Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 114,94 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü114,94 Kb.
#44076
növüDərs



 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin 

10-cu sinifləri üçün “Ümumi biologiya” dərsliyi 

 

 

Müəlliflər:   Tofiq Mikayılov 

Yaşar Seyidli 

Qiyas Quliyev 

Şükür Mahmudov 

Almaz Həsrət 

Xumar Əhmədbəyli 

 

Bakı: Bakı Nəşr, 2012. 

 

 



 

Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq  

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər 

əsasında hazırlanmış 

 

 

YEKUN RƏY 

 

 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından; 

5. Dərsliyin rus dilində olan variantındakı uyğunsuzluq baxımından. 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik  respublikanın  ümumtəhsil  məktəblərində  qüvvədə  olan tədris proqramı 

əsasında hazırlanaraq “Giriş”“Sitologiyanın əsasları”, “Hüceyrədə maddələr və 

enerji  mübadiləsi.  İrsi  məlumatların  nəslə  ötürülməsi”,  “Orqanizmlərin 

çoxalması  və  fərdi  inkişafı”,  “Yer  üzərində  həyatın  əmələ  gəlməsi  və  inkişafı 

tarixi”,  “Təkamül  təlimi”  fəsillərindən  ibarət  olub,  40  mövzunu  əhatə  edir. 

Dərsliyin sonunda “Laboratoriya işləri”, “Terminlərin qısa lüğəti”, fənnin tədrisi 

üzrə  hazırlanmış  “Proqram”  və  “Mündəricat”  verilmişdir.  Tədris  proqramında 

nəzərdə  tutulan  mövzular  dərslikdə  tam  əhatə  olunmuş,  proqramdankənar  heç  bir 

mövzu dərsliyə daxil edilməmişdir. Mövzular elmi-metodiki baxımından şagirdlərin 

yaş səviyyəsinə uyğun tərtib olunmuşdur. Dərslikdəki materiallar fənn üzrə bilik və 

bacarıqların formalaşdırılmasına əsasən imkan vermişdir. 

Dərslikdə müxtəlif şəkillərdən və cədvəllərdən istifadə olunması, hər mövzunun 

sonunda sual və tapşırıqların verilməsi müsbət hal kimi qiymətləndirilir. 

Bununla  yanaşı,  dərslikdə  bir  qismi  tövsiyə  xarakterli  olan  müəyyən  qüsurlar 

var. Bunlar aşağıdakılardır:  

Səhifə  4-də  canlıların  quruluş  səviyyələrində  “4.  populyasiya-növ  səviyyəsi” 

yarımbaşlığı  verilmişdir.  Burada,  populyasiya  və  növ  səviyyələrini  ayırmaq  və  hər 

biri haqqında qısa məlumat vermək tövsiyə edilir. 

Səhifə  5-də  “Lakin  bakteriya  və  sianobakteriya  (göy-yaşıl  yosun) 

hüceyrələrində formalaşmış nüvə və bəzi orqanoidlərin olmaması onları ümumi 

quruluş  prinsipinə  görə  digər  orqanizmlərdən  fərqləndirir”  cümləsinin  “Lakin 

bakteriya  hüceyrələrində  formalaşmış  nüvə  və  bəzi  orqanoidlərin  olmaması  onları 

ümumi  quruluş  prinsipinə  görə  digər  orqanizmlərdən  fərqləndirir”  kimi  yazılması 

məqsədəuyğundur.  



Səhifə  6-da  “Hüceyrə  haqqında  toplanan  biliklər  hüceyrə  nəzəriyyəsinin 

yaradılmasına  əsas  verdi  və  1839-cu  ildə  alman  zooloqu  Teodor  Şvann 


 

tərəfindən  formalaşdırıldı”  cümləsinin  “Hüceyrə  haqqında  toplanan  biliklərə 



əsaslanaraq  alman  alimləri  M.  Şleyden  və  T.  Şvann  hüceyrə  nəzəriyyəsini  irəli 

sürdülər (1838-1839)” kimi yazılması tövsiyə edilir. 

Yenə  həmin  səhifədə  “Bu  fikir  alman  alimi  R.  Virxov    tərəfindən  təkzib 

edildi.  O,  1858-ci  ildə  hüceyrə  nəzəriyyəsinin  əsas  müddəası  olan  “bütün 

hüceyrələr  bölünmə  yolu  ilə  ana  hüceyrədən  yaranır”-fikrini  irəli  sürdü” 

cümləsindən R. Virxovun adı çıxarılmalıdırHüceyrələrin bölünərək çoxalmasını ilk 

dəfə R. Remak kəşf etmişdir. R. Virxov isə onun nəticələrini mənimsəyərək öz adına 

yazmışdır

.

 

Səhifə 7-də “Xarici qılaf” yarımbaşlıgı “Qılafın xarici qatı” kimi yazılmalıdır.                                                                                                                                            

Yenə  həmin  səhifədə  “Bitki  və  heyvan  hüceyrələrində  qılaf  əsasən  iki 

hissədən  -  xarici  və  daxili  qılafdan  ibarətdir.  Bitki,  göbələk,  bakteriya  və  göy-

yaşıl yosun hüceyrələrinin qalın xarici qılafı hüceyrə divarı adlanır” cümləsinin 

Bitki, heyvan, göbələk və bakteriya hüceyrələrində qılaf əsasən iki hissədən — xarici 



və  daxili  qatdan  ibarətdir.  Bitki,  göbələk  və  bakteriya  hüceyrələrinin  qılafın  xarici 

qatı hüceyrə divarı adlanır” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  7-8-də  “Heyvan  hüceyrələrində  xarici  qılaf  bitkilərdəki  hüceyrə 

divarından  fərqli  olaraq  nazik  divarlı  və  elastikdir,  işıq  mikroskopunda 

görünmür”  cümləsinin  “Heyvan  hüceyrələrində  qılafın  xarici  qatı  hüceyrə 

divarından  fərqli  olaraq  nazik  divarlı  və  elastikdir,  işıq  mikroskopunda  görünmür” 

kimi yazılması tövsiyə edilir. 



Səhifə  8-də  “Qlikokaliks  bitkilərin  xarici  qılafı  kimi  dayaq  funksiyasını 

daşımır, yalnız hüceyrənin mühitlə əlaqəsini təmin edir” cümləsinin “Qlikokaliks 

hüceyrə  divarından  fərqli  olaraq  dayaq  funksiyasını  daşımır,  yalnız  hüceyrənin 

mühitlə əlaqəsini təmin edir” kimi yazılması məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  “Daxili  qılaf”  yarımbaşlığı  “Qılafın  daxili  qatı”  kimi 

yazılmalıdır. 



Yenə həmin səhifədə “Bitki və heyvan hüceyrələrinin daxili qılafı plazmatik 

membran  adlanır”  cümləsinin  Bitki,  heyvan,  bakteriya  və  göbələk  hüceyrələrinin 

qılafının daxili qatı plazmatik membran adlanır” kimi yazılması məqsədəuyğundur. 

Səhifə 9-da “İri maddələr və bərk hissəciklər isə faqositoz və pinositoz yolla 

hüceyrəyə  daxil  olur”  cümləsinin  “İri  maddələr  və  bərk  hissəciklər  isə  faqositoz 

yolla hüceyrəyə daxil olur” kimi yazılması tövsiyə edilir. 


 

Yenə  həmin  səhifədə  “Bitki,  göbələk,  sianobakteriya  və  bakteriyaların 



hüceyrə  divarı  iri  və  bərk  maddələrin  hüceyrə  daxilinə  çökməsinə  mane 

olduğundan  onlarda  faqositoz  baş  vermir”  cümləsi  “Bitki,  göbələk  və 

bakteriyaların  hüceyrə  divarı  iri  və  bərk  maddələrin  hüceyrə  daxilinə  çökməsinə 

mane olduğundan onlarda faqositoz baş vermir” kimi yazılmalıdır. 

Səhifə  10-da  “Pinositoz  prosesi  heyvan,  bitki  və  göbələk,  yosun 

hüceyrələrində  gedə  bilir”  cümləsinin  “Pinositoz  prosesi  heyvan,  bitki  və  göbələk 

hüceyrələrində gedə bilir” kimi yazılması məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  “Əksər  hüceyrələrin  sitoplazmasında  nüvə  və  digər 

hüceyrə  orqanoidləri  yerləşir”  cümləsinin  “Əksər  eukariot  hüceyrələrin 

sitoplazmasında  nüvə  və  hüceyrə  orqanoidləri  yerləşir”  kimi  yazılması 

məqsədəuyğundur. 



 Yenə  həmin  səhifədə  “Bir-biri  ilə  birləşmiş  müxtəlif  ölçülü  və  formalı 

kanallar  sistemindən  ibarətdir”  cümləsi  “Bir-biri  ilə  birləşmiş  müxtəlif  ölçülü  və 

formalı kanallar və boşluqlar sistemindən ibarətdir” kimi yazılmalıdır. 

Səhifə 11-də “Nüvəcikdə sintez olunan ribosomun böyük və  kiçik hissələri 

nüvə  pərdəsindəki  məsamələrdən  sitoplazmaya  çıxır  və  burada  birləşir” 

cümləsinə görə ribosom tam müstəqil bir orqanoid kimi sitoplazmada formalaşır. 

Burada,  “Ribosomlar  sitoplazmada  sərbəst  şəkildə,  yaxud  dənəvər 

endoplazmatik  şəbəkənin  membranı  üzərində  yerləşir.  Onlara  həmçinin 

mitoxondrilərdə, plastidlərdə və nüvədə rast gəlinir” cümləsində isə göstərilir ki, 

nüvədə  də  formalaşmış  ribosomlar  olur.  Bu  fikirlərə  aydınlıq  gətirilməsi  tövsiyə 

edilir.  

Yenə  həmin  səhifədə  “Holci  kompleksi  bitkilərdə  və  ibtidailərin 

hüceyrələrində  çubuqşəkilli  və  ya  oraqvari  heyvan  hüceyrələrinin  bir  çoxunda 

(məsələn,  sinir  hüceyrələrində)  torvari  olur”  cümləsi  “Holci  kompleksi  bitkilərdə 

və ibtidailərin hüceyrələrində çubuqşəkilli və ya oraqvari, çoxhüceyrəli heyvanların 

hüceyrələrinin  bir  çoxunda  (məsələn,  sinir  hüceyrələrində)  torvari  olur”  kimi 

yazılmalıdırÇünki ibtidailər də heyvanlar aləminin nümayəndələridir. 



Yenə  həmin  səhifədə  “Ribosomlara  bütün  hüceyrələrdə  rast  gəlinir” 

cümləsinin  “Ribosomlara  bütün  canlı  hüceyrələrdə  rast  gəlinir”  kimi  yazılması 

tövsiyə edilir.  



 

Səhifə  12-də  “Onun  membranı  daxilində  zülal,  yağ  və  karbohidratları 



parçalayan  fermentlər  olur”  cümləsi  “Lizosomun  daxilində  zülal,  yağ  və 

karbohidratları parçalayan fermentlər olur” kimi yazılmalıdır. 

Səhifə  13-də  “Plastidlər  qarşılıqlı  surətdə  bir-birinə  çevrilə  bilir”  cümləsi 

Plastidlərin bəzi tipləri qarşılıqlı surətdə bir-birinə çevrilə bilir” kimi yazılmalıdır



Səhifə  14-də  “Əzələ  toxuması  yığıla  bilən  xüsusi  hüceyrələr  –  miofibrillər 

hesabına  yığılır”  cümləsi  “Əzələ  toxuması  xüsusi  membransız  orqanoidlər  – 

miofibrillər hesabına yığılır” kimi yazılmalıdır. 

Səhifə  15-də  “Nüvə”  yarımbaşlığında  “Onun  forma  və  ölçüsü  hüceyrənin 

quruluşundan  asılıdır”  cümləsi  “Onun  forma  və  ölçüsü  hüceyrənin  forma  və 

ölçüsündən asılıdır” kimi yazılmalıdır. 

Səhifə  16-da  “Hər  bir  növün  bütün  fərdlərində  xromosom  sayı  eyni  olur” 

cümləsinin  “Əksər  hallarda,  hər  bir  növün  bütün  fərdlərində  xromosom  sayı  eyni 



olur” kimi yazılması tövsiyə edilir.

 

Yenə  həmin  səhifədə  “Somatik  (bədən)  hüceyrələrdə  hər  bir  xromosomun 



özünə  oxşar  cütü  olur”  cümləsi  “Diploid  orqanizmlərin  somatik  (bədən) 

hüceyrələrində hər bir xromosomun özünə oxşar cütü olur” kimi yazılmalıdır. 

Səhifə 17-də “Bakteriyalar” yarımbaşlığında  “Çox  kiçik ölçüyə malik (1-10 

mkm)  hüceyrələrdir”  cümləsinin  “Əksəriyyəti  çox  kiçik  ölçüyə  malik  (1-10  mkm

hüceyrələrdir” kimi yazılması tövsiyə edilir.

 

Yenə  həmin  səhifədə  “Bakteriya  hüceyrəsi  xaricdən  möhkəm  karbohidrat 



qılafla,  yəni  hüceyrə  divarı  ilə  əhatə  olunmuşdur”  cümləsinin  “Bakteriya 

hüceyrəsi xaricdən karbohidratlardan əmələ gəlmiş möhkəm hüceyrə divarı ilə əhatə 

olunmuşdur” kimi yazılması tövsiyə edilir.

 

Yenə  həmin  səhifədə  “Həmin  çökmüş  hissələr  mezosomlar  adlanır” 

cümləsinin  dərslikdən  çıxarılması  təklif  edilir.  Çünki  mezosomların  mövcudluğu 

elmdə təsdiq olunmamışdır. Sübut olunub ki, mezosomlar yalnız preparat hazırlandığı 

vaxt əmələ gəlir. 

Səhifə  18-də  “Bakteriyalar  ikiyə  bölünmə  yolu  ilə  təxminən  hər  20 

dəqiqədən  bir  çoxalır”  cümləsinin  “Bakteriyalar  əlverişli  şəraitdə  ikiyə  bölünmə 

yolu ilə təxminən hər 20-30 dəqiqədən bir çoxalır” kimi yazılması tövsiyə edilir.

 

Səhifə 19-da “Bakteriyalarda olduğu kimi, formalaşmış nüvə və membran 

quruluşlu  orqanoidləri  yoxdur.  Xarici  hüceyrə  divarı  qalındır”  fikrinin 



 

Formalaşmış  nüvə  və  membran  quruluşlu  orqanoidləri  yoxdur.  Hüceyrə  divarı 



qalındır” kimi yazılması tövsiyə edilir. 

Səhifə  22-də  Cədvəl  3-də  “Kütlə  (%-lə)”  əvəzinə  “Kütlə  payı  (%-lə)” 

yazılmalıdır. 



Səhifə  23-də  “Onlar  hüceyrədə  0,01%-dən  az  olur”  cümləsi  “Onlar 

hüceyrədə 0,1% olur” kimi yazılmalıdır. 

Səhifə  24-də  “Hidrofil  maddələrə  amin  turşuları,  duzlar,  sadə  quruluşlu 

karbohidratlar  və  bəzi  zülallar  aiddir”  cümləsinin  “Hidrofil  maddələrə 

aminturşuları,  duzların  bir  qismi,  sadə  quruluşlu  karbohidratlar  və  bəzi  zülallar 

aiddir” kimi yazılması tövsiyə edilir.  

Səhifə 25-də “Lakin amin turşularının yalnız 20-si zülalların tərkibinə daxil 

olur”  cümləsinin  “Lakin  aminturşuların  yalnız  20  növü  zülalların  tərkibinə  daxil 

olur” kimi yazılması tövsiyə edilir 

Yenə  həmin  səhifədə  “Təxmini  hesablamalara  görə  sərbəst  amin 

turşularının  molekul  kütləsi  128,  onun  qalığının  isə  molekul  kütləsi  110-dur” 

cümləsinin  “Təxmini  hesablamalara  görə  sərbəst  amin  turşularının  nisbi  molekul 



kütləsi 128, onun qalığının isə nisbi molekul kütləsi 110-dur” kimi yazılması tövsiyə 

edilir. 


Yenə  həmin  səhifədə  “Beləliklə,  zülalın  əmələ  gəlməsində  n  molekul  amin 

turşusu iştirak edərsə, onda n-1 molekul su ayrılır” cümləsi “Beləliklə, bir zəncirli 

zülalın əmələ gəlməsində n molekul aminturşusu iştirak edərsə, onda n-1 molekul su 

ayrılır” kimi yazılmalıdır. 

Səhifə 31-də “O, azot əsası, karbohidrat (monosaxarid – dezoksiriboza) və 

fosfor  turşusu  qalığından  ibarətdir”  cümləsinin  “O,  azot  əsası,  karbohidrat 

(monosaxarid  –  dezoksiriboza)  və  ortofosfat  turşusu  qalığından  ibarətdir”  kimi 

yazılması məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  “Ona  görə  də  onları  tərkibində  olan  azot  əsaslarına 

görə  adlandırırlar  (məsələn,  adenin  nukleotidi)”  cümləsi  “Ona  görə  də  onları 

tərkibində  olan  azot  əsaslarına  görə  adlandırırlar  (məsələn,  adenil,  quanil,  sitidil, 

timidil)” kimi yazılmalıdır.  

Səhifə  32-də  “RNT-yə  nüvədə,  mitoxondridə,  xloroplastlarda,  ribosomda, 

bir  sözlə,  zülal  sintezi  gedən  bütün  hissələrdə  rast  gəlinir”  cümləsinin  “RNT-yə 

nüvədə,  mitoxondridə,  plastidlərdə,  ribosomda,  bir  sözlə,  zülal  sintezi  gedən  bütün 

hissələrdə rast gəlinir” kimi yazılması tövsiyə edilir. 


 

Yenə həmin səhifədə  “Hər üç növ RNT DNT-də sintez olunur” cümləsinin 

Hər üç növ RNT DNT üzərində sintez olunur” kimi yazılması tövsiyə edilir. 

Yenə  həmin səhifədə  “n  RNT ölçüsünə  və  molekul  kütləsinə görə ən  kiçik 

RNT  olub,  m-RNT-sindən  on  dəfə  kiçikdir”  cümləsi  səhvdir.  Çünki  m-RNT  həm 

kiçik, həm də olduqca iri ola bilər.  



Səhifə  33-də  “Hər  bir  nukleotiddə  olduğu  kimi,  bunlar  da  azot  əsası, 

karbohidrat  və  fosfor  turşusu  qalığından  ibarətdir”  cümləsinin  Hər  bir 

nukleotiddə  olduğu  kimi,  bunlar  da  azot  əsası,  karbohidrat  və  ortofosfat  turşusu 

qalığından ibarətdir” kimi yazılması tövsiyə edilir. 

Yenə  həmin  səhifədə  “Bu,  çox  davamsız  birləşmədir,  xüsusi  fermentin 

təsirindən nukleotiddə olan fosfor və oksigen arasında rabitə asanlıqla hidrolizə 

uğrayaraq,  özündə  fosfat  qalıqları  ayıra  bilir”  cümləsinin  “Bu,  çox  davamsız 

birləşmədir,  xüsusi  fermentin  təsirindən  nukleotiddə  olan  fosfor  və  oksigen 

arasındakı  rabitənin  qırılması  hesabına  asanlıqla  hidrolizə  uğrayaraq,  özündən 

fosfat turşusunun qalıqlarını ayıra bilir” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  34-də  “Bu  enerji  üzvi  maddələrin  parçalanmasından  əldə  edilir. 

Beləliklə, hüceyrədə biosintez prosesləri ilə yanaşı, daim parçalanma prosesləri 

də  gedir.  Hüceyrədə  gedən  bütün  parçalanma  reaksiyalarının  cəmi  energetik 

mübadilə (katabolizm) adlanır” fikri “Bu enerji üzvi maddələrin parçalanmasından 

və oksidləşməsindən əldə edilir. Beləliklə, hüceyrədə biosintez prosesləri ilə yanaşı, 

daim  parçalanma  və  oksidləşmə  prosesləri  də  gedir.  Hüceyrədə  gedən  bütün 

parçalanma  və  oksidləşmə  reaksiyalarının  cəmi  energetik  mübadilə  (katabolizm) 

adlanır” kimi yazılmalıdır. 

Səhifə  35-də  “Fermentlərin  köməyi  ilə  minlərlə  qlükoza  molekulu 

polimerləşərək polisaxaridlər əmələ gətirir” cümləsinin “Fermentlərin köməyi ilə 

minlərlə  qlükoza  molekulu  polikondensləşərək  polisaxaridlər  əmələ  gətirir”  kimi 

yazılması tövsiyə edilir. 



Səhifə  36-da  “Qlikolizdə  qlükoza,  ADF  və  fosfor  turşusu  iştirak  edir  və 

nəticədə  süd  turşusu,  ATF  və  su  alınır”  cümləsinin  “Qlikolizdə  qlükoza,  ADF  və 

ortofosfat  turşusu  iştirak  edir  və  nəticədə  süd  turşusu,  ATF  və  su  alınır”  kimi 

yazılması tövsiyə edilir. 



Yenə həmin səhifədə “Qlükozanın iki molekul süd turşusuna parçalanması 

zamanı 200 kc enerji ayrılır. Bu enerji birdən birə yaranmır” fikrinin “Bir mol 


 

qlükozanın  iki  mol  süd  turşusuna  parçalanması  zamanı  200  kc  enerji  ayrılır.  Bu 



enerji birdən birə ayrılmır” kimi yazılması məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  “ATF-in  sintezi  enerjinin  udulması  ilə  getdiyi  üçün 

lazım  olan  enerji  qlükozanın  oksigensiz  parçalanmasından  yaranır”  cümləsi 

ATF-in  sintezi  enerjinin  udulması  ilə  getdiyi  üçün  lazım  olan  enerji  qlükozanın 



oksigensiz parçalanmasından ayrılır” kimi yazılmalıdır. 

Yenə həmin səhifədə “Onun bir hissəsi enerji ilə zəngin fosfat qalığını əmələ 

gətirən  rabitənin  yaranmasına  sərf  olunur”  cümləsinin  “Onun  bir  hissəsi 

ortofosfat turşusunun qalıqları arasında enerji ilə zəngin rabitənin yaranmasına sərf 

olunur” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  37-də  “Nəticədə  membranın  hər  iki  tərəfində  potensiallar  fərqi 

meydana  gəlir”  cümləsinin  “Nəticədə  membranın  hər  iki  tərəfində  müxtəlif  yüklü 

elektrik sahələri əmələ gəlir ki, bu da potensiallar fərqinin yaranmasına səbəb olur” 

kimi yazılması məqsədəuyğun hesab edilir. 



Səhifə  38-də  “DNT  zənciri  isə  cəmi  4  nukleotid  birləşməsindən  yaranır” 

cümləsinin  “DNT  zənciri  isə  cəmi  4  növ  nukleotidin  birləşməsindən  yaranır”  kimi 

yazılması məqsədəuyğun hesab edilir. 

 Yenə  həmin  səhifədə  “Oksigenli  parçalanma  zamanı  2600  kc  enerji  alınır 



ki,  bunun  da  55  %-i  ATF  şəklində  saxlanır,  45  %-i  isə  istilik  şəklində  ətrafa 

yayılır. Beləliklə, bir molekul qlükozanın tam parçalanması nəticəsində 38 mol 

ATF yaranır” fikri “Oksigenli parçalanma zamanı 2 mol süd turşusundan 2600 kc 

enerji alınır ki, bunun da təqribən 55 %-i ATF şəklində saxlanır, təqribən 45 %-i isə 

istilik  şəklində  ətrafa  yayılır.  Beləliklə,  bir  mol  qlükozanın  tam  parçalanması 

nəticəsində 38 mol ATF yaranır” kimi yazılmalıdır. 

Yenə həmin səhifədə “Zülalları əmələ gətirən amin turşularının sayı 20-yə 

qədərdir.  DNT  zənciri  isə  cəmi  4  nukleotid  birləşməsindən  yaranır”  fikri 

Zülalları  əmələ  gətirən  aminturşularının  növ  sayı  20-yə  qədərdir.  DNT  zənciri  isə 



cəmi 4 növ nukleotid birləşməsindən yaranır” kimi yazılmalıdır. 

Səhifə  42-də  “Bu  addımdan  sonra  həmin  n-RNT-si  özündəki 

aminturşusunu  polipeptid  zəncirə  birləşdirir”  cümləsi  yanlışdır.  Belə  ki, 

aminturşusunun  polipeptid  zəncirə  birləşdirilməsi  ribosomun  translokasiyasından 

sonra deyil, ondan əvvəl baş verir.  

Səhifə  47-də “ADF  +  H

3

PO

4

→ATF”  əvəzinə  “ADF  +  H

3

PO



4

ATF  +  H

2

O” 



yazılmalıdır. 


10 

 

Səhifə  49-da  “Stromada  ATF  kimi  digər  enerji  akkumulyatoru  olan 



NADF

+

… olur” cümləsi yanlışdır. Çünki NADF

+

 molekulları hidrogen daşıyıcısıdır, 



enerji akkumulyatoru deyil. 

Yenə  həmin  səhifədə  “Bundan  sonra  triozalar  birləşərək  karbohidrat 

(C

6

H

12

O

6

)

n

  əmələ  gətirir”  cümləsinin  “Bundan  sonra  triozalar  birləşərək 

karbohidrat (C

6

H



12

O

6



) əmələ gətirir” kimi yazılması tövsiyə edilir. 

Yenə  həmin  səhifədə  “Bitkilər  üzərinə  düşən  Günəş  enerjisinin  1%-dən 

istifadə  edir”  cümləsinin  “Bitkilərin  yaşıl  yarpaqları  üzərinə  düşən  Günəş 

enerjisinin 

1%-dən 



fotosintez  prosesində  istifadə  edir”  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə  50-də  “Xemosintezedici  bakteriyaların  bir  qrupu  (dəmir 

bakteriyaları) ikivalentli dəmiri üç valentliyə, digərləri isə hidrogen-sulfidi sulfat 

turşusuna  qədər  oksidləşdirir”  cümləsinin  “Xemosintezedici  bakteriyaların  bir 

qrupu  (dəmir  bakteriyaları)  ikivalentli  dəmiri  üç  valentliyə,  digərləri  isə  (sulfid 

bakteriyaları)  hidrogen-sulfidi  sulfat  turşusuna  qədər  oksidləşdirir”  kimi  yazılması 

tövsiyə edilir. 



Səhifə  56-da  “Ana  hüceyrədən  haploid  xromosom  yığımına  malik  iki  qız 

hüceyrə  yaranır  (bəzi  hallarda  bu  mərhələ  olmur)”  fikrinin  “Ana  hüceyrədən 

haploid  xromosom  yığımına  malik  iki  qız  hüceyrə  yaranır.  Birinci  telofazada 

hüceyrədə  qütblərə  çəkilmiş  xromosomlar  despriralizasiyaya  uğrayır  -  spirallar 

açılır,  xromosomlar  öz  aydın  görkəmini  itirir  və  yumaq  formasını  alırlar.  Nüvə 

pərdəsi bərpa olunur, nüvəcik formalaşır” kimi izah edilməsi tövsiyə edilir. 

Səhifə  59-da  şəkil  36-da  cinsiyyət  vəzilərində  zonalar  mərhələlər  kimi 

göstərilmişdir. Bunların hər ikisinin fərqli anlayış olduğu nəzərə alınmalıdır. Mərhələ 

anlayışının zona ilə əvəz olunması məqsədəuyğundur. 

Yenə həmin səhifədə “Meyoz prosesində xromosomların sayı iki-qat azalır. 

Əgər belə azalma baş verməsəydi, onda hər bir sonrakı nəsildə spermatozoid və 

yumurtahüceyrələrin nüvələrinin birləşməsi sayəsində xromosom yığımı sonsuz 

sayda arta bilərdi” fikrinin “Əgər belə azalma baş verməsəydi, onda hər bir sonrakı 

nəsildə  spermatozoid  və  yumurtahüceyrələrin  qarşılıqlı  assimilyasiyası  nəticəsində 

xromosom  yığımı  hər  bir  sonrakı  nəsildə  iki  dəfə  artmış  olardı”  kimi  yazılması 

tövsiyə edilir.  



Yenə  həmin  səhifədə  “Heyvanlarda  qametlərin  bəziləri  hərəkətsiz  və  iri 

olub  ehtiyat  qida  maddələrinə  malik  sarılıqla  zəngindir”  cümləsində 


11 

 

“qametlərin”  sözünün  “dişi  qametlərin”,  “Digər  qametlər  isə  kiçik  və  aktiv 



olub...”  cümləsində  isə  “digər  qametlərin”  ifadəsinin  “erkək  qametlərin  kimi 

yazılması tövsiyə edilir. 



Səhifə  61-də  “Partenogenez”  yarımbaşlığına  “erkək  bal  arısı”  əlavə  edilməli 

və qeyd olunmalıdır ki, erkək bal arılarının (trutenlərin) yetkin fərdlərində xromosom 

dəsti 2n-dir.  

Yenə  həmin  səhifədə  “Haploid  partenogenez”  yarımbaşlığından  erkək  bal 

arılarının  adı  çıxarılmalıdır.  Belə  ki,  yetkin  erkəklərdə  hüceyrələrin  diploid 

xromosom  dəsti  bərpa  olunur.  Onların  hüceyrələri  yalnız  rüşeym  dövründə  haploid 

olur.  


Səhifə 84-də “Paleogendə quşlar həm quru, həm də hava mühitini, bəzi ali 

məməlilər  (kürəkayaqlılar  və  balinakimilər)  isə  dənizləri  tutmağa  başladılar” 

cümləsindən “kürəkayaqlılar” sözü çıxarılmalıdır. Belə ki, kürəkayaqlılar neogendə 

əmələ gəlib. 

Səhifə 104-105-də “Mimikriya”, “Qoruyucu rəng”, “Xəbərdarlıqedici rəng” 

ayrı-ayrı yarımbaşlıqlar kimi verilmişdir. Əslində isə bu anlayışların üçü də qoruyucu 

rənglərdir.  Bu  anlayışların  ümumi  şəkildə  “Qoruyucu  rənglər:  mimikriya, 

xəbərdarlıqedici rəng (mühitə uyğun)” kimi yazılması tövsiyə olunur. 

Səhifə  113-də  Şəkil  67-yə  əsasən  eohippus,  hipparion  bilavasitə  müasir  atın 

əcdadlarıdır. Lakin onlar kor şaxələrdir, əcdad hesab oluna bilməz.

 

Səhifə  115-də  Cədvəl  12-də  “İmperiya  -  hüceyrəvi  orqanizmlər”  əvəzinə 

İmperiya - canlı orqanizmlər” yazılması məqsədəuyğundur.  

  

2. Dil və yazı üslubu baxımından 

 

Dərslikdə  nəzərdə  tutulmuş  materialların  dili  sadə  və  başadüşüləndir. 

Mətnlərdəki  fikirlərin  ifadə  tərzi  şagirdlərin  yaş  xüsusiyyətlərinə  uyğundur.  Yeni 

termin və sözlərin izahları verilmişdir. Mətnlərdə qrammatik və orfoqrafik qaydalara 

əməl olunmuşdur.  

 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dizayn və bədii tərtibat baxımından dərslik qənaətbəxşdir. İstifadə edilən şriftlər 

müvafiq yaş qrupuna uyğundur. Mövzularda istifadə olunan şəkil, sxem və cədvəllər 

mövzunu tam əhatə edir. 




12 

 

Səhifə 8-də şəkil 2-də “Xarici qılaf” əvəzinə “Qılafın xarici qatı  yazılmalıdır.   



Səhifə 21-də şəkil 18-də Bakteriofaqın ümumi quruluşundan “yaxalıq” adlanan 

hissə çıxarılmalıdır.  



Yenə  həmin  səhifədə  Şəkil  20-də  adeninin  ölçüsü  quaninə,  timinin  ölçüsü 

sitozinə bərabər olmalıdır. 

                         

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslikdə  verilmiş  sual  və  tapşırıqlar  biliklərin  tətbiqinə  və  mövzunun 



möhkəmləndirilməsinə yönəlmişdir. 

 

5. Dərsliyin rus dilində olan variantındakı uyğunsuzluq 

baxımından 

 

Dərsliyin rus dilində olan variantında müəyyən qüsurlar var: 



Səhifə  7-də  “Клетка  любого  организма  представляет  собой  целостную 

живую  систему,  состоящую  из  трех  неразрывно  связанных  между  собой 

частей: оболочки, цитоплазмы и ядра” cümləsinin “Клетка эукариотического  

организма  представляет  собой  целостную  живую  систему,  состоящую 

обычно  из  трех  неразрывно  связанных  между  собой  частей:  оболочки, 

цитоплазмы и ядра” kimi yazılması tövsiyə edilir. 

Səhifə  9-da  “Ввиду  наличия  прочной  клеточной  стенки  у  растений, 

грибов и цианобактерий фагоцитоз у них не происходит” cümləsinin “Ввиду 

наличия прочной клеточной стенки у растений, грибов и бактерий фагоцитоз у 

них  не  происходит”  kimi  yazılması  məqsədəuyğundur.  Əks  halda  belə  təsəvvür 

yaranır  ki,  bakteriyalardan  yalnız  sianobakteriyalar  faqositoz    etmək  qabiliyyətinə 

malik deyil. 

Səhifə 12-də “Размер  митохондрий  – 02,-0,7 мкм,…”  cümləsi  verilmişdir. 

Dərsliyin  Azərbaycan  dilində  olan  variantında  isə  bu  ölçü  -  2-10  mkm    kimi 

göstərilmişdir. Bunun dəqiqləşdirilməsi məsləhətdir. 

Səhifə 13-də şəkil 9-da “Гран” əvəzinə “Граны” yazılmalıdır. 

 Səhifə  27-  “Так,  гемоглобин,  состоящий  из  4  глобул,  имеет  еще  и 

небелковую  часть,  называемую  “гемом””  cümləsinin  “Так,  гемоглобин, 



13 

 

состоящий из 4-х глобул, имеет еще и небелковую часть, состоящую из 4-х так 



называемых гемов”” kimi yazılması tövsiyə edilir. 

Yenə  həmin  səhifədə  “Иногда  при  образовании  третичной  структуры 

белка  участвуют  аминокислот,...”  cümləsində  “аминокислот”  sözü  əvəzinə 

аминокислоты” yazılmalıdır. 



Yenə  həmin  səhifədə  “ …  в  грудных железах,  …”  əvəzinə  “...в  молочных 

железах... yazılmalıdır.  

Səhifə  29-da  “Находящийся  в  каждой  цепи  гемм  способен 

присоединить  4  атома  кислорода”  cümləsinin  ―Находящийся  в  каждой  цепи 

гемм,  способен  присоединить  1  молекулу  кислорода‖  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə  30-da  “У  животных  такие  клетки  находятся  под  кожей,  в 

грудных  железах,  в  сальнике”  cümləsinin  “У  животных  такие  клетки 

находятся  под  кожей,  в  молочных  железах,  в  сальнике”  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə  36-da  “Образование  и  накопление  энергии...”  Bu,  düzgün  ifadə 

deyil, çünki enerji yaranmır və itmir, yalnız bir formadan digərinə çevrilir. Buna görə 

də yazılmalıdır: “выделение и накопление энергии‖. Dərsliyin  Azərbaycan dilində 

olan variantında da anoloji səhv mövcuddur. 



Yenə  həmin  səhifədə  “...окислении  же  неорганических  веществ  дает 

энергию  для  автотрофных  организмов”  cümləsi  düzgün  deyil.  Çünki 

avtotrofların çox cüzi bir qismi – məhz xemotroflar enerjini belə üsulla əldə edirlər. 

Avtotrofların  əksəriyyəti  üçün  isə  enerji  mənbəyi  işıqdır.  Dərsliyin  Azərbaycan 

dilində olan variantında da analoji səhv mövcuddur. 



Səhifə  39-da  “Эти  знаки  препинания  отделяют  друг  от  друга  гены  и 

синтезируемые  белки”  cümləsində  “и  синтезируемые  белки”  ifadəsi  artıqdır. 

Dərsliyin Azərbaycan dilində olan variantında da analoji səhv mövcuddur. 

 Səhifə 

47-də  “Накапливающиеся  здесь  электроны  образуют 

отрицательно  заряженный  участок”  cümləsinin  “Накапливающиеся  здесь 

электроны  образуют  отрицательно  заряженное  электрическое  поле”  kimi 

yazılması daha məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  “У  пурпурных  и  зеленых  бактерий  протекает 

процесс, схожий с фотосинтезом, однако свободный кислород при этом не 

выделяется”  cümləsinin  “У  пурпурных  и  зеленых  бактерий  (хемо-


14 

 

фотосинтезирующих  серобактерий)  происходит  фотосинтез,  однако 



свободный кислород при этом не выделяется‖ kimi yazılması tövsiyə edilir. 

Səhifə  52-də  şəkil  31-də  göstərilir  ki,  sentriolların  ikiləşməsi  interfazada  baş 

verir. Səhifə 53-də isə bu fikir “Центриолии ( в тех клетках, где они имеются) 



удваиваются  и  расходятся  к  противоположным  полюсам  клетки”  kimi 

verilmişdir. Mətndə düzəliş edilməsi tövsiyə edilir. 



Səhifə  58-də  “К  нему  можно  отнести  размножение  ......разделением 

корня  (роза,  смородина,  и  др.  кустарниковые  растения)  ,...  ”  cümləsinin  “К 

нему можно отнести размножение ......разделением куста (роза, смородина, и 

др. кустарниковые растения)” kimi yazılması tövsiyə edilir. 

Səhifə.  60-da  “...(например,  в  яичниках  человека  400  000  первичных 

половых  клеток  достигает….”  cümləsində  “яичниках”  əvəzinə  в  яичнике” 

yazılmalıdır. 



Səhifə  67-də  “У  всех  многоклеточных  животных,  кроме  губок  и 

кишечнополостных,  в  ходе  дальнейшего  развития  …”  cümləsinin  “У  всех 

многоклеточных 

животных, 

кроме 

губок, 

 

кишечнополостных 

и 

пластинчатых,  в  ходе  дальнейшего  развития  …”  kimi  yazılması 

məqsədəuyğundur. 



Yenə həmin səhifədə “хорду” əvəzinə “хорде” yazılmalıdır.  

Səhifə  68-də  “Преимущества  непрямого  превращения”  cümləsi 

Преимущества непрямого развития” kimi yazılmalıdır. 



Səhifə  80-də  “...а  в  конце  Девона  нервные  голосеменные  растения 

семенные  папоротники”  cümləsi  “..а  в  конце  Девона  первые  голосеменные 

растения семенные папоротники” kimi yazılmalıdır.  

Yenə  həmin  səhifədə  şəkil  47-də  “5  -  зверозубый  ящер  иностранцевий” 

əvəzinə “5 - зверозубый ящер иностранцевия” yazılmalıdır. 



Səhifə  82-də  “В  триасе  появляются  растительноядные  наземные 

животные, хищные динозавры, в морях развиваются настоящие костистые 

рыбы”  cümləsi  “В  триасе  появляются  растительноядные  пресмыкающиеся, 

хищные  динозавры,  в  морях  появляются  настоящие  костистые  рыбы”  kimi 

yazılmalıdır.  Dərsliyin  Azərbaycan  dilində  olan    variantında  da  analoji  səhv 

mövcuddur. 

 

 




15 

 

Nəticə

 

 

1. Dərslik tədris proqramındakı mövzuları tam əhatə edib, verilmiş məlumatlar 



elmi-metodiki baxımdan dəqiq ifadə edilib.  

2. Mövzular elmi-metodiki baxımından şagirdlərin yaş səviyyəsinə uyğun tərtib 

olunub. 

3.  Dərslikdəki  materiallar  fənn  üzrə  bilik  və  bacarıqların  formalaşdırılmasına 

imkan verir. 

4. Dərslikdə müəyyən mövzular üzrə bir sıra qüsurlara da rast gəlinir.



 

 

 



  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 114,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə