Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə14/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

29 
 
dayanıb  özünü  "qurutmamalı",  yeknəsəq  səslə,  sürətlə  və  ya  ləng,  cır  danıĢığı  ilə 
dinləyicilərə  mənfi  təsir  göstərməməlidir.  Estetika  mənĢəcə  yunan  dilindən  alınmıĢ 
sözdür,  mənası  hiss  edilən,  həssas  deməkdir.  Estetika  incəsənət  haqqında,  bədii 
yaradıcılıqda,  təbiətdə  və  həyatda  gözəl  formalar  haqqında  fəlsəfi  nəzəriyyə  olub 
gözəllik  və  bədiiliyi  ehtiva  edir.  Hazırda  bu  söz  zövq,  gözəllik  aləmi,  səliqəlilik 
anlamında  iĢlənir.  Ġnsanın  estetik  tərbiyəsi  onun  xarici  formasından  tutmuĢ  daxili 
aləminə  qədər  hər  Ģeyin  ölçülü-biçili  olmasını  nəzərdə  tutur.  Nitq  mədəniyyətində 
estetika  dilin  gözəlliklərini  məharətlə  dinləyicilərə  çatdırmağı  qarĢıya  məqsəd 
qoyur.  Ġnsandakı  zahiri,  təbii  gözəllik  və  mənəvi,  intellektual  -  əxlaqi  gözəllik  nitq 
gözəlliyi  ilə  vəhdətdə  olanda  ahəngdarlıq  yaradır.  Gözəl  əxlaqi  keyfiyyətlər 
mədəni,  gözəl,  cəlbedici  nitqlə  uyarlıq  təĢkil  edəndə  insanda  gözəllik  hissi,  estetik 
duyğular  oyadır.  Estetik  mədəniyyət  gözəllik  qanunlarına  əsaslanır.  Nitq 
mədəniyyətinin  gözəlliyi  isə  əsasən  fitri  olmur.  O,  həyatda,  zəhmətdə,  təcrübədə 
püxtələĢir,  təkmilləĢir.  Gözəl  nitq  o  nitqdir  ki,  o,  məzmun  və  forma  gözəlliyi 
cəhətdən  vəhdət  təĢkil  edir.  Ġncəsənət  obyektiv  varlığın  bədii  surətlərlə  yaradıcı 
Ģəkildə  əks  etdirilməsi,  bədii  yaradıcılıq  fəaliyyəti,  gözəl,  nəfis  sənətlər 
sahələrindən  biridir.  Ġncəsənət  gerçəkliyin,  obyektiv  aləmin  insan  Ģüurunda  bədii 
obrazlar  Ģəklində  əks  olunma  formasıdır.  Özünü  incəsənətdə  əks  etdirən  nitq 
mədəniyyəti  insanın  inkiĢaf  səviyyəsini,  onun  fəaliyyətinin  keyfiyyət  dərəcəsinin 
göstəricisidir. Bədii obraz, tipiklik, bədii metod və ustalıq incəsənətlə bağlı olsa da, 
nitq  mədəniyyəti  də  gözəlliyə,  ülviliyə,  estetik  ölçüyə  biganə  qalmır,  onları 
insanların  dərk  etməsinə  yardımçı  olur.Ġncəsənətdə  məzmun  və forma vəhdəti eyni 
dərəcədə nitq mədəniyyətinə də aiddir. Məzmun və forma yaradıcılıq prosesində və 
onun  nəticəsi  olan  hər  hansı  bir  nitqdən,  mühazirə  və  ya  çıxıĢdan  ayrılmazdır. 
Forma  və  məzmun  arasında  uyğunluq  olanda  fikir  dinləyicilərə  daha  tez,  asan  və 
düzgün  çatır.  Nitq  mədəniyyəti  ədəbiyyatla  sıx  bağlıdır.  Ədəbi  janrların -mənzum, 
epik  və  dramatik  əsərlərin  əsas  xüsusiyyətlərini  nəzərə  almadan  onları  dinləyicilərə 
yüksək  səviyyədə  çatdırmaq  qeyri-mümkündür.  Əruz  vəznində  yazılmıĢ  qəzəli, 
qəsidə  və  ya  məsnəvini,  heca  vəznində  qələmə  alınmıĢ  qoĢma,  təcnis,  gəraylı, 
bayatını,  sərbəst  vəzndə  yazılmıĢ  nəzm  əsərlərini  oxumaq  və  ya  əzbər  söyləmək 
natiqdən  bu  sahələri  yaxĢı  bilməyi  tələb  edir.  Belə  əsərlərin  ifadəli  oxunması 
onların  bədii  dəyərini  artırmaqla,  belə  Ģeir  formalarını  dinləyicilərə  sevdirməyə 
xidmət  göstərməlidir.  Eləcə  də  nəsrlə  dramı,  faciə  ilə  komik  əsəri,  yaxud  nağıl  ilə 
oçerki,  hekayə  ilə  esseni,  təmsillə  əfsanəni,  məzhəkə  ilə  novellanı  eyni  ahənglə, 
eyni  tonda,  eyni  intonasiya  ilə  oxumaq  əsərin  bədiiliyinə,  ahəngdarlığına, 
ifadəliliyinə,  emosionallığına  xələl  gətirməklə,  onların  xüsusiyyətlərini  də 
dinləyicilərə  çatdırmaq  natiqə  müyəssər  ola  bilməz.  Nitq  mədəniyyəti  tarixlə, 
psixologiya  (Ġnsan  nitqi,  bilavasitə,  təfəkkürlə  bağlı  olduğu  üçün),  pedaqogika 
(təlim  prosesi  olduğuna  görə),  fiziologiya  (danıĢıq  səslərinin  düzgün  tələffüzü, 
orfoepiya  qaydalarına  riayət  etmək  üçün),  məntiqlə  (nitqin  effekti  onun 
məntiqliyindən  asılı olduğuna görə) və s. baĢqa elm sahələri ilə  də əlaqədardır. 
 
Sual və tapĢırıqlar 
1. Nitq mədəniyyəti  tədris fənni  və elm  kimi  dilçiliyin  hansı sahələri  ilə  bağlıdır? 


30 
 
2) Nitq mədəniyyətinin  leksikologiya  ilə  əlaqəsi nəyə əsaslanır? 
363) Nitq mədəniyyəti  və üslubiyyatın  bir-birinə  yaxınlığını nədən bilmək  olar? 
4) Nitq mədəniyyətinin  qrammatika  ilə  əlaqəsini  nədə görürsünüz? 
5)  Nitq  mədəniyyətini  üslubların  düzgünlüyünü  öyrənən  fənn  kimi  xarakterizə 
etmək olarmı? 
  
ÇalıĢma  19.  ġeiri  oxuyun,  dilin  gözəlliyini  xarakterizə  edən,  estetik  duyğular 
oyadan məzmunun  forma ilə  vəhdətdə olduğu məqamları  tapıb göstərin: 
Sübh çağının Ģehi olub, 
Saçlarına qonaydım kaĢ. 
Süzüləydim  damla-damla, 
Ürəyinə  hopaydım kaĢ. 
Bəxtimizin  yazısını 
Ürəyində  tapaydım kaĢ. 
O axĢamlar ay olaydım, 
DüĢəydim mən yanağına 
Dan yerinin  qızartısın, 
Çəkəydim gül  dodağına 
Bəxtimizin  yazısını 
Dodağında tapaydım kaĢ. 
Ətirli  bir yaz olaydım, 
Səni orda görəydim mən. 
Ġylədikcə  gül-çiçəyi, 
Nəfəsinə  girəydim  mən 
Bəxtimizin  yazısını 
Nəfəsində tapaydım kaĢ. 
Dağ döĢünün mehi olub, 
Həzin-həzin  əsəydim mən. 
UzatmamıĢ əllərimi, 
Tellərində  gəzəydim  mən 
Bəxtimizin  yazısını 
Tellərində  tapaydım kaĢ 
(Sərxan ġirin. Səni görmək üçün, Bakı, 2007, səh.19) 
 
ÇalıĢma  20.  VerilmiĢ  sözlərin  yazılıĢını  tələffüzündən  fərqləndirin,  orfoepiyası 
sözləri transkripsiyada  yazın: 
gözlər,  qoymullar,  ayilə,  torpaq,  ağacla,  unudulmayıb,  sonra,  atasından,  adlamaq, 
gülmək,  gözdər,  qoymurlar,  ailə,  torpax,  ağacnan,  unudulmuyub,  sora,  atasınnan, 
addamax, gülməy 
ÇalıĢma  21.  Tələffüz  formasında  verilmiĢ  aĢağıdakı  sözləri  orfoqrafiya  normasına 
uyğun Ģəkildə  yazın: 
(mayili),  (feyil),  (iĢdəx), (uĢaxlıx), (qoun), (çəx-çəvir), (kəntti),  (arfayepa), 
 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə