Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
tarix04.07.2018
ölçüsü0,61 Mb.
#53446
növüDərs


 


 

 



 

 

Respublikanın ümumtəhsil məktəblərinin 

11-ci sinifləri üçün “Ümumi biologiya” dərsliyi 

 

 

Müəlliflər: Tofiq Mikayılov 

Yaşar Seyidli 

Qiyas Quliyev 

Şükür Mahmudov 

Xumar Əhmədbəyli 

Kəmalə Ələsgərova 

 

 

Bakı: “Bakı Nəşr” 2014. 

 

Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq  



müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər  

əsasında hazırlanmış 

 

YEKUN RƏY 

 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

5. Variativ dərsliklə olan fərqlər baxımından 

6. Dərsliyin rus dilində olan variantı ilə uyğunsuzluq baxımından 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik  respublikanın  ümumtəhsil  məktəblərində  qüvvədə  olan  tədris  proqramı 



əsasında  hazırlanaraq  “Giriş”dən,  “Üzvi  aləmin  təkamülü”,  “Genetika. 

Seleksiyanın əsasları” və “Ekologiyanın əsasları” bölmələrini əhatə edən “İnsanın 

əmələ  gəlməsi  və  mənşəyi”,  Genetikanın  əsasları”,  “Bitki,  heyvan  və 

mikroorqanizmlərin  seleksiyası”,  “Ekologiyanın  əsasları”,  “Biosfer  haqqında 

təlimin  əsasları.  İnsan  və  biosfer”  fəsilləri  üzrə  37  mövzudan  ibarət  olub,  128 

səhifəni  əhatə  edir.  Dərsliyin  sonunda  “Laboratoriya  işləri”,  “Terminlərin  qısa 



lüğəti”,  “Proqram”  və  “Mündəricat”  verilmişdir.  Tədris  proqramında  nəzərdə 

tutulan  mövzular  dərslikdə  tam  əhatə  edilmişdir,  proqramdankənar  heç  bir  mövzu 

dərsliyə  daxil  edilməmişdir.  Mövzular  elmi-metodiki  baxımından  şagirdlərin  yaş 

səviyyəsinə  uyğun  tərtib  olunmuşdur.  Dərslikdəki  materiallar  fənn  üzrə  bilik  və 

bacarıqların formalaşdırılmasına imkan verir. 

Dərslikdə  müxtəlif  sxemlərdən,  şəkillərdən,  cədvəllərdən  istifadə  olunmuş,  hər 

mövzunun sonunda sual və tapşırıqlar verilmişdir. 

Qeyd etmək lazımdır ki, dərsliyin 2012-ci il nəşrinin Tələbə Qəbulu üzrə Dövlət 

Komissiyası tərəfindən aparılmış elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış 

yekun  rəydə  göstərilən  irad  və  təkliflərin  xeyli  hissəsi  bu  nəşrdə  nəzərə  alınmışdır. 

Lakin bəzi iradlar olduğu kimi qalmışdır. Bunlar aşağıdakılardır:  

Səhifə  22.  2-ci  abzasda  “Q. Mendel  tərəfindən  aparılan  monohibrid 

çarpazlaşdırmada  F

1

  nəslində  yalnız  dominant  əlamətli  sarı  toxumlu  hibrid 

bitkilər  alındı  (sxem  3).  Bu  zaman  alınan  hibriddə  yaşıllıq  əlaməti  yox  oldu 

(ancaq, onun geni itmədi). F

2

 nəslində parçalanma nəticəsində həmin əlamət 3:1 

nisbətində üzə çıxdı” cümləsində “3:1” əvəzinə “1:3” yazılmalıdır. 



 

Səhifə  30.  5-ci  abzasda  “Bu  məsafə  morqanoidlə  ölçülür.  Krossinqoverin 



1%-i  Morqanın  şərəfinə  morqanoid  (santimorqan)  adlandırılır”  cümlələrində 

“morqanoid” əvəzinə “morqanida” yazılmalıdır. 

Səhifə  46.  “Xromosom  mutasiyaları”  yarımbaşlığında  4-cü  cümlədə 

“xromosom sahəsinin ikiləşməsi” ifadəsindən sonra “duplikasiya” termininin əlavə 

edilməsi tövsiyə edilir. 



Səhifə  47.  2-ci  abzasda  “Lakin  bunlarda  meydana  çıxan  belə  mutasiyalar 

yalnız vegetativ çoxalma yolu ilə nəslə keçə bilərlər” cümləsinin “Lakin bunlarda 

meydana  çıxan

 

belə  mutasiyalar  yalnız  qeyri-cinsi  çoxalma  (tumurcuqlanma, 

fraqmentasiya,  vegetativ  çoxalma  və  s.)  yolu  ilə  nəslə  ötürülə  bilər”  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə  48.  Sonuncu  abzasdakı  “Sitoplazmatik  irsiyyət  zamanı  irsi 

məlumatlar, əsasən ana xətti ilə nəslə ötürülür. Buna səbəb yumurta hüceyrənin 

sitoplazma  ilə  zəngin  olmasıdır”  fikri  doğru  deyil.  Əsas  səbəb  odur  ki, 

spermatozoidin  yumurta  hüceyrəyə  qovuşması  zamanı  dişi  cinsiyyət  hüceyrəsinə 

spermatozoidin  yalnız  nüvəsi  daxil  olur,  qalan  hissələri  və  o  cümlədən  də 

mitoxondriləri xaricdə qalır. 



Səhifə  80.  Digər  dərslikdə  (Ümumi  biologiya.  11-ci  sinif.  M. Babayev  və  b.) 

olduğu  kimi,  ekoloji  piramidaların  təsnifatı  verilməlidir.  Buraya  “say  piramidası, 



biokütlə piramidası, enerji piramidası, məhsuldarlıq piramidası” əlavə edilməlidir. 

 

2. Dil və yazı üslubu baxımından 

 

Dərslikdə  nəzərdə  tutulmuş  materialların  dili  sadə  və  başa  düşüləndir. 



Mətnlərdəki  fikirlərin  ifadə  tərzi  şagirdlərin  yaş  xüsusiyyətlərinə  uyğundur.  Yeni 

termin və sözlərin izahları verilmişdir. Mətnlərdə qrammatik və orfoqrafik qaydalara 

əməl edilmişdir. 

 

 



3. Dizayn və bədii tərtibat baxımından 

 

Dizayn və bədii tərtibat baxımından dərslik qənaətbəxşdir. İstifadə edilən şriftlər 

müvafiq yaş qrupuna uyğundur. Mövzularda istifadə olunan şəkil, sxem və cədvəllər 

mövzunu tam əhatə edir. 

 

 



 

 



4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımdan 

 

Dərslikdə  verilmiş  sual  və  tapşırıqlar  biliklərin  tətbiqinə  və  mövzunun 



möhkəmləndirilməsinə yönəlmişdir.  

 

 



5. Variativ dərsliklə (Ümumi biologiya. 11-ci sinif. 

M. Babayev və b.) olan fərqlər baxımından 

 

Səhifə 38. Cədvəl 4-də  verilən əlamətlər digər dərslikdəki əlamətlərlə (Ümumi 

biologiya. 11-ci sinif. M. Babayev və b. səh. 46) bir-birinə uyğun deyil.  

Səhifə 52. Digər dərslikdən (Ümumi biologiya. 11-ci sinif. M. Babayev və b.) 

fərqli 


olaraq, 

N.İ. Vavilovun  sort  və  cinslər  yaratmaq  sahəsində  işin 

müvəffəqiyyətləri üçün 

 bitki və heyvanların başlanğıc sort və növ müxtəlifliklərini, 



irsiyyətli  dəyişkənliyi  (mutasiya),  öyrənilən  əlamətlərin  inkişafında  və  meydana 

çıxmasında 

mühitin 

rolunu, 


hibridləşmə 

zamanı 


irsən 

keçmənin 

qanunauyğunluqlarını,    arzu  olunan    əlamətlərin  möhkəmləndirilməsinə  səbəb  olan 

süni  seçmənin  formalarını  öyrənməyin  və  nəzərə  almağın  lazım  olduğu 

verilməmişdir. 

 

6. Dərsliyin rus dilində olan variantı ilə uyğunsuzluq  



baxımından 

 

Dərsliyin rus dilində olan variantında müəyyən qüsurlar var: 



Səhifə  38.  2-ci  abzasda  “Доминантный  ген  С  обеспечивает  наличие 

пигмента  в  волосе,  а  доминантный  ген  D  –  неравномерное  его 

распределение по всей длине волоса,..”  cümləsində “а доминантный ген D” 

ifadəsinin а доминантный ген A” kimi yazılması məqsədəuyğundur. 



Səhifə  57.  1-ci  abzasda  “Одомашнивание  -  первый  этап  селекции” 

cümləsi “Приручение - первый этап селекции” kimi yazılmalıdır. 



 

 

 

 


 

Nəticə 

 

1.  Dərslikdə  tədris  proqramındakı  mövzular  tam  əhatə  olunub,  oradakı  faktlar, 



hər  bir  anlayışa  dair  verilən  izah  özündən  əvvəlki  məlum  faktlara  əsaslanaraq 

elmi-metodiki baxımdan dəqiq ifadə edilmişdir.  

2. Dərslikdə şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmışdır.  

3. Dərslik  fənn üzrə bilik və bacarıqların formalaşdırılmasına imkan verir.  



 

 

 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə