonunda sual və tapşırıqların verilməsi müsbət hal kimi qiymətləndirilir. 

Qeyd etmək lazımdır ki, dərsliyin 2012-ci il nəşrinin Tələbə Qəbulu üzrə Dövlət 

Komissiyası tərəfindən aparılmış elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış 

yekun rəydə göstərilən  irad və təkliflərin xeyli  hissəsi bu nəşrdə nəzərə alınmışdır. 

Lakin  bəzi  iradlar  nəzərə  alınmamış,  dəyişikliklər  zamanı  isə  yeni  səhvlərə  yol 

verilmişdir. Bunlar aşağıdakılardır: 

  Səhifə 5. 3-cü abzasda “Alman alimi R. Virxov (1858) öyrəndi ki, orqanizmlər 



hüceyrələrin bölünərək çoxalması nəticəsində böyüyür” cümləsi qüsurludur. Belə 

ki,  hüceyrələrin  bölünərək  çoxalmasını  ilk  dəfə  R.  Remak  kəşf  etmişdir.  R. Virxov 

isə onun nəticələrini mənimsəyərək öz adına yazmışdır. Ona görə də R. Virxovun adı 

dərslikdən çıxarılmalıdır. 



Yenə  həmin  səhifədə  “Onlar  müəyyən  etdilər  ki,  bütün  çoxhüceyrəli 

orqanizmlər  öz  başlanğıcını  mayalanmış  yumurta  hüceyrədən,  yəni  ziqotdan 

götürür. K. Ber sübut etdi ki, hüceyrə canlıların yalnız quruluş vahidi deyildir, o 


 

həm  də  bütün canlı  orqanizmlərin inkişaf  vahididir”  fikri verilmişdir. Bu barədə 

müxtəlif ziddiyyətli fikirlər olduğu üçün, buna aydınlıq gətirilməsi tövsiyə edilir. 

Səhifə  22.  Sonuncu  abzasda  “Məsələn,  insulinin  mol  kütləsi  6000 q/m, 

yumurta  zülalı  albuminin  mol  kütləsi  36.000  q/m-dur.  Etil  spirtinin  molekul 

kütləsi 46 q/m, qlükozanın molekul kütləsi 180 q/m-dur” fikri “Məsələn, insulinin 

molyar kütləsi 6000 q/mol, yumurta zülalı albuminin molyar kütləsi 36000

 

q/mol-dur. 

Etil spirtinin molyar kütləsi 46 q/mol, qlükozanın molyar kütləsi 180-q/mol-dur” kimi 

yazılmalıdır. 



Səhifə  27.  1-ci  abzasda  “Məsələn,  katalaza  fermentinin  molekul  kütləsi 

250000  q/mol  olmasına  baxmayaraq,  nisbi  molekul  kütləsi  kiçik  (34)  olan 

hidrogen-peroksid  (H

2

O

2

)  molekulunu  parçalayır”  cümləsi  “Məsələn,  katalaza 

fermentinin molyar kütləsi 250000 q/mol olmasına baxmayaraq, nisbi molekul kütləsi 

kiçik (34) olan hidrogen-peroksid (H

2

O



2

) molekulunu parçalayır” kimi yazılmalıdır. 



Səhifə 28. “Karbohidratlar” yarımbaşlığının əvvəlində karbohidratları 3 qrupa 

ayırsalar  da,  sonrakı  cümlələrdə  yalnız  sadə  və  mürəkkəb  karbohidratlardan  bəhs 

edilir.  

Səhifə 49. Metafazada bölünmə vətərinin əmələ gəlməsinin başa çatması barədə 

məlumat verilməsi tövsiyə edilir. 



Səhifə 53-54. Sonuncu abzasda “Çoxalmış hüceyrələr böyümə zonasına daxil 

olur.  Bu  zaman  çoxalma  dayanır,  ilkin  cinsiyyət  hüceyrələri  sürətlə  böyüyür. 

Erkək  cinsiyyət  hüceyrələrinə  nisbətən  dişi  cinsiyyət  hüceyrələri  daha  çox 

böyüyür”  fikrində  böyümə  zonasında  spermatozoid  və  yumurtahüceyrənin  olması 

düzgün deyil. Çünki burada olan ilkin cinsiyyət hüceyrələridir. 



Səhifə

 

61.  “Çoxhüceyrəli  orqanizmlərin  fərdi  inkişafı  –  ontogenez” 

mövzusunda  xordanın mənşəyi ətraflı izah edilməmişdir. 



Səhifə  66.  “Həyatın  əmələ  gəlməsi  haqqında  müasir  təsəvvürlər” 

mövzusunda koaservasiya prosesinin mahiyyəti aydın göstərilməmişdir. Bu hadisənin 

Koaservasiya  hadisəsi  ondan  ibarətdir  ki,  bəzi  şəraitdə  məsələn,  elektrolitlərin 

iştirakı ilə yüksək molekullu maddələr məhluldan çöküntü halında deyil, daha yüksək 

qatılığa malik koaservat məhlul halında ayrılır” kimi izah edilməsi tövsiyə edilir.

 

Səhifə  71,  73  və  s.  “Aromorfoz”  termininin  adı  çəkilir,  lakin  bu  anlayışın 

açıqlanması  növbəti  fəsildə  verilir.  Aromorfoz  termininin  mənasının  əvvəlki 

səhifələrdə verilməsi məqsədəuyğundur. 




 

Səhifə  78.  4-cü  abzasda  göstərmək  lazımdır  ki,  K. Linneyin sistematikasında  4 

təsnifat vahidi (növ, cins, dəstə və sinif) verilmişdir.   

Səhifə  109-110.  “Mimikriya”,  “Qoruyucu  rəng”,  “Xəbərdarlıqedici  rəng” 

ayrı-ayrı yarımbaşlıqlar kimi verilmişdir. Əslində isə bu anlayışların üçü də qoruyucu 

rənglərdir.  Bu  anlayışların  ümumi  şəkildə,  “Qoruyucu  rənglər:  mimikriya, 

xəbərdarlıqedici rəng (mühitə uyğun)” kimi yazılması tövsiyə edilir. 

 

2. Dil və yazı üslubu baxımından 

 

Dərslikdə  verilmiş  təlim    materiallarının  dili  sadə  və  başa  düşüləndir. 

Mətnlərdəki  fikirlərin  ifadə  tərzi  şagirdlərin  yaş  xüsusiyyətlərinə  uyğundur.  Yeni 

termin və sözlərin izahları verilmişdir. Mətnlərdə qrammatik və orfoqrafik qaydalara 

əməl edilmişdir. 

Bununla yanaşı, aşağıdakı qüsurun aradan qaldırılması  təklif edilir: 



Səhifə 22. 3-cü abzasda “Bu hüceyrədə olan zəif turşu anionlarının (HCO

3

  -



HPO

4

 

2-

  )    hidrogen  ionları  birləşməsi  və  verməsi,  zəif  turşuların  (H

2

CO

3

)  isə 

hidrogen  ionlarını  ayırması  hesabına  mümkün  olur”  cümləsində  “hidrogen 

ionları  birləşməsi  və  verməsi”  əvəzinə    hidrogen  ionlarını  birləşdirməsi  və 

verməsi kimi yazılması məqsədəuyğundur. 

 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dizayn və bədii tərtibat baxımından dərslik qənaətbəxşdir. İstifadə edilən şriftlər 

müvafiq  yaş  qrupuna  uyğundur.  Mövzularda  verilmiş  şəkil,  sxem  və  cədvəllər 

mövzunu tam əhatə edir. 

 Bununla yanaşı,  bir neçə qüsura rast gəlinir. Bunlar aşağıdakılardır: 

Səhifə  9.  Şəkil  4-də  “Plazmatik  membranın  quruluşunun  sxemi”ndə 

plazmatik membranda “Lipidlərin qeyri-polyar çıxıntıları”  “Lipidlərin qütblü 



başcıqları” göstərilir. Burada ya polyar və qeyri-polyar, ya da qütblü və qeyri-qütblü 

anlayışlarından  istifadə  olunmalıdır.  Sxemdə    lipidlərin  qeyri-polyar  çıxıntıları  və 

polyar  başcıqlar  göstərildiyindən,  mətndə  də  bununla  bağlı  məlumatın  verilməsi 

tövsiyə edilir. 



Səhifə 50. Şəkil 32-də profaza mərhələsində hüceyrə mərkəzinin bir sentrioldan, 

metafaza  və  başqa  fazalarda  isə  iki  sentrioldan  təşkil  olunması  göstərilir.  Elə  başa 




 

düşülür ki, sentriolların ikiləşməsi profazada baş verir. Əslində isə onların ikiləşməsi 



adətən interfaza mərhələsinə (G

1

 və S fazaların arasında) düşür. 



Səhifə  118.  Şəkil  81-ə  əsasən  eohippus,  hipparion  bilavasitə  müasir  atın 

əcdadlarıdır. Lakin onlar kor şaxələrdir, əcdad hesab oluna bilməz. 

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslikdə  verilmiş  sual  və  tapşırıqlar  biliklərin  tətbiqinə  və  mövzunun 



möhkəmləndirilməsinə yönəlmişdir.  

 

5. Variativ dərsliklə (Ümumi biologiya 10-cu sinif 

T. Mikayılov və b.) olan fərqlər baxımından 

 

Səhifə  10.  “Sitoplazma  və  onun  orqanoidləri”  mövzusuna  vakuol  haqqında 

məlumatın  daxil  edilməsi  tövsiyə  edilir.  Bu  haqda  məlumat  digər  dərslikdə  ətraflı 

verilmişdir. 

Səhifə  11.  2-ci  abzasda  “Ribosomların  böyük  və  kiçik  hissəcikləri  nüvədə 

əmələ gəlir, ölçüsü 15-22 nm olan dairəvi cisimciklərdir” cümləsində ribosomun 

ölçüsü  digər  dərslikdə  “15-35  nm”  göstərilmişdir  .  Bu  rəqəmlərin  dəqiqləşdirilməsi 

tövsiyə edilir. 

Səhifə  118.  Şəkil  81-də  atın  təkamülünün  eohippusdan  başlanması 

göstərilmişdir.  Digər  dərslikdə  olduğu  kimi,  atın  təkamülünün  fenakodusdan 

başlamaq  tövsiyə edilir. 

 

Nəticə 

 

1. Dərslik tədris  proqramındakı  mövzuları  tam  əhatə  edib, verilmiş  məlumatlar 



elmi-metodiki baxımdan dəqiq ifadə edilmişdir.  

2. Mövzular elmi-metodiki baxımından şagirdlərin yaş səviyyəsinə uyğun tərtib 

olunmuşdur. 

3.  Dərslikdəki  materiallar  fənn  üzrə  bilik  və  bacarıqların  formalaşdırılmasına 

imkan verir. 

4. Dərslikdə müəyyən mövzular üzrə bir sıra qüsurlara da rast gəlinir. 



 

Yüklə 38,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə