Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə2/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   65


 
yazılı  nitq,  eyni  zamanda  əməli  yazı  nümunələri  üzrə  bacarıq  və  vərdiĢləri  və  s. 
formalaĢdırmaq,  onları  cəmiyyətimizdə  layiqli  yer  tutmağa  hazırlamaq, 
cəmiyyətimizin  bərabərhüquqlu üzvləri  olmalarını  təmin  etməkdir. 
Bəzən  iddia  edirlər  ki,  Azərbaycan  ali  məktəblərində  təhsil  alan  tələbələr  
azərbaycanlı  olduğu  üçün  onlara  Azərbaycan  dilini  tədris  etməyə  ehtiyac  yoxdur. 
Bu  yanlıĢ  fikirdir.  Çünki  milliyətcə  azərbaycanlı  olan  tələbələr    Azərbaycan 
danıĢıq  dilini  hətta  yaxĢı  bilsələr  də,  ədəbi  dildən,  xüsusən  yazı  dilindən  istifadə 
edə  bilmirlər.  Buna  görə  də  respublikamızın  ali  məktəblərində  Azərbaycan  dilinin 
tədrisi  nəinki  lazımdır,  hətta  onun  tədrisinə  ayrılan  saatlar  qarĢıya  qoyulan 
məqsədlərə nail  olmaq üçün daha da artırılmalıdır. 
Azərbaycan  Texniki  Universitetində  “Azərbaycan  dili  və  nitq  mədəniyyəti” 
fənni  bu  ildən,  yəni  2014-2015-ci  dərs  ilindən  tədris olunur. Bu addım ana dilimizə 
dövlət qayğısının bariz nümunəsidir. 
 
Əvvəldə  qeyd  edildiyi  kimi  Azərbaycan  dili  Azərbaycan  Respublikasının 
Konstitutsiyasında  dövlət  dili  kimi  təsbit  edilmiĢdir.  Bu  qanuna  əsasən 
respublikada  təhsil,  təlim  və  tərbiyə  iĢləri  Azərbaycan  dilində  aparılmalı,  ictimai-
siyasi  və  iqtisadi  həyatın  bütün  sahələrində    bu  dil  iĢlənməli,  bütün  müxtəlif 
informasiya  vasitələri  bu  dildə  olmalı,  dövlət  təsisatları  bu dildən istifadə etməlidir. 
Azərbaycanın  müstəqillik  qazandığı  bir  Ģəraitdə  tələbələrin  Azərbaycan  dilini 
mükəmməl  bilmələri,  bu  dildən  ədəbi  dil  kimi  istifadə    etməyi  bacarmaları  günün 
vacib  tələblərindəndir.  Buna  görə  də  Azərbaycan  Texniki  Universitetini  bitirən 
mühəndis kadrlarının respublikamızda öz bilik və bacarıqlarını tətbiq etmələri üçün 
Azərbaycan  dilini  yaxĢı  bilmələri  vacibdir.  Fənnin  əsas  məqsədi  tələbələrə 
Azərbaycan  dilini  mükəmməl  öyrətmək,  onlara  Ģifahi  və  yazılı  ədəbi  dil 
vərdiĢlərini  aĢılamaq,  texniki  terminləri,  peĢə-sənət  leksikasını  və  rəsmi-əməli  yazı 
nümunələrini    mənimsətməkdir.  Gələcək  mütəxəsislər  Azərbaycan  dilinə  yüksək 
səviyyədə  yiyələnsə,  dövlətimizin  sosial  və  iqtisadi  həyatında  daha  fəal  iĢtirak  edə 
bilərlər. 
 
Fənnin  tədrisi  zamanı  fonetika,  leksikologiya  və  qrammatikaya  aid  nəzəri 
materiallarla  bərabər,  müxtəlif  tipli  tapĢırıqlara,  oxu  materiallarına  və  Ģeirlərə, 
tərcümə  mətnlərinə  də  yer  ayrılmalıdır  ki,  bunlar  da  tələbələrin  peĢə  leksikasına 
yiyələnmələri  baxımından    əhəmiyyətlidir.  Eyni  zamanda    Azərbaycan  xalqının 
görkəmli  ədəbi  və  tarixi  Ģəxsiyyətləri  haqqında    materiallar da xronoloji ardıcıllıqla 
müfəssəl  mətnlərdə  öz  əksini  tapmaqla  öyrədilməlidir.  Mətnlər  konkret  süjetə 
malik,  bitkin  materiallardır.  Onların  seçilməsində,  tərtibində  tələbələrin  nitq 
fəaliyyətinin  bütün  növləri  (danıĢma,  dinləyib-  anlama,  oxu  və  yazı)  üzrə  inkiĢaf 
səviyyəsi  nəzərə  alınmalıdır. 
 
Təcrübə  göstərir  ki,    mətnlər,  didaktik  materiallar  müəyyən  situasiyanı  əks 
etdirdikdə  onların  leksik  tərkibindəki  müəyyən  tematik  söz  qrupları  daha  tez  dərk 
olunur və tez mənimsənilir. 
  Tələbələrin 
Azərbaycan 
dili 
üzrə 
nitqini  inkiĢaf  etdirməyin  əsas 
vasitələrindən 
biri 
də 
onların 
ixtisaslar 
üzrə 
lüğət 
ehtiyatlarının 
zənginləĢdirilməsidir.  Bu  iĢdə  universitetin    profilinə  uyğun  ixtisas  mətnlərindən 
istifadə  edilməsinin  böyük əhəmiyyəti  vardır.     



 
Azərbaycan  dilinin  tədrisini  praktik  istiqamətə  yönəltmək  mühüm  əhəmiyyət 
daĢıyır.  Bunun  üçün  ilk  növbədə  nəzəri  materialların  həssaslıqla  öyrədilməsi 
xüsusilə  zəruridir.  Tədris  prosesində  bütün  bunlar  nəzərə  alınmalı,  Azərbaycan 
dilinin  mükəmməl  öyrədilməsini  və  mənimsənilməsini  təmin  edən  həm  nəzəri, 
həm  də  praktik  materiallara  geniĢ  yer  verilməlidir.  Burada  fonetika,  leksikologiya 
və  qrammatikanın zəruri problemləri öz əksini tapmalıdır. Aydındır ki, Azərbaycan 
dili  dərslərində  nitq  inkiĢafı  üçün  oxu  mətnlərindən  istifadəyə  geniĢ  yer 
verilməlidir.  Çünki  oxu  mətnləri  və  onun  dili  üzərində  iĢ  məqsədə  nail  olmaq  üçün 
geniĢ  imkanlar  yaradır.  Bunun  üçün    Azərbaycan  dilinin  öyrənilməsi,  texniki 
terminlərin 
mənimsənilməsi 
məqsədi  ilə  müxtəlif  məzmunlu,  informasiya 
xarakterli  mətnlər  də  nəzərdə  tutulmalıdır.  Bu  mətnlər  vasitəsi  ilə  Azərbaycan 
xalqının  tarixi,  ədəbiyyatı,  milli  adət-ənənələri,  incəsənəti  haqqında  məlumatlar 
onlara  çatdırılmalıdır.  Eyni  zamanda  tələbələrin    ixtisaslarına  aid  mətnlərdən 
istifadəyə  də  üstünlük  verilməlidir.  Bu  cür  mətnlər  tələbələrə  Azərbaycan  dili  və 
nitq  mədəniyyəti  üzrə  bilik,  bacarıq  və  vərdiĢlər  aĢılamaqla  yanaĢı,  onların  
məlumatlandırılmasında  da mühüm rol oynayacaqdır. 
 
 
 
         
 Azərbaycan dili dünya dilləri sırasında  
 
          Dünyada  3500-dən  artıq  dil  vardır.  Dünya  dilləri  bir  neçə  kökdən 
yaranmıĢdır.  Bir  kökdən  yaranan  dillər  qohum  dillər  adlanır.  Məsələn,  Hind  –
Avropa,  Türk,  Altay,  Avstroneziya  dil  ailələri.  Ġlk  dövrlərdə  eyni  kökdən  olan 
dillərin  ayrılması  nəticəsində  müxtəlif  dil  qrupları  yaranmıĢdır.  Məsələn,  Hind  –
Avropa  dil  ailəsindən  slavyan,  roman,  german  və  s.  dil  qrupları törəmiĢdir. Qədim 
türk dili ailəsindən oğuz, qıpçaq, qarluq və s. dil qrupları əmələ gəlmiĢdir. Sonralar 
bu  dil  qrupları  öz  növbəsində  Ģaxələnərək  yeni  qollara  ayrılmıĢdır.  Oğuz  dilindən 
türkmən,  qaqauz,  türk  və  Azərbaycan  dili  yaranmıĢdır.  Qıpçaq  dilindən  qazax, 
qırğız,  tatar,  baĢqırd,  qumuq  və  s.  dillər  əmələ  gəlmiĢdir.  Qumuq  dilindən  özbək, 
uyğur, salur və s. dillər  yaranmıĢdır. 
 
Beləliklə,  Azərbaycan  dili  türk  dilləri  ailəsinin  oğuz  qrupuna  aiddir.  Hazırda 
dünyada  60  milyona  yaxın  insan  bu  dildə  danıĢır.  Əvvəl  bu  dil  tatar  dili,  türk  – 
tatar dili, türk dili adlanmıĢdır. Азярбайжан дили типолоъи жящятдян илтисаги 
(аглцтинатив) дилляря аиддир.  
 
Азярбайcан 
Республикасынын 
Дювлят 
дили 
Азярбайcан 
Республикасынын  Kонститусийасынын  21-cи  маддясинин  Ы  щиссясиня 
мцвафиг олараг Aзярбайcан дилидир. Азярбайcан ганунвериcилийиня ясасян 
щяр  ил  1  август  Азярбайcан  дили  эцнц, 21 феврал ися Ана дили эцнц кими 
гейд олунур.  
 
 Görkəmli şəxsiyyətlər dil haqqında   
       
 Vətənin  bir  ovuc torpağını bir ovuc altundan, dilimizin bir kəlməsini bir  ölçü 
mücəfhərdən  üstün  bildim.  Dilimizin  və  Vətənimizin  əbədiyyən  yaĢaması  üçün 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə