Dərsliyi əsasında unec-in Beynəlxalq İqtisadiyyat kafedrasının müəllimi Təhmasib Əlizadə



Yüklə 179,2 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü179,2 Kb.
#32282
növüDərs


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



Beynəlxalq iqtisadiyyat kafedrası 

Hazırladı: Təhmasib Əlizadə 

Qeyd: Bu leksiya materialı Frederick P.Stutz və Barney Warf tərəfindən yazılmış “World Economy” 

dərsliyi  əsasında  UNEC-in  Beynəlxalq  İqtisadiyyat  kafedrasının  müəllimi  Təhmasib  Əlizadə 

tərəfindən universitetin tələbələri üçün hazırlanmışdır.  



 Dünya iqtisadiyyatı fənni 

II Mövzu – Dünya kapitalizminin tarixi inkişaf mərhələləri 

 

II BÖLMƏNİN MƏQSƏDLƏRİ 

• Feodal mənşəyi də daxil olmaqla, kapitalizmi tarixi aspektdə dərk etmək; 

• Kapitalist iqtisadiyyatların xarakterik xüsusiyyətlərini təqdim etmək; 

• Sənaye İnqilabı və onun nəticələrinin əhəmiyyətini sübut etmək; 

• Kolonializmlə qlobal kapitalizm arasındakı əlaqəni işıqlandırmaq. 

 

Bu  mövzuda  biz  kapitalizmin  tarixi  inkişafını  öyrənəcəyik.  Biz  kapitalist  iqtisadiyyatlar  və 



toplumların  feodalizm  dövründə  yarandıqlarını,  kapitalizmin  unikal  xüsusuiyyətlərini,  özəlliklərini 

öyrənəcəyik.  

 

Feodalizm. Kapitalizmin yaranması 

Ümumiyyətcə,  bəşəriyyət,  insanlar  daima  öz  resurslarını  idarə  etmək  üçün,  istehsal  güclərini 

artırmaq məqsədilə daima yeni yollar axtarmışlar. Tarixən insanların mütləq əksəriyyəti ov ovlayan 

və  məhsul  yığan  olmuşlar.  Yəni,  insanlar  daima  özlərini  təmin  etmək  məqsədilə  daima  məhsul, 

ərzaq yığımı ilə məşğul olmuşlar. Hələ 10 000 il əvvəl kənd təsərrüfatı inqilabı baş verdiyi zaman, 

insanlar  artıq  birgə  işləməyə,  yaşamağa  başladılar  və  bu  ilk  yaşayış  mənətəqələrinin  və  ilk 

cəmiyyətlərin yaranmasına gətirib çıxardı. 

Kapitalimizin  yaranmasından  danışmazdan  əvvəl  insanların  həyatının  necə  olduğunu  təhlil  etsək 

görərik  ki,  hələ  kapitalizm  yaranmazdan  əvvəl  insanların  iqtisadi  və  sosial  həyatında  hakim 

mövqedə feodalizm idi. Feodalizm təxminən V və XV əsrləri əhatə edirdi, yəniki təxminin min illik 

bir tarixi  periodu.  Feodalizm dövrünü  Orta  Əsrlər  və  Qara Dövr  adlandırırlar bəzən.  Bu dövr  eyni 



Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



zamanda  çox  uzun  bir  zamanı  əhatə  etmişdir.  Ümumilikdə  isə  xarakterizə  etsək  görərik  ki, 

Feodalizm Avropa üçün unikal hesab edilmirdi, lakin bəzi regional üçün, məsələn Yaponiya üçün və 

qismən  də  Hindistan  üçün  uyğun  hesab  edilirdi.  Məsələyə  siyasi  olaraq  yanaşsaq,  görərik  ki, 

feodalizm  Avropada  dəyişən  sistemlərin,  Frank  Krallığının,  Normanların,  Müqəddəs  Roma 

İmperiyasının,  Çar  Rusiyasının  və  Avstriya-Macar  İmperiyasının  dəyişən  seriyaları  kimi  təqdim 

edilirdi.  

 

Feodalizmin meydana gəlməsi və ümumi məlumat 

18 əsrin əvvəllərindən başlayaraq tarixşunaslığ "feodalizm" terminindən geniş istifadə etsə 

də, bu anlayışı vahid elmi tərifini verə bilməmişdi. Tarixçilər daha çox onun ikinci dərəcəli, başlıca 

olaraq,  siyasi  və  hüquqi  əlamətlərinə  görə  tərif  verirdilər.  Bir  qrup  tarixçi  siyasi  pərakəndəliyi, 

dərəbəyliyi,  başqaları feodal  nərdivanı,  üçüncü  qrup  isə  siyasi  hakimiyətin  torpaq  sahibliyi  ilə 

birləşməsini, bəziləri isə şəxsi əlqələrin hökmranlığını və sairəni onun başlıca əlaməti hesab edirdi. 

Ş. Monteskyö feodalizmin əsas şərti kimi şərti torpaq mülkiyətini, feodlar sistemini və onun 

əsasında  artan  hərbi-len  iyerarşisini  hesab  edirdi.

[1]

 Lakin  çağdaş  tarix  elmi  həm  də  feodalizmin 



mahiyətini,  ikinci  dərəcəli,  subyektiv,  təsadüfi  əlamətlərdə  deyil,  onun  obyektiv,  mahiyətinə  xas 

olan,  və  təkrar  olunaraq,  sistemli  səciyə  daşıyan  əlamətlərinə  görə  fərləndirirdi.  Məhz istehsal 

münasibətləribütövlükdə feodalizm ictimai formasiyası üçün xas olan siyasi və içtimai xüsusiyətləri 

müəyyən  edir.  Feodalizm  quruluşunu  bir  tərəfdən  quldarlıq,  digər  tərəfdən  isə  kapitalizmdən 

fərqləndirən başqa mühüm xüsusiyət iri torpaq mülkiyətinin bilavasitə istehsalçıların - kəndililərin 

xırda fərdi təsərrüfatları ilə əlaqədar olması idi. 

Feodallar  öz  torpaqlarının  çox  hissəsini  istifadə  üçün  kəndlilərə  paylayırdılar.  Kəndlilər 

feodalizm  cəmiyətində  çox  nadir  hallarda  becərdikləri  torpaqların  mülkiyətçisi  olurdular.  Onlar 

torpaqları  bu  və  ya  digər  şərtlə  istifadə  edirdilər.  Kəndlilər  bu  torpaqlardan  bəzən  irsən  istifadə 

etmək hüququna malik idilər. Həmin torpaqlarda kəndlilər öz xırda təsərrüfatlarını müstəqil idarə 

edirdilər.Sinifli  cəmiyətlərdə  istehsalçıların  iqtisadi  maraqlandırılması  hesabına  istismar  olunması 

üsulu 


ilk 

dəfə 


feodalizm 

ictimai-iqtisadi 

formasiyasında 

geniş 


istifadə 

olunmağa 

başlayıb. Quldarlıqdan fərqli  olaraq  feodalimzdə  istehsalçılar  bilavasitə  zorla  istismar 

olunmurdular, dolayısı ilə, torpaqdan istifadənin müqabilində müəyyən qədər məhsuldan özlərinə 

saxlamaq  şərti  ilə  həvəsləndirilirdilər.  Bu  sinifli  cəmiyətdə  istehsalçının  istismarının  təkamülü  idi. 

Feodalizm  həm  də  natural  təsərrüfatın  və  mübadilənin  üstünlük  təşkil  etdiyi  formasiyadır. 




Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



Şəhərlərin  yaranması,pul  və  bazar  münasibətlərinin  məhz  feodalizm  dövründə  inkişaf  etməsi 

sonrakı  kapitalist  cəmiyəti  üçün  zəmin  yaratdı.Sonraki kapitalizm quruluşunda  istehsalçının 

həvəsləndirilməsi,  bazar  və pul  münasibətlərinin inkişaf  etməsi  nəticəsində,  natural  deyil,  pul  ilə 

həyata keçirilməyə başladı, yəni onlar muzdlu oldu. 

Hər  cür  istehsal  vasitəsindən  məhrum  olan  və  əməyin  nəticəsində  marağı  olmağan  əntiq 

quldan  fərqli  olaraq,  feodalimzdəki  kəndli  öz  təsərrüfatının  müstəqiul  sahibi  kimi  əməyin 

məhsuldarlığının  artırılmasında  maraqlı  idi.  Feodalimzə  keçid  zamanı  qeyri-iqtisadi  məcburiyyət 

formaları  da  asanlaşdı: Avropa ölkələrində  kəndlilərin  hələ  erkən  Orta  Əsrlərdə  geniş  yayılmış  ən 

ağır  şəxsi  asılılıq  formaları  da  köləliyə  nisbətən  xeyli  asan  idi.  Bu  zaman  kəndlilərin  əsas  kütləsi 

şəxsən 


azad 

idi. 


Bəzi 

xalqlar 


feodalizmə 

quldarlıqdan 

deyil, 

birbaşa ibtidai-icma 



quruluşundan keçirdilər. 

Məhsuldar  qüvvələrin  daha  da  inkişafı  zəminində  baş  verən  bu  keçid  fərdi  istehsalın 

genişlənməsini,  icma quruluşunun onun  üzərinə qoyduğu  məhdudiyyətləri  aradan  qaldırılması  və 

ya  asanlaşdırılmasını  tələb  edirdi.  Bu  keçid  dövründə  əmək  məhsuldarlığının  son  dərəcə  aşağı 

olduğu  şəraitdə  kiçik  təsərrüfatın  (parsella  təsərrüfatının)  inkişafı  labüd  olaraq  torpaq  üzərində 

xüsusi mülkiyyətin yaranmasına, içtimai əmək bölgüsü isə sinifləri və istismarı meydana gətirsə də, 

hər  halda  feodalizm  quruluşu  ibtidai-icma  cəmiyyətinə  nisbətən  fərdi  istehsalın  möhkəmlənməsi 

və  xırda  kəndli  təsərrüfatının  məhsuldarlığın  artması  üçün  imkanlar  açırdı.  Məhz  buna  görə  də, 

kəndlilərin  qəddarcasına  istismar  olunmasına  və  istehsalın  xırda  səciyyə  daşıması  səbəbi 

ilə texnikanın aşağı səviyyədə olmasına baxmayaraq, feodalizm cəmiyyətində məhsuldar qüvvələr 

inkişaf  edirdi.  Kənd  təsərrüfatında  mütərəqqi  inkişaf  sahəsi  ilk  növbədə  kəndli  təsərrüfatları  idi. 

Kəndlilər burada biyara nisbətən daha intensiv və məhsuldar işləyirdilər. 

 

Feodalizmin xarakterik xüsusiyyətləri 

• Həyat və əmək fəaliyyəti ənənəyə əsaslanmışdır. 

• Avropada kilsə dominant siyasi və ideoloji qurum olmuşdur. (bax. Şəkil 1.) 

• Hakim sinifi təşkil edən aristokrat torpaq sahibləri torpağını aşağı məhsuldarlıqla becərən 

təhkimli kəndlilərdən (.ox vaxt serflər adlandırılırd) renta əldə etmişdir. 

• Feodal şəhərlər - ətrafı qalalarla, gildiyalarla (loncalarla) bazarlarla əhatə olunmuş və 

universitetlərin qurulduğu yaşayış məskənləri olmuşdur. 

• Feodal şəhərləri ierarxiyaya əsaslanmış və .ox az regionlararası ticarəti də əhatə edən əsasən ki.ik 




Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



ticarət mərkəzləri olmuşlar. 

Şəkil 1. Notr Damm kiləsi, Paris, Fransa 

 

Feodalizm  dövründə  Avropada  kilsələr  ən  əsas  siyasi,  ictimai  institutlar  hesab  olunurdular.  Hətta 



ən  hündür,  gözəl  binalar  kiləsələr  üçün  inşa  edilirdi.  Şəkil  1.də  biz  Parisda  yerləşən  Nort  Damm 

kilsəsini  görə  bilərik.  Bu  kilsənin  inşası  təxminən  bir  əsrə  başa  gılib.  Bundan  başqa  feodalizm 

dövründə Roma Papaları ən zənginlərdən hesab edilirdilər.  

 

Yuxarıda  Feodalizmin  meydana  gəlməsini,  əsas  özəlliklərini  qeyd  etdik.  Əlavə  olaraq,  onu 



deyə bilərik ki, feodalizm dövründə kənd yerlərində kənd təsərrüfatında məhsuldarlıq çox aşağı idi, 

əsas  kütlə  kəndlilər  və  fermerlər  idi.  Feodalizm  zamanı  kənd  təsərrüfatı,  fermerçilik  heyvan 

əməyinə  əsaslanırdı.  Məhsuldarlıq  aşağı  idi.  Marketlər  çox  kiçik  idilər.  Əksər  hallarda  bu 

marketlərdən zənginlər məhsul alırdılar.  

 

Kəndlilərin  əsas  qismini  Serflər  təşkil  edirdilər.  Serflər  qul  hesab  edilmirdilər.  Onlar 



feodalların torpaqlarından istifadə etməl hüququna malik idilər.  

 

 



 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



 

Şəkil 2. Serflərin “lordlar”ın təsərrüfatında çalışması 

 

 



Feodalizmin sonu 

Əslində  Avropada  feodalizm  VI  əsrdən  XIV  əsrə  qədər  elə  də  çox  dəyişimə  məruz  qalmamışdır. 

Feodal  cəmiyyət  daha  çox  stabil  idi  və  dəyişimə  elə  də  müsbət  yanaşmırdı.  Şəkil  3-də  biz  14-cü 

əsrdə  kapitalizmdən  əvvəlki  Dünyanın  xəritəsini  görürük.  Avropadan  Orta  Şərqə  qədər  uzanan 

ərazidə  yaşayan  toplumlar  arasında  əlaqələrin  qurulmasını,  şəbəkənin  qurulmasını,  ticarətin 

başlamasını biz görürük. İpək yolunun rolunu da biz burada qeyd edə bilərik.  

Avropa uzun müddət insan əməyinin əskikliyindən əziyyət çəkirdi bu dövrdə. Avropa kasıb 

topraqları,  zəngin  insanları  olan  sistemən  zəngin  torpaqları,  lakin  əvvəlki  kimi  zəngin  olmayan 

insanların  olduğu  sistemə  gedirdi  artıq.  Əksər  insanlar  iddia  edirdilər  ki,  feodalizmin  bir  neçə 

problem  var  və  sonda  bu  system  dağılacaqdır.  Məsələn,  İtaliyanın  Florensiya  kimi  şəhərlərində 

artıq XIV əsrdən əvvəl banklar, kapitalist institutlar mövcud idi. Ümumilikdə isə bir neçə digər əsas 



Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



səbəblər məsələn, Fransa ilə İngiltərə arasındakı “Yüzillik müharibə (1337-1453)”, dünyadakı “kiçik 

buz dövrü”, Səlib yürüşləri, və s. səbəblərə görə artıq feodalizm Avropada yavaş-yavaş dağılmağa 

başladı. Və yeni bir siyasi, iqtisadi və sosial system yarandı: Kapitalizm. 

 

Şəkil 3. Feodal regionlar və Ticarətin başlaması

 

 

Erkən dövr kapitalizminin xarakterik xüsusiyyətləri 

XV  əsrdən  XIX  əsrə  qədərki  periodda  Avropada  feodalizm  artıq  yavaş-yavaş  kapitalizmlə  əvəz 

olunmağa  başladı.  Bu  dövr  üçün  kapitalizmmi  öyrəndiyimiz  zaman  biz  gərək  Avropada  həmin 

dövrdə mövcud olan kapitalizmin əsas xüsusiyyətlərinə nəzər salaq: 

 



 



Bazarlar: qiymətlərdə razılaşan əmtəələrin – məhsul və xidmətlərin satıcı və alıcıları. 

 



Bazarın növləri: mükəmməl rəqabət – xalis monopoliya – oliqapoliya (və digər növlər). 

 



Mənfəət stimulu = gəlir – xərc > 0 

 



Alıcı və satıcıların məhsullarda və istehsal prosseslərindəki innovasiyadan doğan stimulları 

da əhatə edən dinamik davranışı. 




Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



 

Sinifi  münasibətlər  –  tacir  və  burjuaların  keçmiş  aristokratiyaya  qarşı  olması  –  feodal 



Avropadan  fərqli  olaraq  kapitalizmdə  işçilər  dolanmaq  üçün  öz  iş  gücünü  satmalıdır. 

Maddiləşmə  prosesinin  genişlənməsi  əksər  əmtəə  və  xidmətləri  olduğu  kimi  əməyi  də 

əhatə edir. 

 

Avropada kapitalizmin yaranmasını adətən İtaliyanın şimal hissəsi ilə əlaqələndirirlər və bu coğrafi 



məkan kapitalizmin yaranması yeri kimi göstərilir. Şəkil 4-də biz həmin bu ərazini görə bilərik 

 

Şəkil 4. 1494-cü ildə İtaliyan şəhər dövlətləri 

 

Florensiya,  Venesiya,  Pisa  və  Genoa  kimi  şəhər  dövlətlər  capitalist  cəmiyyətlərin  (toplumların) 

yaranmasında əsas rola malik idilər. Bu şəhər-dövlətlərinin varlı tacir qrupları var idi. Bu qruplara 

Florensiyanın  məhşur  Medici  ailəsini  missal  göstərmək  olar.  Bu  ailə  Orta  Şərqlə  aktiv  ticari 

əlaqələrə  malik  idi.  (Şəkil  4)  Onların  ticarət  etdikləri  və  fəaliyyət  sahələrinə  gümüş  ehtiyatlarını, 

ipək istehsalını, bank sahəsindəki işlərini misal göstərmək olar. Şimali İtaliyanın bu dövrdə inkişaf 

etməsinin əsas səbəblərindən biri də Aralıq dənizi ətrafındakı ölkələrlə ticarət əlaqələri idi. Bu  



Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



ölkələrdən Misir və Orta Şərq ən əsasları idi. Həmin dövrdə Şimali Avropada isə bir qrup şəhərlər 

Hanza İttifaqını (Liqasını) yaratmışdılar.

1

 Hanza İttifaqı Rusiya və Skandinaviya ərazilərindən Şimali 



Almaniya ərazisinə qədər uzanırdı. Şəkil 5də biz XV əsrdə Avropanın ticarət yollarını göstərilmişdir.  

 

Şəkil 5. Kapitalizmin formalaşması və təbiəti – ticarət şəhərlərinin artması, Avropada və Uzaq 



Şərqdə ticarət yolları  

 

Bazarlar (markets) 

Feodalizm  və  quldarlıqdan  sistemlərində  bütün  resurslar  mərkəzdə  olan  güc  tərəfindən 

bölüşdürülürdü,  idarə  olunurdu.  Lakin  bu  sistemlərdən  fərqli  olaraq  kapitalizmdə  resurslar  yalnız 

bazarlar tərəfindən idarə olunur və bölüşdürülür. Bazarlar alıcılardan və satıcılardan ibarət olurlar. 

Yəni  ki,  ümumiyyətcə,  bazar  -  alıcı  ilə  satıcıların  görüşdüyü  ticarət  məkanıdır.  Bazar  -  ayrı-ayrı 

əmtəələr  və  xidmətlər  üzrə  satıcılarla  alıcıların  birgə  fəaliyyəti  mexanizmi  olmaqla  iqtisadi 

münasibətlərdə tələblə-təklifin məcmusu, hər hansı əmtəə üzrə bir qrup adamların sövdələşməsi 

ilə baş verən sıx fəaliyyət münasibətləri və əmtəə və əmtəə-pul mübadiləsi formasıdır. Bazarlar üç 

əsas elementin - tələb, təklif və qiymətin qarşılıqlı təsiri nəticəsində fəaliyyət göstərir.  

                                                        

1

 Hanza  ittifaqı — Almaniyanın  şimalında  yerləşən  şəhərlər  və  xarici  ölkələrdə  yaşayan  etnik almanlar tərəfindən 



yaradılmış,  ticari  ittifaq.  Hanza  ittifaqına  şəhərlər  daxil  olmuşdur  və  onlar  bir-birlərinin  ticari  maraqlarını  müdafiə 

etmək barədə razılığa gəlmişlərdir. 




Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



Kapitalizm  quruluşunda  bazarlarda  bütün  növ  mallar  (mıhsullar)  və  xidmətlərin  qarşılıqlı 

mübadiləsi  aparılır.  Bazarın  genişlənməsi  bir  çox  müxtəlif  məhsul  növlərinin,  xidmətlərin  bazara 

daxil  olması  ilə  baş  verir.  Bu  məhsullar  bütün  sahələrdən  ola  bilər,  məsələn,  istehsal,  nəqliyyat, 

təhsil, səhiyyə, əyləncə və s.  

Cədvəl 1-də (Rəqabətin alternativ modelləri) bazarın növləri göstərilmişdir. Bazardakı məhsulların 

növündən asılı olaraq, alıcı və satıcıların sayından asılı olaraq, bazarın  ümumu quruluşundan asılı 

olaraq, bazarlar bir neçə növə bölünürlər. Cədvəl 1-də bu növlər qısaca olaraq göstərilmişdir. 

 

Cədvəl 1. Rəqabətin alternativ modelləri  

 

Bir alıcı 

Çoxlu alıcı 

Bir satıcı 

 

İnhisar 

Bazara giriş çətindir 

Bir neçə satıcı 

Oliqopsoniya 

Oliqopoliya 

Məhdud satıcı 

sayı 

 

İnhisarçı rəqabət 

Çoxlu satıcı 

Monopsoniya 

Mükəmməl rəqabət 

 

Bazara giriş asandır 

 

Cədvəl  2-də  isə  (Alternativ  bazar  növlərinin  əsas  cəhətləri)  bazarın  növlərinin  əsas  özəllikləri 

göstərilib.  Yəni  ayrı  ayrılıqda  mükəmməl  rəqabətin,  inhisarın, oliqopoliyanın  onlara  xas  olan  əsas 

xarakterik cəhətləri qeyd olunub.   



 

  

 



 

 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

10 



Cədvəl 2. Alternativ bazar növlərinin əsas cəhətləri 

Mükəmməl rəqabət 

İnhisar 

Oliqopoliya 

-

 



Eyni növ məhsullar 

-

 



Hər istehsalçı ümumi 

məhsulun kiçik hissəsini  

istehsal edir 

-

 



Heç bir satıcının qiymət  

üzərində təsiri yoxdur 

-

 

Bazara giriş asandır 



-

 

İnformasiyaya çıxış  



problemsizdir  

-

 



Bazarlar dəyişkəndir 

 

-



 

Bir məhsul istehsalı 

xarakterikdir 

-

 



Bir istehsalçı bütün  

məhsulu istehsal edir 

-

 

Gəlirləri 



maksimallaşdırmaq üçün  

qiymətlər müəyyən edilir  

-

 

Bazara daxil olmağa  



yüksək maneələr var 

-

 



İnhisarçının bazara 

nəzarət etmək imkanları  

var 

-

 



Bazarlar dəyişməzdir 

 

-



 

Oxşar məhsullar istehsal 

olunur 

-

 



Bir neçə istehsalçı bazarı  

bölüşdürür 

-

 

Qiymətqoyma 



strategiyası ilə qiymətlər 

müəyyən  olunur 

-

 

Bazara daxil olmağa  



yüksək maneələr var 

-

 



Oliqopolçular rəqabət ya 

da razılaşma yolu ilə  

fəaliyyətlərini müəyyən  

edirlər 


-

 

Qeyri-stabil bazarlar ola  



bilər,rəqabətli 

strategiyalar  ilə stabillik 

əldə olunur 

 

 



Erkən dövr kapitalizminin xarakterik xüsusiyyətləri 

İndi isə erkən dövr kapitalizminə xas olan digər xarakterik xüsusiyyətləri nəzərdən keçirək. 

 

Maliyyə:  barterin  pul  ilə  əvəzlənməsi,  pulun  idarəsi  və    tənzimlənməsini  həyata  keçirən 



institutlar. 

 



Qeyri-bərabər  məkansal  inkişafın  lokal  səviyyədən  qlobal    səviyyəyə  və  tarixiən  davamlı 

formada qaçılmazlığı. 

 

Uzaq məsafəli ticarətin - nəqliyyatdakı innovasiyalarla sürətlənmiş - müqayisəli üstünlüklər 



əsasında regional ixtisaslaşmaya imkan yaratması. 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

11 



 

İdeoloji dəyişiklik - çap/oxuma, din, elm, Maarifçilik-  “sekulyarizmi, fərdiyyətçiliyi, 



rasionallığı, inkişafı və  demokratiyanı əsas alan dünyagörüşü” 

Şəkil 6. Avropa 1815-ci ildə, Napoleon müharibələrinin sonunda 

 

 

Kopernikci  heliosentrik  kainat    yanaşması    Aristotelçi    geosentrik  kainat    yanaşmasından 

fərqlənərək təbiətə  sekulyar (dünyəvi)  baxışın mühüm  elementlərindən  biri kimi çıxış edir  və bu 

baxış erkən  modernizmin elmi  və siyasi  inqilabları ilə  müşayət olunurdu.  Unudulmamalıdır  ki, 

kainata    geosentrik    yanaşmadan    heliosentrik    yanaşmaya  keçid    böyük  intellektual    və  siyasi  

reaksiyaya səbəb  olmuşdur. 

 

 



Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

12 



 

 

 

 

 

 

 

 

 

 

 

Erkən dövr kapitalizminin xarakterik xüsusiyyətləri 

 



Bir neçə milli-dövlətləri əhatə edən feodal  imperiyalar (məs. Müqəddəs Roma İmperiyası) 

 



Feodal monarxiyaların milli-dövlətlərlə  əvəzlənməsi. 

 



Milli dövlətlərin kapitalizmin inkişafına  tənzimləmələr, ictimai investisiyalar və 

proqramlarla  dəstək verməsi (məs. təhsil, müdafiə, ticarət  proteksionizmi və.s). 

 

Ancaq bu institutlar kapitalizmin transmilli inkişafına  mane olmurlar (məs. müasir 



qloballaşma). 

 

 

 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

13 



Şəkil 7. 1600-cü ildə Müqəddəs Roma İmperiyası 

 

 



 

 

 

 

 

 

 

 

Şəkil 8.  Vestfaliya müqaviləsindən (1648) sonra Avropada sərhədlər 

 

 

 

 

 

 

 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

14 



Sənaye inqilabı 

Kapitalzmin  yaranmasını,  onun  xarakterik  xüsusiyyətlərini  nəzərdən  keçirdik.  Kapitalizmin  əsas 

xüsusiyyətlərindən,  özəlliklərindən  biri  də  onun  il  qurulduğu  zamandan  bu  yana  daima  dinamik 

olmasıdır.  Elə  ona  görö  də  bazar  münasibətlərinin  yüksəlişi  və  inkişafı  çox  sürətlə  baş  vermişdir. 

Bundan  sonra  isə  XVII  və  XIX  əsrlərdə  dünyada  baş  verən  sənaye  inqilabı  bu  sürətli  inkişaf 

tendensiyasını daha da sürətləndirmişdir. Yəni ki sənayeləşmədən sonra dünyada inkişaf daha da 

sürətlə getməyə başlamışdır. Bu sürət hazırki dövrdə də davam edir və bu bizim indi yaşadığımız 

modern  (müasir)  dünyanın  əsas  özəlliyidir.  Əslində  sənaye  inqilabına  qədər  kapitalizm  xeyli  dövr 

keçmişdir.  1800-cü  illərin  ortalarından  başlayaraq  Avropada,  Şimali  Amerikada,  Yaponiyada 

kapitalist istehsalın sürəti və gəlirləri daha da yüksəldi.  

Ümumi olaraq izah versək, Sənayeləşmə: 

Sənayeləşmə xammal, məhsul və texnologiyada  çoxlu transformasiya prosesi kimi.  

Səbəblər: 

 

Ağac, daş kömür və qazdan istifadə edərək  enerji əldə edilməsi; 



 

Texnoloji innovasiya; 



 

Məhsuldarlığın artımı. 



Sənaye İnqilabının dünya üzrə yayılması. 

Şəkil 8.  Bəşər tarixi boyunca texnoloji inkişaf enerji mənbələrinin inkişafından asılı olmuşdur. 

 

 

 



 

 

 

 

 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

15 



SƏNAYE İNQİLABININ BAŞLICA İNNOVASİYALAR 

1708


 

Mexaniki toxum 

ə

k

ə



n

 

1876


 

Telefon


 

1712


 

Buxar 


maşını

 

1877


 

Qramofon


 

1758


 

Xarman 


maşını

 

1878


 

Mikrofon


 

1765


 

İp ə


yirm

ə

 



maşını

 

1879


 

Elektrik 

lampası

 

1787


 

Mexaniki toxucu d

əzgahı

 

1884


 

Viskoza


 

1793


 

Pambıq tə

mizl

ə

m



ə

 

maşını



 

1886


 

Hidroelektrik stasiya



 

1807


 

Buxar g


ə

misi


 

1888


 

Kamera, radio 

dalğalası

 

1828


 

D

ə



miryolu

 

1892


 

Dizel müh

ə

rriki


 

1831


 

Elektrik generatoru



 

1895


 

Rentgen 


şüaları

 

1839


 

Fotoqrafiya, 

vulkanizasiya edilmiş

 

kauçuk



 

1896


 

Simsiz teleqraf



 

1844


 

Teleqraf


 

1899


 

Aspirin


 

1846


 

Pnevmatik 

şin

 

1900


 

Zeppelin (Dirijabl)



 

1849


 

D

ə



mir-beton

 

1903


 

T

ə



yyar

ə

 

1850

 

Emal 


olunmuş

 benzin


 

1906


 

Elektron lampa



 

1851


 

Soyuducu, 

tikiş

 

maşını



 

1925


 

Televiziya



 

1857


 

Pasterizasiya



 

 

 

1859


 

Benzin müh

ə

rriki


 

 

 

1866


 

Açıq 


ocaq soba

 

 

 

1867


 

Dinamit


 

 

 

1873


 

Yazı


 

maşını


 

 

 

 

 



Tarixdəki digər sosial proseslər kimi Sənaye İnqilabının da inkişaf səviyyəsi bütün zamanlarda eyni 

templə  getmirdi.  Kapitalizmin  yaranmasını  biz  İtaliya  olaraq  qeyd  etmişdik,  Sənaye  İnqilabı  isə 

əsasən  Şimal-qərbi  Avropada  yaranmışdır.  İlk  sənaye  müəssisələri,  məsələn  tekstil  fabrikləri 

Belçikanın  Lige  və  Flanders  şəhərlərində  yaradılmışdır.  Lakin  heç  şübhəsiz  ki,  Sənayeləşəmənin 

vətəni  Böyük  Britaniyadır.  Britaniya  sənayeləşmiş  ilk  ölkə,  Britaniyalılar  isə  sənayeləşmiş  ilk  xalq 

hesab  olunurlar.  Artıq  XVIII  əsrin  sonlarında  Britaniya  dünyanın  tam  sənayeləşmiş  iqtisadiyyata 

malik  yeganə  ölkəsi  idi  və  bu  özəllik  bütün  rəqabətlərdə  britaniyalılara  böyük  üstünlük  gətirirdi. 

Məsələn, XVIII əsrdə qlobal hegemoniya uğrundaki mübarizədə Britaniya özünün sənaye gücü ilə 

Fransa üzərində üstünlük qazandı və qalib gəldi. Həmin dövrdə Britaniya istehsalı ucuz başa gələn 

məhsullarla  bazarları  doldururdu  və  rəqabətdə  üstünlük  əldə  edirdi.  Şəkil  9-da  sənayeləşmənin 




Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

16 



yayılması və Britaniyanın səanyeləşmiş regionları göstərilmişdir.  

Şəkil 9.  Sənayeləşmənin yayılması və Britaniya üzrə sənayeləşmiş regionlar 

 

 



 

 

 

 

 

 



 

 

 



 

 

 



 

Sənaye  İnqilabı    dövründə  uşaqların    işçi  kimi  çalışdırılması  

geniş  yayılmışdı.  Bu  proses  XIX  əsr  və  XX    əsrin 

əvvəllərinədək  -    uşaq  əməyi    qanunlarının  qəbul  

olunmasınadək  davam etmişdir. Bu gün də inkişaf  etməkdə 

olan  dünyada oxşar  vəziyyət davam edir.  

 



Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

17 



Şəkil 10.  Sənaye İnqilabının dünya üzrə yayılması 

 

Sənaye İnqilabının əsas nəticələri 

 

Sənaye İşçi Sinfinin formalaşması;  



- Mütəşəkkil əməyin yüksəlişi. 

 



Urbanizasiya - sənaye “şəhərsalma” fəaliyyəti kimi. 

 



Əhali  təsirləri:  Məhsuldarlığın  artımı,  səhiyyənin    inkişafı,  doğum  səviyyəsinin  azalması 

qarşısında  Maltusun tezisləri. 

 

Qlobal  bazarların  və  beynəlxalq  ticarətin    genişlənməsi  -  nəqliyyatda  inkişaf,  beynəlxalq  



maliyyə, inkişafın zamanlaması. 

 



Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

18 



Müstəmləkəçilik 

Avropada  kapitalizmin  inkişafı  sonda  Avropanın  dünyanın  digər  regionlara  təsrini  gücləndirməsi, 

digər  ərazilərə  sahiblənməsi  ilə  nəticələndi.  Bu  dövr  eyni  zamanda  “Kəşf  dövrü”  adlandırılır  və 

kapitalizmin  dünya  miqyasında  genişlənməsini  təcəssüm  edir.  Kapitalizm  Avropada  yüksək 

səviyyədə  inkişaf  dövrü  keçsə  də,  qlobal  miqyasda  bu  inkişaf  səviyyəsi  bərabər  deyildi  və 

müstəmləkəçilik  də  bu  qeyri-bərabərsizliyin  əsas  hissəsini  təşkil  edirdi.  Yəniki,  çox  inkişaf  edən 

mərkəzi hissə - Avropa regionu, az inkişaf edən isə ətraf hissələr – müstəmləkə ölkələr idi.  

Müstəmləkəçilik həm iqtisadi, həm siyasi, həm də mədəni  (kültür) idi.  Bu eyni zamanda bir fəth 

aktı  idi,  hansı  ki,  Avropanın  güclü  ölkələrindən  ibarət  kiçik  bir  qrup  Avropadan  olmayan 

cəmiyyətlərdən (toplum) ibarət olan böyük bir qrupu idarə edirdi. 



Şəkil 10.  Avropa müstəmləkəçilik dalğaları 

 

 



 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

19 



Müstəmləkçiliyin xarakteristikası 

 



Müstəmləkəçilik: Kapitalizm dünya miqyasında 

o

 



Avropanın sənayeləşən ölkələri tərəfindən xarici resursların istismarı; 

o

 



Milli qruplar arasında konfliklərlə müşaiyət olunan iqtisadi, siyasi, mədəni təsirləri; 

o

 



Müstəmləkəçiliyin bərabərsizliyi. 

 



Müxtəlif  dövrlərdə  Amerika,  Afrika,  Asiyada  müstəmləkələrin  millətlərə  (dövlətlərə)  

çevrilməsi. 



Şəkil 11.  Müstəmləkə imperiyaları 1915 

 

Müstəmləkəçi gücün əsasları 

 

Sənaye İnqilabı nəticəsində texnoloji və hərbi üstünlüyün əldə olunması. 



 

Jared Diamondun arqumentləri: coğrafi qəzalar (yerli əhali arasında xəstəliklərin təsiri) və 



texnoloji nailiyyətlər. 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

20 



 

Qərbin  hüquq  sistemi,  iqtisadi  sistemi  və  mülkiyyət  hüquqlarından  doğan  siyasi 



üstünlükləri. 

 



İşğal Tarixşünaslığı: Latın Amerikası, Şimali Amerika, Afrika, Ərəb Dünyası, Cənubi və Şərqi 

Asiya, Cənub- şərqi Asiya, Okeaniya üçün spesifik tarixi və coğrafi şərtləri nəzərə almaq. 

Müstəmləkəçilik  ümumiyyətcə  bir  sıra  təsirləri  ilə  özünü  göstərmişdir.  Müstəmləkəçilik 

aborigenlırin məhvinə, mədəni qərbləşməyə, ikili cəmiyyətin yaranmasına, dünya üzrə əsas iqtisadi 

sahələrin  yenidən formalaşdırılmasına,  milli  dövlətlərin  yaranmasına,  coğrafi  qütbləşməyə  gətirib 

çıxarmışdır.  

Müstəmləkəçilik də digər sistemlər kimi süquta uğramışdır. 

 



Latın Amerikasında ilkin süqut. 

 



Birinci  və  ikinci  dünya  müharibəsi  sonrası    dünyanın  çox  hissəsində  müstəmləkəçiliyin  

süqutu. 


 

Fərqli ölkələr müstəqilliyə fərqli istiqamətlərdən  nail oldular. 



 

Mərkəz-periferiya  modelində  göstərildiyi  kimi,    hələdə  qlobal  olaraq  Cənubun  Şimaldan 



əmtəə  bazarları baxımından asılılığı davam edir. 

 

 



 

 

 



 

 

 



 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

21 



ƏSAS ANLAYIŞLAR 

 



canlı enerji mənbələri (animate  sources of energy) 

 



xiyarcıqlı vəba (bubonic plague) 

 



burjualar (burghers) 

 



kapitalizm (capitalism) 

 



müstəmləkəçilik (colonialism) 

 



əmtəələr (commodities) 

 



feodalizm (feudalism) 

 



gildiya (guilds) 

 



Hansa Liqi (Hanseatic League) 

 



cansız enerji mənbələri (inanimate  sources of energy) 

 



sənayeləşmə (industrialization)  bazar (market) 

 



merkantilizm (mercantilism)   

 



qeyri-dövlət (nation-state)   

 



məhsuldarlıq (productivity)   

 



mənfəət (profit) 

 



təhkimli kəndlilər (serfs)   

 



məkanın qeyri-bərabər inkişafı  (uneven spatial development) 

 

 



 

 

 

 

 

 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                                                                 

                                                                 

“THE WORLD 

ECONOMY: Geo

graphy, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

22 



MÜZAKİRƏ ÜÇÜN SUALLAR 

1.

 



Müasir iqtisadi coğrafiyanı tarixi kontekstdə təhlil etmək nə üçün bu qədər vacibdir? 

2.

 



Feodalizm nədir və onu kapitalizmdən fərqləndirən  cəhətlər hansılardır? 

3.

 



XIV əsrdə hansı taun yayılmışdı və onun təsirləri necə olmuşdur? 

4.

 



Kapitalizm iqtsiadi və sosial düzənin tiplərindən biri kimi necə izah oluna bilər? 

5.

 



Kapitalizmdə siniflər varmı və bunlar hansılardır? 

6.

 



Kapitalizm  bazarlara  malik  olan  yeganə  iqtsiadi  sistemdirmi?  Qeyri-kapitalist  

cəmiyyətlərindən fərqli olaraq bazarların kapitalizmdəki rolu nədən ibarətdir? 

7.

 

Hansı ərazi dəyişmələri kapitalizmin meydana gəlməsinə kömək etdi? 



8.

 

Kapitalizm  yeni  ideologiyaların  və  dünyanı  dərk  etmə  yollarının  ortaya  çıxmasına  necə 



şərait  yaratdı? 

9.

 



Milli dövlətlərin kapitalizmin inkişafı ilə əlaqəsi nədir? 

10.


 

Kapitalizm nə vaxt və harda meydana gəldi? 

11.

 

Sənayeləşmə nədir? 



12.

 

Sənaye İnqilabı nə vaxt və harda ortaya çıxdı? 



13.

 

Sənaye İnqilabının bəzi başlıca iqtisadi, sosial və coğrafi nəticələri hansılardır? 



14.

 

Avropa  necə dünyanın qalan hissəsini müstəmləkə kimi idarə edirdi? 



15.

 

Müstəmləkəçilik Latın Amerika, Afrika və Asiya arasında necə fərqlənirdi? 



16.

 

Müstəmləkəçiliyin  müstəmləkə  cəmiyyətlərinə  və  coğrafiyalarına  göstərdiyi  5  təsir  yolu 



hansılardır? 

17.


 

Nə vaxt müstəmləkəçilik sona yetdi və nə üçün? 



 

 

 



 

Yüklə 179,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə