Dərsliklərimizin dili haqqında



Yüklə 33,79 Kb.

tarix05.02.2018
ölçüsü33,79 Kb.
növüDərs


1

Dərsliklərimizin dili haqqında

Bəri başdan qeyd edim ki, son illərdə dərsliklərimiz həm elmi, həm metodik, həm də dil baxımından xeyli 

təkmilləşdirilmiş,  yeni-yeni  nailiyyətlər  əldə  edilmişdir.  Bütün  bunlar  bizi  –  Azərbaycan  dili  mütəxəssisləri 

sevindirir, müəllimlərdə ruh yüksəkliyi yaradır, lakin hələ görüləsi işlər də çoxdur.

Lüğət məsələsindən başlamaq istərdim. Dərsliklərdə olan çətin sözləri müəyyən qruplara bölmək olar. Elə 

kəlmələr  var  ki,  məktəb  çərçivəsində  onları  izah  etməyə  ciddi  ehtiyac  yoxdur:  şagird  bu  və  ya  digər  kəlmənin 

mənası haqqında ümumi (bir qədər dumanlı olsa da) təsəvvürə malik olur. Müəllim bu cür sözlərin izahı üzərində 

dayanmaya  da  bilər.  Məsələn,  “Gözləri  mərcan  xoruz”  ifadəsindəki  mərcan  sözünü  xüsusi  olaraq  və  hərtərəfli 

açıqlamağa  ehtiyac  duyulmur.  Mərcan  sözü  ən  çox  ibtidai  siniflərin  dərsliklərində  işlədilib,  əls  mənası  belədir: 

“dənizin  dibində  qayalara  yapışaraq  dəstələr  şəklində  hərəkətsiz  yaşayan  dəniz  heyvanı  ...  Daşlaşmış  halda  olan 

həmin heyvanın bəzi növlərinin ... bəzək şeyləri qayırmaq üçün istifadə edilən al-qırmızı, çəhrayı və ya ağ rəngli 

əhəng çöküntüsü”. Söz “al-qırmızı” rəng anlamında da işlədilir...

Göründüyü  kimi,  mərcan  sözünün  əks  etdirdiyi  heyvanı  əyani  olaraq  şagirdə  göstərmək  imkan 

xaricindədir, bu söz uşaq (şagird) nitqində nadir hallarda işlədilir. Nəticə çıxaraq: dərsliklərdəki sözlərin bir qrupunu 

müəllimin və müəllifin ətraflı izah etməsi heç də zəruri deyildir. 

Sözlərin ikinci qrupuna elə kəlmələr daxildir ki, onların mənası yalnız mətnin məzmununun başa düşülməsi 

baxımından  zəruridir,  bu  cür  sözlər  məktəblinin  fəal  lüğət  ehtiyatına  daxil  edilmir.  Məsələn,  ikinci  sinfin  “Oxu” 

dərsliyində  sayacı,  sazan,  bizan  (Səməni,  sazana  kəlmişəm;  Səməni,  bizana  kəlmişəm...),  IV  sinifdə  işlədilmiş 



əlçim, qarağan, tutan (bitki adı) tipli kəlmələr yalnız öyrədilən mətn anlamaq naminə şərh olunmalıdır.

Sözlərin  ikici  qrupuna  öz  əksini  lüğətlərin  heç  birində  tapmayan,  mənası  bir  çox  dilçilərə  belə  məlum 

olmayan kəlmələr daxil edilə bilər. Məsələn, “Koroğlu” dastanında oxuyuruq:

“Qıratı minməsəm, dağlar sökülməz,

Bəzməndin çəkməsəm, sağrı örtülməz”.

Buradakı “bəzmənd” sözü lüğətlərdə izah edilməyib. Xəstə qasımda oxuyuruq:

“Bir igidin var-dövləti olmasa,

Yeləksiz ox kimi çovar deyərlər”.

“Çovar” sözü də “bəzmənd” kimi lüğətlərdə öz əksini tapa bilməyib. Bu qəbildən olan kəlmələrin dərsliyə 

daxil edilməsi məqbul sayılmamalıdır. Dilimizin elə bir lüğəti yaradılmalıdır ki, müstəsnasız olaraq bütün sözləri (o 

cümlədən dialekt sözlərini, necə deyərlər, loru sözləri, tabu hesab edilən kəlmələri...) əhatə etmiş olsun. Onda oxucu 

bəzmənd, çovar və bu qəbildən olan digər sözlərin mənasını öyrənməyə günlərlə vaxt sərf etməz. 

Dərslik  müəllifləri  bəzən  izahı  vacib  olan  sözlərin  üzərindən  sükutla  keçir,  bir  o  qədər  də  çətinlik 

törətməyən kəlmələrin şərhinə isə üstünlük verirlər. Məsələn, holavar, şülən, avan, həvə, kəhər, səməndə, köhlən, 

quba,  bədöv,  axtarma,  yey,  erkec,  öyəc,  aşıqlıq,  kərə,  kürə  kimi  məktəblilərin  çoxu  (xüsusən  şəhər  mühitində 

olanlar) üçün çətinlik törədə biləcək sözlərin mənası açılmamışdır. V sinfin “Ədəbiyyat” kitabında işlədilmiş poetik 

qanunlar, prinsiplər, pəyə, köbəkli, xırman, uğurluq, kərənay, sayat, roman, povest, əriş, sinəbənd, heybə, mahmız 

kimi sözlərin mənası açılmamış, səma, intəhasız tipli nisbətən asan kəlmələr isə şərh olunmuşdur.

Dərsliklərin bəzilərini diqqətlə nəzərdən keçirdikdə istər-istəməz adamın ağlına belə bir fikir gəlir: “İlahi, 

Azərbaycan dilini Azərbaycan dilçilərinin və dərslik yazanların bir qrupundan özün qoru”. Niyə bu fikrə düşürük? 

Ona  görə  ki,  dilçilərimizin  bir  qrupu  ayrı-ayrı  sözlərin  mənasını  çox  məsuliyyətsizcəsinə  yozurlar:  “Tülək  quş 

adıdır”  (?!),  “Mürid  -  Şeyx  Şamilin  (?!)  tərəfdarı,  şagirdi  deməkdir”.  Belə  misalların  sayını  artırmağa  utanıram, 

çünki tülək sözü tük kəlməsi ilə bağlıdır, tükünü, yununu tökmüş, dəyişmiş heyvana, ən çox quşlara deyirlər. O, quş 

adı  deyil!!!  Mürid  sözü  şeyxə,  mürşidə  tabe  olan,  onlardan  təriqət  üsullarını  öyrənən  şəxsdir,  şagirddir.  Müridlər 

Şeyx Şamildən əvvəl də olublar, sonra da.  

Dilimizdə  “qızılı  rəng”  anlamını  əks  etdirən  quba  sözü  var.  M.Kaşğari  “quba  at”  ifadəsini  “səmənd  at” 

mənasında açıqlayıb. Dilçilərimiz isə yazırlar ki, quba quş adıdır, vəhşi ördək ifadəsinin sinonimidir.  

Köhlən  at”  birləşməsindəki  köhlən  sözü  bədöv  sözü  kimi  cinsini  bildirir,  dilçilərimiz  isə  yazırlar  ki, 

köhlən “yaxşı bəslənmiş at” deməkdir...

Şagirdlərin  lüğət  ehtiyatını  zənginləşdirmək  üçün  unudulmaqda  olan  bir  sıra  sözləri  şüurlu  surətdə, 

müntəzəm olaraq mətnə daxil etməklə məktəblilərə öyrətmək lazımdır. Məsələn, toyuğun balası yumurtadan çıxanda 

cücə  adlanır,  bir  müddət  sonra  erkəyinə  çolpa  /beçə/,  dişisinə  isə  fərə  deyilir.  Daha  sonra  toyuq  və  xoruz  ortaya 

çıxır...  Keçinin  balası  zamanla  /yaşla/  bağlı  olaraq  /6  aya  qədər/,  çəpiş  /1  yaşa  qədər/,  kəvər  /2  yaşa  qədər/,  təkə 

/erkəyi/, dıbır /axtası/, seyiz və s. adlanır.      

Sorğu  göstərir  ki,  nəinki  şagirdlər,  heç  müəllimlər  /hətta  alimlər/  də  bu  qəbildən  olan  sözləri  asanlıqla 

fərqləndirə bilmirlər. İnəklə bağlı buzovdanadüyə /dişisi/, cöngə /axtalanmış erkəyi/, kələbuğa, öküz kimi sözlər 

mövcuddur. Camışla bağlı balaq /6 aya qədər/, pota /6-12 ay arası/, - buna avara da deyirlər, - dişisinə düyə /1-2 yaş 

arası/, erkəyinə /həmin  yaşda/ kəlçə /axtalanıbsa, axtalanmamışına kəl/ deyirlər...        

Gəlin görək, bunlar dərsliklərdə şərh olunubmu? Təəssüflər ki, yox. 




2

Mətnlər haqqında da mülahizə söyləmək istərdim. Klassik ədəbiyyat nümunələrini /xüsusən Nəsimi, Füzuli 

kimi ədiblərin əsərlərini/ dərsliyə daxil edərkən onlarln dil baxımından müasirləşdirilməsini faydalı hesab edirəm. 

Dili indi çətin anlaşılan şeirləri nəsrə çevirmək, tam aydın bir dildə orijinalla paralel olaraq şagirdə təqdim etmək 

lazımdı. Fikrimi əsaslandırmaq üçün “Kitabi-Dədə Qorqud”dan bir parçanı təqdim etmək istərdim. “Dirsə xan oğlu 

Buğac xan bəyan edər” hissəsi:

Orijinal

Müasir variantı

Bir  gün  Qam  Ğan  oğlu  xan  Bayandır  xan 

yerindən  turmışdı.  Şami  günligi  yer  yüzünə 

dikdirmişdi. Ala seyvanı kök yüzünə aşanmışdı. 

Bin yerdə ipək xaliçəsi döşənmişdi.

Bir  gün  Qam  Ğan  oğlu  Bayandır  xan  yerindən 

durmuşdu. 

Şami 

günlüyünü 



yer 

üzündə 


qurdurmuşdu.  Hündür  alaçığı  göy  üzünə 

dirənmişdi. Min yerdə xalça döşənmişdi....

Müasir dövrdə çətin başa düşülən bütün mətnlər bu və ya buna bənzər digər yolla sadələşdirilməli, şagirdlər 

üçün daha anlaşıqlı bir hala salınmalıdır. Məzmunu mənimsətmək üçün müasirləşdirilmiş variant, sənətkarın dilini, 

üslubunu və s. öyrətməkdən ötrü isə orijinal ön plana çəkilməlidir.

Dərslik  müəlliflərinin  qurduqları  cümlələr,  işlətdikləri  söz  və  ifadələr  də  bəzən  şagird  üçün  xoşagəlməz 

əhval-ruhiyyə  yaradır.  Məsələn,  “Azərbaycan  dili”  dərsliklərindən  birində  oxuyuruq:  “Həmçinin  başın  /sifət 

quruluşu, çənə və s./ və onun içində yerləşən, dil üçün çox vacib sayılan, şüurun-təfəkkürün akkumlyatoru rolunu 

oynayan beynin bu biçimdə müəyyənləşməsi də bədənin şaquli quruluşu ilə bağlıdır”. Başqa bir misal. “Fərdi üslub 

ayrıca fərdin /sənətkarın, alilik?!/ və ya qrupun nitq funksional uslubların çoxunda özünü göstərir”.

Dərsliklərdə üslub baxımından da qüsurlar da az deyil. “Mərdan sevinə-sevinə tutduğu ilk balığı tilovdan 

çıxarırdı” cümləsini oxuyan III sinif şagirdi bilmir ki, Mərdanı sevindirən nədir: balıq tutmaq, yoxsa onu tilovdan 

çıxarmaq?  “Sənə  bəxşiş  vermək  istəyirəm.  Niyə  özünü  döydürmək  istəyirsən?”  “Payız  idi.  El  yaylaqdan  arana 

köçmüşdü. Biz yaylaqda qalıb qoyunları otarırdıq. Dumanlı bir gün idi. Yoldaşlarım sürüləri otarmağa aparmışdılar. 

Mən...  daxmada  qalmışdım”.  Göründüyü  kimi,  iki  sətir  yarımlıq  hissədə  idi  müxtəlif  variantlarda  altı  dəfə  təkrar 

olunub.  “İstəmək”  kəlməsi  də  dalbadal  gələn  iki  cümlədə  iki  dəfə  təkrar  edilib.  “Qış  gəldi,  yaz  gəldi,  ağaclar 

çiçəkləməyə  başladı”  cümləsində  “qış  gəldi”  yox,  “qış  köçdü”  olmalı  idi:  əvvəl  qış  gedir,  sonra  yaz  gəlir,  ikisi 

birdən gəlmir.

“İnsan yaranan gündən təbiətin sirlərini, müxtəlif təbiət hadisələrini öyrənməyə çalışmışdır”. “Bakı hər il 

gündən-günə  (?!)  böyüyür  və  gözəlləşir”.  “Yaşadığınız  və  ya  gəzintiyə  getdiyiniz  yerlərdə  təpəliklər,  dağlar 

yoxdursa, demək siz düzənlikdəsiniz”. “Kiçik Qafqazın səfalı yerlərində İstisu, Turşsu kimi kurortlar var. Burdan 

içən xəstələr tez şəfa tapırlar”. “Siz kiçik Qafqaz dağlarında və yaylaqlarında olmusunuzmu?”. “Stəkana və ya sınaq 

şüşəsinə  su  ilə  durulaşdırılmış  10  faizli  xlorid  turşusu  adlanan  maddə  tökün”.  “Alt  və  üst  çənənin  hər  birində  4 

kəsici, 2 köpək, 8 azı dişləri var”. “Diş fırçası işləndikdən sonra bir neçə vaxt sonra onu sabunla təmiz yuyun”. “Ona 

yaxın digər tərəfdən damar ürəyə gəlir”. “Beləliklə, adamı ölümdən xilas etmək olur. Tənəffüs orqanlarımız üçün 

çox  böyük  əhəmiyyətə  malikdir”.  “Səhər  tezdən  və  axşam  yatmazdan  əvvəl  otağın  havasını  əvvəlcə  təmizləyin”. 

“Biz bədənimizi dəri hissəsi ilə çox zədələrdən qoruyuruq”. “Adamın bədənini don vurubsa, onu isti otağa aparmalı, 

ayaqqabını çıxarıb isti şeylə sarıyıb həkimə göstərin”. “Uşaq bizquyruğu və askarid qurdları insanda yaşayır”. Belə 

misallar az deyil.

Etiraf edək ki, bunlar dili öyrətməli olan dərslik və onun müəllifləri üçün heç də ürəkaçan deyil.

Fikrimi aşağıdakı sözlərlə yekunlaşdırmaq istərdim.

M.V.Lomonosov /1711-1765/ həzrətləri 1755-ci ildə 44 yaşında yazmış olduğu “Rossiyskaya qrammatika” 

kitabında göstərirdi: “XVI əsrin Roma imperatoru V Karlın fikrincə, Allahla ünsiyyətə girmək istəyən şəxslər ispan 

dilinə müraciət etməlidirlər, dostlarla söhbət etmək üçün fransız dili çox əlverişlidir, düşməni məğlub etməkdən ötrü 

alman dilini əvəz edəcək ikinci bir dil tapmaq müşkül məsələdir, sevgili cananların qəlbinə yol tapmaq istəyənlər 

italyanca  ünsiyyətə  girməlidirlər.  Güman  edirəm:  əgər  imperator  cənabları  rus  dilinin  qüdrətinə  bələd  olsa  idi, 

görərdi  ki,  o  /rus  dili/,  yuxarıda  sadalanan  dillərin  hamısını  əvəz  etməyə  qadirdir.  Zira  rus  dilində  ispan  dilinin 

əzəməti,  fransız  dilinin  cazibədarlığı,  alman  dilinin  kəskinliyi,  italyan  dilinin  zərifliyi,  yunan  və  latın  dillərinin 

dolğunluğu cəmlənmişdir...”. Mən Bəşir Əhmədov isə güman edirəm ki, Mixail Vasilyeviç Lomonosov Azərbaycan 

dilinin icəliklərinə bələd olsa idi, “rus dili” birləşməsinin əvəzinə, “Azərbaycan dili” ifadəsini işlədərdi. 

Belə  bir  dilin  daşıyıcısı,  tədqiqatçısı,  öyrədicisi  olmaq  heç  bir  şan-şöhrətlə  əvəz  edilə  bilməz.  Bu  dilin 

imkanlarından heç olmasa 30-40 faiz istifadə etməyi bacarmırıqsa, ixtisasımızı dəyişməli, meyvə-tərəvəz satmaqla 

məşğul olmalıyıq!!!



"Azərbaycan dili və ədəbiyyatı tədrisi", Bakı, 2003, №2    



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə