Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə1/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   124


 
1
 
 
 
 
 
Anar İsayev  Ramil Rəhimov 
 
AZƏRBAYCAN
T A R İ X İ
 
Abituriyentlər üçün vəsait 
 
I HİSSƏ 


 
2
 
 
ÖN SÖZ 
 
Azərbaycan  Tarixi  fənni  üzrə  interaktiv  dərs  vəsaiti  şagirdlərə  təlim  materiallarını  elmi-metodik 
cəhətdən mənimsəməyə kömək məqsədi ilə hazırlanmışdır.  
Azərbaycan  Tarixi  fənni  üzrə  interaktiv  dərs  vəsaitinin  hazırlanması  zamanı  məktəb  dərsliklərindən, 
TQDK-nın  Test  Bankından,  Azərbaycan  tarixi  üzrə  audiovizual  tədris  vəsaitlərindən  istifadə  olunmuşdur. 
Vəsait  hazırlanarkən    orta  məktəb  dərsliklərinin  tam  məzmunu  nəzərə  alınmış    və  heç  bir  ixtisar 
aparılmamışdır. 
Vəsait  hazırlanarkən,  qabaqcıl  təcrübə  öyrənilərək  ümumiləşdirilmş,  təcrübədə  tətbiq  olunan  müasir 
metodika  və  texnologiyalardan,    üsul  və  vasitələrdən,    xüsusilə  testləşdirmədən  geniş  istifadə  edilmişdir. 
Burada TQDK tərəfindən təsdiq olunmuş  proqramda nəzərdə tutulmuş mövzular daha çox diqqət mərkəzində 
saxlanılmışdı.  
Vəsait  didaktik  istiqamətdə  işlənmişdir.  Məktəblilərin  tarixi  bilik,  bacarıq  və  vərdişlərinin 
formalaşdırılması  bir  biri  ilə  bağlı  olan  bir  neçə  mərhələdən  ibarətdir.  Bu  mərhələlərin  ən  əsası  şagirdlərə 
biliyin  mənimsədilməsi  prosesidir.  Biliyin  tam  mənimsədilməsi  üçün  əsas  vasitə  isə  dərslikdir.  Dərsliyin 
didaktik  baxımından  nə  qədər  yaxsı  və  son  texnologiyalarla  işlənməsi  şagirdlərə  biliyin  mənimsədilməsinə 
çox  kömək  edir.  Odur  ki,  şagirdlərdə  nəzərdə  tutulmuş  bilik,  bacarıq  və  vərdişləri  formalaşdırmaq  üçün 
öyrənmə  üsulları  müəyyənləşdirilmiş,  materiallar  didaktik  məqsədlərə  görə  təsnif  edilmişdir..  Bu  da 
şagirdlərdə motivasiya  yaradır, düşünülmüş şəkildə şüurlu mənimsəmə və diqqətlə öyrənməyə imkan verir,. 
Hadisələr aydın, təhlil formasında, müqayisə oxşarlıq,  xüsusiyyətləri, səbəb-nəticə əlaqələri  aydın  verilmiş, 
əsas  diqqət    faktların  təhlilinə,  onlar  arasında  oxşar  və  fərqli  cəhətlərə    yönəldilmişdir.  Bu  isə  passiv 
öyrənməni tamamilə aradan qaldırır.  Vəsait terminlər və xronologiya ilə təchiz olunmuşdur.
 
 
 
 


 
3
 
 
 
AZƏRBAYCAN ƏRAZİSİNDƏ İBTİDAİ İCMA QURULUŞU 
 
Azərbaycan ərazisində ilk insan məskənləri 
Dünyanın  ən  qədim  mədəniyyət  ocaqlarından  biri  olan  Azərbaycanda  qədim  dövrdə  əlverişli  təbii-coğrafi  şərait  burada 
ibtidai insanların məskən salmasına aşağıdakı bir-çox amillər şərait yartmışdı: 

 
Şirin su qaynaqlarının olması 

 
Bitki və heyvanat aləminin zənginliyi 

 
Təbii mağaraların olması və.s 
Azərbaycanda  ilk  insan  sürüləri  (dəstələri)  1,5  milyon  il  bundan  əvvəl  meydana  gəlmişdir.  Azərbaycan  ərazisində  Daş 
dövrünün ilk insan məskənləri aşağıdakı abidələr əsasında öyrənilmişdir: 

 
Qarabağda – Azıx və Tağlar mağaraları 

 
Kəlbəcərdə - Zar mağarası 

 
Naxçıvanda – Qazma mağarası 

 
Qazaxda – Daşsalahlı və Damcılı mağaraları 

 
Lerikdə - Buzeyir mağarası 
 
QEYD:  Dünyada  ən  qədim  və  ilk  insan  tipi  olan  “Bacarıqlı  insan”ların  qalıqları  ilk  dəfə  1931-ci  ildə  Şərqi  Afrikada, 
Keniya  və  Tanzaniyada  tapılmışdır.  Bu  qalıqlara  əsasən,  alimlər  ilk  insanların  2-3  milyon  il  bundan  əvvəl  yaşadığını  müəyyən 
etmişlər.  
 
İbtidai icma quruluşunun dövrləşdirilməsi 
Bəşər  cəmiyyətinin  ilkin  inkişaf  dövrü  ibtidai  icma  quruluşu  adlanır.  İbtidai  icma  quruluşu  özünəməxsus  səciyyəvi 
xüsusiyyətlərə malik olmuşdur. Həmin xüsusiyyətlər aşağıdakılardır: 

 
İbtidai icma quruluşu başqa dövrlərə nisbətən daha uzun müddət davam etmişdi 

 
İlk insanların yaranması ilə başlamış və uzun inkişaf dövrü keçmişdi 

 
Ayrı-ayrı ərazilərdə müxtəlif dövrlərə qədər davam etmişdi 

 
İnkişafı və dağılması bir-çox amillərlə (hər hansı bir ölkənin təbii şəraiti, təbii ehtiyyatları və.s ilə) bağlı olmuşdur 
 
İbtidai icma quruluşunun dövrləri
 
 
 
 
Tunc dövrü
 
 
Dəmir dövrü
 
 
Daş dövrü
 
 
 
I  BÖLMƏ 


 
4
 
Daş dövrü 
 
  
Daş dövrünün özü də şərti olaraq üç dövrə bölünür: Paleolit dövrü, Mezolit dövrü və Neolit dövrü. Daş dövrünün ən qədim 
və  ilkin  mərhələsi  Paleolit  dövrü  adlanır.  Paleolit  dövrü  şərti  olaraq  üç  mərhələyə  bölünür:  Alt  Paleolit,  Orta  Paleolit,  Üst 
Paleolit. 
 
 
 
Alt Paleolit dövrü
 
 
Alt Paleolit  dövrü  –  ən qədim və ilk insan tipi olan “Bacarıqlı insan”ın yaranmasından başlayaraq 100 min il bundan 
əvvələ qədər davam etmişdir. Alt Paleolit dövründə: 

 
Mənimsəmə  təsərrüfatı  meydana  gəldi  (İnanların  ovçuluq  və  yığıcılıq  vasitəsi  ilə  təbiətdən  hazır  məhsulları 
mənimsəməsi  –  mənimsəmə  təsərrfatı  adlanır.  İbtidai  insanlar  ilk  vaxtlar  əsasən,  xırda  heyvanları  və  iri  heyvanların 
balalarını ovlayır, yeməli yabanı bitkiləri və giləmeyvələri yığırdılar) 

 
Qədim insanların əsas məşğuliyyəti olan yığıcılıq (yemtoplama) və ovçuluq meydana gəldi 

 
Azərbaycan  ərazisində  qədim  insanlar  ilk  dəfə  oddan  istifadə  etməyi  öyrəndilər.  Onların  oddan  istifadə  etməsi  çox 
mühüm  hadisə  idi.  İlk  vaxtlar  ildırım  çaxması  və  üzvü  maddələrin  öz-özünə  yanması  nəticəsində  əmələ  gəlmiş  təbii 
oddan istifadə edilmiş, sonralar isə insanlar çaxmaqdaşılarını bir-birinə vurmaqla od əldə etməyi öyrənmişdilər 

 
Çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə - dəvəgözü)  hazırlanan  yeni əmək alətləri meydana gəldi, onlardan 
– dişli, ucu oymalı, qaşov tipli alətlər, kəsicilər hazırlanırdı 

 
İnsanlar  kiçik  quruplar  olan–  ibtidai  insan  “sürüsü”  (ulu  icma)  halında  yaşayırdılar.  Ulu  icma  özünəməxsus 
xüsusiyyətlə malik idi. Həmin xüsusiyyətlər aşağıdakılardır: 
a)
 
İlk insan kollektivi olub, icma quruluşunun ilk pilləsində (Alt Paleolitdə) meydana gəlmişdi 
b)
 
Kortəbii şəkildə, təbiət hadisələr qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdı 
c)
 
Qida əldə etmək və vəhşi heyvanlardan qorunmaq məqsədi  ilə yaranmışdı 
d)
 
Belə kollektivlər daimi olmayıb, tez-tez dağılır, sonra yenidən yaranırdı 
e)
 
Qəbilə icması formalaşanadək (Üst Pleolit dövrünədək) davam etmişdi 
  Azərbaycanda  Alt  Paleolit  dövrü  insanlarının  həyat  tərzi  –  Qarabağın  Qusarçay  vadisində  (indiki  Füzuli  şəhəri 
yaxınlığında) yerləşən Azıx mağarasında əldə edilən materiallar əsasında öyrənilmişdir. Azıx mağarasınsa: 

 
Mağaranın  ən qədim dövrünə  aid alt təbəqələrindən ibtidai  insanların işlətdikləri  adi  çay  daşlarından  hazırlanmış 
kobud daş alətləri - əl çapacaqları, əsrin-qaşov, siyırğac və.s  tapılmışdır 

 
Mağara sakinləri daş alətlərdən ovlarıqları heyvanı kəsmək , doğramaq işində istifadə etmişlər 

 
Nəsli kəsilmiş  müxtəlif vəhşi heyvanların sümükləri aşkarlanmışdı (Bu sümüklərə əsasən, onların ovladıqları vəhşi 
heyvanların növləri müəyyənləşdirilmişir) 

 
700  min  il  bundan  əvvələ  aid  ocaq  izləri  aşkar  edilmişdir  (Mağara  sakinləri  ocaqdan  əsasən,  isinmək,  yemək 
hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə etmişdilər) 

 
İbtidai  insanın  alt  çənə  sümüyü  tapılmışdır (1968-ci  ildə.) İbtidai  insanın alt çənə  sümüyü tapılması dünyada  ən 
qədim belə tapıntılardan dördüncüsü hesab olunur. Bu fakt Azərbaycanın qədim insanın formalaşdığı əraziərdən biri 
olduğunu sübut edir.  
  Antropoloqlar  Azıx  mağarasında  yaşayan  ibtidai  insanı  “Azıxantrop”  (“Azıx  adamı”)  adlandırmışdılar.  Azıx  adamının 
tapılmış çənə sümüyü Azərbaycanın qədim insanın formalaşdığı ərazilərdən biri olduğunu sübut edir. Azıx adamı: 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə