Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə4/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   65


 
baĢlamıĢ  Çinə  qədər  böyük  bir  ərazidə  məskunlaĢmıĢlar.  Türk  dillərinin  içərisində 
Azərbayjan  dili  xüsusi  yer  tutur.  Belə  ki,  bu  dil  60  milyona  yaxın  azərbayjanlının 
dilidir.  Azərbayjan  dilində  danıĢanlar  Azərbayjanda  (10  milyon),  Ġranda  (30 
milyon),  Ġraqda  (1,2  milyon),  Gürjüstanda  (0,6  milyon),  Əfqanıstanda  (0,5 
milyon),  Dağıstanda (70 min) sıx halda yaĢayırlar. Bundan  əlavə Avropa, Amerika, 
Asiya,  Avstraliya  qitələrinin  müxtəlif  bölgələrinə,  o  jümlədən  Rusiyaya  2 
milyondan  artıq  azərbayjanlı  yayılmıĢdır.  Ümumiyyətlə,  azərbayjanlılar  dünyanın 
60  ölkəsində  yaĢayırlar.  Bunlar  göstərir  ki,  Azərbayjan  dili  dünyanın  yayılmıĢ 
dillərindən  biri  kimi  türk  dilindən  sonra  2-ji  əsas  yeri  tutur.  ABġ-da  çap  edilən 
«Dünya  dilləri»  kitabında  dünyanın  500  iĢlək  dili  haqqında  danıĢılır  ki,  onlardan 
biri  də Azərbayjan  dilidir. 
Azərbayjan  dili  qədim  dillərdən  olub,  bütün  Asiyada  geniĢ  ünsiyyət  vasitəsi  kimi 
məĢhurdur.  Bunu  azərbayjanlı  olmayan  Ģair  və  yazıçıların,  alimlərin  fikirləri  də 
təsdiq  edir.  Məs.,  M.Y.Lermontov  dostu  M.Rayevskiyə  yazırdı:  «Mən  bir  çox 
dağlar aĢdım, ġuĢa, Quba, ġamaxı Ģəhərlərində oldum, tatarja (azərbayjanja - R.N.) 
öyrənməyə  baĢladım.  Həmin  dil  burada  və  ümumiyyətlə,  Asiyada  fransız  dilinin 
Avropadakı rolunu oynayan zəruri  bir dildir». 
ġərqĢünaslar,  dilçilər  Azərbayjan  dili  haqqında  danıĢarkən  onu  poeziya,  Ģeir  dili 
kimi  qiymətləndirir,  bu  dilin  musiqililiyini  xüsusi  qeyd  edirlər.  XIX  əsrdə 
Qafqazda  olmuĢ  Fon-Qakstqauzen  göstərirdi:  “Azərbayjan  dili  Jənubi  Qafqazda 
informasiya,  tijarət,  qarĢılıqlı  anlaĢma  dilidir…  Onun  əsas  xüsusiyyəti  isə  poeziya 
dili  olmasıdır”.  Məhz  poeziya  dili  olmasına  və  yayılma  imkanlarına  görə  gürjü, 
erməni  Ģairləri  öz  əsərlərini  Azərbayjan  dilində  yaratmıĢlar.  Azərbayjan  dilinin 
gözəlliyi  Ģeirlərdə  tərənnüm  edilmiĢdir: 
                    DemiĢ əskilərdən bunu babalar, 
                    Yurdunu, dilini atan obalar, 
                    Bir gün gələr dilsiz, didərgin qalar, 
                    Olmaz artıq sənə yaraĢan, dilim. 
                    
 
 
   (H.M.Savalan) 
                    
 
         Kim qorumur öz dilini
                    Ġtsin mənim gözümdə qoy ilim-ilim, 
                    O sahillə bu sahili birləĢdirən 
                    Polad körpüm, qılıncımdır, 
                    GünəĢimdir mənim dilim! 
                    
 
 
   (Xəlil  Rza) 
Azərbayjan  dili  baĢqa  dillərin  zənginləĢməsində  rol  oynayan  dillərdəndir.  Rus, 
fars,  gürjü,  ləzgi,  bolqar  və  baĢqa  xalqların  dillərində  xeyli  türk  -  Azərbayjan 
sözünə rast gəlmək  olar: 
Rus  dilində:  oçak,    karandaĢ,  arbuz,  baĢlık,  tartanie,  kaək,  bulat,  kalpak,  saray, 
utök, sazan, kamıĢ, karaul, loĢadğ, izöm, izutrud və s. (Rus dilində olan baĢqa türk-
Azərbayjan  sözləri ilə  kitabda tanıĢ ola bilərsiniz) 
Fars dilində:  alov, araba, bəzək, bağça, sanjaq, ilxı və s. 
Gürjü dilində:  qonaq, qoçaq, körpə, keçəl, çomaq və s.  



 
Ləzgi  dilində:  ad, gözəl, güzgü, dərin, Ģirin,  yaylıq və s. 
Azərbayjan  dili  Azərbayjan  Respublikasının Dövlət dilidir. 
1 Avqust Azərbayjan  dilinin  və Azərbayjan  əlifbasının bayram edildiyi  gündür. 
 
 
                ____________________ 
1. Azərbayjan  dili  hansı dil ailəsinə  daxildir? 
2.  Azərbayjan  dili  türk  dilləri ailəsində nejə yer tutur və o, dünyanın neçə ölkəsində 
yayılmıĢdır? 
3. Hansı xariji  alim  və yazıçılar Azərbayjan  dilini  yüksək qiymətləndirmiĢlər? 
4. M.Y.Lermontov Azərbayjan  dilini  nə üçün «ġərqin fransız dili» adlandırır? 
5. Hansı dillərdə  Azərbayjan  sözləri  vardır? 
6. Azərbayjan  dili  günü nə vaxt bayram edilir? 
 
Tapşırıq 3. Şeiri əzbər söyləyin. 
 
B.Dubrovin. Azərbayjan dili 
 
Ah sədəfli  sazın tarım telləri, 
Susuz könlümüzə  yenə bulaq çək. 
Vurğunun  vulkan  tək qüdrətli  Ģeiri 
Dil  açsın səninlə həmrəng,  həmahəng 
 
Gəmidə, mədəndə, tarlada, sexdə, 
Sevgi çələnginə  çevrilir  bu dil. 
Onda qızıl gülün zərifliyi  var, 
Onda bənövĢədən saçılan ətir… 
 
 
Ağ-qara Ģanının Ģəhdi - Ģərbəti, 
Xalqın ləyaqəti,  qüdrəti onda. 
Qəhrəman ürəkli  Rəsul Rzanın, 
Süngü sözlərinin  jürəti  onda… 
 
Azərbaycan dili  silahdı, qatil, 
Qalacaq cahanda günəĢ qalınca, 
Gül yarpağı qədər bu tər, incə dil, 
Qəzəbli  vaxtında dönür qılınca.  
                                ___________________ 
1.  tarım,  çələng,  zəriflik,  jürət,  qafil,  tər,  sədəf,  həmahəng,  qüdrət,  saçmaq,  Ģəhdi-
Ģərbəti sözlərini  rus dilinə  tərjümə  edin. 
2. ġair Azərbayjan  dilinin  güjünü  nə ilə  müqayisə edir? 
3. Azərbayjan  dili  haqqında daha hansı Ģeirləri bilirsiniz? 
 
 


10 
 
ÖN SÖZ 
 
Azərbaycan 
xalqı 
öz 
dövlət 
müstəqilliyini 
qazandıqdan  sonra 
respublikamızın  iqtisadi,  ictimai  və  siyasi  həyatında  olduğu  kimi,  mədəni,  elmi  və 
təhsil  sahəsində  də  dünya  standartlarına  inteqrasiya  etməyə  baĢlamıĢdır.  Dünya 
birliyinin  iqtisadi  maraq  mərkəzinə  çevrilmiĢ  respublikamız  iqtisadi  inkiĢaf 
cəhətdən  lider  ölkə  kimi  özünün  təhsil  problemlərini  də  analoji  qaydada 
yeniləĢdirməkdədir.  Təhsil  sistemində  olan  yeniləĢmə  tədrisdə  təkcə  uğurla  tətbiq 
edilən  kompüterdən,  elektron  maĢınlar  və  müasir  texnologiyadan  istifadə  ilə 
məhdudlaĢmır,  bütövlükdə  Boloniya  təhsil  sistemini,  kredit  üsulunu  da  əhatə  edir. 
Ġnteraktiv  metodla  tədris  olunan  müasir  dərslərdə  tələbələrin  də  müəllimlərlə  birgə 
daim  fəal  olması,  problem-situasiya  Ģəraitində  mövzuların  elmi  araĢdırma  kimi 
Ģərhi  tələb  olunur.  Onlar  əqli  proseslərdə  mühakimə  yürütməli,  ümumiləĢdirmələr 
aparmalı,  nəticə  çıxarmalı  olurlar,  dərs  bütün  qrupun  fəallığı  ilə  keçir. 
Respublikamızda  uğurla  həyata  keçirilən  təhsil  islahatı  ali  məktəblərin  qarĢısında 
geniĢ  perspektivlər  açmıĢdır  və  müəllimlərdən  tədris  proqramlarına,  dərsliklərə, 
dərs  vəsaitlərinə,  tədris  olunan  fənlərin  istiqaməti  və  xarakterinə  yenidən  baxmağı 
tələb  edir.  Bu tələbat eyni dərəcədə nitq mədəniyyəti fənninə də aiddir. Azərbaycan 
dilini  orta  ümumtəhsil  məktəblərində  öyrənmiĢ  tələbələrə  nitq  mədəniyyəti  fənnini 
praktik  Ģəkildə  mənimsətmək,  onların  nitq  vərdiĢlərini  yüksəltmək  üçün  tapĢırıqlar 
sistemi  daha  ciddi  Ģəkildə  iĢlənməli,  nümunəvi  nitq  mədəniyyətinə  malik  hərtərəfli 
inkiĢaf  etmiĢ  gənclərin  yetiĢdirilməsi  məsələsi  qarĢıda  durmalıdır.  XX  əsrin 
ortalarından  diqqəti  cəlb  etməyə  baĢlamıĢ  nitq  mədəniyyəti  bu  ildən (2014-2015-ci 
tədris  ilindən)  bəzi  ali  məktəblərin  tədris  planına  salınmıĢ,  nitq  mədəniyyəti 
məsələlərinə  diqqət  artırılmıĢdır.  Nitq  mədəniyyəti  təhsil  sisteminin  aktual 
problemlərindən  biri  olmaqla  xalqımızın  ümumi  milli  mədəniyyətinin  tərkib 
hissəsidir.  Ailədən,  məktəbdən  baĢlanan  hərəkət,  davranıĢ  mədəniyyəti  ünsiyyət, 
danıĢıq  mədəniyyəti  ilə  paralel  getməli,  əxlaq  normaları  nitq  normalarında  öz 
ifadəsini  tapmalıdır.  Tələbələr  rəsmi  dövlət  dili  statusu  almıĢ  Azərbaycan  dilində  - 
ictimai  ün-siyyət  vasitəsi  olan  öz  ana  dilində  təkcə  ailə-məiĢət  üslubu  daxilində 
deyil,  həm  də  elmi,  publisistik  və  rəsmi-kargüzarlıq  üslublarında,  yeri  gələrsə, 
istedadlı  gənclər  hətta  bədii  üslubda  öz  fikirlərini  Ģifahi  və  yazılı  Ģəkildə  ifadə 
etməyi  -  danıĢmağı  və  yazmağı  bacarmalıdırlar.  Əlbəttə,  bunun  üçün  zəmanəti 
müəllimlər  verməlidirlər.  Onlar  elmi-nəzəri  biliklərə  yiyələnmiĢ,  hərtərəfli  nitq 
hazırlığı  keçmiĢ,  savadlı  yazı  və  düzgün  oxu  vərdiĢləri  qazanmıĢ  gənclərdə  ali 
məktəbdə  gündəlik  ünsiyyətin  müxtəlif  sahələrində  öz  fikirlərini  nitq  normalarına 
uyğun  ifadə  etmək  bacarığını  təkmilləĢdirməlidrlər.  Gənclərimiz  hər  cür  rəsmi-
kargüzarlıq,  dəftərxana  sənədlərini  hazırlamağı,  təhsil  prosesində,  ictimai  həyatda, 
mətbuatda  çıxıĢ  etməyi,  ekran  və  efir  qarĢısında  öz  mülahizələrini,  arzu  və 
istəklərini,  təklif  və  tövsiyələrini,  dövlətimizin  daxili  və  xarici  si-yasəti  ilə  bağlı 
fikirlərini  sərbəst,  səlis  və  aydın  Ģəkildə,  məzmunlu  söyləməyi  öyrənməlidirlər. 
Məhz  bu  istəyi  reallaĢdırmaq  məqsədilə  də  orta  məktəbin  "Azərbaycan  dili" 
proqramına  "Nitq  mədəniyyəti"  və  "Rabitəli  nitqin  inkiĢafı"  bölmələri  daxil 
edilmiĢdir.  Orta  məktəb  kursunun  davamı  kimi  tələbələr  nitq  mədəniyyəti  və 
düzgün  nitq  anlayıĢlarının  mahiyyətini  anlamaqla  ədəbi  dilin  normalarını  nitqdə 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə